Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti Tərcümə fakültəsi Tağızadə Bəyaz Natiq qızı



Yüklə 116,17 Kb.
səhifə3/11
tarix18.05.2022
ölçüsü116,17 Kb.
#58507
1   2   3   4   5   6   7   8   9   10   11
Buraxılış işi Tağızadə Bəyaz (1)

Tədqiqatın obyekti. İngilis və azərbaycan dilində dilində yazılmış kütləvi informasiya vasitələri materialları bu tədqiqat işinin obyektini təşkil edir.
Tədqiqatın predmenti. İngilis dilində olan kütləvi informasiya vasitələri materiallarında abreviaturaların işlənməsi, eləcə də həmin abreviaturaların Azərbaycan dilinə tərcümələr verilmə üsulları buraxılış işinin predmentini təşkil edir.
Tədqiqatın əsas məqsədləri. Bu tədqiqatın əsas məqsədi ictimai sferalarda, elmi məqalələrdə və başqa yerlərdə istifadə olunan abreviaturaların Azərbaycan dilinə necə tərcümə edildiyini araşdırmaq, eyni zamanda tərcümə zamanı ortaya çıxan çətinlik və problemləri aydınlaşdırmaq və həmçinin onlar üçün həll yollarını təklif etməkdir.
Təqdiqatın əsas vəzifələri. Tədqiqat əsas vəzifələri isə bunlardır:
1.Qısaltmalar haqqında nəzəri biliklərə yiyələnmək və bu bilikləri nümayiş etdirmək.
2.Abreviaturaların tərcüməsi zamanı ortaya çıxan çətinlik və problemləri aşkar edib, onlara həll yolu tapmaq
3.Abreviaturaların tərcümə üsulları barədə ümumi məlumat vermək.
Tədqiqatın nəzəri-praktiki əhəmiyyəti. Abreviaturalar dünya üzərində yaşayan hər bir insan üçün əhəmiyyətlidir. İnsanlar həyatları boyunca xüsusən akademik arenada mütləq abreviaturalar ilə qarşılaşır. Bu mövzu insanlara birbaşa və ya dolayı yol ilə təsir edir. Eyni zamanda bu məsələnin araşdırılan məsələlər gələcəkdə tərcümə peşəsinə yiyələnəcək tələbələr üçün yol göstərəcək.Bu tədqiqat işi İngilis dilindən Azərbaycan dilinə tərcümə zamanı ortaya çıxacağ məsələlərin diqqət yetirilməsi lazım olan cəhətlərini görməyə və onların həll edilməsinə böyük imkan yaradır. Bu da qeyd olunmalıdır ki, abreviaturalar mövzusu dilçilik ilə sıx əlaqədədir. Araşdırılan mövzunun dilçilik ilə əlaqəli olduğuna görə onların vəhdəti, verilmə üsulları və s. xüsusi nəzəri əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, tədqiqat işində müzakirə olunan məsələlər gələcək dövrlərdə abreviaturaların Azərbaycan dilinə tərcüməsi zamanı qarşıya çıxacaq problemlər ilə bağlı daha diqqətli olmağa və onların təhlilinə böyük imkanlar yaradacaqdır. Tədqiqat işinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, həm aparılan və təqdim olunan praktiki materiallar, həm də nəzəri məsələlər gələcəkdə abreviaturalar barəsində dərs vəsaitlərinin, məqalə və tezislərin yazılmasında köməkçi vasitə ola bilər. Bu səbəbdən ötrü bu tədqiqat işi həm nəzəri, həm də praktiki cəhətdən əhəmiyyət daşıyır.

Yüklə 116,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin