Menecerin işdə aparıcı rolu: müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb etmək, kollektivin fəaliyyətində bir sistem yaratmaq; menecerdən dərin nəzəri biliyin, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olmaq bacarığının tələb olunması; idarəetmənin təşkilində siyasi tərbiyə, tədris, təlimati-metodik təşkilatçılıq və təsərrüfatçılıq fəaliyyətinə diqqətin yetirilməsi; təşkilatçılıq işində məktəbin kadrların seçilib yerləşdirilməsi, pedaqoji kollektiv arasında təlim-tərbiyə və ictimai tapşırıqların dəqiqləşdirilməsi, özfəaliyyət orqanları və şagirdlərin yaradıcı birliklərinin işinin təşkili, pedaqoji kadrların yüksək işgüzarlığının təmin edilməsi, optimal rejimin yaradılması; ümumməktəb kollektivinin dəqiq və mürəkkəb iş ritminin qaydaya salınması, işçilərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi kimi aktual məsələlərin həlli; şəxsiyyətə kollektiv və ictimai təşkilatların təsirinin təşkili, əmək intizamını möhkəmləndirmək; məktəbdə məsuliyyət hissini artırmaq, rəhbərlik qarşısında hesabat verməyə və təcrübə mübadiləsi aparmağa imkanlar yaratmaq.
4. Təhsil menecerlərinin idarəçilik fəaliyyətində pedaqoji prinsiplər Menecment anlayışının ən ümumi, ən universal anlayışlar sırasına daxil edilməsi. Menecment fəaliyyətinin sosial sistemlər sahəsində (o cümlədən pedaqoji sistemlər sahəsində) zəruriliyi.
İdarəetmənin elmi əsası və onun elmi biliklər sistemində yeri.Elmi biliklər idarəetmə praktikasının nəzəri əsası kimi.
Təhsil Nazirliyi, şəhər, rayon təhsil şöbələri idarəetmə sisteminin subyektləri kimi. Mürəkkəb, dinamik sosial sistem olan ümumtəhsil orta məktəbi məktəbdaxili idarəetmənin obyekti kimi. Məktəbdaxili idarəetmə optimal nəticələr əldə etmək üçün tam pedaqoji prosesin iştirakçılarının məqsədyönlülüyü.
Tam pedaqoji prosesin iştirakçılarının qarşılıqlı təsirinin funksiyalardan asılılığı: işin təhlili, işin məqsədi və planlaşdırılması, işin təşkili, ona nəzarət, nizama salma və təshih etmə; məktəbi idarəetmə nəzəriyyəsi məktəbdaxili menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanması; menecerin (məktəbi idarə edən) fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar əsasında, işdə uğur qazanmaq üçün onlara şərait yaratmaq əsasında qurulması.