qızmasına sərf olunur,
nəticədə onun temperaturu T
A
– dan T
D
– yə qədər
yüksəlir.
3.
Politropik sıxılma prosesi.
Bu üsulla sıxılan qaz ilə ətraf mühit arasında
istilik mübadiləsi yaradılır. Lakin sıxılma nəticəsində ayrılan istilik hamısı
ətraf mühitə verilmir. Daha doğrusu istiliyin bir hissəsi ətraf mühitə verilir,
qalan hissəsi isə sıxılmış qazın qızmasına sərf edilir
və onun temperaturu T
A
adiobatik sıxılma prosesləri ideal proseslərdir və texnikada bunlardan istifadə
olunur. Daha doğrusu bu ideal sıxılma proseslərin təcrübi əhəmiyyəti yoxdur,
lakin nəzəri əhəmiyyətə malikdirlər. Politropik sıxılma prosesi təcrübi
üsuldur və texnikada yalnız bu üsuldan istifadə olunur.
Porşenli kompressorlar
Kimya texnologiyasinda və eləcə də qaz sənayesində qaz qarışıqlarını nisbətən
yüksək təzyiqə qədər sıxmaq və nəql etdirmək üçün
porşenli kompressorlardan
geniş istifadə olunur.Porşenli kompressorların quruluşu porşenli nasoslarda olduğu
kimidir. Lakin burada silindir üzərindəki porşenin kipliyi daha yüksək dərəcədə
olur,porşen xüsusi yağlarla yağlanır.Sxemdən göründüyü kimi porşenli
kompressorlar da bir və iki təsirli olurlar .Bir təsirli porşenli kompressorlarda
porşenin birtərəfi təsir göstərirsə, iki təsirli kompressorlarda porşenin hər iki tərəfi
təsir
göstərir,ona görə də 2 təsirli porşenli kompressorlarda məhsuldarlıq bir
təsirliyə nisbətən iki dəfə böyük olur . Porşenli kompressorlar konustruksiyasina
görə üfiqi və şaquli olurlar.Qeyd etmək lazımdır ki, şaquli silindirli
kompressorların məhsuldarlığı üfüqi silindirli kompressorlara
nisbətən böyük
olur.
Bu onunla izah edilir ki, üfiqi vəziiyyətdə olan porşenin ağırlığı silindirin alt
divarına düşür və porşenin irəli -geri hərəkəti nəticəsində onun divarı sürtünməyə
məruz qaldığından erroziyaya uğrayır, tez sıradan çıxır. Odur ki,
üfüqi
kompressorlardan böyük dövrələr sayı ilə işləmək mümkün deyildir, onların
dövrlər sayı n=100÷240 dövr/dəq. Lakin şaquli kompressorlarda porşenin ağırlığı
aşağıya doğru yönəldiyindən silindrin divarları arasından bərabər paylanır,ona
görə də bu kompresssorlarda dövrlər sayı nisbətən yüksək olur, yəni n=300÷500
dövr/dəq.
Porşenli kompressorlar bir və iki silindrli olurlar. Bu kompressorlarda təzyiq P
2
artmır, bir silindrlidəki qədər qalır, lakin onun məhsuldarlığı iki dəfə artır.
Porşenli
və eləcə də digər kompressorlar bir pilləli və çox pilləli olurlar.
Bəzi prosesləri
apararkən qazları P
1
təzyiqindən P
2
təzyiqə qədər bir pillədə sıxmaq mümkün
olmur, ona görə ki, P
1
ilə P
2
təzyiqlər fərqi çox olur. Belə hallarda qazı
bir neçə
pillədə sıxmaq lazımdır. Tutaq ki, I pillədə P
1
→ P
2
′-ə, II pillədə P
2
′ →P
2
′′-ə və III
pillədə P
2
′′→P
2
-ə qədər sıxmaq olur. Bu zaman çox pilləli kompressorda
məhsuldarlıq dəyişmir, yalnız qazın təzyiqi getdikcə yüksəlir. Bildiyimiz kimi qaz
sıxılarkən istilik ayrılır və bu istilik qazın genişlənməsinə sərf olur, odur ki, bunu
aradan qaldırmaq üçün sıxılmış qazın əvvəlki temperaturaya qədər soyutmaq
lazım gəlir. Bunun üçün hər pillədən sonra qazı soyuducuda soyutmaq lazımdır.
Qeyd etmək lazımdır ki, sıxılmış qazın soyuducuda bir hissəsi kondensləşir və onu
sonrakı pilləyə vermək olduqca təhlükəlidir. Ona görə ki, kondensat damcılı maye
olub sıxılmır. Əgər maye kompressora düşdükdə partlaya bilər. Belə olmaması
üçün hər pillədən sonra kondensator ayıran seperator qoyulur. Porşenli
kompressorlardan başqa kimya texnologiyasında rotorlu, mərkəzdənqaçma , oxlu
və s. Kompressorlardan da geniş istifadə edilir.
Dostları ilə paylaş: