2.3KİV materialları əsasında abreviaturaların tərcüməsi nümunələri
Tərcümə zamanı hər hansı bir məsələ ilə bağlı çətinliyi əvvəlcədən aradan qaldırmaq tərcüməçilər üçün faydalıdır. Bunu vurğulamalıyıq ki, dil əsasən praktika ilə öyrənilir. Bir dilşünas, müəllim üçün dilin bütün qaydalarını bilmək həddən çox əhəmiyyətli olsa da, bir tərcüməçi üçün bu həyatı əhəmiyyət daşımır. Demək istədiyimiz təbii ki, o deyil ki tərcüməçi hədəf və ya məxəz dildən bixəbər olmalıdır. Xeyr, əksinə o çalışmalıdır ki, bu dili ən incəliklərinə kimi bilsin. Amma bunu da nəzərinizə çatdırmalıyam ki, dil sadəcə nəzəriyyələrlə öyrənilmir. Bunu düşünün ki, ibtidai sinifdə oxuyan bir şagird dilin bütün nəzəri biliklərinə sahib deyil. Hətta onlar bunu yeni-yeni öyrənməyə başlayır. Lakin əgər onlar valideyn və müəllimləri tərəfindən çox danışdırılsa, yeni sözlər öyrədilsə o zaman öz fikirlərini geniş şəkildə ifadə edə bilmə bacarığına yiyələnəcəklər. Bundan öyrənəcəyimiz nəticə odur ki, bir dili öyrənməyin yolu praktikadır, yəni çoxlu o dilə məruz qalmaqdır. Bu tərcüməçilər üçün istifadə edəcəkləri yol olacaq. Əvvəlki paraqraflarda biz abreviaturaların tərcümə üsullarından bəhs etmişdik. Bunu danmaq olmaz ki, bu tərcümə üsulları çox əhəmiyyətlidir. Lakin bir tərcüməçi üçün daha əhəmiyyətli olan bir şey varsa o da tərcümə etdiyi ünsürlərlə əvvəldən çox çox qarşılaşıb onu tərcümə etməsi və ya əvvəlcədən onu öyrənməsidir. Abreviaturalar problemində də bu şərt keçərlidir. Tərcüməçi əgər əvvəlcədən uzunmüddətli tərcümə təcrübəsinə sahib deyilsə, o zaman edilən tərcümələri oxuyub qarşılaşdıra bilər. Əlbəttə ki, bunun üçün son illərin materiallarından istifadə etməlidir. Unutmamaq lazımdır ki, dil daimi yenilənən məhfumdur. Elə bunun üçün istifadə edəcəyi ən yaxşı mənbə KİV materialları olacaq. Mətbuat saytlarından, qəzetlərdən, radiodan gördüyü, eşitdiyi materialların həm hədəf, həm məxəz dilindəki halına nəzər salsa, öz həmkarlarının tərcümə üsullarını mənimsəyə, özünü inkişaf etdirə bilər. Gəlin bu yoldan istifadə edərək biz də bəzi xəbərləri qarşılaşdıraq:
“Turkish, US presidents to discuss situation in South Caucasus
Turkish President Recep Tayyip Erdogan is expected to meet with his US counterpart Joe Biden in the coming days, the President's Spokesman Ibrahim Kalin said at the G20 summit in Rome, Italy, Trend reports
"The meeting will take place in Italy or UK, where the climate summit of COP-26 will be held. The details of the meeting are being worked out. During the meeting, the situation in Afghanistan, Libya, Syria and the South Caucasus, as well as bilateral relations, will be discussed," added Kalin.” (36)
Ərdoğan və Baydenin görüşü gözlənilir - Cənubi Qafqaz müzakirə olunacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti yaxın günlərdə görüşü nəzərdə tutulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. O bildirib ki, görüş zamanı liderlər Cənubi Qafqaz məsələsini də müzakirə edəcəklər:
"Görüş İtaliyada, ya da iqlim sammitinin keçiriləcəyi Böyük Britaniyada baş tuta bilər. Görüşün detalları ilə bağlı iş aparılır. Görüş zamanı bir çox məsələlər, Əfqanıstandan Liviyaya, Suriyadan Cənubi Qafqaza kimi regional məsələlər, eləcə də ikitərəflim münasibətlər, müdafiə sənayesi müzakirə olunacaq". (24)
Yuxarıda verilmiş iki xəbər eyni məsələdən bəhs edir. Nəzərdə saxlamalıyıq ki, yazıçının istəyindən asılı olaraq yazı redaktə edilə bilər. Burda da bəzi hissələrin tərcümədən çıxarılması nəzərdə tutulub. Lakin yenə də bu tərcümələr üzərində qarşılaşdırma aparıla bilər, çünki hələ də iki tərcümədə də abrevituralardan istifadə edilib. Məsələn, US-United States, UK-United Kingdom, G20-Group of 20 kimi abreviaturalar. Bunun kimi abreviaturalar hər bir tərcüməçiyə aydındır və tərcüməsi sadədir.
İkinci bir nümunəyə nəzər salaq:
“PACE deputies initiate resolution on threats to journalists and human rights activists in Azerbaijan
On the eve of the annual World Freedom Day on 3 May, a group of PACE deputies came up with an initiative to adopt a resolution of the Assembly on threats to the life and security of journalists and human rights defenders in Azerbaijan.
Note that the initiative by Belgian MP Christophe Lacroix was supported by 37 PACE members from 24 countries.
"The Parliamentary Assembly of the Council of Europe is concerned about the growing level of violence, intolerance and persistent threats against Azerbaijani journalists, bloggers and human rights defenders in Azerbaijan," reads the petition signed by the PACE MPs.(37)
AŞPA deputatları Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnaməyə təşəbbüs göstərir
Hər il mayın 3-də qeyd olunan Ümumdünya Azadlıq Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə Amerikanın Səsinə İRFS-in icraçı direktoru Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, belçikalı parlamentari Kristof Lakroixin (Lacroıx Christophe-red) təşəbbüsünü 24 ölkədən AŞPA-nın daha 37 üzvü dəstəkləyib.
"Avropa Şurası Parlament Assambleyası Azərbaycanda zorakılığın səviyyəsinin artması, azərbaycanlı jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı dözümsüzlük və davam edən təhdidlərdən narahatdır" - deyə, həmin deputatların imzaladığı qətnamənin qəbulu ilə bağlı təkilfdə bildirilir.(25)
Həm ingilis həm də azərbaycan dilində olan materialı diqqətlə nəzərdən keçirək. Nəzərə çatdırılması lazım olan ilkin məsələ odur ki, ingilis dilli xəbərin başlığında the Parliamentary Assembly of the Council of Europe “PACE” olaraq qeyd olunub. Əvvəlcədən qeyd etmişdim ki, bir tərcüməçi materialda bir abreviaturadan əgər ilk dəfə istifadə edirsə, mütləq onun açılışını verməlidir. Əks halda, bu oxuyucuda fikir dolaşıqlığına gətirib çıxardacaq. Lakin görüldüyü kimi burada ilkin olaraq “PACE”abreviaturasından istifadə edilmiş, sonradan isə açılışı verilmişdir. Mətbuatda başlıqların qısa, lakonik olması vacibdir. Başlıqlar uzun-uzadı cümlələrdən deyil xəbərin əsas özəyini izah edən qısa cümlə və ya cümlələrdən ibarət olmalıdır. Hətta bunun üçün tərcüməçilər başlıqlarda xəbəri hərzaman indiki zamanda verillər. Beləliklə, do, will, could və sairə kimi köməkçi feillərin və ya modal feillərin istifadəsini azaldıb, cümləni sadələşdirirlər. Xəbərin tərcüməçisi PACE abreviaturasının azərbaycan dilində qarşılığını “AŞPA” (Avropa Şurası Parlament Assambleyası) olaraq verib ki, bu tamamilə düzdür. Bundan əlavə xəbərdə “MP”(Member of Parliament) abreviaturasından istifadə olunub. Bu isə azərbaycan dilində parlament üzvü olaraq tərcümə edilir. Lakin azərbaycan dilində qarşılıq olaraq bir abreviatura hazırlanmamışdır. Azərbaycan dilində olan xəbərdə bundan əlavə olaraq “İRFS” abreviaturası işlənmişdir ki, açılışı azərbaycan dilində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ingilis dilində isə The Institute for Reporters’ Freedom and Safetydir. Bu abreviaturaya azərbaycan filində qısaca “RATİ” də deyilir.
NƏTİCƏ
Tədqiqat işinin giriş bölməsində dünya dillərinin nə qədər çox olduğunu vurğulamışdıq. Bizə məlumdur ki, heç bir insan dünyada olan bütün dilləri, ən azından ən çox istifadə olunanlarını yüksək səviyyədə bilə bilməz və ya belə peşəkar insanların sayı çox az olar. Elə buna görə də tərcümə dünya üzərində olan əhəmiyyətli peşələrdən biridir. Dünyanın ən lazımlı peşələrinin necə geniş bölgüsü varsa eyni hal tərcümə sənəti üçün də keçərlidir. Tərcümə mürəkkəb və çətin bir peşədir, onun mükəmməl və ya mükəmmələ yaxın şəkildə icra edilməsi peşəkarların ağır əziyyəti ilə bağlıdır. Tərcüməçinin yüksək səviyyədə bilməsi və həyata keçirməsi lazım olan sahə sayı həddən artığ çoxdur. Fəqət biz tədqiqat işində onlardan yalnız birindən abreviaturaların tərcüməsindən bəhs etdik. Nəzəri hissədə abreviaturaların tələffüz və yazılma problemlərinə, onların təsnifatının ən düzgün şəkildə aparılmasına diqqət yönəldildi. Praktiki hissədə isə kütləvi informasiya vasitələrindən istifadə edərək tərcümələr edildi, bu tərcümələrin üzərində təhlil aparıldı və mətbuat tərəfindən edilmiş tərcümələrlə məxəz dildəki tərcümələr qarşılaşdırıldı. Bunu edərkən abreviaturaların hansı üsullarla tərcümə edilməsi məsələsinə toxunuldu ki, nəzəri hissədə bunun haqqında geniş məlumat verilmişdi. Bundan əlavə qısaltmaların gündəlik həyatdakı istifadəsi tədqiq olundu.. Dövrümüzdə tərcümə ilə bağlı yalnış bir fikir çox geniş yayılıb. Tərcüməni geniş xalq kütlələri sadəcə “ciddi” və “rəsmi” sahədə istifadə olunan bir məhfum olaraq qiymətləndirir. Elə bu yalnış fikirin aradan götürülməsi üçün bu tədqiqat işinin böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, dövr texnologiya dövrüdür. Sosyal şəbəkələr dünyadakı bir çox insanın həyatında böyük rol oynayır. Bu sahədə tərcümədən heç istifadə edilməməsi ağlasığmazdır. Bilmək lazımdır ki, tərcümə insanların olduğu hər sahədə özünü göstərir. Tədqiqat işində bəhs etmişdik ki, sadəcə dili bilməklə kifayətlənib tərcümə peşəsinin heç bir sahəsi haqqında məlumatı olmayan kəslər tərcümə ilə məşğul olarkən işin dəyərini aşağı salır. Vurğulamışdıq ki, onların etdiyi və edəcəyi yalnış abreviatura tərcümələri “fikir kirliliyinə” gətirib çıxardır. Təəsüflər olsun ki, bu halın sosyal şəbəkələrdə geniş yayıldığının şahidi olmuşuq. Lakin hər hansı bir akademik təhsilə sahib olmasa belə tərcümə peşəsinin dərin biliklərinə sahib olan “həvəskarlar” olduğu kimi akademik təhsilə sahib olub heç bir biliyə sahib olmayan “peşəkarlar” da vardır. Kimin tərcümə etməsindən asılı olmayaraq, bu işlə məşğul olan hər kəs tərcüməyə aid olan sahələrin həmçinin abreviaturaların tərcümə biliklərinə dərindən yiyələnməlidir. Qeyd etdiyimiz kimi, tərcümə həyati əhəmiyyət daşıyan bir peşə sahəsidir. Onun qolları da həmçinin həyati əhəmiyyət daşıyır. Tərcüməçinin sadəcə təsdiq cümləni inkar halda və ya inkar cümləni təsdiq halda tərcümə etməsi nəticəsində bir müharibə belə başlada bilər. Tərcüməçi bu ağır vəzifənin fərqində olmalı və işinə məsuliyyətli yanaşmalıdır. Eyni şərt tədqiqat işinin əsas mövzusu olan abreviaturalar üçün də keçərlidir. Şərti ixtisarlar və abreviaturalar, abreviaturaların fonetik xüsusiyyətləri və s. kimi paraqraflarla tədqiqat işində abreviaturalar dəqiqliklə araşdırılmışdır.
Abreviaturaların düzgün tərcüməsini təqdiq etmək üçün kütləvi informasiya vasitələrini təhlil edərkən gəldiyim şəxsi qənaət odur ki, abreviaturaların ifadə edilməsi yüksək dərəcədə həyata keçirilib. Hər bir təşkilat , müəssisə, şirkət adları yerli yerində tərcümə edilib ki, bunu son dövrlərdə tərcümə sahəsinin peşəkar tərcüməçilər tərəfindən əhatə edildiyinə dəlalət edir. Tərcümələri təhlil zamanı qarşılaşacağımız əsas üstünlük fərqli-fərqli tərcüməçilər abreviaturaları tərcümə edərkən fikir ayrılığına yol açacağ heç bir yalnış tərcüməyə yol verməməsidir. Bu da keçmiş dövrlərdə bəzi ədəbiyyatşünasın “abreviaturalar lazımsızdır, heç bir lazımlı funksiyası yoxdur” kimi fikirlərinin heç bir alt zəmininin olmadığını göstərir. Düzgün və yerində edilmiş abreviatura tərcümələri göstərir ki, abreviaturaların dildə yaratdığı tək şey zamandan təsərrüfdür. Bu da təbii ki, dili asanlaşdır, təkrarların qarışısını alır. Bizə qalan tək şey isə abreviaturaların dildə istifadəsini daha yaxından araşdırmaq, dildə vəhdət şəklində istifadəsini təmin etməkdir.
Tədqiqatda toxunulan digər bir məsələ isə abreviaturalar mövzusunun dildə geniş tədqiqatının aparılmasının, vahid bir mənbənin yaradılmasının əhəmiyyətidir. Çünki, vahid bir mənbənin yaradılması, abreviaturaların tərcüməsi zamanı ağıllarda sual yaradacaq məsələlərin daha qısa zaman dilimində həll edilməsinə kömək edəcəkdir. Elə son dövrlərdə aparılmış araşdırmalarda, yazılmış məqalələrdə də abreviaturaların tərcüməsi zamanı qarşıya çıxa biləcək məsələlərin həll yolu verilir.
Dostları ilə paylaş: |