AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi



Yüklə 37,03 Kb.
tarix25.04.2017
ölçüsü37,03 Kb.
#15745
AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

Metodiki və biblioqrafiya şöbəsi

Dünyanı verək uşaqlara

(Səhərcik)


Qazax 2016

Dünyanı verək uşaqlara
Səhərcik
Proqram:

  1. Giriş sözü

  2. Bədii hissə

  3. Ədəbi oyunlar və viktorinalar

Aşağıdakı məzmunda elan yazılır:

Uşaqların nəzərinə! Iyun ayının 1- də Uşaq kitabxanasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş səhərcik keçiriləcək. Kitabxanada aparılan yaradıcılıq işində iştirak etməyə çalışın!


Səhərcik keçirilən yer şagirdlərin əl işləri, rəsm əsərləri və müxtəlif mövzuda sərgilərlə bəzədilir. Sərgilər mövzuya uyğun, Ulu Öndərə həsr olunmuş “Uşaqların böyük dostu”, vətənpərvərliyə və s. mövzulara uyğun tərtib olunur. Qısa diafilm hazırlanır.

Kitabxanaçı tədbiri açaraq iştirakçıları salamlayır və tədbirin məzmunu haqqında qısa məlumat verir. Fəal oxucu giriş sözü ilə çıxış edir:

- Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyanı verək uşaqlara” adlı tədbirdə sizləri xoş gördük. Uşaqlar həyatın bəzəyi, sevinci, arzu,ümid payıdırlar. Hər bir ailənin səadəti, hər bir xalqın sabahı uşaqlarla bağlıdır. Bizim vətənimiz Odlar yurdu, Günüəşli Azərbaycanda ailədə ən yaxşı nə varsa uşaqlara məxsusdur. Uşaqlar sevilir, qorunur və məhəbbətə, nəvazişə bürünür.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada 1950- ci ildən, ölkəmizdə isə 1992- ci ildən qeyd olunur. Azərbaycanda uşaqların qayğısı hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdır. Onların sağlam və firəvan böyüməsini, müdafiəsini dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyən edir. Biz günəşli Respublikamızın övladları kimi xoşbəxt və firəvan yaşayırıq. Lakin torapaqlarımız mənfur düşmən torpaqlarından azad olunmayınca biz uşaqlar da ürəkdən gülə bilmirik. Ancaq Azərbaycanın tezliklə zəfər çalacağına və Qələbə gününün bayram edilməsinə inanırıq. Indi isə uşaqların ifasında şən mahnıları dinləyək:

Səhnəyə al-əlvan paltar geyinmiş, Azərbaycanın bayrağı və gül-çiçəklə bəzənmiş uşaqlar daxil olurlar. “Şən Azərbaycan” mahnısı xorla oxunur. Vətənə, Ulu Öndərə, qəhrəmanlara, bayrağa aid şeirlər söylənilir.
Ey Vətənin oğulları, qızları !
“Vətən” deyən dillərimiz var olsub,

Ulu Tanrım həmişəlik yar olsun,

Yurdum Azərbaycan bəxtiyar olsun!

Ey Vətənin oğulları, qızları,

“Vətən” deyən dilləriniz var olsun!
Dalğalansın qoy hər yanda bayrağım,

Yad ellərdə yol göstərən mayakım,

Yıxılmayan, əyilməyən dayağım!

Ey Vətənin oğulları, qızları,

Dalğalansın qoy hər yanda bayrağım!
Dar günündə Vətəni tək qoymayın,

Bu torpağı sevin, ondan doymayın,

Haqq yolundan geri durub dönməyin,

Ey Vətənin oğulları, qızları,

Dar günündə Vətəni tək qoymayın!
Ana yurdum əmanətdir Allahdan,

Südü kimi halallıq al anandan,

Vətənin sevgisi gələr imandan,

Ey Vətənin oğulları, qızları,

Ana yurdun əmanətdir Allahdan !
Birliyimiz təməl tutsun dünyada,

Aman vermə, nə yağıya, nə yada,

Azərbaycan, qurban olaq bu ada,

Ey vətənin oğulları, qızları,

Birliyimiz təməl tutsun dünyada !

Fəridə Ləman

Uşaqlar yorulmasın deyə indi isə əyləncəli hissəyə başlanılır. Tapmacalar, suallar yazılıb qutulara salınır. Cavablandırma vaxtla ölçülür, daha tez cavab verən iştirakçı qalib sayılır.



Tapmacalar.

Hamıdan əvvəl “Yaz gəldi” deyir,

Yuxudan durur, O uça-uça

Canlı saatdır, Başı şabalıdı

Bərkdən qışqırır. Quyruğu haça

(xoruz) (qaranquş)


Göydən un kimi, Meylini salıb

Ələnir yerə, Çiçəyə, gülə

Xeyir - bərəkət Yığdığı nemət

Gətirir elə. Dərmandır elə

(qar) (arı)
Qarpıza bənzər, Yayda işləyir,

Yetişmir tağda. Qışda dişləyir.

Atılıb – düşür Hamı onlara

Əldə - ayaqda “Zəhmətkeş” deyir.

(top) (qarışqa)

Əyləncəli, gülməli oyunlar

Parol nədir?

Geniş dairə çəkirlər. Içərisinə iki nəfər girir. Kağıza hər hansı bir rəqəm yazıb skoçla hər iki uşağın paltosunun arxa tərəfinə yapışdırlır. (Bunu edərkən diqqət etmək lazımdır ki, paltolara ziyan dəyməsin, həmçinin heç bir oyunçu əvvəlcədən bilməməlidir ki, özünün kürəyində hansı rəqəm yazılıb.) hər iki oyunçu bir əllə bir ayağını tutaraq, o biri ayağı üstündə hoppana-hoppana digər oyunçunun belindəki yazını oxumağa çalışmalıdır. Parolu tez bilən oyunçu qalib olur.



Balıq sürüsü.

Oyunçular bellərinə ip bağlayırlar. Hərə özünə ipdən bir quyruq süzəldib arxa tərəfdən belindəki ipdən quyruq əvəzi yerə sallatmalıdır. Quyruqlar yüngül taxılmalıdır ki, tapdalayan kimi çıxsın. Elə olmasa uşaqlar yıxılar, oyunda şənlənmək əvəzinə, narazılıq baş verər, dilxolçuluq olar. “Quyruğ”un uzunluğu elə olmalıdır ki, yerə dəysin və ondan da bir qarış artıq olsun. Sonra uşaqlar iki komandaya bölünür. Komandalar “Oyun başlandı!”, əmri verilən kimi çalışmalıdırlar ki, bir-birlərinin quyruqlarını tapdalayıb çıxarsınlar. Quyruğu çıxan oyundan çıxır, bir tərəfdə durur. Quyruqsuz qalan komanda uduzmuş sayılır.



Əsgər salamı!

Sağ əlinlə əsgər salamı verirsən, sonra tez əlini dəyişib, o biri əlindəki ba. Barmağınla “əla” işarəsi göstərirsən. Bu hərəkəti tez-tez edirsən. Çaşan kimi oyun o biri yoldaşlara keçur. On dəfə ardıcıl, çaşmadan bunu edə bilən qalib sayılır.


Sonra uşaqlara krossvord paylanılır, tez və düzgün cavablandıran iştirakçı qalib sayılır.
Krossvord


  1. Ο Ο Ο Ο Rəng bildirən dəniz adı.




  1. Ο Ο Ο Ο Heyvan ovlamaq üçün qurulur.




  1. Ο Ο Ο Ο Gözəl xalçaları ilə dünyada tanınan ölkə.




  1. Ο Ο Ο Uşaqları qorxudan nağıl qəhrəmanı.




  1. Ο Ο Ο Ο Ο Ο Ο Ο Quşlardan hansı paçtalyondur?




  1. Ο Ο Ο Ο Ο Ο Ο Dünyanın məşhur rəssamı S.Bəhlulzadənin doğulduğu, adının sonunda “can” kəlməsi olan Bakı kəndi.




  1. Ο Ο Ο Ο Ο Ο Ο Ο Ο Ο Süni dəniz olan və adında “min” sözü olan Azərbaycan şəhəri.




  1. Ο Ο Ο Ο Çox adamın qorxduğu zəhərli, sürünən, həm də xeyirli heyvan.




  1. Ο Ο Ο Ο Ο Ο Azərbaycan xəritəsini xatırladan quş.




  1. Ο Ο Ο Ο Ο Ο Çəkiölçən əşya.




  1. Ο Ο Ο İnsanlarla ən dadlı, xeyirli nemət verən həşərat.




  1. Ο Ο Ο Ο Su nəqliyyatı növü.




  1. Ο Ο Ο Ο Ο Ο Gözəl sözünün əksi.




  1. Ο Ο Gecənin qaranlığını qovan, gecələrə nur qatan.

Uşaqlar, möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin işıqlı idealarını davam etdirərək uşaqlara xüsusi qayğı göstərirlər. Millət vəkili Mehriban xanımın təşəbbüsü ilə respublikamızın ucqar kəndlərində müasir üslublu yeni məktəb binaları, uşaq bağçaları, mədəniyyət evləri və kitabxanalar tikilmiş, köhnələri əsaslı təmir olunmuşdur. Məhz onların xüsusi qayğısının təzahürüdür ki, uşaq kitabxanası müasir elektron avadanlıqlarla təchiz olunmuşdur. Indi isə gəlin komputerdə hazırlanmış video çarxa baxaq.



Komputerdə hazırlanmış qısa filmə baxılır. Qaliblər kitabxana tərəfindən hədiyyə ilə mükafatlandırılır.
Tədbir şən müsiqili rəqslə sona çatır.
Metodika və biblioqrafiya

şöbəsinin müdiri: Fatma Hüseynova.


Yüklə 37,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin