olarsa, bu şəraitdə gedən buxarlanma olduqca kiçik sürətlə gedir və maye yalnız
sərbəst səthdən buxarlanır. Maye hər hansı temperaturda doymuş buxar təzyiqi onu
əhatə edən mühitin ümumi təzyiqinə bərabər olduqda P=
𝒫
belə buxarlanmaya
qaynamadeyilir.
Müxtəlif fərdi komponentlər eyni təzyiqdə müxtəlif temperaturda qaynayırlar, ona
görə ki, komponentlərin uçuculuq xassələri müxtəlifdir. Uçuculuğu böyük olan
komponentlər daha aşağı temperaturda qaynayırlar və əksinə.
Eyni təzyiqdə
(P=const) komponentlərin qaynama temperaturlarının müxtəlifliyindən istifadə
edərək maye qarışıqları distillə yolu ilə komponentlərinə ayırmaq olar. Bundan
ötrü distillə nəzəriyyəsi mövcuddur.
Fərz edək ki, tərkibi alçaq qaynayan komponent (AQK) və yüksək qaynayan
komponentdən (YQK) ibarət olan iki komponentli maye qarışığı verilmişdir. Bu
qarışığı sabit təzyiqdə (P=const) tədricən qızdırılarsa, qarışıq hər hansı t
temperaturda qaynamağa başlayar. Distillə nəzəriyyəsinə
görə distillə prosesi
başladıqda (AQK) tamamilə buxara çevrilir ,YQK isə tamamilə maye halında qalır.
Beləliklə distillə prosesində iki tarazlıqda olan maye-buxar fazası yaranır. Buxar
mayedən dəfələrlə (P
bux
<<
maye
) yüngül olduğundan asanlıqla maye fazadan
ayrılırlar və distillə aparatının yuxarı
hissəsindən xaric olur, soyuducu aparatda
soyudularaq kondensləşdirilir və alınan kondensator distilat deyilir. Distillə
aparatının aşağısında qalan maye aparatın aşağı hissəsindən xaric olur, buna qalıq
maye deyilir.
Distillə nəzəriyyəsinə görə prosesdən alınan distilatın
tərkibi texniki təmiz
AQK-dən, qalıq mayenin tərkibi isə texniki təmiz YQK-dən ibarət olmalıdır. Lakin
təcrübələr göstərir ki, maye qarışıqlarını sadə distillə ilə təmiz halda
komponentlərinə ayırmaq mümkün deyildir. Bunun səbəbini aşağıdakı kimi
aydınlaşdırmaq olar.
Məlumdur ki, mayelər istənilən temperaturda buxarlanırlar,
ona görə də
distillə zamanı həm AQK və eləcə də YQK hər ikisi buxarlanır. Lakin
temperaturlarda AQK daha uçucu olduğundan daha çox buxarlanır, YQK isə
nisbətən az uçucu olduğundan az buxarlanır.
Distillat
AQK- 80%
YQK- 20%
Maye xammal qarışığı
AQK- 70%
YQK- 30% Qalıq maye
AQK- 30%
YQK- 70%
Distill
ə
prosesi
distillə prosesinin maddi axınlarla sxemi
Nəticədə distillə zamanı alınan buxarın (distillatın)
tərkibi təmiz AQK-dən deyil,
hər iki komponentin qarışığından ibarət olur, lakin qeyd etmək lazımdır ki, distillə
prosesindən alınan distillatın tərkibindəki AQK-in qatılığı, distillə prosesinə
verilən xammal qarşığına nisbətən yüksək olur.
Distillə prosesi zamanı AQK-in hamısı buxara çevrilmir,
onun bir hissəsi
maye halında qalır, ona görə də prosesdən alınan qalıq mayenin tərkibi təkcə
YQK-dən deyil, hər iki komponentin qarışığından ibarət olur. Lakin prosesdən
alınan qalıq mayenin tərkibindəki YQK-in qatılığı xammal qarışığındakına
nisbətən yüksək olur. Bu deyilənləri aşağıdakı distillə
prosesinin sxemindən daha
aydın görmək olar.Distillə nəzəriyyəsi təcrübədə özünü doğrultmur, həqiqətdə isə
bu belə deyildir. Əgər sadə distillə prosesindən alınan məhsulları distillat və qalıq
mayeni bir neçə dəfə təkrar distillə etsək, xammalın komponentlərini təmiz halda
bir-birindən ayırmaq mümkün olar.
Dostları ilə paylaş: