2) Mərkəzdənqaçma qüvvəsi təsiri altında çökdürmə
3) Fltrləmə ilə təmizləmə
4) Nəm üsulla təmizləmə
5) Elektrik qüvvələri təsiri altında çökdürmə.
Qazların təmizlənməsi proseslərinin səmərəliliyi (f.i.ə.) təmizləmə dərəcəsi
deyilən kəmiyyətlə xarakterizə olunur və aşağıdakı düsturlarla təyin edilir.
ŋ =
𝐺
1
−𝐺
2
𝐺
1
∙ 10
burada G
1
və G
2
uyğun olaraq çirkli və təmizlənmiş qazlarda
hissəciklərin kütlə
sərfi, kq/saatla
Qazları tələb olunan yüksək təmizliyə çatdırmaq üçün çox vaxt onların ardıcıl
olaraq kobud, orta və incə təmizləmə üsullarının köməyilə bir neçə mərhələdə
təmizləyirlər. Qazların filtrləmə ilə təmizləmək üçün qaz filtrlərindən istifadə
olunur. Onlara verilən tozlu qaz məsaməli arakəsmədən keçir, bərk hissəciklər isə
arakəsmənin səthində tutulur. Qaz filtrləri arasında ən
geniş tətbiq olunan əlcəkli
filtrlərdir. Bu filtrlərə tozlu qaz ventilyator vasitəsilə vurulur, giriş ştuserindən (1)
keçərək qazpaylayan kameraya (2) daxil olur və filtrlərin əlcəkləri (3) arasında
paylanır. Əlcəklərin yan səthi deşikli borulardan ibarət olub filtrləyici arakəsmə
içərisində geydirilir və aşağı ucları boru şəbəkəsində (4) kip bərkidilir. Filtrləyici
arakəsmədən keçən qaz çıxış borusu (5)
ilə aparatdan xaric olur, bərk hissəciklər
isə arakəsmənin səthində yığılır və müəyyən vaxtdan bir filtr dayandırılır və toz
xaric edilir. Filtr üçün fasiləsiz iş şəraiti yaratmaq məqsədilə onları
çox şöbəli
düzəldirlər və şöbə ilə bunların biri işləyir, digəri tozdan təmizlənir. Əlcəkli
filtrlərdə yüksək təmizləmə dərəcəsi (98 – 99
%
) əldə etmək olur.
Əlcəkli filtrlərin mənfi cəhətlərindən filtrləyici materialın tez yeyilərək sıradan
çıxmasını və materialın məsamələrinin tutulmasıdır.
Əlcəkli filtrlər üçün əlcək materialın seçilməsi
onun mexaniki möhkəmliyi,
temperaturu və kimyəvi yeyiciliyə qarşı davamlılığı ilə təyin edilir. Filtrin əlcəkləri
pambıq, yun parçalarından, sintetik parçalarından, şüşə və silikat polimerləri
materiallarından saxsı və metal-saxsılardan hazırlanırlar. Bəzən tozlu qazları
xırdalanmış şlak, koks, kvars qumu laylarından keçirməklə filtrləyirlər.
Dostları ilə paylaş: