ribozo-5-fosfat
ribozo-5-fosfat
CH
2
OH
|
CO
|
HOCH
|
HCOH
|
CH
2
OPO
3
H
2
ksilulozo-5-fosfat
Tsiklin bu mərhələsini anoksidativ faza da adlandırırlar.
Oksidləşdirici dekarboksilləşməyə məruz qalan pentozofosfat-
lar metabolizm prosesində toplanıb qalmır. Onlar sonradan
dəyişikliyə uğrayır, nəticədə triozofosfat və sedoheptulozo-7-
fosfat əmələ gəlir. Sedoheptulozo-7-fosfat, 3-fosfo-qliserin al-
dehidi ilə transaldolazanın köməyilə birləşir və fruktozo-6-
fosfat və eritrozo-4-fosfata çevrilir. Alınmış eritrozo-4-fosfat,
transketolazının iştirakı ilə ksilulozo-5-fosfatla kondensasiyaya
məruz qala bilir. Bu halda fruktozo-6-fosfat və 3-fosfoqliserin
aldehidi əmələ gəlir. 3-fosfoqliserin aldehidi izomerləşərək,
fosfodioksiasetona çevrilir. Bu proses, iki triozanın fermentativ
yolla kondensasiyası ilə müşayiət olunur. Nəticədə fruktozo-
1,6-difosfat alınır, lakin bu birləşmə hidroliz olunaraq fruktozo-
6-fosfata çevrilir. Fruktozo-6-fosfat isə fosfoheksoizomerazanın
təsiri ilə izomerləşərək qlükozo-6-fosfatı əmələ gətirir.
Beləliklə, heksozomonofosfat (pentozofosfat) tsiklinin em-
pirik tənliyini aşağıdakı kimi yazmaq olar.
1) 6 C
6
H
12
O
6
+ 6 H
2
O
→ 6 C
5
H
10
O
5
+ 6 CO
2
+ 12 [H
2
]
2) 6 C
5
H
10
O
5
→ 5 C
6
H
12
O
6
yekun:
C
6
H
12
O
6
+ 6 H
2
O
→ 6 CO
2
+ 12 [H
2
]
Müəyyən edilmişdir ki, bir molekul qlükozanın tamamilə
oksidləşərək CO
2
-yə çevrilməsi, tsiklin altı dəfə təkrar olunmasını
tələb edir. Bu tsikli bütövlükdə sxematik olaraq aşağıdakı kimi də
göstərmək olar. Heksozomonofosfat tsikli, xeyli miqdarda
(12NADP·H+H
+
) reduksiya olunmuş koferment əmələ
gətirməklə, mitoxondrilərin tənəffüs dövrəsində enerji mənbəyi
rolunu da oynayır. Bu zaman 35 molekul ATP alınır.
Qeyd etmək lazımdır ki, heksozomonofosfat tsikli ilə qliko-
liz arasında heksozaya görə rəqabət yaranır. Əgər qlikoliz
tamamilə anaerob şəraitdə gedirsə, heksozomonofosfat tsikli
isə ancaq oksigenin iştirakı ilə gedir. Bu, heksozomonofosfat
yolundakı dehidrogenazaların NADP·H-n O
2
-nin iştirakı ilə
oksidləşmə sürətilə əlaqədardır. Qlikoliz prosesi zəifləyən və
ya pozulan hallarda, heksozomonofosfat tsikli fəallaşır, yaxud
əksinə, heksozomonofosfat yolunun zəifləməsi, qlükozanın
qlikolitik oksidləşməsini sürələndirir.
Dostları ilə paylaş: |