Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Porşenli nasosların quruluşu və işləmə prinsipi



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 

Porşenli nasosların quruluşu və işləmə prinsipi. 
Özlülüyü böyük, yanğın və partlayış təhlükəsi olan maye məhsulları nəql 
etdirmək üçün porşenli nasoslardan istifadə edilir. Bu nasosların əsas ölçüsü 
silindir və onun içərisində irəliyə və geriyə hərəkət edən porşendən ibarətdir və 
hərəkət nasosa elektrik mühərrikilə val vasitəsilə verilir. Elektrik mühərikinin
valındakı firlanma hərəkəti Krivo-Şatun mexanizmasının köməyi ilə irəli geri 
hərəkətə çevirir və beləliklə də nasosun valına ötürülür. 
Porşenli nasoslar konstruksiyalarına görə bir təsirli və ya iki təsirli olurlar onları 
sixematik olaraq aşağıdakı kimi göstərmək olar. 
1.nasosun silindiri; 2.porşen; 3.sorma klapanı; 4.vurma klapanı ,vurma borusu; 
5. əyri dirsəkli şatun; 6.Nasosun valı ;
 
 
Sxemdən göründüyü kimi bir təsirli nasosun porşenin yalnız bir tərəfi təsir 
göstərir, iki təsirli nasoslarda isə hər iki tərəfi təsir göstərir. Bundan əlavə bir təsirli 
nasoslardan bir dövr ərzində nasos bir dəfə sorur və bir dəfə də vurur. İki təsirli 
nasoslar isə bir dövr ərzində iki dəfə sorur və iki dəfə vurur. Ona görə də eyni 
diametrli porşeni olan iki təsirli nasosun məhsuldarlığı bir təsirliyə nisbətən 
təxmini olaraq iki dəfə böyük olur.
Porşen soldan sağa hərəkət etdikcə silindr daxilində boşluq yaranır və həmin 
vakuum hesabına sorma klapanı açılır, maye nasosun silindrinə dolur. Porşenin 
sağdan sola hərəkəti nəticəsində silindrdə yığılan maye sıxılmağa başlayır və onun 
hesabına sorma klapanı bağlanır, vurma klapanı isə açılır. Nəticədə maye vurma 
borusuna itələnir. Porşenli nasoslarda porşen silindrin içərisinə kip yerləşdirilir. 
Onun kipliyi porşenin uclarındakı elastik həlqələrin köməyi ilə yaradılır və porşen 
silindr daxilində vurulan maye vasitəsilə yağlanır.
Bəzi hallarda porşenli nasosların əvəzinə plunjerli nasoslardan istifadə olunur. 
Bu nasoslar porşenli nasoslarla eyni quruluşa malikdir. Lakin burada porşen yox 
plunjerdən istifadə edilir və plunjerin səthi ilə silindr səthi arasında müəyyən qədər 
boşluq olur. 
Nasosun silindri; Plunjer; Sorma borusu;Vurma borusu;Mexanizmi;Nasosun valı; 


Porşenli və plunjerli nasoslarda yaranan təzyiq nasosun məhsuldarlığından asılı 
deyildir. Porşenli nasoslarda olduğu kimi bu nasoslarda iki və üç (pilləli) təsiri 
olur. Üç təsirli plunjerli nasosu sxematik olaraq aşağldakı kimi göstərmək olar 
1.
Silindr; Plunjer; Dirsəkli val; Ştuser; Sorma borusu; Vurma borusu. 
Üç təsirli plunjerli nasosların iş prinsipi bir pilləli nasoslar kimidir. Ancaq 
dirsəkli valın bir dəfə dövrü nəticəsində maye üç dəfə sorulur və üç dəfədə 
vurulur. Üç təsirli nasosun məhsuldarlığı sadə nasosun məhsuldarlıqları cəminə 
bərabərdir. Porşenli nasoslar dövrlər sayına görə üç yerə bölünürlər . Sakit gedişli 
(n=45
÷
60 dəqiqə), normal gedişli (n=60÷120 dövr/dəq) və iti gedişli (n=120÷180 
dövr/dəq). 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin