təzyiqinə qədər sıxır və kompressorun sıxılma dərəcəsi adlanır. Sıxılma dərəcəsinə
görə kompressor maşınları aşağıdakı qruplara bölünür.
1)Ventilyatorlar
– Bu kompressor maşınlarının sıxılma dərəcəsi P
2
/P
1
< 1,5 olur.
Ventilyatorların köməyi ilə böyük həcmli qazların yaxın məsafələrə hidravlik
müqavimətləri nisbətən az olan boru köməyi ilə nəql etdirirlər.
2) Qaz üfürücülər və ya hava üfürücülər
. – Bu kompressor maşınlarından qaz
qarışıqlarının aşağı təzyiq altında nisbətən böyük müqavimətli boru kəməri ilə
yaxın məsafələrə nəql etdirmək üçün istifadə edilir. Qaz üfürücülərinin sıxılma
dərəcəsi 1,1 – dən böyük olur.
1,1<
𝑃
2
𝑃
1
< 3
3) Kompressorlar
. – Bu maşınlar qazları yüksək təzyiqlərə qədər sıxmaq və nəql
etdirmək üçün istifadə edilirlər və onların sıxılma dərəcəsi P
2
/P
1
> 3 olur.
4) Vakuum nasoslar.
– Bu maşınlar qaz qarışıqları və ya buxarları
vakuum
şəraitindən soraraq atmosferə vururlar və beləliklə texnoloji prosesləri aparmaq
üçün aparat və avadanlıqlarda vakuum yaratmaq məqsədi ilə tətbiq edilir.
Bildiyimiz kimi qazlar sıxıldıqda onların aqreqat halı dəyişir, onların
təzyiqi
yüksəlir, həcmi kiçilir və temperaturu artır. Təzyiqi təxminən 1MPa qədər olan
qazıların halı Mendeleyev-Klapeyron tənliyinə görə təyin edilir.
Lakin bu tənlik
real qazlar üçün tətbiq edilir. Real qazlar 1 MPa təzyiqə qədər özlərini real qaz
kimi aparır və bunlara real qaz qanunu tətbiq etmək mümkündürsə 1 MPa
təzyiqdən yüksək təzyiqlərdə real
qazlar bu qanuna tabe olmurlar, yəni Van-der-
vals qanununa əsaslanırlar. Ona görə də təzyiqi yüksək olan qazların halını
öyrənmək üçün real qaz qanunlarından istifadə olunur.Lakin təcrübədə ən çox T-S
termodinamik diaqramdan istifadə edirlər. Bu dioqram əsasında aparılan
hesablanmalar daha dəqiq nəticələr verirlər. Bu onunla əlaqədardır ki, hər
bir real
qaz komponenti üçün təcrübə yolu ilə T-S dioqramı qurularaq, hazır
şəkildə
verilmişdir. Bu dioqramı aşağıdakı kimi göstərmək olar.
Texnoloji prosesləri apararkən üç müxtəlif sıxılma proseslərinə rast gəlmək
mümkündür.
1.
Dostları ilə paylaş: