Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Maddələrin əsas fiziki – kimyəvi xassələri



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Maddələrin əsas fiziki – kimyəvi xassələri 
 
Mayelərin mexanikasını hidravlika elmi öyrənir. Bu elm mayeləri, qaz və buxarları 
ümumiləşdirərək onları ümumi halda maye adlandırır və öyrənir. Məlumdur ki
təbiətdə külli miqdarda müxtəlif xassəli mayelər mövcuddur, bunların xassələrini 
öyrənmək mürəkkəb və çox çətindir. Bu çətinliyi aradan qaldırmaq üçün ideal 
maye anlayışından istifadə olunur. Təbiətdə və texnikada ideal maye yoxdur, ideal 
maye dedikdə elə mayelər nəzədə tutulur ki, onlar təzyiqdən sıxılmır, temperaturun 
təsirindən genişlənmir, daxili sürtünməsi yoxdur və onları bir-biri ilə qarışdırdıqda 
həll olma istiliyi ayrılmır. 
Real mayelər xassələrinə görə ideal mayelərdən az və ya çox dərəcədə 
fərqlənirlər, onların arasında yaranan bu fərqi təcrübə yolu ilə təyin etmək olar. Bu 
fərq məlum olduqda onu nəzərə almaqla ideal maye qanunlarını real mayelərə 
tətbiq etməklə real mayelərin xassələrini öyrənmək olar. 
Real mayelər xassələrinə görə iki qrupa bölünür: damcılı və elastik mayelər. 
Damcılı mayelər təzyiqin təsirindən olduqca az sıxılır və genişlənir ki, onu təcrübi 
olaraq nəzərə almamaq olar. Ona görə də damcılı mayeləri sıxılmayan maye kimi 
qəbul etmək olar, lakin temperaturun təsirindən damcılı mayelər nəzərə çarpacaq 
dərəcədə sıxılır və genişlənir. Ona görə də texnoloji hesablamalarda təzyiqin təsiri 
nəzərə alınmadığı halda, temperaturun təsirini nəzərə almaq lazımdır. 
Elastik mayelər isə qaz və buxarlardan ibarət olub, təzyiq və temperaturun 
təsiri nəticəsində geniş intevalda sıxılır eləcə də genişlənirlər. Real mayerləri 
öyrənmək üçün onların bir sıra xassələri ilə tanış olaq: 
Mayelərin sıxlığı
. Vahid həcmin kütləsinə sıxlıq deyilir, 
𝜌
ilə işarə olunur 
𝜌 =
𝑚
𝑉
, kq/m
3
burada m – mayenin kütləsidir, kq; V – həcmi sərfidir, m
3

Hesablama zamanı damcılı mayelərin sıxlığına təzyiqin təsiri nəzərə alınmır, 
temperaturun dəyişməsindən damcılı mayelərin sıxlığı xətti dəyişir və aşağıdakı 
düsturla hesablanır. 
ρ


𝜌
1
– α( t – t
1
)
, kq/m
3
ρ
t
və ρ
0
– verilmiş t
0
və tələb olunan t temperaturda mayenin sıxlıqlarıdır , 
kq/m
3
; α – mayenin həcmi genişlənmə əmsalı olub , karbohidrogenlər üçün 
Kusakovun emprik düsturu ilə hesablanır 
α = 1,828 – 0,00132ρ
t0
Damcılı mayelərin sıxlıqları onun əsas xassələrindən biridir, təcrübə yolu ilə 
laboratoriya şəraitində piknometr üsulu ilə təyin olunur və sorğu ədəbiyyatında
verilir. 
t

–normal şəraitdə mayenin temperaturudur, 
o


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin