3.2. Göbələklərdə azotlu maddələrin metabolizmi
Mövcud olan bəzi məlumatlara görə göbələk mitsellərində
aminturşularının sintezi, karbon mənbəyi kimi istifadə olunan
şəkərlərdə üçüncü və dördüncü karbon atomları assimmetrik
olduqda daha yaxşı həyata keçirilir. Göbələklərdə ilk sintez olu-
nan aminturşuları ilə, sonradan sintez olunan aminturşuları bir-
birindən fərqlənir. Belə ki, ikincilər, birincilərin əsasında əmələ
gəlir. Staynberq, adları çəkilən 7 aminturşusunun Asperqillus
niqer tərəfindən daha yaxşı mənimsənildiyini göstərmişdir.
Bunlara: alanin, arginin, asparagin turşusu, qlütamin turşusu,
qlisin, prolin və oksiprolini aid edirlər. Bu aminturşuları ilkin
sintez olunan aminturşuları hesab olunurlar. Dikarbon üzvi turşu-
ları, ammoniuma nisbətən bəzi aminturşularının
mənimsənilməsinə daha yaxşı təsir edirlər. Aminturşularının
sintezi, Krebs tsiklindəki turşuların, o cümlədən,
α
-ketoqlütar
turşusunun, aminləşərək, qlütamin turşusuna çevrilməsi kimi
həyata keçirilir.
COOH COOH
| |
CH
2
CH
2
| |
CH
2
+NH
3
+ 2H
+
CH
2
+ H
2
O
| |
CO CHNH
2
|
|
COOH COOH
Dostları ilə paylaş: |