Əsas proseslərin təsnifatı Xalq təsərrüfatının müasir inkişaf mərhələsində buraxılan məhsulların
keyfiyyətinin yüksəldilməsi və növlərinin çoxaldılması, ətraf mühiti qorumaq üçün
tullantısiz texnoloji proseslərin sənayeyə tətbiq edilməsi, müvcud proseslərin
intensivləşdirilməsi, zavod avadanlığının etibarlılığının artırılması və texniki
göstəricilərinin yaxşılaşdırılması mühüm sosial iqtisadi əhəmiyyətə malik olan
məsələlərdir.
Kursun nəzəri əsaslarının və hesablama metodlarının mənimsənilməsi texnoloji
proseslərin əlverişli rejimlərinin tapılmasına, proseslərin tədqiqində alınan
nəticələrin düzgün qiymətləndirilib, sənayedə tətbiqinin sürətləndirilməsinə ,
aparatın məhsuldarlığının artırılması üçün onun səmərəli konstruksiyasının
yaradılmasına, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.
Kimyəvi texnoloji prosesləri müxtəlif elmlər vasitəsilə öyrənilir. Bu elmlədəki
qanunlar müxtəlif olduğundan kimya texnologiyasının əsas prosesləri, adətən,
aşağıdakı beş sinifə bölünür.
1. Hidrodinamiki proseslər. Mayelərin nəql olunması, qazların sıxılması və
nəql edilməsi, bircins olmayan sistemlərin ayrılması və alınması hidromexaniki
proseslərə aiddir. Bu proseslərin sürəti hidrodinamikanın , yəni mayenin və qazın
hərəkəti haqqındakı elmin qanunları ilə müəyyən edilir.
2.İstilik mübadiləsi prosesləri. Qızdırma, qaynama, buxarlandırma,
kondensləşmə, soyutma prosesləri istilik proseslərinə daxildir. Istilik proseslərinin
sürəti istilikvermə və istilikötürmə qanunları əsasında müəyyən edilir.
3. Kütlə mübadiləsi, yaxud diffuziya prosesləri. Bu proseslər bir və ya bir neçə
fərdi maddənin (komponentin) bir fazadan digərinə keçməsi ilə xarakterizə edilir.
Distillə, reftifikasiya, absorbsiya, adsobsiya, ekstraksiya və s. kütlə mübadiləsi
proseslərinə aiddir. Maddə mübadiləsi prosesləri maddəvermə və maddəötürmə
qanunlarına əsasən öyrənilir. Belə proseslərdə fazadan fazaya kecən maddə
diffuziya vasitəsilə verildiyi üçün onlar diffuziya prosesləri də adlandırılır.