Melampsora
lini
62 38 —
Williams et al, 1968
Penicillium chrysoqenium
56-70
46-30
—
Lewis et al, 1954
Penicillium diqitatum
77-83
23-17
—
Wanq et al, 1958
Rhizopus oryzae
100
—
—
Gibbs a Gastel,
1953
Tilletia caries (mitselləri) 66 34 —
Newburq a
Cheldelin, 1958
Tilletia caries (sporları) —
—
100
Newburq a
Cheldelin, 1958
Tilletia contraversa
(sporları)
33 67 —
Newburq a
Cheldelin, 1959
Ustilago
maydis
— 100 —
Mc. Kinsey, 1964
Verticillium
alboatrum 48 52 —
Brandt a Wanq,
1960
Göbələklərdə tənəffüs prosesində qlükozanın çevrilməsinin
bu və ya digər yolu ştammın fərdi xüsusiyyətlərindən də
asılıdır. Məsələn, avirulent ştamm olan Fusarium oxysporum –
da əsas oksidləşmə yolu heksozomonofosfat olduğu halda, bu
göbələyin virulent ştammında isə, həm qlikolitik, həm də
heksozomonofosfat yolu eyni dərəcədə iştirak edir.
Karbohidratların oksidləşməsinin müxtəlif yollarının nisbəti,
göbələklərin həyat tsikli ərzində də dəyişilə bilər. Məsələn,
Asperqillus niqer göbələyinin inkişafının ilk mərhələlərində
(ikigünlük) qlükozanın oksidləşməsinin heksozomonofosfat
yolu üstünlük təşkil edirsə, həmin göbələyin sporəmələgəlmə
dövründə isə üstünlük qlikolitik yola keçir. Bəzi göbələklərin
mitsellərində qlioksalat tsiklinə aid fermentlər – izositratliaza
və malatsintetaza aşkar edilmişdir.
Qlikoliz nəticəsində əmələ gələn piroüzüm turşusu
(piruvat), Krebs tsikli vasitəsilə çevrilməyə məruz qalır, lakin
bu cür oksidləşmə yolu göbələklərin heç də hamısında üstünlük
təşkil etmir. Krebs tsiklinə məxsus oksidləşmə (aerob
oksidləşmənin əsas yolu) müxtəlif şöbələrə aid göbələklərdə
müəyyən olunmuşdur (cədvəl 5).
Dostları ilə paylaş: