Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə67/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   244
Kavakita (Kawakita, 1970). 

Asperqillus oryzae göbələyinin 

mitsellərindən alınmış mitoxondrilərdə  tənəffüs nəzarətinin və 

P/O aktivliyinin yüksək olduğunu müəyyən etmişlər.  

Voronkov və Jivopiseva (1973) iki göbələk ştammlarından 

alınmış mitoxondrilərdə oksidləşmə aktivliyini öyrənmişlər 

(cədvəl 6). 

Cədvəldən göründüyü kimi daha çox intensiv ştamm olan 

mikrosklerosial formadakı göbələklərdə  tənəffüs daha sürətlə 

gedir, onlarda oksidləşmə ilə fosforlaşmanın  əlaqəsi daha 

möhkəmdir. 



 

 

Ağac cinslərində parazitlik edən və oduncağı çürüdən 



göbələklər arasında, fenollu maddələri oksidləşdirən fermentlər 

– polifenoloksidaza və lakkaza geniş yayılmışdır. Buradan da 

belə  nəticəyə  gəlmək olar ki, göbələk sporlarında terminal 

oksidləşmənin polifenol-polifenoloksidaza sistemi vasitəsilə 

alternativ yolu da mövcud ola bilər. Bununla yanaşı, Fusarium 

lini, Verticillum alboatrum və s. göbələklər fenolları və askor-

bin turşusunu oksidləşdirə bilmirlər. Bəzi göbələklərdə isə, fla-

vin oksidazaları – qlükozoksidaza və 

l

– aminturşuları, 



həmçinin də, d – aminturşularının oksidazaları aşkar edilmişdir. 

Buğdanın gövdəsində pas xəstəliyi  əmələ  gətirən göbələklərin 

sporlarında tənəffüsün aktivliyini təmin edən sistemlər sianidə 

qarşı (ingibitora) həssas deyildir. Belə ki, Botrytis cinerea, 

sianidin iştirakı ilə müxtəlif aminturşularını oksidləşdirə bilir. 

Bir sıra ibtidai göbələklərin oksidləşmə sistemində per-

oksidaza da iştirak edir. Belə ki, ağacçürüdən basidiomukot-

ların 100-dən çox öyrənilmiş növlərinin 12%-də peroksidaz ak-

tivliyinin olması müəyyən edilmişdir. 

Göbələklərin patogenliyi ilə onların peroksidaz aktivliyi aras-

ında müsbət korrelyasiyanın olması da aşkar olunmuşdur. 

Beləliklə  də, göbələklərin yüksək dərəcədə plastikliyi və 

uyğunlaşma qabiliyyəti, onların ferment sistemləri (oksidləşmə-

reduksiya) və metabolizmin xarakteri ilə əlaqədardır.  




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin