Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Çökdürmə prosesi 
Bircinsli olmayan sistemlərdəki hissəciklərin ağırlıq qüvvəsi təsiri altında 
mühitdən ayrılması prosesinə çökdürmə deyilir. Çökdürmə prosesi suspenziyaları, 
emulsiyaları və tozları ayırmaq üçün tətbiq olunur. Bu üsul nisbətən kiçik sürətə 
malikdir və burada ən kiçik hissəcikləri ayırmaq mümkün olmur. Ona görədə bu 
üsuldan bircinsli olmayan sistemlərin ilkin kobud təmizlənməsi üçün istifadə edilir. 


Bu üsulun müsbət cəhətlərindən aparatın çox sadə olmasını və enerji sərfinin az 
olmasını göstərmək olar. Çökdürmə prosesinin fiziki mahiyyəti isə aşağıdakılardan 
ibarətdir: suspenziya və ya emulsiya, çökdürmə kamerasından keçirilir bu zaman 
bərk və ya maye hissəcikləri öz ağırlıq qüvvələri təsiri altında çökərək kameranın 
dibinə yığılırlar: 
Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir: 
1) bircinsli olmayan qarışığın aparatda qalma müddəti hissəciyin çökməsi 
üçün tələb olunan müddətdən böyük olmalıdır:
2) bircinsli olmayan axının aparatda xətti sürəti hissəciyin çökmə sürətindən 
çox-çox kiçik olmalıdır. 
Birinci tələbi gözləmədikdə hissəciyin çökməyə vaxtı çatmadığından çökə 
bilmir; ikinci tələbi gözləmədikdə isə aparatda yaranan burulğan çökmüş 
hissəcikləri yenidən qaldıraraq mayeyə qarışdırır. 
Çökdürücülərin quruluşu və işləmə prinsipi
Çökdürmə prosesini aparmaq üçün işlədilən aparatlara çökdürücülər deyilir. Bu 
aparat dövrü, yarımfəsiləsiz və fasiləsiz işləyən çökdürücülərə bölünürlər. 
Sənayedə ən çox fasiləsiz işləyən çökdürücülərdən istifadə edilir. Şəkildə 
fasiləsiz işləyən çökdürücünün sxemi (şəkil 5.2) verilmişdir. Çökdürücü çox 
hündür olmayan silindirik çəndən (1) və konusvari dibdən (2) ibarətdir. Aparatın 
yuxarı hissəsinin daxili səthinə dairəvi nov (3) qaynaq olunur. Aparatın içərisində 
mexaniki qarışdırıcı (4) qoyulur və onun pərləri üzərində sıyırıcı kürəklər (5) 
bərkidilir. Qarışdırıcı 0,02-0,5 dövr/dəqiqə kiçik sürətlə fırlandıqca pərlər 
üzərindəki kürəklər aparatın dibinə çökərək yığılan çöküntü sıyrılır və mərkəzi 
çıxış yoluna (6) yönəldilir. Ayrılacaq suspenziya aparata fasiləsiz olaraq giriş 
borusu (7) ilə silindrik gövdənin orta hissəsinə verilir. Alınan şəffaf maye 
sıxışdırılaraq nova tökülür və çıxış ştuseri (8) ilə aparatdan xaric olur. Qatı 
suspenziya halında alınan çöküntü (tərkibində bərk maddənin qatılığı 35-55% 
kütlə) aparatın aşağısından diafraqmalı nasosun köməyi ilə xaric edilir. 
Sənaye şəraitində bu çökdürücülər daha səmərəli sayılırlar. Ona görə ki, onlar 
çox böyük məhsuldarlığa malik olmaqla (3000 t/gün çöküntü qədər) onların işi tam 
avtomatlaşdırılır. Bu aparatların çatışmayan cəhətlərinə gəldikdə onların çox böyük 
olmalarını və çox ərazi tutmalarını dametri 1,8 m-dən 3 m-ə qədər göstərmək olar. 
Bu çatışmayan cəhəti aradan qaldırmaq məqsədilə fasiləsiz çökdürücüləri 
çoxmərtəbəli hazırlayırlar ki, bu da bir neçə ədəd kiçik diametri çökdürücünün biri 
birinin üstündə quraşdırılmasından ibarətdir. 
Emulsiya qarışıqlarını ayırmaq üçün ən çox fasiləsiz işləyən çökdürücülərdən 
istifadə edilir. Çökdürücü şaquli silindrik tutumundan ibarət olub giriş və çıxış 
boruları ilə təchiz edilir. Emulsiya geniş borusu ilə aparatın orta hündürlüyünə 
verilir. Burda iki ədəd deşikli(1 və 2) arakəsmə yerləşdirilir. Maye qarışığı laylara 


ayırdıqdan sonra yüngül maye aparatın yuxarısından, ağır maye isə aşağıdan çıxış 
borusu ilə xaric edilirlər. Çökdürülmüş yüngül və ağır mayelərin çıxım 
hündürlükləri aşağıdakı nisbətdə olmalıdır. 
𝒉
𝟏
𝒉
𝟐
=
𝝆
𝟐
𝝆
𝟏



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin