Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Qaynadıcı kamera
Yuxarıda qeyd etdiyimiz kimi məhlul qızdırıcı borularda qaynamır,yalnız qızır 
və özü də ifrat dərəcədə qızır.Bu məhlul borulardan qaynadıcı kameraya daxil olur 
və orada intensiv olaraq qaynayır. Qaynadıcı kamera çox hündür olmayan geniş 
diametrli borudan ibarət olub,qızdırıcı kameranın üstündə yerləşir.Bu kamera çox 
vaxt 
konusvari 
hazırlanır,yəni 
onun 
diametri 
yuxarıya 
getdikcə 
genişlənir.Qaynadıcı kameraya daxil olan məhlul orada şiddətli qaynayır,nəticədə 
məhlulun tərkibindən həlledicinin bir hissəsi buxara çevrilir və məhluldan ayrılır. 
Damcıqaytaran
Qaynadıcı kamerada məhlul şiddətli qaynadığı üçün məhlul damcıları 
kameranın ətrafına səpələnir və bu damcılar qaynamadan alınan təkrar buxara 
qarışır.Alınan təkrar buxara məhlul damcıları az qarışsın deyə kameranın üstündə 
çətir şəkilli damcıqaytaran quraşdırılır.Bundan əlavə təkrar buxarlar 
damcıqaytaranın altından çıxarkən öz istiqamətini kəskin dəyişdirir,nəticədə ətalət 
qüvvəsi yaranır və qüvvənin təsiri altında məhlul damcılarının bir hissəsi təkrar 
buxardan ayrılır. Beləliklə,təkrar buxarın məhlul damcılarından 1-ci və kobud 
təmizlənməsi damcıqaytaranın köməyilə həyata keçirilir.
Separator
Separator buxarlandırıcı aparatın əsas gövdəsini təşkil edir. Separat geniş 
diametrli silindirik hissədən ibarət olub,aşağı hissəsi konusvari hazırlanır,yuxarı 
hissəsi isə sferik diblə qapanır.Onun aşağı hissəsində qaynadıcı kamera və 
damcıqaytaran yerləşir.Yuxarısında isə hidrosiklon quraşdırılır,qızdırıcı kamera 
özü də separatorun aşağısına bərkidilir və bundan başqa separatorla qızdırıcı 
kameranın aşağı ucları dövretdirici boru ilə əlaqələndirilir. Qaynadıcı kamerada 
alınan təkrar buxar separator boyu yuxarıya doğru hərəkət edir.Separatorun en 
kəsik sahəsi geniş olduğundan buxarın hərəkət sürəti çok kiçik olur ki,bu da 
məhlul damcılarının öz ağırlıq qüvvəsi təsiri altında çökərək təkrar buxardan 


ayrılması üçün şərait yaradır. Beləliklə,təkrar buxarın məhlul damcılarından 2-ci 
dəfə təmizlənməsi separatorun daxilində gedir.
Hidrotsiklon
Hidrotsiklon təmizləyici aparat olub ,separatorun daxilində -onun yuxarı 
hissəsində quraşdırılır.Hidrotsiklona təkrar buxar separatordan böyük sürətlə (20-
30 m/san )daxil olur və buxar hidrotsiklon daxilində fırlanma hərəkəti 
edir.Nəticədə mərkəzdənqaçma qüvvəsi yaranır.Yaranan mərkəzdənqaçma qüvvəsi 
təsiri altında təkrar buxar məhlul damcılarından maksimum dərəcədə 
təmizlənir.Beləliklə,təkrar 
buxarların 
məhlul 
damcılarından 
3-cü 
dəfə 
təmizlənməsi hidrotsiklonda başa çatır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin