buxarlandırma qurğularından alınan təkrar buxarlardan həm qurğunun özündə və
həm da başqa məqsədlər üçün (məsələn:binaları qızdırmaq üçün və başqa
təsərrüfat sahələrinin qızdırcı qurğularında )qurğudan kənarda istifadə edilə
bilər.Buxarlandırma qurğusundan alınan təkrar buxarların qurğudan kənarda
istifadə olunan hissəsinə ekstra –buxar deyilir.
Göründüyü kimi izafi təzyiq altında işləyən buxarlandırma qurğularının təkrar
buxarlarının istiliyindən vakuum –buxarlandırmadakına nisbətən daha yaxşı
istifadə edilir.Lakin ,təzyiq altında buxarlandırma prosesində məhlulun qaynama
temperaturu artır.Odur ki,bu üsula termiki dözümlü nəm maddələrin məhlulları
buxarlandırılır.Bundan başqa təzyiq altında aparılan buxarlandırma prosesi daha
yüksək temperaturlu qızdırıcı agent tələb edir.
Atmosfer təzyiqi altında aparılan buxarlandırmadan alınan təkrar buxardan istifadə
olunmur və adətən atmosferə buraxılır.Bu üsul ilə gedən buxarlandırma prosesi
konstruktiv cəhətdən çox sadə olduğuna baxmayaraq iqtisadi cəhətdən əlverişli
deyildir. Sənaye miqyasında buxarlandırma prosesləri ya bir aparatda (bir korpuslu
buxarlandırma qurğusunda) və yaxud iqtisadi cəhətdən əlverişli sayılan ardıcıl
birləşdirilmiş bir neçə aparatlarda (çox korpuslu buxarlandırma qurğusunda )
həyata keçirilir.
Bu qurğuların adətən birinci korpusu bir qədər izafi təzyiq altında ,axırıncı
korpusu isə vakuum altında işləyirlər.Qurğuda vakuum barometrik kondensatorun
və vakuum-nasosun köməyi ilə yaradılır.Təzyiqin birinci korpusdan axırıncı
korpusa doğru getdikcə azalması elə nisbətdə olmalıdır ki,əvvəlki korpusdan alınan
təkrar buxar özündən sonrakı korpusda qızdırıcı buxar kimi istifadə oluna
bilsin.Bundan ötrü korpuslar arasında təzyiqlər fərqi elə saxlanmalıdır ki ,əvvəlki
korpusdan gələn təkrar buxarın temperaturu ilə sonrakı korpusda qaynayan
məhlulun temperaturu arasındakı fərq (faydalı temperaturlar fərqi )7-10
o
C –dən
aşağı olmasın.
Dostları ilə paylaş: