Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Qazların nəm üsulla təmizlənməsi 
Qazların ən kiçik hissəciklərdən təmizləmək üçün nəm üsuldan istifadə 
edilir. Bu üsul qazların su və ya başqa maye ilə yuyulmasından ibarətdir. Qazların 


nəm üsulla təmizlənməsi o vaxt faydalı olur ki, qazın soyudulması və nəmlənməsi 
iqtisadi və texnoloji çətinliklər törənməsin, həmcinin qazdan ayrılan hissəciklər 
qiymətli məhsul olmasın. Səthi məsaməli olan bərk hissəciklər maye ilə 
görüşdükdə yaxşı islanır və ağırlaşırlar. Beləliklə ən kiçik hissəciklərin qazdan 
ayrılması asanlaşır. 
Həmin üsulla qazların təmizlənməsi üşün sədə aparat doldurma tip 
skrubberlərdir. Aparatın aşağı hissəsindən tozlu qaz verilir, və yuxarıdan su ilə 
suvarılır. Işlənmiş su skruberin aşağısından suspenziya halda xaric olur (şəkil7.7)
təmizlənmiş qaz isə skrubberin yuxarısından xaric olur. Doldurma tip 
skrubberlərdə qazın təmizlənmə dərəcəsi 75-85

çatır. Tozu qazları daha dəqiq 
təmizləmək üçün Venturi skrubberlərdən istifadə edilir (şəkil 7.8)
Tozlu qaz Ventiri borusundan (1) keçməklə tsiklon separatoruna (3) verilir 
Venturi borusunda axının en kəsik sahəsi kəskin olaraq keçilir və bu sahədə sürəti 
60-150 m/san çatır. Daraldılmış bu en kəsikdə qaz axını yuyucu maye ilə 
qarışdırılır. Bu kəsikdə qazdakı bərk hissəciklərlə maye damlaları arasında 
toqquşmalar baş verir və bu qarşılıqlı zərbələr nəticəsində hissəciklər maye
damcılarında udularaq iriləşirlər. Bu damcılar qazla birlikdə giriş ştuserinə (2) 
verilir bə burada onun sürəti getdikcə azalaraq 20-25 m/san çatır, tsiklon 
separatoruna daxil olduqda isə 4-5 m/san olur. Tsiklonda yaranan mərkəzdəzqaçma 
qüvvəsinin təsiri altında içərisində iriləşmiş hissəciklər olan maye damcıları 
qazdan asanlıqla ayrılırlar və seperatorun aşağı hissəsindən suspenziya halda xaric 
olur, köçdürücü aparata (4) yığılır, orada çökərək sudan ayrılır və təmiz su nasos 
(5) vasitəsilə yenidən prosesə qaytarılır. 
Venturi srkubberlərində təmizləmə dərəcəsi 99%-ə catır .
Tozlu qazları təmizləmək üçün bəzən baraban taclı toztutanlardan-köpüklü
aparatdan istifadə olunur (şəkil 7.9). Bu aparatlar silindrik gövdədən (1) və 
içərisindəki deşikli boşqabdan (2) ibarətdir. Aparata su və ya başqa yuyucu maye 
ştuserdən (3) boşqabın üstünə, tozlu qaz isə ştuserlə (4) boşqabın altına verilir. Qaz 
boşqabın deşiklərindən keçərək maye içərisinə daxil olur və burada intensiv 
qarışma-barbataj hadisəsi və bunun nəticəsində maye köpüklənir. Qazın tərkibində 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin