Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Natamam rektifikasiya kalonları
Kimya sənayesində elə maye xammal qarışıqlarına rast gəlmək olur ki, onları 
ayırmaq üçün tələb olunan rektifikasiya kalonlarında kontakt tərtibatlarının sayı 
çox olur və nəticədə aparat olduqca hündür olur, belə kalonları quraşdırmaq, təmir 
istismar işləri aparmaq çətinləşir və təhlükəli olur. Belə hallarda tam rektifikasiya 
kalonu qidalanma şöbəsindən iki hissəyə bölünürlər və iki sərbəst kalon halında 
hazırlanırlar. Bu kalonlar yanaşı olaraq quraşdırılır, bunlardan birincisin ə natamam 
qovucu kalon, ikincisinə isə natamam qatışdırıcı kalondur. Natamam qovucu 
kalonun qaynadıcısı olur, kondensatoru isə olmur. Natamam qatışdırıcı kalonun isə 
əksinə kondensatoru olur, qaynadıcısı olmur. Natamam qovucu kalona xammal 
qaynama temperaturundamaye halında, yuxarı hissədən verilir, bu maye xammal 
həm də kalon üçün fleqma rolunu oynayır. 
Yalnız qovucu şöbədən və ya yalnız qatışdırıcı şöbəsindən ibarət olan 
kalonlara natamam rektifikasiya kalonları deyilir. Onları sxematik olaraq göstərək. 
G
D
, У
D
, Q

Q
1
G
D
, У
D
G
D
, У
D
G
1
G
1
g

G
2
g
2


G
F
, X
F
G
W
, X
W
G
W
, X
W
Q

a) 
b) 
a) qatılaşdırıcı kalonu; b) qovucu kalonu. 
Yalnız qatılaşdırıcı şöbəsindən ibarət olan (şəkil10.4a) natamam kalonun 
qidalandırıcı şöbəsi lap aşağıda olur ki, buraya əsas etibarilə buxar halda olan 
xammal verilir. Bu natamam kalonları qatılaşdırma kalonları adlanır. 
Yalnız qovucu şöbədən ibarət olan natamam kalonların (şəkil 10.1 b)
qidalandıcı şöbəsi lap yuxarıda olur ki, buraya verilən xammal ,əsas etibarilə maye 
fazadan ibarət olur. Bu kimi natamam kalonlara qovucu kalonlar deyilir. 
Beləliklə, demək olar ki, qatılaşdırıcı kalonları buxar halında olan xammal 
rektifikasiyası üçün , qovucu kalonlar isə maye xammalın rektifikasiyası üçündür. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin