Bədii sual. Frazeoloji vahidlərin tərkibində özünü göstərən poetik keyfiyyətlərdən biri də bədii sualdır. Belə vahidlərdə heyrət, təəccüb hissi üstündür.
Bədii sual mahiyyət etibarilə qrammatik sualdan fərqlənir. Belə ki, sualdan nitqdə, adətən, hər hansı bir hadisə, vəziyyət, əhvali-ruhiyyə haqqında müəyyən məlumat öyrənmək məqsədilə istifadə olunur. Lakin bədii sual heç bir şey öyrənmək,məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, söz sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikir təsdiq edilir.Mahiyyəti,meydanagəlmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhvali-ruhiyyəni poetik sual şəklində ifadə etmək onun emosional təsirini daha da qüvvətləndirir.
Sənətkar bədii sualın köməyi ilə güclü emosiya yaratmağın, şeirin bədii təsirini artırmağın mümkün olduğunu nəzərə alaraq, hətta bu və ya digər fikri bütövlükdə sual əsasında verməyə cəhd edir:
Qışqıran sevgilər məyər sevgimi? [123, 32]
Zər saçaqlı tər güllərə səcdə qılaq?
Torpaqlara qara çöksə zülmət deyək?
Pambıqla baş kəsənlərə rəhmət deyək?
Ümid şəmi parlayanda günəş sayaq? [123, 38]
Meşə pıçıldayır, bulaq danışır? [123, 62]
Ümidlər xəyala dönəndə qaldı?
Eşqim bir ürəkdə sönəndə qaldı?
Ömrü dara çəkmək kəməndə qaldı?
Bəlkə bu günün də dünəndə qaldı? [123, 74]
Bəlkə sən beləcə arzuna yetdin? [123, 108]
Bəlkə bir üşütmə düşdü canına?... [123, 124]
Elə ehtiyac da mənimlə gəlib? [123, 119]
Çaylar xəyal olub,
hara axdılar? [123, 130]
Könlümü yandırıb-yaxırsan, maral? [123, 131]
Ümumiyyətlə, sualda xüsusi intonasiya, vurğu mövcuddur. Odur ki,poeziyada ekspessivliyi artırmaq,fikri daha canlı ifadə etmək üçün bədii sualdanı geniş istifadə olunur. Nəbi Xəzrinin üslubu üçün də bu səciyyəvidir, məhz belə bədii suallarla şair öz fikirlərini vurğulaya bilmişdir.
Dostları ilə paylaş: |