Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


suvarma tip istidyişdirici aparatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

suvarma tip istidyişdirici aparatlar
Bu aparatlar düz borulardan hazırlanır. Müəyyən standar uzunluğa və diametrə 
malik olan borular bir-birinin üstündə paralel olaraq yerləşdirilir. Onların ucları 
bir-birinə əyri dirsəklər vasitəsilə birləşdirilir. Bu boruların daxili ilə isti axın (

axın) aşağıdan yuxarıya doğru hərəkət edir. Boru dəstəsinin üstündə xüsusi su 
səpələyici tərtibat quraşdırılır. Bu tərtibata soyuducu su fasiləsiz olaraq daxil olur 
və onun altındakı xırda deşiklərdən boruların səthinə bərabər olaraq səppələnir. 

axın beləliklə boruların xarici səthi suvarılır. Yuxarıdan aşağıya doğru 
səpələnən soyuducu su boruları soyudaraq qızır və nəticədə suyun bir hissəsi 
(
~
2
%
-ə qədəri) buxarlanır. Odur ki, isti axından ayrılan istiliyin təxminən yarısı 
suyun buxarlanmasına, qalanı isə suyun qızmasına sərf olunur. Ona görə də başqa 
soyuduculara nisbətən suvarma aparatlarda soyuducu suyun sərfi az olur. 
Suvarma tip istidəyişdirici aparatlar başlıca olaraq soyuducu kimi və kondensatıor 
kimi işləyirlər. Bu istidəyişdirici aparatlarda istilikötürmə əmsalı mayeyə 
batırılması ilanvari-borulu aparatlara nisbətən yüksək olur. Suvarma tip 
istidəyişdirici aparatlar aşağıdakı üstün cəhətlərə malikdir: soyuducu suyun sərfi 
az olur, quruluşu sadədir, onları düzəltmək, təmir etmək və təmizləmək üsulları 
asandır, metal sərfi azdır. Bununla yanaşı aparatların aşağıdakı mənfi cəhətləri 
vardır: onlar çox böyük həcmə malik olur və böyük əraizi tuturlar, bunların 
hamısı ilə bərabər yuvarlaşırlar, xüsusən aşağıdakı boruların səthi su ilə pis 
suvarılır və bu borularda istilik mübadiləsi keyfiyyətsiz olur; soyuducu suyun bir 


hissəsi buxarlandırıcıdan atmosfer havası nəmləşir və qonşu avadanlıqların 
karroziya olunmasını sürətləndirir.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin