Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Bir və çoxdəfəli buxarlandırma qurğuları, buxarlandırıcı aparatların



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 
Bir və çoxdəfəli buxarlandırma qurğuları, buxarlandırıcı aparatların 
təsnifi ilə əsas ölçülərinin təyini . 
Buxarlandırıcı aparatların quruluşu və işləmə prinsipi 
Kimya texnologiyasında müxtəlif quruluşlu buxarlandırıcı aparatlardan 
istifadə olunur. Aşağı məhsuldarlıqla işləyən istehsalat sahələrində nisbətən kiçik 
ölçülü buxarlandırıcı aparatlardan istifadə olunur.Bu aparatlarda qızdırıcı səth 
ilanvari-boru dəstəsi və ya buxar köynəyi halında olur. Böyük məhsuldarlığa
malik olan istehsalat sahələrində isə başlıca olaraq yüksək məhsuldarlığa və 
yüksək istehsal intensivliyə malik olan böyük ölçülü buxarlandırıcı aparatlardan 
istifadə edilir.Bu yüksək intensivliklə işləyən təkmilləşdirilmiş buxarlandırıcı 
aparatlar müasir aparatlar olub,dövretdirmə prinsipilə işləyirlər. Dövretmənin 
tətbiqi üsullarından asılı olaraq bu müasir aparatlar iki halda hazırlanır-təbii 
dövretdirmə ilə işləyən və məcburi dövretdirmə ilə işləyən buxarlandırıcı aparatlar.
Onu da qeyd edek ki, kimya texnologiyasında təbii dövretdirmə ilə işləyən 
buxarlandırıcı aparatlar daha geniş tətbiq olunurlar. 
Təbii dövretdirmə ilə işləyən buxarlandırcı aparatlar əsasən aşağıdakı hissələrdən 
ibarətdirlər. 
Qızdırcı kamera 


Qızdırcı kamera aparatın qızdırıcı səthini təşkil edir və bu kamera 
birgedişli,sərt tipli və şaquli vəziyyətdə yerləşdirilmiş gövdəli-borulu istidəyişdirici 
aparatdan ibarətdir.Qızdırıcı boru dəstəsi N sayda Ф25x25, Ф38x2 və Ф57x3.5 
mm ölçülü standart borulardan hazırlanır.Qızdırıcı boruların hündürlüyü
4m,5m,6m və hətta 7m olurlar.Boruların aşağı və yuxarı ucları boru şəbəkələrində 
vərdələmə üsulu ilə kip bərkidilir. Borulardaxili səth ilə aşağıdan yuxarıya doğru 
istiqamətdə buxarlandırılacaq məhlul müəyyən sürətlə hərəkət edir. Borulararası 
sahə isə yuxarıdan qızdırıcı (təkrar) buxar verilir və kondensləşmə istiliyini 
məhlula verərək kondensləşir və borulararası səthinin aşağı hissəsində kondensat 
halda xaric olur. Onu da qeyd edək ki, məhlul qızdırcı kameranın borularında 
yalnız qızır,özü də iftar qızır,lakin qaynaya bilmir. Qızdırıcı kamera buxarlandırcı 
aparatın əsas gövdəsinə eyni bir ox üzrə və ya kənara çıxarılmış halda birləşir. 
Qızdırıcı kamera aparatın gövdəsinə sökülə bilən halda birləşdirilir ki ,bu da təmir 
işlərini müəyyən qədər yüngülləşdirir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin