AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
  1   2   3   4   5   6   7   8

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 



AZƏRBAYCAN RESPUBLİKASININ 

MÜVAFİQ QANUNVERİCİLİYİNİN

"TÜTÜNƏ QARŞI MÜBARIZƏ HAQQINDA" 

ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATININ 

ÇƏRÇİVƏ KONVENSİYASINA UYĞUNLUĞUNUN 

MÜQAYİSƏLİ TƏHLİLİ

Bakı - 2015



Təhlil Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı 

üzrə  Fəaliyyət Planına  əsasən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin 

qarşısının alınması  və  nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi 

çərçivəsində Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzi tərəfindən təşkil olunmuşdur.  

Təhlil Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə 

Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr edilir. 



Müəllif: Pərvanə Bayramova, h.f.d. 

Ekspert: Tofiq 

Musayev 

 

 

 

 





MÜNDƏRİCAT 

Ön söz............................................................................................................................4 

Giriş...............................................................................................................................6 

1.

 

Tütünə tələbatın azaldılması ilə bağlı qiymət tədbirləri...........................................9 

1.1.

 

Qiymət və vergi tədbirləri ................................................................................10 

2.

 

Tütünə tələbatın azaldılması üçün qeyri-qiymət tədbirləri....................................16 

2.1.

 

Tütün tüstüsünün təsirindən qorunma..............................................................17 

2.2.

 

Tütün məmulatlarının tərkibi............................................................................18 

2.3.

 

Tütün məmulatının tərkibinin açıqlanması.......................................................20 

2.4.

 

Tütün məmulatının qablaşdırılması və markalanması.....................................23 

2.5.

 

Tütün sənayesinə dair informasiyanın əlçatanlığı və ictimai iştirakçılıq .......30 

2.6.

 

Reklam, satışın stimullaşdırılması və sponsorluq............................................35 

3.

 

Tütündən asılılıq və tütündən istifadənin dayandırılması......................................40 

4.

 

Tütün təchizatının azaldılması ilə bağlı tədbirlər...................................................41 

4.1.

 

Tütün məmulatının qeyri-qanuni ticarəti.........................................................41 

4.2.

 

Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış..................................47 

4.3.


 

Alternativ növlərin dəstəklənməsi və ətraf mühitin qorunması........................50 

5.

 

Məsuliyyətlə bağlı məsələlər......................................................................................52 

6.

 

Dövlətlərin Konvensiya üzrə ümumi öhdəlikləri.....................................................58 

6.1.

 

Tütün sənayesinin inkişafını stimullaşdırmamaq.............................................59 

6.2.

 

Preferensial rejimin tətbiq olunmaması...........................................................60 

6.3.

 

Korporativ sosial məsuliyyət............................................................................60 

6.4.

 

Maraqların münaqişəsinə yol verilməməsi......................................................61 

6.5.

 

Milli koordinasiya mexanizmi..........................................................................62 

7.

 

Elmi-texniki əməkdaşlıq və məlumatın çatdırılması...............................................62 

 

Xülasə (azərbaycan, ingilis və rus dillərində)..............................................................68 



 

İstifadə olunmuş sənədlərin siyahısı.........................................................................74 

 

 



 

 

 



 



Ön söz 

Tütün vaxtından  əvvəl ölüm, xəstəlik və  əlillik hallarının qarşısı alına bilən  əsas səbəbidir. 

Tütünçəkmə ürək xəstəlikləri və insult, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər 

xəstəliyi kimi əsas qeyri-infeksion xəstəliklər yaradır. Bu gün tütün dünyada böyüklər 

arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün 

risk amilidir. Hər il 6 milyonadək insan tütün tüstüsünün təsiri nəticəsində yaranan 

xəstəliklərdən ölür, onlardan 600 min nəfər  ətrafa yayılan ikincili tüstü ilə  nəfəs alan 

tütünçəkməyən insandır. XX əsrdə tütünlə bağlı  səbəblərdən 100 milyon insan dünyasını 

dəyişdi. Təcili tədbirlər görülməzsə, bu əsrin sonunadək tütün 1 milyarddan çox insanı məhv 

edə bilər. 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası  bəşəriyyətin tütün 

məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır. 

O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edildi və 

27 fevral 2005-ci il tarixdə qüvvəyə mindi. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş 

Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri oldu. 2014-cü ilin 4 dekabr 

tarixinə olan vəziyyətə görə onun 180 Tərəfi vardır.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 20 sentyabr 2005-ci il tarixdə 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barəsində 

Azərbaycan Respublikasının Qanununu imzalamışdır. 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası tütün epidemiyasına qarşı 

qlobal mübarizədə ilk addım oldu. Bu müqavilə tütün məhsullarına olan təklif və eləcə  də 

tələblərin azaldılması modelini ölkələrə təklif edir. Burada tütün epidemiyasının qarşısını ala 

biləcək  ən effektli yanaşmalar  əks olunub ki, bunlardan tütündən istifadənin monitorinqi, 

insanların tütün tüstüsündən qorunması, tütündən imtina olunması  məqsədilə  tədbirlər, 

tütünlə bağlı  təhlükələr barədə  xəbərdarlıqlar, tütün məmulatlarının reklamı, satışının 

stimullaşdırılması  və sponsorluğuna qadağaların qoyulması, tütün məmulatlarına qoyulan 

vergilərin artırılması  və tütün məmulatlarının qablaşdırılması  məsələlərini vurğulamaq olar. 

Beləliklə, Çərçivə Konvensiyası tütünə qarşı mübarizə üzrə  ən  əhəmiyyətli və  səmərəli 

tədbirlər kompleksidir. 

Eyni zamanda Çərçivə Konvensiyasının hər bir maddəsinin səmərəli işləməsi üçün ölkənin 

müvafiq tələblərə cavab verən tütünlə mübarizə üzrə qanunvericilik bazası, cəmiyyətin 

tütünlə mübarizədə  həmrəy olması vacibdir. Bütün tütünlə mübarizə  tədbirləri çoxsektorlu 

yanaşma və siyasi iradə tələb edir.  

Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb, lakin hələ  də  bəzi 

çatışmazlıqların aradan qaldırılması 

və bu sahədə qanunvericilik bazasının 



təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan Azərbaycan qanunvericiliyinin Çərçivə 

Konvensiyasına uyğunluğunun müqayisəli təhlili xüsusi diqqət cəlb edir. Hazırkı  təhlilin 

məqsəd və  vəzifələri tütünlə mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin Çərçivə 

Konvensiyasına uyğunluğunun araşdırılması, çatışmazlıqların aradan qaldırılması üçün 

məqsədyönlü rəy və tövsiyələrin hazırlanması  və yekun nəticələrin ilk növbədə 

Azərbaycanda tütünlə mübarizə sahəsində çalışan təşkilat və şəxslərə çatdırılmasıdır.  

Təhlil Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı 

üzrə  Fəaliyyət Planına  əsasən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin 

qarşısının alınması  və  nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi 

çərçivəsində Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzi tərəfindən təşkil olunmuşdur və Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə 

haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr edilir. 

Təhlilin nəticələri Azərbaycanda qanunvericiliyin formalaşması  və tütünə qarşı  nəzarət və 

mübarizə işinin təşkili ilə məşğul olan qərar qəbul edən şəxslər, millət vəkilləri, siyasətçilər, 

aidiyyəti dövlət və ictimai təşkilatlar və fəallar, ictimai səhiyyə mütəxəssisləri, digər təşkilat 

və  fərdlərin fəaliyyətlərində  nəzərə alına bilər. Aparılmış  təhlilin başlıca məqsədi ÜST 

tərəfindən epidemiya elan edilmiş  və müasir dövrdə  əhalinin sağlamlığının qorunması 

sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hökumət, qeyri-hökumət və 

beynəlxalq təşkilatların, ayrı-ayrı  vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin 

səylərinin birləşdirilməsinə və bu istiqamətdə siyasi və ictimai dəstəyin təşkil olunmasına nail 

olmaqdır. 

Tütün epidemiyası  təhlükəsi hələ  də mövcuddur. Lakin bu epidemiyanı geri döndərmək 

mümkündur. Bunun üçün Çərçivə Konvensiyasına qoşulan hər bir ölkənin öhdəlikləri tam 

həyata keçirilməlidir. 

 

Ceyhun Məmmədov 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru 

 

 

 

 

 




Giriş 

Tütündən istifadənin geniş yayılmış asılılığa çevrilərək hər il milyonlarla insanın həyatını 

əlindən alan və sağlamlığına zərər vuran qlobal epidemiya səviyyəsinə çatdığı bir dövrdə 

tütünə qarşı mübarizə beynəlxalq ictimaiyyətin qarşısında duran vacib vəzifələrdən biridir. 

Ümumdünya Səhiyyə  Təşkilatı (daha sonra ÜST) tərəfindən qəbul edilmiş Tütünə qarşı 

mübarizə haqqında Çərçivə Konvensiyası (daha sonra Çərçivə Konvensiyası  və ya 

Konvensiya) bu istiqamətdə atılmış  ən vacib addımlardan biridir. Çərçivə Konvensiyası 

tütünlə mübarizə sahəsində qəbul edilmiş ilk beynəlxalq müqavilədir və dövlətlər üçün tütünə 

tələbatın və tütün təchizatının azaldılmasına yönəldilmiş  məcburi hüquqi öhdəliklər 

müəyyənləşdirir. Bu Konvensiyaya Tərəf olaraq dövlətlər tütünsüz bir dünyaya nail olmaq 

yoluna qədəm qoyurlar ki, bu da milyonlarla insanın sağlamlığının qorunması baxımından 

çox  əhəmiyyətlidir. Çərçivə Konvensiyası  Tərəflər üçün elə öhdəliklər müəyyən edir ki, 

onları  həyata keçirməklə dövlətlər yalnız tütündən istifadə etməyən  şəxslərin həyat və 

sağlamlığını qorumur, həm də tütün istehlakçılarını tütündən istifadəni azaltmağa və ondan 

imtina etməyə sövq edir.  

Dövlətlərə həmin öhdəlikləri yerinə yetirməkdə kömək etmək məqsədi ilə ÜST 2008-ci ildə 

aşağıdakı 6 əsas strategiyanı müəyyən edən MPOWER

1

 paketini hazırlamışdır:



 

 



Tütündən istifadənin və onun qarşısının alınmasının monitorinqi;

 



 

İnsanları tütün tüstüsündən qorumaq;

 



 



Tütünçəkmədən imtina etmək üçün yardım təklifi;  

 



Tütünün törətdiyi təhlükələrə dair xəbərdarlıq;  

 



Tütünün reklamının,

 

satışının stimullaşdırılması  və sponsorluğunun qadağan 



olunması; 

 



Tütünə tətbiq olunan verginin artırılması. 

Eləcə də Çərçivə Konvensiyasının 23-cü maddəsi əsasında təsis edilmiş Tərəflərin Konfransı

2

 

öz sessiyalarında Çərçivə Konvensiyasının ayrı-ayrı maddələrinin həyata keçirilməsinin 



Rəhbər Prinsiplərini (daha sonra Rəhbər Prinsiplər) qəbul etmişdir ki, həmin prinsiplər 

Çərçivə Konvensiyasının ayrı-ayrı maddələrinə aydınlıq gətirir və onların dövlətlər tərəfindən 

düzgün həyata keçirilməsinə şərait yaradır. 

 

                                                            



1

 Paket müəyyən edilmiş altı strategiyanın ingiliscə başlıq hərflərini birləşdirərək MPOWER adlandırılmışdır: 

  Monitor tobacco use and prevention policies; Protect people from tobacco smoke; Offer help to quit tobacco 

 use; Warn about the dangers of tobacco; Enforce bans on tobacco advertising, promotion and sponsorship; and 

  Raise taxes on tobacco. 

2

  Tərəflərin Konfransı Konvensiyanın rəhbər orqanıdır; Konvensiyanın həyata keçirilməsinin gedişini 



 müntəzəm olaraq nəzərdən keçirir və onun səmərəli tətbiq edilməsinə yardım üçün lazım olan qərarları qəbul 

 edir. 


Azərbaycan Respublikası 20 sentyabr 2005-ci il tarixli Qanunu

3

ilə ÜST-nin Çərçivə 



Konvensiyasına qoşulmuş  və 1 noyabr 2005-ci il tarixində Konvensiyanı ratifikasiya 

etmişdir.  Əhəmiyyətlidir ki, “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasında 

ölkədə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasına və  nəzarətinə xüsusi yer ayrılıb. 

Həmin sənəddə qeyri-infeksion xəstəliklərin yüksək risk faktorlarından biri olan tütünə qarşı 

mübarizə məsələləri çox geniş əhatə olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

2014-2020-ci illər üçün Strateji Panı üzrə  Fəaliyyət Planının

4

 4.2-ci  bəndində, tütünçəkmə 



qeyri-infeksion xəstəliklərin risk amilləri içərisində xüsusi qeyd olunaraq, həmin amillərə 

qarşı  əhali arasında sübutlu və  səmərəli tədbirlərin həyata keçirilməsinin gücləndirilməsi 

nəzərdə tutulur.  

Təqdim olunan tədqiqat Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin ÜST-nin 

Çərçivə Konvensiyasının müddəalarına uyğunluğunu araşdırır. Onu da qeyd edək ki, 

tədqiqatda müqayisəli təhlil aparılarkən Çərçivə Konvensiyası ilə yanaşı MPOWER paketi və 

Rəhbər Prinsiplər də nəzərə alınır.  

Azərbaycan Respublikasının Konstitusiyasında

5

 (daha sonra Konstitusiya) yaşamaq hüququ 



(maddə 27), sağlam  ətraf mühitdə yaşamaq hüququ (maddə 39), sağlamlığın qorunması 

hüququ (maddə 41) kimi əsas insan hüquqları öz əksini tapır. Eləcə  də Konstitusiyanın         

148-ci maddəsinə  əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 

Əhəmiyyətlidir ki, Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının daxili qanunvericiliyi 

ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) onun tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələr arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr 

tətbiq olunur..

6

 Beləliklə, Konstitusiya ÜST-nin Çərçivə Konvensiyasını Azərbaycan 



Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir və 

Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla daxili qanunvericiliklə 

Çərçivə Konvensiyası arasında ziddiyyət yarandıqda Çərçivə Konvensiyasının tətbiq 

olunacağını  təsbit edir. Eləcə  də “Tütün və tütün məlumatı haqqında” Azərbaycan 

Respublikasının Qanununda

7

 (daha sonra, “Tütün və tütün məmulatı haqqında” Qanun) 



göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə tütün 

və tütün məmulatına dair münasibətlərin tənzimlənməsi və keyfiyyətinin idarə edilməsi 

                                                            

3

 “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barədə Azərbaycan  



 Respublikasının Qanunu, №989-İİQ, 20 sentyabr 2005-ci il. Qanun 16 oktyabr 2005-ci il tarixində 

 “Azərbaycan” qəzetində dərc edilmişdir. 

4

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.04.2014-cü il tarixli 30 nömrəli əmri ilə təsdiq 



 edilmişdir. 

5

 Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995. 



6

 Maddə 151, Konstitusiya. 

7

 “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu 8 iyun 2001-ci ildə qəbul 



 edilmişdir, №138-IIQ.  

barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, 

beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

8

 



Tədqiqat işində  Çərçivə Konvensiyasının Tərəflərdən daxili qanunvericilikdə konkret 

müddəaları  əks etdirməsini tələb edən maddələrinə Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyinin uyğun (tam və ya qismən) gəlib-gəlməməsi Rəhbər Prinsiplər (eləcə  də 

onların layihələri

9

) də nəzərə alınmaqla müəyyənləşdirilir və izah olunur. Yəni təhlil Çərçivə 



Konvensiyasının bilavasitə qanunvericilikdə  təsbit edilməli olan öhdəliklər müəyyən edən 

maddələri əsasında aparılır. Həmin maddələr aşağıdakı mövzuları əhatə edir:  

 

Tütünə tələbatın azaldılması üçün qiymət və vergi tədbirləri (maddə 6) 



 

Tütünə tələbatın azaldılması üçün qeyri-qiymət tədbirləri (maddə 7) 



-

 

Tütün tüstüsünün təsirindən qorunma (maddə 8) 



-

 

Tütün məmulatının tərkibinin nizamlanması (maddə 9) 



-

 

Tütün məmulatının tərkibinin açıqlanması işinin nizamlanması (maddə 10) 



-

 

Tütün məmulatının qablaşdırılması və markalanması (maddə 11) 



-

 

Maarifləndirmə, informasiyanın ötürülməsi, əhalinin hazırlanması və 



məlumatlandırılması (maddə 12) 

-

 



Tütün məmulatının reklamı, satışının stimullaşdırılması və sponsorluğu (maddə 13) 

 



Tütün məmulatının qeyri-qanuni ticarəti (maddə 15) 

 



Yetkinlik yaşına çatmayanlara və onlar tərəfindən satış (maddə 16) 

 



Məsuliyyət (maddə 19) 

Eləcə  də  Çərçivə Konvensiyasının tütünə qarşı mübarizə sahəsində dövlətlər üçün ümumi 

öhdəliklər müəyyənləşdirən, konkret proqramların, planların və strategiyaların qəbul 

edilməsini nəzərdə tutan aşağıdakı maddələri də nəzərdən keçirilir: 

 

Ümumi öhdəliklər (maddə 5) 



 

Tütündən asılılıq və tütündən istifadənin dayandırılması ilə bağlı tələbatın azaldılması 



tədbirləri (maddə 14)  

 



İqtisadi cəhətdən həyat qabiliyyətli fəaliyyətin alternativ növlərinin dəstəklənməsi 

(maddə 17) 

 

Ətraf mühitin və insan sağlamlığının qorunması (maddə 18) 



 

Elmi tədqiqatlar, epidemioloji nəzarət və məlumat mübadiləsi (maddə 20) 



 

Hesabat verilməsi və məlumat mübadiləsi (maddə 21) 



 

Elmi-texniki və hüquqi sahələrdə əməkdaşlıq və müvafiq təcrübənin təqdim edilməsi 



(maddə 22) 

                                                            

8

 Maddə 2.2, “Tütün və tütün məmulatı haqqında” Qanun. 



9

 ÜST tərəfindən Çərçivə Konvensiyasının bəzi maddələrinə dair Rəhbər Prinsiplərin layihələri hazır olsa da, 

  hələ qəbul olunmamışdır. 


Qeyd edək ki, Çərçivə Konvensiyasının bütün maddələri bir-biri ilə sıx qarşılıqlı əlaqədədir 

və bir-birini tamamlayır. Maddələrdən birinin həyata keçirilməsi öz növbəsində digərinin də 

tətbiqi üçün şərait yaradır, eləcə də bir maddənin düzgün həyata keçirilməməsi digərlərinin 

də tətbiqini əngəlləyir. 

Təqdim olunan tədqiqat işi Çərçivə Konvensiyasının hüquqi öhdəliklərlə bağlı  əhatə etdiyi 

mövzuları əks etdirən 7 bölmədən ibarətdir. Bəzi bölmələrin mövzusu çox geniş və hərtərəfli 

olduğu üçün altbölmələrə bölünmüşdür. Hər bölmənin və altbölmənin  əvvəlində 

Konvensiyanın həmin mövzuya dair maddəsi və Azərbaycan Respublikasının müvafiq 

qanunvericilik sənədinin konkret maddəsi və ya maddələri təqdim olunur. Daxili 

qanunvericilikdən olan hər maddənin yanında onun Konvensiyanın müvafiq maddəsinə 

uyğun gəlib-gəlməməsi  (uyğun gəlir; qismən uyğun gəlir; uyğun gəlmir) göstərilir və  şərh 

hissədə müqayisəli təhlil  əsasında bu qənaətin izahı verilir. Hər bölmənin və altbölmənin 

sonunda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin Çərçivə Konvensiyasının 

tələblərinə tam uyğunluğunun təmin edilməsi üçün konkret tövsiyələr təqdim olunur. 

Tədqiqat işi aparılarkən Azərbaycan Respublikasının tütün və tütün məmulatı üzrə 

məsələlərin tənzimlənməsini həyata keçirən bütün müvafiq qanunvericiliyi (Azərbaycan 

Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Tütün və tütün məmulatı haqqında” 

Azərbaycan Respublikasının Qanunu, “Əhalinin sağlamlığının qorunması haqqında” 

Azərbaycan Respublikasının Qanunu və s.) nəzərə alınmışdır.

10

  



1.

 

Tütünə tələbatın azaldılması ilə bağlı qiymət tədbirləri 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının tütünə  tələbatın 

azaldılması istiqamətində  əsas müddəaları 6-14-cü maddələrdə öz əksini tapmışdır. Çərçivə 

Konvensiyası bu istiqamətdə  tədbirləri qiymət və vergi tədbirləri və qeyri-qiymət tədbirləri 

olaraq fərqləndirir. Qiymət və vergi tədbirləri dedikdə tütün məmulatlarının vergitutma 

dərəcələrinin və qiymətinin artırılması vasitəsi ilə ondan istifadənin azaldılması  nəzərdə 

tutulur. Qeyri-qiymət tədbirləri dedikdə isə tütün məmulatlarından istifadənin azaldılmasına 

tütün məmulatının xüsusi tələblərə uyğun  şəkildə qablaşdırılması  və markalanması, onun 

reklamının qadağan olunması və s. kimi vasitələrlə nail olunması nəzərdə tutulur. 

 

 



 

 

                                                            



10

 Bax aşağıda: İstifadə olunmuş sənədlərin siyahısı. 



10 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin