AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

4.2.

 

Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış 

Çərçivə Konvensiyası 

Maddə 16. Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış 

1.

 

Daxili qanunvericiliklə, milli qanunvericiliklə müəyyən edilən yaş həddinə və ya on 

səkkiz yaşına çatmamış  şəxslərə tütün məmulatı satışının qadağan edilməsi üçün hər bir 

Tərəf müvafiq hökumət səviyyəsində  səmərəli qanunvericilik, icra, inzibati və digər 

tədbirləri qəbul edir və həyata keçirir. Bu tədbirlərə aşağıdakılar daxil ola bilər: 

(a)

 

bütün tütün məmulatı satıcılarının satış  məntəqəsinin daxilində yaxşı görünən yerdə 

yetkinlik yaşına çatmayanlara tütün məmulatının satışının qadağan olduğu barədə aydın 

bir elanın yerləşdirilməsinə dair tələb, şübhəli hallarda isə onların tütün məmulatını alan 

hər bir şəxsdən qanunda müəyyən edilən yetkinlik yaşına çatma haqqında sənədi 

istəməsinə dair tələb; 

(b)

 

tütün məmulatını bilavasitə götürə bilmə imkanını təmin edən bütün satış növlərinin, 

məsələn, birbaşa mağaza rəflərindən satışın qadağan edilməsi;  

(c)

 

tütün məmulatı formasında hazırlanan və yetkinlik yaşına çatmayanların diqqətini cəlb 

edən konfet, qəlyanaltı, oyuncaq və digər əşyaların istehsal və satışının qadağan edilməsi; 

və 

(d)

 

tütün məmulatını satan öz yurisdiksiyasındakı avtomatların yetkinlik yaşına 

çatmayanların istifadə dairəsindən uzaq olmasını  və tütün məmulatının  yetkinlik yaşına 

çatmayanlara satışını təşviq etməməsini təmin edən bir vəziyyətin yaradılması. 

2.

 

Hər bir Tərəf pulsuz tütün məmulatının əhali arasında, xüsusilə də yetkinlik yaşına 

çatmayanlar arasında yayılmasını qadağan edir və ya qadağan edilməsinə kömək edir. 

3.

 

Hər bir Tərəf siqaretlərin yetkinlik yaşına çatmayanlar üçün əldə edilə bilmə 

imkanını artıran tək-tək və kiçik qutularda satışının qadağan edilməsinə çalışır. 

4.

 

Tərəflər təsdiq edirlər ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatı satışının 

48 

qarşısının alınmasına dair tədbirlərin səmərəliliyini artırmaq məqsədilə lazımi hallarda 

həmin tədbirlər bu Konvensiyanın digər müddəaları ilə  əlaqəli  şəkildə  həyata 

keçirilməlidir. 

5.

 

Konvensiya imzalandığı, ratifikasiya edildiyi, qəbul edildiyi, təsdiq edildiyi vaxt və 

ya ona qoşulduqda, yaxud bunlardan sonra hər hansı bir vaxt ərzində  Tərəf məcburi 

qüvvəyə malik yazılı  bəyanatla tütün məmulatı satan avtomatların istismarını öz 

yurisdiksiyası daxilində qadağan etmək üzrə öhdəlik götürdüyünü bildirə bilər və ya 

tütün məmulatı satan avtomatları müvafiq hallarda tam qadağan edə bilər. Bu Maddəyə 

əsasən edilən bəyanat Depozitari tərəfindən Konvensiyanın bütün Tərəflərinə çatdırılır. 

6.

 

Hər bir Tərəf bu Maddənin 1-5-ci bəndlərində göstərilən öhdəliklərin yerinə 

yetirilməsinin təmin edilməsi üçün səmərəli qanunverici, icra, inzibati və digər tədbirlər, o 

cümlədən pərakəndə və topdan satıcılara qarşı sanksiyalar qəbul edir və həyata keçirir. 

7.  Hər bir Tərəf gərək daxili qanunvericiliklə, milli qanunvericiliklə müəyyən edilən 

yaş  həddinə  və ya on səkkiz yaşına çatmayanlar tərəfindən tütün məmulatı satılmasının 

qadağan edilməsi üçün müvafiq hallarda səmərəli qanunverici, icra, inzibati və digər 

tədbirlər görsün və həyata keçirsin. 

“Tütün və tütün məmulatı haqqında” Qanun  

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti 

... ... 

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda; 

15.3.7. avtomatlar vasitəsilə satıldıqda; 

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda. 

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını  təsdiq edən 

sənədi tələb etmək hüququ vardır. 

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və  mədəniyyət obyektlərində, habelə  uşaq və 

yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. 

15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 

yaşına çatmamış  şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün 

məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır. - 

(qismən uyğun gəlir). 

 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 



Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ 

Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş 

yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların 

əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, 

tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik 

vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və 

49 

uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq 

əməyinin tətbiq edilməsi qadağandır. - (uyğun gəlir). 

 

Şərh: 

Çərçivə Konvensiyasının 16-cı maddəsi yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının 

satışının qadağan edilməsini tələb edir. “Tütün və tütün məmulatı haqqında” Qanun tütün və 

tütün məmulatlarının 18 yaşına çatmayan şəxslərə satışını qadağan edir.

82

 Eləcə  də, həmin 



Qanun zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını  təsdiq edən 

sənədi tələb etmək hüququnu təsbit edir ki,

 83

 bu  Konvensiyanın 16-cı maddəsinin 1 (a)-ci 



bəndində  əks olunmuş  şübhəli hallarda satıcıların tütün məmulatını alan hər bir şəxsdən 

qanunda müəyyən edilən yetkinlik yaşına çatma haqqında sənədi istəməsinə dair tələbə 

uyğun gəlir. Ancaq elə həmin maddədə əks olunmuş “bütün tütün məmulatı satıcılarının satış 

məntəqəsinin daxilində yaxşı görünən yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatının 

satışının qadağan olunduğu barədə aydın bir elanın yerləşdirilməsinə dair tələb” Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyində öz əksini tapmamışdır. Bu baxımdan hesab 

edirik ki, “Tütün və tütün məmulatı haqqında” Qanunun sözü gedən maddəsi Çərçivə 

Konvensiyasının müvafiq müddəasına qismən uyğun gəlir.  

Konvensiyanın 16.3-cü maddəsi dövlətlərin üzərinə siqaretlərin tək-tək və kiçik qutularda 

satışının qadağan edilməsi öhdəliyi qoyur, çünki siqaretin tək-tək və kiçik qutularda satışı 

siqaretlərin yetkinlik yaşına çatmayanlar tərəfindən əldə edilmə imkanını artırır, siqareti onlar 

üçün daha əlçatan edir. “Tütün və tütün məmulatı haqqında” Qanun siqaret, papiros və 

siqarillaların ədədlə satışını qadağan edərək

84

 bu tələbə uyğun gəlir.



85

 

Daha əvvəl də qeyd etdiyimiz kimi Konvensiyanın bütün maddələri bir-biri ilə sıx qarşılıqlı 



əlaqədədir və bir-birini tamamlayırlar. Öz növbəsində, tütün məmulatları satan avtomatların 

qadağan edilməsi yetkinlik yaşına çatmayanların tütün məmulatları əldə etmək imkanlarının 

azaldılmasına xidmət edir. Qanun tütün məmulatlarının avtomatlar vasitəsi ilə satışını 

qadağan edərək bu tələbə uyğun gəlir.  

Eləcə  də, Qanunun 15.5-ci maddəsi tədris, tərbiyə, səhiyyə, sağlamlıq və  mədəniyyət 

obyektlərində, habelə uşaq və malların satışı yerlərində tütün məmulatlarının satışını qadağan 

edir ki, bu da Konvensiyanın tələblərinə uyğundur.  

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun

86

 9-cu  maddəsi tütün 



məmulatlarının uşaqlara satılmasını, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən 

                                                            

82

 Maddə 15.3.6, “Tütün və tütün məmulatı haqqında” Qanun. 



83

 Maddə 15.4, yenə orada. 

84

 Maddə 15.3.8, yenə orada. 



85

  Təəssüf ki, praktikada bu müddəanın pozuntusuna çox rast gəlinir.  

86

 “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, № 499-IQ, 19 may 1998-ci il. 



50 

yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi 

təsir göstərən gecə klublarında, barlarda, eləcə  də tütün məmulatlarının istehsalı, daşınması, 

satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına 

təhlükə törədə bilən digər işlərdə  uşaq  əməyinin tətbiq edilməsini qadağan edir. Bu maddə 

yetkinlik yaşına çatmayanların tütün məmulatlarının satışında iştirakını qadağan edərək 

Konvenisyanın 16.7-ci maddəsində  əks olunmuş yetkinlik yaşına çatmayanlar tərəfindən 

tütün məmulatlarının satılmasının qadağan edilməsi tələbinə uyğun gəlir.

87

 

 

Tövsiyə: 

Qanunvericilikdə “bütün tütün məmulatı satıcılarının satış  məntəqəsinin daxilində 

yaxşı görünən yerdə yetkinlik yaşına çatmayanlara tütün məmulatının satışının 

qadağan olunduğu barədə aydın bir elanın yerləşdirilməsinə dair tələb” öz əksini 

tapmalıdır. 

 

Eləcə də aşağıda bax: 5Məsuliyyətlə bağlı məsələlər bölməsinin tövsiyələrinə  

 

4.3.

 

Alternativ növlərin dəstəklənməsi və ətraf mühitin qorunması 

 

Çərçivə Konvensiyası 



Maddə 17. İqtisadi cəhətdən həyat qabiliyyətli fəaliyyətin alternativ növlərinin 

dəstəklənməsi 

Tərəflər digər Tərəflər və səlahiyyətli beynəlxalq və regional hökumətlərarası təşkilatlarla 

əməkdaşlıq edərək, tütünün emalı  və yetişdirilməsi ilə  məşğul olan şəxslərin, müvafiq 

hallarda isə ayrı-ayrı satıcıların maraqları naminə lazımi hallarda iqtisadi cəhətdən həyat 

qabiliyyətli alternativlərə dəstək verirlər. 

 

Maddə 18. Ətraf mühitin və insan sağlamlığının qorunması 

Tərəflər öz ərazilərində tütünün yetişdirilməsi və tütün məmulatının istehsalı ilə əlaqədar 

bu Konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirərkən  ətraf mühitin və  ətraf mühitlə 

əlaqədar insanların sağlamlığının qorunmasına dair məsələlərin lazımi  şəkildə  nəzərə 

alınacağı ilə razılaşırlar. 

 

Çərçivə Konvensiyasının 17 və 18-ci maddələrinin  əsas hədəfləri tütün istehsalçılarına 

alternativ məhsulların istehsalı üzrə dəstək verilməsi, bu sahədə işləyənlərin, eləcə də işləyib 

işsiz qalanların yeni iş imkanları ilə təmin olunması, tütünün yetişdirildiyi və emal olunduğu 

torpaqlarda  ətraf mühitin və insan sağlamlığının qorunması üçün tədbirlər görülməsidir. 

                                                            

87

 Praktikada bu müddəanın da pozulması hallarına çox rast gəlinir. 



51 

Xüsusi yaradılmış  işçi qrupun Çərçivə Konvensiyasının 17 və 18-ci maddələri ilə bağlı 

hazırladığı hesabatda dövlətlərə mövcud olan ən yaxşı  təcrübələrə  əsaslanmış iqtisadi 

cəhətdən davamlı alternativ layihələri dəstəkləyən siyasət və proqramlar həyata keçirmək 

tövsiyə olunur. Alternativ layihələr tütün istehsalçılarının və  işçilərinin yaşayışının bütün 

aspektlərini (sağlamlıq, iqtisadi, sosial, ətraf mühitlə  əlaqədar və  təhlükəsiz qidalanma 

aspektləri) əhatə edən vahid çərçivə daxilində həyata keçirilməlidir.

88

 



Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində tütün yetişdirilməsi çox az yer tutsa 

da tütün məhsullarının istehsalı ilə  məşğul olan müəssisələr çoxdur. Azərbaycan 

Respublikasında 2011-2015-ci illər üçün Tütünlə mübarizə üzrə Milli Strategiyanın 

layihəsində bu istiqamətdə müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Ancaq Milli Strategiya 

hələ qəbul olunmamışdır və bu istiqamətdə Azərbaycan Respublikasında hər hansı proqram 

və ya siyasət qəbul edilməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ÜST-nin işçi qrupu belə 

proqramların hazırlanmasında mövcud olan ən yaxşı  təcrübələrə  əsaslanmağı tövsiyə edir. 

Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı  və Heyvandarlıq Nazirliyi 2001-ci ildən 

başlayaraq Alternativ Məhsul proqramını və 2006-cı ildən isə Ətraf Mühitlə əlaqədar Kənd 

Təsərrüfatı  Ərazilərinin Qorunması Layihəsini

89

 həyata keçirir ki, Azərbaycan Respublikası 



bənzər proqramların hazırlanmasında  ən yaxşı  təcrübə olaraq Türkiyənin təcrübəsindən 

istifadə edə bilər.  

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu

90

 ətraf mühitin 



mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədi ilə 

cəmiyyətlə  təbiətin qarşılıqlı  əlaqəsini tənzimləyir. Ancaq sözü gedən Qanunda tütünün 

becərilməsi və yetişdirilməsi ilə məşğul olan müəssisələrin ətraf mühitin mühafizəsini təmin 

etməsini və  həmin müəssisələrdə çalışan  şəxslərin sağlamlığını  nəzərə alacaq konkret 

müddəalar yoxdur.  

Onu da qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında

91

 nəzərdə 



tutulur ki, “ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə 

uyğun təkmilləşdirilməsi, səmərəli monitorinq və  nəzarət mexanizmlərinin yaradılması 

yönündə  əməli addımlar atılacaqdır. Eyni zamanda, ekologiya və  təbiətin mühafizəsi 

sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və 

88

  Economically sustainable alternatives to tobacco growing (in relation to Article 17 and 18 of the WHO 



Framework Convention on Tobacco Control) Report by the working group. FCTC/COP/5/10. 17 July 

 2012. 


P.11-12. 

89

  Alternativ Ürün Programı ve Çevre Amaçlı Tarım Arazilerinin Korunması Projesi. Daha ətraflı bax: 



T.C.Gida Tarim ve Hayvancilik Bakanliği. Tütün Kontrolü Çerçeve Sözleşmesi. Ümit Bayram KUTLU 

 Genel 


Müdür 

Yardımcısı. 25 Haziran 2014, Ankara. 

http://www.tarim.gov.tr/ABDGM/Belgeler/%C4%B0DAR%C4%B0%20%C4%B0%C5%9ELER/2014haziran/2.pdf

  

90



  “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, № 678-IQ, 8 iyun 1999-cu il. 

91

 “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 



2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. 

http://wwws.president.az/files/future_az.pdf

  


52 

zəruri infrastruktur yaradılacaqdır. Ölkədə  ətraf mühitin qorunması sahəsində beynəlxalq 

əməkdaşlığın genişləndirilməsinə,  ətraf mühitin mühafizəsi mədəniyyətinin aşılanması 

məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetiriləcəkdir.”

92

 

Tövsiyələr: 



-

 

Ən yaxşı  təcrübə olaraq Türkiyə Respublikasının və digər ölkələrin təcrübəsinə 



əsaslanaraq iqtisadi cəhətdən davamlı alternativ layihələri dəstəkləyən proqramlar 

qəbul edilməsi tövsiyə olunur; 

-

 



Ətraf mühitin mühafizəsinə dair qanunvericilik tütünün ətraf mühitə vurduğu zərərə 

dair müddəaları da əks etdirərək daha da təkmilləşdirilməlidir.  

 

5.



 

Məsuliyyətlə bağlı məsələlər 

Çərçivə Konvensiyası  

Maddə 19Məsuliyyət 

1.

 

Tütünə qarşı mübarizə  məqsədilə  Tərəflər zəruri olarsa, müvafiq hallarda 

kompensasiya daxil olmaqla, cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün 

qanunvericilik tədbirlərinin həyata keçirilməsini və ya mövcud qanunvericiliyin inkişafını 

nəzərdən keçirirlər. 

2.

 

Tərəflər 21-ci Maddəyə müvafiq olaraq Tərəflərin Konfransları vasitəsilə  məlumat 

mübadiləsi sahəsində bir-biri ilə əməkdaşlıq edirlər. Bura həmçinin daxildir: 

(a)

 

20.3 (a) Maddəsinə müvafiq olaraq tütün məmulatından istifadənin və tütün tüstüsünün 

sağlamlığa təsirinin nəticəsi barədə məlumat; və 

(b)

 

qüvvədə olan qanunvericilik və qaydalar, həmçinin müvafiq məhkəmə təcrübəsi barədə 

məlumat. 

3.

 

Müvafiq hallarda və qarşılıqlı razılaşmaya  əsasən, Tərəflər milli qanunvericilik, 

siyasət, hüquqi təcrübə və tətbiq edilən mövcud müqavilə mexanizmləri çərçivəsində bu 

Konvensiyaya uyğun olaraq mülki və cinayət məsuliyyəti ilə  əlaqədar prosessual 

hərəkətlərin həyata keçirilməsində bir-birinə yardım göstərirlər. 

4.

 

Konvensiya heç bir halda Tərəflərin bir-birinin məhkəmə orqanlarına müraciəti 

hüququna toxunmur və ya onu məhdudlaşdırmır; bu hal belə qaydaların mövcud olduğu 

şəraitdə mümkündür. 

5.

 

Tərəflərin Konfransı müvafiq beynəlxalq forumlarda aparılmış işləri nəzərə alaraq, 

məsuliyyətlə əlaqədar məsələləri imkan daxilində erkən mərhələdə nəzərdən keçirə bilər. 

Bura həmçinin həmin məsələlərə lazımi beynəlxalq yanaşmalar və Tərəflərin xahişi ilə 

onlara bu Maddəyə əsasən qanunvericilik və digər fəaliyyətlərində yardım göstərilməsi 

üçün lazımi vasitələr də aiddir. 

                                                            

92

 Yenə orada. Səh. 39. 



53 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 24.  Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması  nəticəsində 

vurulan ziyanın ödənilməsi 

24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan 

ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq müəyyən edilir. 

24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə  nəzərdə 

tutulmuş məsuliyyətdən azad etmir. - (qismən uyğun gəlir)

 

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun 

Maddə 57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi 

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən 

edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 

... 

Ətraf mühitin 

çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan 

qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindən 

ödənilir. - (qismən uyğun gəlir) 

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi  

Maddə 236.  Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti 

qaydalarının pozulması 

236.1. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti 

və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə - 

on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.  

 236.2. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti 

və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına 

görə - 

on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. - (qismən uyğun gəlir). 

 

Maddə 134

.

 Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi 



 Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə - 

yüz manat miqdarında cərimə edilir. - (qismən uyğun gəlir). 

 

Maddə 148. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsi 

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə - 

xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir. - (qismən 

uyğun gəlir). 

54 

Maddə 150-2. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması  

150-2.1. Avtomobil nəqliyyatı ilə  sərnişin və baqaj daşınması qaydalarının 

pozulmasına, yəni:  

150-2.1.4. müntəzəm  şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və 

beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə;  

qırx manatdan əlli manatadək miqdarda cərimə edilir. - (qismən uyğun gəlir). 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi  

Maddə 205-1. Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma 

Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma – 

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 

üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. - (uyğun gəlir). 

  

Maddə 206. Qaçaqmalçılıq 

206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük 

nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi 

vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan 

etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və 

digər əşyaların külli miqdarda keçirilməsi— 

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, 

radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov 

silahı  və  həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş 

sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın 

silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük 

sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və 

avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq 

qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət 

olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar 

və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma 

yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi -  

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 

206.3.1. təkrar törədildikdə; 

206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 

206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə; 

206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə - 

55 

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

206.4. Bu Məcəllənin 206.1-206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 

dəstə tərəfindən törədildikdə -  

yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə  cəzalandırılır.-  (uyğun 

gəlir). 

Çərçivə Konvensiyasında tütünlə mübarizə sahəsində daxili qanunvericilikdə  məsuliyyət nəzərdə 

tutulması  və onun tütünə qarşı  səmərəli mübarizənin təmin olunması istiqamətində  əhəmiyyəti 

dəfələrlə vurğulanır. Çərçivə Konvensiyasının 4.5-ci maddəsində göstərilir ki, “tərəflərin hər birinin öz 

yurisdiksiyası çərçivəsində müəyyənləşdirdiyi kimi, məsuliyyətlə bağlı məsələlər tütünə qarşı hərtərəfli 

mübarizənin mühüm hissəsidir.” Qeyd edək ki, Çərçivə Konvensiyasının 19-cu maddəsi daha çox 

tövsiyə xarakteri daşıyır və  tərəflərin üzərinə birbaşa konkret həyata keçirmə öhdəlikləri qoymur; 

dövlətləri “cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün qanunvericilik tədbirlərinin 

həyata keçirilməsini və ya mövcud qanunvericiliyin inkişafını  nəzərdən keçirməyə” dəvət 

edir. 19-cu maddə konkret məsuliyyət qaydaları müəyyən etmir, zəruri olduqda müvafiq 

hallarda kompensasiya daxil olmaqla, cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün 

qanunvericilik tədbirlərinin həyata keçirilməsini şərtləndirir.

93

 Bu, Çərçivə Konvensiyasının 



layihəsi hazırlanarkən beynəlxalq müqavilədə konkret məsuliyyət qaydalarının praktikada 

ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilməsində müəyyən çətinliklər yarada biləcəyi 

kimi ağlabatan ehtimalın mövcudluğundan irəli gəlirdi.  Əhəmiyyətlidir ki, 2001-ci ilin 

aprel ayında ÜST tərəfindən Çərçivə Konvensiyasının 19-cu maddəsinin təbiətini və 

miqyasını müəyyənləşdirmək üçün hüquq ekspertləri paneli çağırılmışdır. 

Ekspertlərin apardığı  tədqiqat  əsasında belə  qərara alındı ki, daxili hüquq sistemlərində tütünlə 

mübarizə sahəsində məsuliyyətin müəyyən edilməsi ilə bağlı müddəalar yaxşı inkişaf etmədiyi üçün 

Çərçivə Konvensiyasında beynəlxalq məsuliyyət rejiminin nəzərdə tutulması Konvensiyanın həyata 

keçirilməsində  çətinlik yarada bilər. O da vurğulandı ki, məsuliyyət rejiminin Konvensiyaya daxil 

edilməsi dövlətlərin diqqətini tütünlə mübarizə sahəsində digər vacib məsələlərdən yayındıra bilər ki, 

bu da onlar üçün ümumilikdə tütünə qarşı mübarizə proqramının həyata keçirilməsini çətinləşdirə bilər; 

digər sahələrdə beynəlxalq məsuliyyət rejimini qəbul etməkdə dövlətlərin  əvvəlki təcrübəsi yaxşı 

olmadığı üçün konkret məsuliyyət rejimi müəyyən olunduğu halda Çərçivə Konvensiyasına çox az 

dövlət qoşulacaq

94



Bu gün bəzi ölkələrin qanunvericiliyi tütün sənayesinin vurduğu zərərə görə kompensasiya nəzərdə 



tutur. Bir sıra ölkələr (daha dəqiq desək 5 ölkə - Finlandiya, Yaponiya, Marşal Adaları, Norveç və 

Panama) ÜST-yə  təqdim etdikləri hesabatda tütün istifadəsindən dəymiş  zərərə görə kompensasiya 

                                                            

93

  İmplementation of Article 19 of the Convention: “Liability”. FCTC/COP/4/13, 24 September 2010. P. 1  



94

  WHO. Secretariat update on the WHO consultation on potential liability and compensation provisions for 

 

the framework convention on tobacco control. A/FCTC/INB2/5 Rev.1, 6 July 2001. P. 3. 



56 

almağa yönəlmiş məhkəmə işləri haqqında məlumatlar da daxil ediblər. Ekspertlərin araşdırmasında o 

da qeyd olunmuşdur ki, xəstəlik halında tütün istehsalçısına kompensasiya almaq üçün müraciət edə 

bilmək imkanı tütün istehlakçılarını tütündən istifadə etməyə ruhlandıra bilər, belə ki onlar 

xəstələnərlərsə kompensasiya alacaqlarından arxayın olacaqlar.

95

 



Azərbaycan Respublikasının qanunvericiliyində tütün və tütün məmulatları ilə bağlı qaydaların 

pozulması Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsi

96

 (daha  sonra  İnzibati Xətalar 



Məcəlləsi) ilə müəyyən edilir. 

Tütün məmulatı ticarəti qaydalarının pozulması 

 İnzibati Xətalar Məcəlləsinin 236.1.-ci maddəsi ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri 

tərəfindən tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə 10 manatdan 35 manatadək 

miqdarda cərimə müəyyən edir. 



Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satışı 

İnzibati Xətalar Məcəlləsi 236.2.-ci maddəsi tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara 

satılmasına görə 15 manatdan 40 manatadək miqdarda cərimə nəzərdə tutur. 

İctimai nəqliyyatda siqaret çəkilməsi  

İnzibati Xətalar Məcəlləsi hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret 

çəkilməsinə görə 30 manatdan 40 manatadək, dəmir yol nəqliyyatında  5  manatdan                      

15 manatadək, dəniz və çay nəqliyyatında 7 manatdan 13 manatadək cərimə müəyyən edir. 

 

İnzibati Xətalar Məcəlləsində tütünün ticarəti qaydaları  və satışı ilə bağlı, eləcə  də ictimai 



nəqliyyatda siqaret çəkilməsinə görə  cərimələr nəzərdə tutulsa da hesab edirik ki, həmin 

qaydaların praktikada düzgün həyata keçirilməsinin təmin edilməsi üçün bu cərimələr daha 

da artırılmalıdır.

97

  

 

Çərçivə Konvensiyasının 19.1-ci maddəsi dövlətlərin üzərinə tütünə qarşı mübarizə məqsədi 



ilə cinayət və mülki məsuliyyət müəyyən edən qanunvericilik tədbirləri həyata keçirmək 

öhdəliyi qoyur. Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə cinayət və mülki 

məsuliyyət müəyyən edən hər hansı müddəa yoxdur. Azərbaycan Respublikasının Cinayət 

                                                            

95

 Yenə orada. 



96

  11 iyul 2000-ci il tarixli 906-IQ nömrəli “Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 

 

təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”   Azərbaycan 



 Respublikasının Qanunu ilə təsdiq edilmişdir. 

97

 Müqayisə üçün qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə  əsasən, “... qrant alan 



 Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında 

 müqavilələrin və  qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə 

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - 

 fiziki 


şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş 

 yüz 


manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir”. 

57 

Məcəlləsində

98

 (daha sonra Cinayət Məcəlləsi) bir sıra müddəalar (saxta aksiz markalarını 



hazırlama,  əldə etmə  və  ya  satma;  dələduzluq) vardır ki, tütün və tütün məmulatlarına dair 

qaydaların pozulması zamanı  tətbiq oluna bilər. Bununla belə hesab edirik ki

qanunvericilikdə daha spesifik və daha sərt cəza növlərinin nəzərdə tutulması tütünə qarşı 

mübarizə istiqamətində daha səmərəli şərait yaradar və Çərçivə Konvensiyasının tələblərinə 

uyğunluğu təmin edər.  

 

Çərçivə Konvensiyası bu sahədə  dəymiş  zərərə görə kompensasiya müəyyənləşdirilməsinin 



qanunvericilikdə  təsbit edilməsini nəzərdə  tutur.  “Tütün  və tütün məmulatı haqqında” 

Qanunun 24-cü maddəsi, eləcə də “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan 

Respublikasının Qanunu

99

 müvafiq  qanunvericiliyin pozulması  nəticəsində vurulan ziyanın 



həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

müəyyən edildiyini göstərsə  də müvafiq qanunvericilikdə tütün istehlakçısının onun 

sağlamlığına vurduğu zərərə görə  hər hansı tütün şirkətini məhkəməyə verib kompensasiya 

ala biləcəyini təmin edən hər hansı mülki və ya cinayət qanunvericiliyi müddəası yoxdur. 



 

Tövsiyələr: 

-

 



Tütünə qarşı mübarizə  məqsədi ilə cinayət və mülki məsuliyyət müəyyən edən 

qanunvericilik tədbirləri həyata keçirilməlidir;  

-

 



Qanunvericilikdə tütün istehlakçısının onun sağlamlığına vurduğu zərərə görə  hər 

hansı tütün şirkətini məhkəməyə verib kompensasiya ala biləcəyini təmin edən 

müddəa əks olunmalıdır;  

-

 



İnzibati Xətalar Məcəlləsində tütünün ticarəti qaydaları  və satışı ilə bağlı, eləcə  də 

ictimai nəqliyyatda siqaret çəkilməsinə görə nəzərdə tutulan cərimələr artırılmalıdır; 

-

 



Qanunvericilikdə tütün məmulatlarının satışı ilə əlaqədar bəzi müddəaların (məsələn, 

siqaret və digərlərinin ədədlə satışı) qadağan olunsa da praktikada çox pozulduğunu 

nəzərə alaraq İnzibati Xətalar Məcəlləsində spesifik olaraq bu müddəanın 

pozulmasına dair daha yüksək cərimənin müəyyən edilməsi tövsiyə olunur; 

-

 



Tütün istehlakının məhdudlaşdırılması haqqında Qanunun layihəsi qəbul edildikdən 

sonra qanunvericiliyə tütün istehlakının məhdudlaşdırılması qaydalarının 

pozulmasına görə məsuliyyət daxil edilməlidir. 

 

 

                                                            

98


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin