Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ


BDU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru İ.D.Vəliyev



Yüklə 0,73 Mb.
səhifə4/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   2   3   4   5   6   7   8   9   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

BDU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru İ.D.Vəliyev
GİRİŞ
Ədəbi dil prosesini düzgün qiymət­lən­dirmək üçün ayrı-ayrı şair və yazıçıların dil və üslub xüsusiyyətlərini öyrənmək çox vacibdir. Məşhur rus alimi V.Vinoqradovun təbirincə desək, ədəbi dilin tarixi, adətən, böyük yazıçıların-şairlərin dil materialları əsa­sın­da yaranır. Təsadüfi deyildir ki, ədəbi dil tarixinin müəyyən mərhələləri, adətən, həmin dövrdə yazıb-yaratmış, ədəbi dilin bə­dii qolunun inkişafında misilsiz rolu olan söz sənətkarlarının adı ilə bağlıdır. Bu sənətkarlar dilimizin zəngin söz xəzinəsindən isti­fa­də edərək, bir-birini yamsılamadan yeni bədii ifadə vasitələri tapır, ədəbi dilin bədii ifadə gücünü artırır, lüğət tərkibini zən­gin­ləş­di­rir­lər. «Bədii ədəbiyyat obrazlı dilin yaradılmasında elə bir mənbə, la­boratoriyadır ki, ədəbi dilin nümunəvi nor­ma­laş­ma­sı, ümum­xalq dili vasitələrinin nümunəvi təşkili burada baş verir» [100, 3]. «Buna görə də yazıçının hər hansı bir əsəri əsasında ədəbi dilə münasibətini, fərdi dil xüsusiyyətlərini müəyyənləşdirmək, leksik, frazeoloji, semantik və qrammatik cəhətdən dilə gətirdiyi yeniliyi aşkar etmək dilçiliyimizin aktual problemlərindən biri kimi qar­şı­da durur» [24, 3].

Bu baxımdan,dil və üslubuna görə bədii poeziya dili­miz­­­­­­­­­­­də xüsusi mövqeyi olan Nəbi Xəzrinin əsərləri dərindən və hərtərəfli öyrənilməlidir. O, dilimizə xüsusi məhəbbət oya­dan Füzuli,Vaqif,Vazeh,Sabir,Vurğun,S.Rüstəm, M.Müşfiq ki­­­mi yazarların sənətkarlıq ənənələrini davam etdirən şair­lər­dən­dir.

Hər bir yazıçının fərdi üslubu konkret dövr ədəbi dilin ümumi mənzərəsini xarakterizə edir. Yazıçı praktik-nəzəri cə­­hətdən bədii dilin poetik ifadə vasitələrini fərdi üslubu ilə yaradır və milli ədəbi dilin inkişafına məhz fərdi yaradıcılığı, fərdi üslubu ilə öz töhfəsini vermiş olur. Odur ki, yazıçı di­­li­nin dərindən öyrənilməsi dilimizin inkişaf mənzərəsini, onda baş verən dəyişiklikləri – istiqamətləri aşkar etmək ba­xı­mın­dan əhəmiyyətli və aktualdır. «Hər bir xalqın dilinin, ədə­biy­yatının öyrənilməsi o xalqın mədəniyyət tarixinin öy­rə­nilməsi ilə sıx bağlıdır. Çünki ədəbi dillə yazı mə­də­niy­yə­ti, ədəbiyyatı xalqın mədəniyyət tarixinin orbitinə daxildir» [95, 101].

N.Xəzri 50-60-cı illərin ədəbi prosesində xüsusi fərq­lə­nən, sözün kəsərini, nüfuzunu həmişə öz yara­dıcı­lığında qo­ru­­yan bir sənətkardır. O, yaradıcılığının ilk dövrlərində sö­zün qüdrətindən, xüsusən də sənətkar üçün əvəzsiz əhə­miy­yə­tin­dən bəhs edən «Söz» adlı şeirində onu belə vəsf edir:


Əzəl başdan açarıdır sirlərin,

Öz gücünü ürəklərdən alar söz.

Ümid verər, sevinc verər, qəm verər,

Müşkül olan dərdə çarə qılar söz ... [123, 11].


N. Xəzrinin söz haqqında olan fikirləri təkcə bir şeirlə qurtarmır. O, söz haqqında danışarkən qeyd edir ki, «Söz ar­zu və düşüncələrə sərkərdəlik edərək onlara yol göstərir»; «Sö­­zün mənzili uzaq olur. Bu gün yazılan söz yalnız bu günün deyil! Söz gələcək aylara, illərə, bəlkə də, əsrlərə çatacaqdır».

Elə buradan da şair üçün söz axtarışları başlanır: «Şair də söz üçün keçər dərə, düz...»; «Sözlər axtarmışam, sözlər gəzmişəm; Vurmuşam özümü alova, oda»; «Bəlkə, illərboyu gəzdiyim sözü; Büllur bir bulaqda tapacağam mən» [83, 441].

N.Xəzri dilinin özünə­məx­sus­luğu ilə seçilən sə­nət­kar­lar­­dandır. Şair bütun yaradıcılığı boyu xalqa yaxın olmuş, on­­dan qaynaqlanmışdır. Bu haqda professor N.Xudiyev yazır: «50-ci illərin sonu, 60-cı illərin əvvəllərində şeir dilində folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 60-cı illərdən əvvəl gəlmiş B.Vahabzadə, N.Xəzri, H.Arif, N.Hə­sən­­­zadə, Qabil kimi şairlərin dilində folklor ifadə tərzinin ha­va­sı duyulur.

Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin folklor ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məzmunca xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; xəlqilik, birinci növbədə oradan başlayır ki, insanın daxili aləminə maraq güclənir, süni [yaxud elə təbii] patetika əvəzinə, poetik fikir təhlilinə can atır və bu da imkan verir ki, şeir dilinin obrazlar sis­temində əsaslı dəyişikliklər meydana gəlsin» [46, 469]. Məhz bunun nəticəsidir ki, şairin əsərlərində xalq dilinin ru­hu özünün bariz əksini tapmışdır.

N.Xəzrinin ilk şeirləri çap olunandan sonra onun ya­ra­dı­cılığının sənətkarlıq xüsusiyyətləri, dil və üslubunun ye­ni­li­yi, söz və ifadələrin orijinallığı həm dilçiliyin, həm də ədəbi tən­­qidin diqqətini cəlb etmişdir. Ədəbi tənqid, 1950-ci illərin əvvəllərindən başlayaraq N.Xəzrinin yaradıcılığını izləmiş və onu həmişə yüksək qiymətləndirmişdir. M. Arif 1950-ci il­lər­də yazdığı «Yeni nəsil» [1954] və «Azərbaycan sovet şeiri» [1959] ad­­lı məqalələrində Nəbi Xəzri yaradıcılığına da nəzər sal­mış və onu «qüvvətli lirik şeirlər yazan» səmimi bir şair ki­mi dəyərləndirmişdir.

Bilavasitə Nəbi Xəzri yaradıcılığına, onun ayrı-ayrı şeir kitablarına həsr edilmiş məqalələrdə şairin inkişaf yolu za­man­­-zaman, mərhələ-mərhələ nəzərdən keçirilmiş, diqqəti cəlb edən fikirlər söylənilmiş və əhəmiyyətli nəticələr çı­xa­rıl­mış­dır: «Nəbi Babayev, yaradıcılığının ilk günlərindən baş­la­ya­raq, bədii ümumiləşdirmələr yolu ilə getməyə can atır» [Ağa­­səf Axundov, 1955]; «... onda ilham, istedad, çoxlu yeni söz demək bacarığı vardır» [M.Vəliyev,1955]; «O, öz üzə­rin­də müntəzəm olaraq işləyən, irəliləyən, yüksələn şairdir» [Ə. Qasımov, 1958]; «Nəbi Xəzrinin şeirlərində ötəri hisslərə, həl­li kiçik təsadüflərdən asılı olan ikinci dərəcəli məsələlərə təsa­düf etmirik» [Ə. Kürçaylı, 1961]; «Nəbinin hər kitabı şairin yaradıcılığında bir yeni yüksəliş, bir yeni üfüqdür. Şair yük­səl­dikcə, üfüqlər genişlənir, həyatın nəbzi onun əsərlərində daha möhkəm vurmağa başlayır» [H.Orucəli,1964]; «Nəbi Xəz­­ridə ən adi, ən sadə, ilk baxışda heç kəsin nəzərini cəlb et­mə­yən şeyləri mənalandırmaq məharəti vardır» [A. Hacıyev, 1965]; «Bu şeir məğrurdur, cürətlidir, qanadlıdır, vüsətlidir, zə­rif və mənalıdır» [Q.Xəlilov,1967]; «Nəbi Xəzrinin poe­zi­yası müasir həyatı dərindən duymaq, vətəndaşlıq borcunu hiss etmək xüsusiyyətləri ilə səciyyəvidir» [M. İbrahimov, 1968]; «Nə­bi saflıq və gözəllik nəğməkarıdır», «Nəbi Xəz­ri­nin poeziyası dərin düşüncələr, fəlsəfi fikirlər poeziyasıdır. O, insan qəlbinə enməyi, ən zərif hissləri yüksək poetik sə­viy­yə­yə qaldırmağı bacarır» [T. Bayram, 1970] [82, 274-275].

Görkəmli dilçi alim Y.Seyidov yazır: «Nəbi Xəzri yara­dı­cılığında ilk növbədə diqqəti cəlb edən, daha dəqiq desək, duyulan, hiss edilən səmimiyyətdir; həm də böyük səmi­miy­yət. ...Nəbinin yaradıcılığına və onun şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, Nəbinin şeirləri ilə şəx­siy­yəti bir-birini tamamlayır. Şairin düşüncələri ilə hissləri, is­təyi ilə dedikləri çarpazlaşır, bir-birini tamam­layır. Bu əsas­da yazılmış əsərlər səmimi olmaya bilməz.

Ağamusa Axundov, haqlı olaraq, N. Xəzrinin şeirlərini «Səmimi hisslər poeziyası» adı ilə təhlil edir» [82, 276].

Son illər bədii əsərlərin dilinin tədqiqi genişlənmiş, ayrı-ayrı şair və yazıçıların dilinin öyrənilməsi dilçiliyin ak­tu­al mövzularından birinə çevrilmişdir. «Bədii əsərin dili təhlil edilərkən bütün diqqət sözlərin mənalarına, zəngin üslubi cə­hətlərinə və müəllifin dilin bu imkanlarından fərdi istifadə ba­­carığına yönəldilməlidir» [100, 126]. Ədəbi-bədii dil pro­se­sini düzgün başa düşüb qiymətləndirmək üçün ədəbiyyatın ayrı-ayrı janrlarının dilinin tədqiqinə hər zaman elmi cə­hət­dən ehtiyac olmuşdur. Məhz buna görə də XX əsrin 50-ci illərindən özünün mövzu, dil və üslub yeniliyi ilə diqqəti cəlb edən poeziyamızın görkəmli nümayəndəsi N. Xəzrinin əsər­lə­ri­nin öyrənilməsi dövrün bədii dili üçün zəngin qiymətli ma­te­rial verir ki, bu da təqdim olunan dərs vəsaitində öz əksini tap­­mışdır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin