distillə prosesinin maddi axınlarla sxemi
Nəticədə distillə zamanı alınan buxarın (distillatın) tərkibi təmiz AQK-dən deyil,
hər iki komponentin qarışığından ibarət olur, lakin qeyd etmək lazımdır ki, distillə
prosesindən alınan distillatın tərkibindəki AQK-in qatılığı, distillə prosesinə
verilən xammal qarşığına nisbətən yüksək olur.
Distillə prosesi zamanı AQK-in hamısı buxara çevrilmir, onun bir hissəsi
maye halında qalır, ona görə də prosesdən alınan qalıq mayenin tərkibi təkcə
YQK-dən deyil, hər iki komponentin qarışığından ibarət olur. Lakin prosesdən
alınan qalıq mayenin tərkibindəki YQK-in qatılığı xammal qarışığındakına
nisbətən yüksək olur. Bu deyilənləri aşağıdakı distillə prosesinin sxemindən daha
aydın görmək olar.Distillə nəzəriyyəsi təcrübədə özünü doğrultmur, həqiqətdə isə
bu belə deyildir. Əgər sadə distillə prosesindən alınan məhsulları distillat və qalıq
mayeni bir neçə dəfə təkrar distillə etsək, xammalın komponentlərini təmiz halda
bir-birindən ayırmaq mümkün olar.
Dostları ilə paylaş: