aparılan rektifikasiya prosesi vasitəsi ilə həll oluna
bilər və bəzən çoxdəfəli
buxarlandırma və kondensləşmə yolu ilə qatılığın ayrılması kimi izah edilir.
Rektifikasiya
prosesi
eyni
təzyiq
şəraitində P=const şəraitində
komponentlərin müxtəlif temperaturlarda qaynamalarına əsaslanır.
Bu proses əks
axınlı kalon tipli aparatlarda aparılır ki, bunlara rektifikasiya kalonları deyilir.
Fərz edək ki,єaquli silindrik aparat verilmişdir,
onun daxilində müəyyən
hündürlükdə n sayda kontakt tərtibatları (doldurmalı,boşqablı) quraşdırılmışdır.
Kalonun aşağı hissəsindən yuxarıya doğru istiqamətdə buxar axını yuxarıdan aşağı
istiqamətdə isə maye axını hərəkət edir. Kalon boyunca əks istiqamətlərdə hərəkət
edən bu axınlar kontakt tərtibatlarının səthində görüşürlər, onların arasında
aşağıdakı üç ardıcıl proses gedir.
1. Mexaniki proses.
Bu proses maye və buxar fazalarının
mexaniki
qarışmasından ibarətdir. Belə ki, kontakt tərtibatı səthində (üzərində) olan maye
səviyyəsindən buxar səviyyəsinə keçərkən intensiv qabarcıqlı qarışma prosesi
yaranır, buna texnikada barbataj hadisəsi deyilir.
Dostları ilə paylaş: