Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ


I FƏSİL NƏBİ XƏZRİ DİLİNİN LÜĞƏT TƏRKİBİ



Yüklə 0,73 Mb.
səhifə5/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   2   3   4   5   6   7   8   9   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

I FƏSİL
NƏBİ XƏZRİ DİLİNİN LÜĞƏT TƏRKİBİ
Dilin lüğət tərkibi həmişə inkişafdadır. Bu imkan da o dildə danışan xalqın mədəni səviyyəsinin artıb zənginləşməsi nəticəsində mümkün olur. Lüğət tərkibinin bu inkişaf prosesi dilimizin daxili inkişaf qanunlarına uyğun bir şəkildə davam edir. Müasir dilimizin lüğət tərkibini zəginləşdirən sözlərin və ifadələrin bir qisminin şifahi-danışıq dilində, bir qisminin yazılı-kitab dilində işlənməsi ədəbi dilin şifahi və yazılı olaraq 2 hissəyə ayrılmasına səbəb olur. Dilimizin leksikasının bu şə­kildə qruplaşması hər üslubun özünəməxsus fərqləndirici xüsusiy­yət­lə­­rinə uyğun özünü göstərir. Belə ki, şifahi-danışıq dilindən insanlar gündəlik məişətdə istifadə etdikləri üçün burada əsasən leksik mənası hamıya aydın, anlaşıqlı olan sözlər işlənir. «Dialoqlar əsasında qurulan, sərbəst və iti şə­kil­də icra edilən, mimika və hərəkətlərlə müşayiət olunan, emo­sionallıq və ekspressivlik kimi keyfiyyətlərlə fərqlənən, fonetikanın da ifadəlilik imkanlarından istifadə edilən canlı danışıq dilində söz və ifadələrin dəqiq seçilməsinə və qram­ma­tik cəhətdən formalaşmasına bir o qədər əhəmiyyət ve­ril­mir» [26, 127]. Lakin canlı danışıq dilindən fərqli olaraq yazılı-kitab dili qrammatik cəhətdən dəqiq, düzgün olan söz və ifadələrin yerli-yerində işlənməsini tələb edir. «Öz yerində düzgün, müvəffəqiyyətli işlənmiş sözün hakimiyyəti məğlub­edilməzdir» [35, 102]. Bundan başqa, yazılı ədəbi dilin leksik tərkibi də müxtəlifdir. Bu isə yazı-kitab dilinin daxilində mövcud olan müxtəlif üslublarla əlaqədardır.

Azərbaycan ədəbi dilinin funksional üslubları olan bə­dii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu, rəsmi-işgüzar üslubun hər birinin özünəməxsus xüsusiyyətləri var­dır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xü­su­siy­yətlər bir üslubu başqa üslubdan fərqləndirir. «Bədii üslub bir sıra xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir. Po­e­­­tiklik onun ən bariz əlamətlərindəndir. Bu üslub dilin bütün ifadə vasitələrindən, o cümlədən digər üslublardan istifadə im­­kanına malik olan normativ bir dildir» [107, 62]. Elmi üs­lu­bun isə əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üs­­tünluk verilməsidir. Lakin dildə müəyyən qrup sözlər var ki, onlar heç bir üslubun tələbi olmadan işlənir. Hamı tə­­rə­fin­­dən başa düşülən, ümumişlək xarakterli olan bu sözlərdən dilin bütün üslublarında istifadə edilir. Bununla yanaşı, cə­miy­­yətin, mədəniyyətin, elm və texnikanın inkişafı ilə əla­qə­dar olaraq əşya və anlayışlar çoxalır, genişlənir ki, onları ifa­də etmək zərurəti meydana çıxır. Bu sahədə bədii ədəbiyyat dil üçün geniş meydan açır. Belə ki, dildə olan sözlərə yeni mə­­na vermək,sözə emosional çalarlıq gətirməklə onları müx­­­­­­­­­­­­­­­təlif məqamlarda müxtəlif formalarda işlətmək funk­si­ya­sı məhz bədii ədəbiyyatın üzərinə düşür. Bədii üslubda müx­təlif söz qruplarına müraciət olunaraq onlardan rəngarəng söz­lər seçib onları yerli-yerində işlətmək sənətkarın dildən ya­radıcı şəkildə istifadə etməsini, ustalığını göstərir. Buna gö­rə də N.Xəzri əsərlərinin dili onun fərdi yaradıcılıq üs­lu­bu­nun baş­lıca xarakterik xüsusiyyətlərini özündə birləşdirir. Çün­ki bu dil ümumxalq dilinin bütün canlı ifadə vasitələrinə əsas­lan­maq­­la güclü bədii-estetik, emosional təsir gücünə ma­lik olan bə­­­dii dil nümunəsidir.

Sənətkarın əsərlərinin dilindəki leksik laylar məzmun və mənasına görə bir-birindən fərqlənir. Hər bir leksik vahid lek­­­sik-semantik mənası,obrazlılığı,emosional-ekspressiv key­­­­­­­­­­­­­­­­fiyyətləri ilə seçilir. Buna görə də N.Xəzri əsərlərində iş­lən­miş dil vahidlərini bədii üsubda işlənmə məqamına və funk­­si­ya­sı­na görə aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Ümumişlək sözlərin səciyyəsi 2.Termin səciyyəli sözlər 3. Dialektizmlər 4. Onomastik leksika




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin