Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Köynəkli istidəyişdirici aparatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Köynəkli istidəyişdirici aparatlar
Kimyəvi reaksiya aparatlarını və başqa aparatları qızdırmaq və yaxud da 
soyutmaq üçün bəzən həmin aparatın divarı vasitəsilə istilikötürmə prosesini 
həyata keçirirlər. Bundan ötəri aparatın gövdəsi köynəklə təchiz olunur. Bu 
zaman aparatın gövdəsi (1) ilə onun köynəyi (2) arasında qapalı sahə yaranır. Bu 
sahəyə qızdırmaq üçün yuxardan aşağıya doğru qızdırıcı su buxarı verilir. Aparatı 
soyutmaq lazım gəldikdə isə həmin sahəyə aşağıdan yuxarıya doğru soyuducu su 
verilir. Köynəkli istidəyişdirici aparatlarda istilikvermə əmsalını yüksəltmək 
məqsədi ilə aparat daxilindəki soyudulacaq və ya isidiləcək maye məhsul 
mexaniki qarışdırıcı (3) vasitəsilə intensiv olaraq qarışdırılır. Aparat və onun 
köynək səthlərinin çirklənmə şəraitindən asılı olaraq köynək aparatın gövdəsinə 
söküləbilən halda filək birləşdirici ilə (a) bərkidilir və yaxud qaynaq (b) edilir. 
Köynək adətən 6
÷
10 atm təzyiqə hesablanır. Yüksək təzyiqlərdə işləmək lazım 
gəldikdə xüsusi quruluşa malik olan köynklərdən istifadə olunur. Qeyd etmək 
lazımdır ki, köynəkli istidəyişdiricilərin istilikötürmə səthi çox böyük olmur.
ilanvari-borulu istidəyişdirici aparatlar 


Bu aparatların əsas hissəsi ilanvari borulardır və onlar 15
÷
75 mm ölçülü 
borulardan hazırlanır. Bundan ötəri borular ilanvari halda (sipral şəklində) əyrilir. 
Soyuduculardan kondensatorların distillə aparatlarının kubunda, buxarlandırma 
aparatlarında və s. aparatlarda yerləşdirilir. Spiral halında hazırlanan borular bu 
aparatlarda elə yerləşdirilir ki, min borular aparatdakı mayenin içərisinə daxil olur 
və buna görə də çox vaxt bu tip istidəyişdiricilərə “mayeyə batırılmış” ilanvari 
aparatlar deyilir. Içərisində ilanvari borular yerləşən aparatı en kəsik sahəsi 
nisbətən böyük olduöundan bu sahədən keçən axının ( borulararası sahədən keçən 

axının) hərəkət sürəti kiçik olur və ona görə də bu sahədə istilikvermə əmsalı 
aşağı olur. Nəticədə istilikötürmə əmsalı kiçilir. Lakin qeyd etmək lazımdır ki, 
düz borulara nisbətən spiral borularda istilikötürmə əmsalı yüksək olur. Ona görə 
ki, eyni sürətlə hərəkət edən maye axınının turbilentliyi düz borrulardakına 
nisbətən ilanvari borularda daha yüksək olur. 

axının sürətini artırmaq üçün çox 
vaxt ilanvari borular yerləşən sahədə xüsusi istəkan yerləşdirilir. Bu istəkan 

axın keçən sahənin en kəsiyini kskin azaldır və beləliklə axının surəti 
çoxalır.Ilanvari borulu istidəyişdirici aparatlar aşağıdakı üstünlüklərə malikdirlər: 
sadə quruluşa malikdirlər, onları asanlıqla düzəltmək, təmir etmək və təmizləmək 
mümkündür; yüksək tzyiqlərdə işləyəbilir, onları kimyvi yeyici mühitə qarşı 
dözümlü olan materiallardan düzəltmək olur. Bu üstün cəhətlərlə yanaşı 
çatışmayan cəəhətləri də var: bu aparatların istidəyişdirici səthləri çox böyük 
olmur. Onların sthi 10
÷
15 m
2
böyük olur. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin