Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Çoxkorpuslu buxarlandırma qurğuları



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Çoxkorpuslu buxarlandırma qurğuları 
Müasir buxarlandırma qurğularında çox böyük miqdarda həlledici su 
buxarlandırılır.Təxmini olaraq müəyyən edilmişdir ki ,bir korpuslu aparatlarda 1 
kg suyun buxarlandırılmasına 1kq-dan çox qızdırıcı buxar sərf olunur.Lakin 
buxarlandırma prosesini çoxkorpuslu qurğuda aparmaqla qızdırcı buxarın sərfini 
kifayət qədər azaltmaq mümkün olur.Bu qurğularda qızdırıcı buxara qənaət etmək 
qızdırıcı səthin artırılması hesabına əldə edilir.Bu səthi həm də elə artırmaq 
lazımdır ki,qızdırıcı buxarın istiliyindən bir dəfə deyil,bir neçə dəfə -korpusların 
sayı qədər istifadə olunsun. Çoxkorpuslu buxarlandırma qurğularında korpusların 
sayı artdıqca qızdırıcı buxarın birinci korpusda verdiyi istilikdən istifadə olunması
dəfələrlə artır və beləliklə də qızdırıcı buxarın xüsusi sərfi dəfələrlə azalır.
1- buxara çəkilən xərclər. 2-amartizasiya xərcləri. 3- buxarlanmaya çəkilən ümümi 
xərclər. Qızdırıcı buxarın xüsusi sərfi 1 kg həlledici suyun buxarlandırılmasına sərf 


olunan qızdırıcı buxarın kg-la miqdarına deyilir və qurğuda korpusların sayından 
aslı olaraq aşağıdakı kimi dəyişir. 
Birkorpuslu buxarlandırma qurğusunda ...............1,1 Kg/Kg buxar su
İkikorpuslu ______,,______ _______,,______0,57______,,______ 
Üçkorpuslu ______,,______ _______,,______0,40______,,______ 
Dördkorpuslu ______,,______ _______,,______0,30______,,______ 
Beşkorpuslu ______,,______ _______,,______0,27______,,______ 
Bu təcrübi dəlillərdən göründüyü kimi qurğuda korpusların sayı artdıqca 
qızdırıcı buxarın xüsusi sərfi əvvəlcə sürətlə azalır,sonradan isə bu azalma getdikcə 
kiçilir.Ona görə də çoxkorpuslu qurğularda korpusların sayını təyin etmək vacib 
məsələdir. Bundan ötəri iki üsul vardır - texnoloji üsul və texniki –iqtisadi üsul. 
Buxarlandırma qurğusunda korpusların sayını təyin edən əsas amillərdən biri hər 
bir korpusda qızdırıcı buxarla qaynayan məhlul arasındakı faydalı temperaturlar 
fərqidir.Qurğuda korpusların sayı artdıqca temperatur itkiləri də artır,nəticədə 
faydalı temperaturlar fərqi azalmış olur.Lazımi səviyyədə istilikötürmə yaratmaq 
üçün korpusların sayını elə seçmək lazımdır ki,qurğunun hər bir korpusunda 
faydalı temperaturlar fərqi 5-7
0
C –dən aşağı olmasın. Qurğuda korpusların optimal 
sayının təyini hesabına texniki-iqtisadi nöqteyi nəzərcə yanaşmaq lazım 
gəlir.Təcrübi dəlillər əsasında korpusların sayı ilə qızdırcı buxarın dəyəri və 
amartizasiya xərcləri arasında asılılıq qrafiki qurulmuşdur. 
1.Zəif xammal tutumu 2.Xammal nasosu 3.xammal qızdırıcı (sıfır korpus)
4.Buxarlandırıcı aparatlar(korpuslar) 5.Qatı məhlul tutumu 6.Barometrik 
kondensator 7.Barometrik boru
Çoxkorpuslu buxarlandırma qurğularında korpusların sayı adətən ikidən az və 
beşdən çox olmamaq şərtilə seçilir.Əksər hallarda bu qurğularda 3 korpus 
quraşdırılır. Qatılaşdırılacaq məhlulun qurğuya verilməsi istiqamətindən aslı olaraq 
çoxkorpuslu buxarlandırma qurğuları düzaxınlı və əks axınlı olurlar.Lakin,kimya 
sənayesində əsasən üçkorpuslu düzaxınlı vakuum-buxarlandırma qurğularından 
istifadə edilir.Bu qurğularda məhlul və qızdırcı buxarlar düzaxınlı sxem üzrə 
hərəkət edirlər. 
Zəif xammal məhlulu 1-ci korpusa verilir,ardıcıl olaraq 2-ci korpusa,oradan da 3-
cü korpusa daxil olur və nəhayət 3-cü korpusdan tələb olunan qatılıqda hazır 
məhlul kimi xaric olur.Qızdırıcı buxarlar da qurğuda həmin istiqamətdə hərəkət 
edirlər.Qurğuda təzyiq 1-ci korpusdan 3-cü korpusa doğru getdikcə azaldığından 
qatılaşan məhlul bir korpusdan digərinə təzyiqlər fərqi hesabına öz axını ilə nəql 
etdirilir və əlavə nasos qurğusu tələb olunmur.Qurğuda təzyiqin getdikcə azalması 
(P

> P
1
> P
2
> P
3
) ilə əlaqədar olaraq qatılaşan məhlulun qaynama 
temperaturlarına uyğun olaraq korpuslarda aşağı düşür( t
1
> t
2
> t
3
) .Bu halda 
məhlul 2-ci və 3-cü korpuslara qaynama temperaturlarından yüksək 


temperaturlarda daxil olurlar.Bunun nəticəsində məhlul daxil olduğu korpusda (2-
ci və ya 3-cü) qaynama temperaturuna qədər soyuyur.Məhlulun soyuması isə 
buxarlanma hesabına əldə olunur və bu zaman ayrılan istiliyin hesabına müəyyən 
qədər əlavə təkrar buxar əmələ gəlir.Bütün korpuslarda (1-cidən başqa) baş verən 
bu hadisəyə öz-özünə buxarlanma hadisəsi deyilir. Zəif xammal məhlulunun 
qaynama temperaturuna qədər qızdırılması ayrıca aparatda (sıfır korpus) həyata 
keçirilir ki, bu da 1-ci korpusda qızdırıcı səthin çox böyüməsinin qarşısını alır. 
Axırıncı korpusdan çıxan təkrar buxar barometrik kondensatora verilir və burada 
buxarın soyuducu su ilə qarışaraq kondensləşdirilməsi tələb olunan vakuumu 
yaratmağa imkan verir. 
Soyuducu su ilə və boru kəmərlərinin kip olmayan birləşmələrindən qurğuya hava 
daxil ola bilən,istilikötürmə prosesini kəskin yavaşıdan hava və eləcə də 
kondensləşməyən qazlar vakuum-nasos ilə sistemdən sorulur və damcıtutan 
aparatdan keçməklə atmosferə verilir. Düzaxınlı sxemin mənfi cəhətlərindən 
başlıcası odur ki,qurğunun axırıncı korpusunda məhlulun qaynama temperaturu 
nisbətən aşağı olur və bu korpusda ən qatı məhlul buxarlandırılır.Eyni zamanda 
məhlulun temperaturunun azalması və qatılığının artmasınun özlülüyün kəskin 
artmasına və bununla əlaqədar olaraq istilikötürmə əmsalının azalmasına səbəb 
olur;buna görə də düz axınlı sxem üzrə işçi qurğunun birinci korpusundan 
sonuncuya doğru getdikcə istilikötürmə əmsalı azalır. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin