Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Filtrləmə haqqında ümumi məlumat 
Filtrləmə suspenziyaları məsaməli arakəsmənin köməyilə ayırmaq prosesinə 
deyilir. Bu zaman suspenziyanın maye hissəsi filtirləyici arakəsmənin 
məsamələrindən keçir, bərk hissəciklər isə onun səthində tutulur. Suspenziyaların 
bu üsulla ayrılması filtirlərdə gedir. Bu aparatlar müxtəlif quruluşlu tutumlardan 
ibarət olub içərisində məsaməli arakəsmə yerləşdirilir. Filtirləyici arakəsmə filtiri 
iki hissəyə ayırır. Arakəsmənin üstündəki P
1
və altındakı P
2
təzyiqlər fərqi
∆𝑃 =
P

– P
2
filtrləmə prosesinin hərəkətverici qüvvəsidir və həmin qüvvənin təsiri altında maye 
arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər isə arakəsmənin səthində ilişib 
qalırlar. Beləliklə suspenziya qarışığı şəffaf mayeyə və nəm çöküntüyə ayrılır. 
Şəffaf mayeyə filtirat deyilir. Filtirləmə prosesi maye suspenziya qarışığını bərk 
hissəciklərdən tam ayırır və buna görə də filtirləmə çökdürmə posesinə nisbətən 
böyük üstünlüyə malikdir. 
Filtirləmə prosesi o vaxt keyfiyyətli gedir ki, filtirləyici arakəsmə 
məsamələrinin ölçüləri suspenziyadakı bərk hissəciklərin ölçülərindən kiçik olsun. 
Əks halda hissəciklər maye ilə birlikdə məsamələrdən keçib gedər və heç bir 
ayrılma getməz. Adətən bu hal az da olsa filtirləmə prosesinin başlanğıcında baş 
verir və onun nəticəsində filtirat əvvəlcə bulanıq alınır. Lakin müəyyən müddət 
keçdikdən sonra filtirat şəffaflaşır. Bunun səbəbi çöküntü layının əmələ gəlməsi ilə 
əlaqədardır. Çöküntü layı ən yaxşı filtirləyici arakəsmədir. Onun məsamələrinin 
ölçüləri daha kiçik olur və heç bir hissəciyi buraxmır. Odur ki, filtirləmə 
prosesində başlıca rolu çöküntü layı oynayır. Filtirləyici arakəsmənin vəzifəsi isə 
çöküntü layını yaratmaqdır. 
Filtirləmə prosesinin hərəkətverici qüvvəsi təzyiqlər fərqidir. 
∆𝑃 =
P

– P

Prosesi sürətləndirmək məqsədilə 
∆𝑃
-ni artırmaqdan ötəri ya P
1
təzyiqini 
artırmaq və ya P
2
təzyiqini azaltmaq lazım gəlir. 
Filtirləyici arakəsmənin üstündəki P
1
təzyiqini artırmaq üçün bir neçə üsul 
vardır: 1) Filtirləyici arakəsmənin üstündəki suspenziya layının hündürlüyünü 
artırmaqla hidrostatik təzyiqi P
1
artırmaq olar. Lakin bu üsulla P
1
təzyiqini çox 
artırmaq olmur. 


2)Zavod şəraitində P
1
təzyiqini artırmaq üçün suspenziya filtrə sıxılmış hava və 
ya nasos vasitəsilə yüksək təzyiq altında vurulur. P
2
təzyiqini azaltmaq üçün 
filtirləmə prosesi vakkum altında aparılır. Bundan ötəri filtiratın üstündə vakkum 
nasosun köməyilə seyrəklik yaradılır. 
Filtrləmə prosesi təkcə suspenziyanın filtrata və çöküntüyə ayrılmasından ibarət 
deyildir. Bu prosesə çöküntünün yuyulması, hava ilə üfürülməsi və qurudulması 
mərhələlərinə daxildir. Çöküntünün yuyulması ideal sıxışdırılıb çıxarma üsulu ilə 
həyata keçirilir. Bundan ötəri nəm çöküntü layı təzyiq altında yuyucu maye (su) 
verilir. Yuyucu maye çöküntü layından keçərkən suspenziya mayesini sıxışdıraraq 
çöküntünün kapilyarlarından çıxarır və ona qarışır. Çöküntünü qazla üfürməklə 
onu tam qurutmaq olmur, yalnız artıq mayeni oradan çıxarırlar. Çöküntünü 
qurutmaqdan ötəri üfürücü hava (qaz) əvəzinə isti hava (qaz) verilir və çöküntü 
tələb olunan quruluq dərəcəsinə qədər qurudulur. Çöküntünün hava (qaz) ilə 
üfürülməsi onun tərkibində qalan yuyucu mayenin oradan çıxarılması üçün 
aparılır. Bundan ötəri adətən havadan və bəzən azot, karbon qazı kimi təsirsiz 
qazlardan da istifadə olunur.
Filtirləyici arakəsmə azbest parça, pambıq parça, yun parça, sintetik şüşə 
parçalardan hazırlanırlar. Bunlardan əlavə arakəsmə saxsı, metal, kvars, kömür 
materiallarından da hazırlanır. Filtirləyici arakəsmənin materialı filtirləmə 
prosesinin şəraitindən (məsamələrin ölçülərindən, hidravlik müqavimətindən, 
temperatur və təzyiqdən, mühitin kimyəvi yeyiciliyindən və s.) asılı olaraq seçilir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin