Bu tip aparatlarda isti və soyuq istidəyişdirici axınlar müxtəlif kanallarla hərəkət
edirlər. Onların arasında qoruyucu divar yerləşir. Bu divar axınların bir-biri ilə
qarışmasına qoymur. İstilik isti axından soyuq axına qoruyucu divarın səthindən
keçərək verilir. Ona görə də bu divarın səthlərinə istilikötürücü səth deyilir.
2.Qarışdırma tip istilikötürücü aparatlar.
Bu aparatlarda istilik mübadiləsi aparılarakən isti və soyuq axınlar birbaşa
qarışdırılır. Kimya texnologiyasında əsasən səthli istidəyişdiricilərdən istifadə
olunur. Bu aparatlar müxtəlif materiallardan ( karbonlu poladdan, lənmiş poladdan,
çuğundan, misdən, titandan, qurğuşundan və s.) və eləcə də bir sıra qeyri metal
materiallarından ( qrafitdən, teflondan və s.) hazırlanırlar. İstidəyişdirici aparatları
hazırlamaq üçün tələb olunan materialın seçərkən onun aparatdakı mühitin
göstəricilərinə davamlı və istilikkeçirməyi, temperatur və təzyiq nəzərdə tutulur.
İstidəyişdirici aparatın konstruksiyası aşağıdakı tələblərə cavab verməlidir:
-
Tələb olunan istilik yükünü həyata keçirməlidir;
-
Mühitin kimyəvi (korroziyasına) qarşı dözümlü olmalıdır;
-
Temperatur və təzyiqə qarşı davamlı olmalıdır;
-
İstidəyişdirici axınların aqreqat halına fiziki xassələrinə qarşı uyğun olmalıdır;
-
İstilikvermə şəraiti mümkün qədər keyfiyyətli olmalıdır;
-
Aparatın işçi səthi mümkün qədər az çirklənməlidir.
İstidəyişdirici aparatların konstruksiyalarını seçərkən onun quruluşunun sadə
olması, aparatın yığcam olması, quraşdırma və təmir işlərinin asan olması, işçi
səthin çirklənməsinin hidravlik müqavimətin olması, metal sərfinin az olması və
mekaniki-iqtisadi göstəricilərinin qənaətbəxş olması nəzərdə tutulur. Səthli
istidəyişdirici aparatdan bir ..... quruluşunu və işləmə prinsipi ilə tapmış olaq.
Dostları ilə paylaş: