AZƏrbaycan respublikasinin müvafiq qanunveriCİLİYİNİN



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix09.03.2017
ölçüsü0,64 Mb.
#10816
1   2   3   4   5   6   7   8

 

30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi

 qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan Respublikasının 

 Qanunu 


ilə təsdiq edilmişdir.

 

99

  “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu. №360-IQ, 26 iyun 



 1997-ci 

il. 


 

58 

6.

 

Dövlətlərin Konvensiya üzrə ümumi öhdəlikləri 

Çərçivə Konvensiyası 

Maddə 5. Ümumi öhdəliklər 

1. Tərəflərdən hər biri bu Konvensiya və Tərəfi olduğu protokollara uyğun olaraq, tütünə 

qarşı mübarizə üzrə  hərtərəfli çoxsektorlu milli strategiyaları, planları  və proqramları 

hazırlayır, həyata keçirir, vaxtaşırı olaraq təzələyir və yenidən nəzərdən keçirir. 

2. Bu məqsədə çatmaq üçün hər bir Tərəf öz imkanlarına uyğun olaraq: 

(a) tütünə qarşı mübarizə üzrə milli koordinasiya mexanizmi və ya koordinasiya orqanlarını 

yaradır, yaxud möhkəmləndirir və maliyyələşdirir; və 

 (b) səmərəli qanunvericilik, icra, inzibati və/və ya digər tədbirlər barədə qərar qəbul edir, 

bunları həyata keçirir və müvafiq hallarda tütündən istifadənin, nikotin asılılığının və tütün 

tüstüsünün təsirinin qarşısının alınması  və azaldılması ilə bağlı uyğun siyasətin işlənib 

hazırlanmasında digər Tərəflərlə əməkdaşlıq edir. 

3.

 

Tütünə qarşı mübarizə üzrə özünün ictimai səhiyyə siyasətinin işlənib hazırlanması 

və həyata keçirilməsi zamanı Tərəflər elə hərəkət edirlər ki, milli qanunvericiliyə uyğun 

olaraq, öz siyasətini tütün sənayesinin kommersiya və digər korporativ maraqlarının 

təsirindən qorusunlar. 

4.

 

Tərəflər bu Konvensiyanın və  Tərəfləri olduqları protokolların həyata keçirilməsi 

üçün təklif olunan tədbir, prosedur və rəhbər prinsiplərin işlənib hazırlanması sahəsində 

əməkdaşlıq edirlər. 

5.

 

Tərəflər bu Konvensiyanın və  Tərəfləri olduqları protokolların məqsədlərinə nail 

olmaq üçün müvafiq hallarda, səlahiyyətli beynəlxalq və regional hökumətlərarası 

təşkilatlarla və digər orqanlarla əməkdaşlıq edirlər. 

6.

 

Tərəflər bu Konvensiyanın səmərəli həyata keçirilməsi üçün maliyyə resurslarını 

səfərbər etməkdən ötrü ikitərəfli və çoxtərəfli maliyyələşdirmə mexanizmlərinin köməyi 

ilə öz sərəncamlarında olan vasitə və resurslar çərçivəsində əməkdaşlıq edirlər. 

 

“Tütün və tütün məmulatı haqqında” Qanun 

Maddə 4. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət 

tənzimlənməsi 

4.0. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi 

aşağıdakıları nəzərdə tutur: 

... ... 

4.0.4. tütün istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və sosial müdafiəsini təmin 

etmək; - (uyğun gəlmir) 

 

 

 

59 

Maddə 8. Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirləri 

8.1. Tütünçülük sahəsində elmi-tədqiqat və sort-sınaq işlərinin aparılması dövlət büdcəsi 

və cəlb olunan digər vəsaitlər hesabına maliyyələşdirilir. 

8.2. Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq məqsədilə tütün 

istehsalçılarına və tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən güzəştli kreditlər 

üzrə güzəşt məbləği sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti 

hesabına ödənilir. 

8.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması qaydaları Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

– (uyğun gəlmir). 

 

Maddə 9. Tütün istehsalçılarına dövlət himayəsi 

9.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məhsulundan tütün məmulatının 

istehsalı dövlət tərəfindən stimullaşdırılır. 

9.2. Tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran, 

onlara resurslarla yardım edən və  məhsullarını istehsal olunduğu ilin sonuna qədər satın 

alan tütün emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir. 

9.3. Tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək 

məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri və aqrokimyəvi 

maddələrlə təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır. 

9.4. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün 

istehsalının stimullaşdırılmasının digər forma və  şərtləri müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. - (uyğun gəlmir). 

 

Maddə 20. Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması 

20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını  əks 

etdirməyən sosial, mədəni və  təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma 

adlarından maneəsiz istifadə edirlər. - (uyğun gəlmir). 

Şərh: 

6.1.

 

Tütün sənayesinin inkişafını stimullaşdırmamaq 

Çərçivə Konvensiyasının 5-ci maddəsi Tərəflər üçün ümumi öhdəlikləri müəyyənləşdirərək 

digər maddələrin həyata keçirilməsi istiqamətində əsas fundament rolunu oynayır. Xüsusilə 

də 5-ci maddənin 3-cü bəndi özünəməxsus  əhəmiyyət kəsb edir ki, onun əsas məqsədi 

yürüdülən dövlət siyasətini tütün sənayesinin maraqlarının təsirindən qorumaqdır. Bu müddəa 

təmin edir ki, dövlət öz siyasətini  əsas niyyəti mənfəətini artırmaq üçün insanları tütündən 

istifadəyə sövq etmək olan tütün sənayesinin müdaxiləsi olmadan həyata keçirə bilsin. 


60 

Çərçivə Konvensiyasının 5.3-cü maddəsinin həyata keçirilməsinin Rəhbər Prinsiplərində 

göstərilir ki, tütün məmulatları ölümlə  nəticələndiyi üçün tütün sənayesinə öz biznesini 

qurmaq və ya inkişaf etdirmək üçün stimullar verilməməlidir.

100

 Bu  baxımdan “Tütün və 



tütün məmulatı haqqında” Qanunun 4.0.4-cü maddəsində əks olunmuş “tütün istehsalçılarının 

fəaliyyətini stimullaşdırmaq və sosial müdafiəsini təmin etmək” müddəası, eləcə  də  həmin 

Qanunun 9.1-ci maddəsində göstərilmiş “Azərbaycan Respublikasında istehsal olunan tütün 

məhsulundan tütün məmulatının istehsalı dövlət tərəfindən stimullaşdırılır” müddəası Çərçivə 

Konvensiyasının 5.3-cü maddəsinə  uyğun gəlmir.  Eləcə  də  həmin Qanunun 9.3-cü 

maddəsində tütün sənayesində mütərəqqi texnikanın tətbiqini təmin etmək məqsədi ilə 

müvafiq təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının nəzərdə 

tutulması Çərçivə Konvensiyasına uyğun deyil. 



6.2.

 

Preferensial rejimin tətbiq olunmaması 

Rəhbər Prinsiplərdə dövlətlərə tütün sənayesi üçün preferensial rejim yaratmamaq tövsiyə 

olunur

101


. “Tütün və tütün məmulatı haqqında” Qanunun 9.2-ci maddəsində tütün 

istehsalçıları ilə uzunmüddətli müqavilə  əsasında kooperasiya əlaqələri quran, onlara 

resurslarla yardım edən və məhsullarını istehsal olunduğu ilin sonuna qədər satın alan tütüm 

emalı müəssisələrini məqsədli kreditlər alınmasında üstünlük hüququnun verilməsi Çərçivə 

Konvensiyasının 5.3-cü maddəsinə uyğun gəlmir.  

“Tütün və tütün məmulatı haqqında” Qanunun tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimləmə 

tədbirləri nəzərdə tutan 8-ci maddəsi də  Çərçivə Konvensiyasının 5-ci maddəsinə  uyğun 

deyil. 

6.3.

 

Korporativ sosial məsuliyyət 

Çərçivə Konvensiyasının 5.3-cü Maddəsinin həyata keçirilməsinə dair Tərəflərin Konfransı 

tərəfindən yaradılmış  işçi qrupun hazırladığı  Rəhbər Prinsiplərdə korporativ sosial məsuliyyət 

tütünə qarşı mübarizə üzrə ictimai səhiyyə siyasətinin tütün sənayesinin kommersiya və digər 

korporativ maraqlarının təsirindən qorunması baxımından müzakirə olunur. Çərçivə 

Konvensiyasının 13-cü maddənin həyata keçirilməsinin Rəhbər Prinsipləri bu məsələyə daha 

aydınlıq gətirərək qeyd edir ki, “Tütün şirkətləri dəyərli işlərə ödənişlər edərək və ya digər 

üsulla özlərinin “sosial məsuliyyətli” işgüzar təcrübələrinin elementlərini fəallaşdıraraq, 

daha tez-tez özlərini cəmiyyətin maraqlarının qeydinə qalan kimi təqdim etməyə  cəhd 

edirlər. Bəzi tütün şirkətləri ya birbaşa, ya da digər müəssisələr vasitəsilə kommunal, səhiyyə 

təşkilatları, sosial təminat və ətraf mühitin mühafizəsi kimi təşkilatlara maliyyə ödənişləri və ya 

natura ödənişləri aparır. Belə ödəmələr Konvensiyanın 1(g)-ci Maddəsində tütünün 

                                                            

100


 Guidelines 

for 


İmplementation of Article 5.3 of the WHO Framework Convention on Tobacco Control. 

 

P. 3. See at 



http://www.who.int/fctc/guidelines/article_5_3.pdf

  

101



 Yenə orada, səh. 4. 

61 

sponsorluğunun tərifi ilə üst-üstə düşür və tam qadağan çərçivəsində qadağan edilməlidir, belə 

ki, belə ödəmələrin nəticəsi və ya güman edilən nəticəsi tütün məmulatının satışının və ya 

tütündən istifadənin birbaşa və ya dolayı yolla stimullaşdırılmasıdır. Tütün şirkətləri digər 

tərəflərə ianələr nəzərdə tutmayan “sosial məsuliyyətli” (məsələn, işəgötürən və qulluqçular 

arasında yaxşı münasibətlər yaradaraq və ya ətraf mühitin idarə edilməsində iştirak edərək) 

işgüzar praktika həyata keçirməyə  cəhd edə bilərlər. Başqa münasibətlərdə  bəyənilən belə 

fəaliyyətə kömək qadağan edilməlidir, belə ki, onun məqsədi, nəticəsi və ya güman edilən 

nəticəsi tütün məmulatının satışının və ya tütündən istifadənin birbaşa və ya dolayı yolla 

stimullaşdırılmasıdır. Tələb edilən korporasiya hesabatı (məsələn, illik hesabatlar) və ya 

zəruri inzibati məqsədlər (məsələn, işə  qəbuletmə  məqsədləri və  təchizatçılarla informasiya 

mübadiləsi üçün) istisna olmaqla, belə informasiyanın ictimaiyyətə yayılmasını qadağan 

etmək lazımdır. Tütün firmaları  tərəfindən “gənclər arasında siqaretçəkmənin qarşısının 

alınması” kimi əhalinin maarifləndirilməsi kampaniyalarını bu əsasla qadağan etmək lazımdır 

ki, onları digər tərəflər yerinə yetirəndə “ödəmələr” daxil olur və ya tütün sənayesinin özü 

tərəfindən aparılanda korporativ reklam yaranır”

102

. Rəhbər Prinsiplər tövsiyə edir ki, tərəflərə 



tütün firmalarından istənilən digər qurumlara “sosial məsuliyyətli tədbirlər”ə görə ödəmələri 

qadağan etməlidirlər, belə ki, bu, sponsorluqdur. Tütün sənayesinin “sosial cəhətdən məsul” 

biznes praktikasına verilmiş  aşkarlığın qadağan edilməsi lazımdır, belə ki, bu, reklamı  və 

satışın stimullaşdırılmasını yaradır. Qeyd edək ki, bu müddəa, yəni tütün şirkətlərinin 

korporativ sosial məsuliyyət kimi xarakterizə olunacaq fəaliyyətinin qadağan olunması 

Azərbaycan Respublikasının qanunvericiliyində öz  əksini tapmır. Eləcə də “Tütün və tütün 

məmulatı haqqında” Qanunda tütün istehsalçılarına tütün və tütün məmulatının reklamını əks 

etdirməyən sosial, mədəni və  təhsil tədbirlərinin sponsorluq və reklamı zamanı öz firma 

adlarından maneəsiz istifadə edə bilmək imkanının verilməsi tamamilə  Çərçivə 

Konvensiyasına ziddir. Belə ki, Çərçivə Konvensiyasının 5.3-cü maddəsinə uyğunluğu təmin 

etmək üçün tütün məmulatı istehsalçılarına ümumilikdə sosial, mədəni və təhsil tədbirlərinin 

sponsorluğu və reklamı qadağan edilməlidir. 



6.4.

 

Maraqların münaqişəsinə yol verilməməsi 

5.3-cü maddənin həyata keçirilməsinin Rəhbər Prinsiplərində hökumətin vəzifəli  şəxsləri və 

qulluqçuları  tərəfindən maraqların münaqişəsinin yaranmasına yol verilməməsinin 

əhəmiyyəti xüsusi vurğulanır. Maraqların münaqişəsini yarada biləcək səbəblər olaraq tütün 

sənayesi tərəfindən dövlət orqanlarına, vəzifəli şəxslərə və ya qulluqçulara pul və ya natura 

şəklində  təklif olunan ödənişlər, hədiyyələr və xidmətlər, eləcə  də elmi araşdırmaların 

maliyyələşdirilməsi qeyd olunur. Dövlətlərə tövsiyə olunur ki, tütün sənayesi ilə  əlaqədə 

olarkən dövlətin vəzifəli şəxslərinin riayət etməli olduqları davranış standartlarını əks etdirən 

                                                            

102


  WHO Framework Convention on Tobacco Control. Guidelines for Implementation of Article 13 of the 

 

WHO Framework Convention on Tobacco Control, 2011. P. 97. 



62 

davranış qaydası hazırlanıb təsdiq olunsun.

103

 Azərbaycan Respublikasında belə bir davranış 



kodeksi hazırlanmayıb. 

6.5.

 

Milli koordinasiya mexanizmi 

Çərçivə Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi dövlətlərdən tütünə qarşı mübarizə 

sahəsində Milli koordinasiya mexanizmi və ya koordinasiya orqanlarının yaradılmasını  və 

onun fəaliyyətinin maliyyələşdirilməsini tələb edir. Azərbaycan Respublikasında bu sahədə 

hər hansı Milli koordinasiya mexanizmi yaradılmamışdır.  

 

Tövsiyələr: 

-

 



“Tütün və tütün məmulatı haqqında” Qanunun 4.0.4, 8, 9 və 20.2-ci maddələri 

çıxarılmalıdır;  

-

 



Tütün məmulatı istehsalçılarına sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və 

reklamı qadağan edilməlidir

-

 



Tütün sənayesi ilə əlaqədə olarkən dövlətin vəzifəli şəxslərinin riayət etməli olduqları 

davranış standartlarını əks etdirən davranış qaydası hazırlanıb təsdiq olunmalıdır; 

-

 



Tütünə qarşı mübarizə sahəsində Milli koordinasiya mexanizmi və ya koordinasiya 

orqanları yaradılmalı və onun fəaliyyətini maliyyələşdirilməlidir. 

 

7.

 



Elmi-texniki əməkdaşlıq və məlumatın çatdırılması  

Çərçivə Konvensiyası 

Maddə 20. Elmi tədqiqatlar, epidemioloji nəzarət və məlumat mübadiləsi 

1. Tərəflər regional və qlobal səviyyələrdə tütünə qarşı mübarizə sahəsində milli 

tədqiqatların inkişafı və onlara yardım, habelə elmi tədqiqat proqramlarının koordinasiyası 

üzrə tədbirlər həyata keçirirlər. Bu məqsədə nail olmaq üçün Tərəflərin hər biri: 

a) tədqiqatların və elmi qiymətləndirmələrin aparılmasında bilavasitə  və ya səlahiyyətli 

beynəlxalq və regional hökumətlərarası təşkilatlar və digər orqanlar vasitəsilə əməkdaşlığa 

təşəbbüs göstərir və onu həyata keçirirlər. Eyni zamanda determinant, tütündən istifadənin 

nəticələri və tütün tüstüsünün təsiri, eləcə də alternativ bitkilərin tapılmasına yönəldilmiş 

tədqiqatlara kömək edir və dəstəkləyir; və 

b) səlahiyyətli beynəlxalq və regional hökumətlərarası təşkilatların və digər orqanların 

dəstəyi ilə tütünə qarşı mübarizə aparanların, o cümlədən elmi tədqiqatlar, onların həyata 

keçirilməsi və qiymətləndirilməsi ilə  məşğul olanların təlim görməsini və onların 

dəstəklənməsini inkişaf etdirir və möhkəmləndirir. 

                                                            

103

 Guidelines 



for 

İmplementation of Article 5.3 of the WHO Framework Convention on Tobacco Control p.5. 

 See 

at 


http://www.who.int/fctc/guidelines/article_5_3.pdf

  


63 

2.  Müvafiq hallarda Tərəflər tütündən istifadənin miqyası, strukturu, determinantları 

və nəticələri, həmçinin tütün tüstüsünün təsiri üzrə milli, regional və qlobal epidnəzarət 

proqramları yaradırlar. Bu məqsədlə  Tərəflər müvafiq hallarda regional və beynəlxalq 

səviyyələrdə məlumatların müqayisəsini və onların təhlilinin mümkünlüyünü təmin etmək 

üçün tütün üzərində epidnəzarət proqramlarını sağlamlığa epidnəzarət üzrə milli, regional 

və qlobal proqramlara daxil edirlər. 

3. Tərəflər beynəlxalq və regional hökumətlərarası  təşkilatların və digər orqanların 

göstərdiyi maliyyə  və texniki yardımın  əhəmiyyətini etiraf edirlər. Hər bir Tərəf 

aşağıdakıları həyata keçirməyə səy göstərir: 

(a)

 

tədricən tütündən istifadə, müvafiq sosial və iqtisadi göstəricilər, sağlamlıq 

göstəriciləri üzrə milli epidemioloji nəzarət sistemi yaratmaq; 

(b)

 

tütünə regional və qlobal epidnəzarət, bu Maddənin 3(a) bəndində qeyd edilmiş 

göstəricilərə dair məlumat mübadiləsi üzrə  səlahiyyətli beynəlxalq və regional 

hökumətlərarası  təşkilatlar və digər orqanlarla, o cümlədən hökumət və qeyri-hökumət 

təşkilatları ilə əməkdaşlıq etmək; 

(c)

 

tütünlə  əlaqədar epidnəzarət məlumatının toplanması, təhlili və yayılmasının 

müəyyənləşdirilməsi üçün ümumi rəhbər prinsip və prosedurların işlənib hazırlanmasında 

Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etmək. 

4. Milli qanunvericiliklərinə uyğun olaraq, Tərəflər açıq elmi-texniki, sosial-iqtisadi, 

kommersiya və hüquqi məlumatların, həmçinin tütün sənayesi və tütün yetişdirilməsi 

təcrübəsinə dair bu Konvensiyaya aidiyyəti olan məlumatın mübadiləsinə yardım 

göstərir və onu asanlaşdırırlar; bu zaman inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı 

Tərəflərin xüsusi tələbatları  nəzərə alınır və onlara baxılır. Tərəflərin hər biri 

aşağıdakıları həyata keçirməyə səy göstərir: 

(a) tütünə qarşı mübarizəni tənzimləyən qanun və qaydalardan, müvafiq hallarda isə 

onlara riayət olunmasının təminatı, həmçinin müvafiq məhkəmə praktikası haqqında 

informasiyalardan ibarət təzələnmiş  məlumat bazasını  tədricən yaratmaq və onu 

dəstəkləmək, regional və qlobal səviyyələrdə tütünə qarşı mübarizə proqramlarının 

işlənib hazırlanmasında əməkdaşlıq etmək; 

(b) bu Maddənin 3 (a)  bəndinə müvafiq olaraq milli epidnəzarət proqramlarından alman 

təzələnmiş məlumat bazasını tədricən yaratmaq və onu dəstəkləmək; 

(c) tütün istehsalına və tütün məmulatının hazırlanmasına dair məlumatın müntəzəm 

olaraq toplanması  və yayılması üçün qlobal sistemin tədricən yaradılması  və 

dəstəklənməsi məqsədilə  səlahiyyətli beynəlxalq təşkilatlarla  əməkdaşlıq etmək; bura 

həmçinin bu Konvensiya və ya tütünə qarşı mübarizədə milli fəaliyyətə təsir göstərən tütün 

sənayesinin fəaliyyəti barədə məlumat da daxildir. 

5.  İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı  Tərəflərin tədqiqatlar, epidnəzarət və 

informasiya mübadiləsi üzrə öhdəliklərini yerinə yetirməsinə Katibliyin kömək edə bilməsi 

üçün ona texniki və maliyyə resursları verilməsinə yardım göstərmək və həvəsləndirmək 

64 

məqsədilə  Tərəflər regional və beynəlxalq hökumətlərarası  təşkilatlar və maliyyə 

qurumları  və eləcə  də üzvləri olduqları  və inkişaf məsələləri ilə  məşğul olan qurumlar 

çərçivəsində əməkdaşlıq etməlidirlər. 

Maddə 21. Hesabat verilməsi və məlumat mübadiləsi 

1. Tərəflərin hər biri Konvensiyaya əməl etməsi barədə Katiblik vasitəsilə vaxtaşırı 

olaraq Tərəflərin Konfransına aşağıdakıları əhatə edən hesabatlar təqdim edir: 

(a)

 

Konvensiyaya  əməl etmək məqsədilə  həyata keçirilmiş qanunverici, icra, inzibati və 

digər tədbirlərə dair məlumat; 

(b)

 

müvafiq hallarda, Konvensiyaya əməl edərkən ortaya çıxmış  hər hansı maneə  və ya 

əngəllər və bunların aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər barədə məlumat; 

(c)

 

müvafiq hallarda, tütünə qarşı mübarizə fəaliyyəti üçün verilmiş və ya alınmış maliyyə 

və texniki yardım barədə məlumat; 

(d)

 

20-ci Maddədə göstərildiyi kimi, epidnəzarət və tədqiqatlar barədə məlumat; 

(e) 6.3, 13.2, 13.3, 13.4 (d), 15.5 və 19.2-ci maddələrdə göstərilmiş məlumat. 

2. Bütün Tərəflərin belə hesabatları  təqdim etmə müddətlərini və formasını  Tərəflərin 

Konfransı müəyyən edir. Tərəflərin hər biri ilkin hesabatını Konvensiyanın həmin Tərəf 

üçün qüvvəyə mindiyi tarixdən sonra iki il müddətində hazırlamalıdır. 

3.

 

22 və 26-cı maddələrə  əsasən Tərəflərin Konfransı inkişaf etməkdə olan və keçid 

iqtisadiyyatlı  Tərəflərin xahişi ilə onlara bu maddəyə  əsasən üzərlərinə düşən 

öhdəliklərin yerinə yetirilməsində yardım göstərilməsinə dair tədbirləri nəzərdən keçirir. 

4.

 

Bu Konvensiyaya əsasən məruzələrin təqdimatı  və  məlumat mübadiləsi məxfiliyin və 

şəxsi həyatın toxunulmazlığının təmin edilməsi sahəsində milli qanunvericiliyə müvafiq 

olaraq aparılır. Qarşılıqlı razılıq  əsasında Tərəflər mübadilə etdikləri istənilən məxfi 

məlumatın qorunmasını təmin edirlər. 

 

M a d d ə  2 2 .  Elmi-texniki və hüquqi sahələrdə əməkdaşlıq və müvafiq təcrübənin təqdim 

edilməsi 

1.  Tərəflər inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı  Tərəflərin tələbatmı  nəzərə 

almaqla, bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə potensiallarmı 

möhkəmləndirmək məqsədilə, birbaşa və ya səlahiyyətli beynəlxalq orqanlar vasitəsilə 

əməkdaşlıq edirlər. Belə  əməkdaşlıqda məqsəd tütünə qarşı mübarizə sahəsində 

aşağıdakılara yönəldilmiş milli strategiyalar, planlar və proqramların işlənib hazırlanması 

və möhkəmləndirilməsi üçün qarşılıqlı razılaşmaya  əsasən elmi-texniki və hüquqi 

təcrübənin mübadiləsinə kömək etməkdir. Bu əməkdaşlıq  əsasən aşağıdakı istiqamətlərə 

yönəldilir: 

a) tütünə qarşı mübarizə ilə əlaqədar texnologiya, bilik, səriştə, potensial və təcrübənin 

işlənib hazırlanması, ötürülməsi və əldə edilməsinə yardım; 

65 

b) tütünə qarşı mübarizə sahəsində xüsusən aşağıdakılar vasitəsilə Konvensiyanın həyata 

keçirilməsinə yönəldilmiş milli strategiyaların, planların və proqramların yaradılması və 

möhkəmləndirilməsi üçün elmi-texniki, hüquqi və digər təcrübənin təqdim edilməsi: 

i) müvafiq xahişə əsasən möhkəm qanunvericilik bazasının, həmçinin texniki proqramların, 

o cümlədən tütündən istifadəyə başlanmasının qarşısının alınması, ondan istifadənin 

dayandırılmasına yardım və tütün tüstüsünün təsirindən qorunma proqramlarının 

yaradılmasına kömək etmək; 

ii) müvafiq hallarda, tütün sektorunda çalışan  şəxslərə iqtisadi cəhətdən faydalı üsulla 

iqtisadi və hüquqi cəhətdən həyat qabiliyyətli alternativ yaşayış tərzinin təmin olunmasında 

yardım etmək; və 

iii) müvafiq hallarda, iqtisadi cəhətdən faydalı üsulla kənd təsərrüfatında alternativ bitki 

növlərinin istehsalına keçilməsində tütün yetişdirilməsi ilə  məşğul olan şəxslərə kömək 

etmək. 

c) 12-ci Maddəyə uyğun olaraq, müvafiq heyətin treninqi və ya məlumatlılığının 

artırılmasına dair müvafiq proqramların dəstəklənməsi; 

d) müvafiq hallarda, tütünə qarşı mübarizə sahəsində strategiyalar, planlar və 

proqramların lazımi materiallar, avadanlıq və maddi-texniki dəstəklə təmin edilməsi; 

d)

 

nikotin asılılığından hərtərəfli müalicə  də daxil olmaqla, tütünə qarşı mübarizə 

metodlarının müəyyən edilməsi; 

f)  müvafiq hallarda, nikotin asılılığından hərtərəfli müalicənin müyəssərliyini daha da 

artırmaq üçün elmi tədqiqatlara yardım edilməsi. 

2. Tərəflərin Konfransı elmi-texniki və hüquqi təcrübə  və texnologiyaların ötürülməsinə  və 

26-cı Maddəyə müvafiq olaraq göstərilən maliyyə yardımı ilə belə ötürmənin 

asanlaşdırılmasına kömək edir. 

 

Şərh: 

Çərçivə Konvensiyasının 7-ci hissəsi elmi-texniki əməkdaşlıq və  məlumatın çatdırılması 

haqqında olub 20-22-ci maddələri  əhatə edir. Çərçivə Konvensiyasının 20-22-ci maddələri 

dövlətlərin üzərinə tütünə qarşı mübarizə sahəsində elmi tədqiqatların aparılması, bu sahədə 

elmi-texniki və hüquqi sahələrdə əməkdaşlıq etmək, eləcə də eləcə də Tərəflərin Konfransına 

vaxtaşırı olaraq hesabatlar təqdim etmək öhdəliyi qoyur. 

 

Elmi tədqiqatlar, epidemioloji nəzarət və məlumat mübadiləsi 

2011-ci ildə ÜST-nin dəstəyi ilə  İctimai Səhiyyə  və  İslahatlar Mərkəzi tərəfindən 

Azərbaycanda Gənclər arasında Tütündən  İstifadənin Qlobal Tədqiqatı (GYTS) həyata 

keçirilmişdir. Bundan başqa müxtəlif dövrlərdə tütünlə  əlaqəli digər tədqiqatlar da 

reallaşdırılmışdır: 

 

 


66 

-

 



Azərbaycan Çoxgöstəricili Klaster Sorğusu (MICS), 2000 

-

 



Şərqi Avropa və Avrasiyada reproduktiv, ana və uşaq sağlamlığı: müqayisəli hesabat, 2001 

-

 



Azərbaycan Reproduktiv Sağlamlıq Sorğusu, 2001 

-

 



Gənclərin Sağlamlığı və İnkişafı üzrə araşdırma, 2002 

-

 



Azərbaycan Demoqrafiya və Sağlamlıq Sorğusu, 2006 

-

 



Azərbaycanda böyüklər arasında Sağlamlıq barədə Bilik, Davranış və Təcrübə (KAP): 

Sosial-epidemioloji təhlil, 2006  

-

 

Azərbaycanda qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili, 2009 



-

 

Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma, 



2011 

-

 



Azərbaycan Demoqrafiya və Sağlamlıq Sorğusu, 2011  

 

Azərbaycan Respublikasının Çərçivə Konvensiyası qarşısında hesabatlılığı 

Çərçivə Konvensiyasının 21.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası 

vaxtaşırı olaraq Tərəflərin Konfransına Konvensiyanın həyata keçirilməsi məqsədi ilə yerinə 

yetirilmiş qanunverici, icra, inzibati və digər tədbirlər, həmin tədbirlər həyata keçirilərkən 

yaranmış  çətinliklər və s. barədə hesabat təqdim edir. Azərbaycan Respublikası  tərəfdən 

hesabatları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və  İctimai 

İslahatlar Mərkəzi hazırlayıb təqdim edir. Azərbaycan Respublikası  tərəfindən Tərəflərin 

Konfransına  ən son hesabat 2 aprel 2014-cü il tarixində  təqdim olunmuşdur.

104


 Növbəti 

hesabatın 2016-cı ilin əvvəlində təqdim olunması gözlənilir. 

  

Elmi-texniki və hüquqi sahələrdə əməkdaşlıq 

Səhiyyə Nazirliyinin tapşırığına  əsasən  İctimai Səhiyyə  və  İslahatlar Mərkəzi tərəfindən 

ÜST-nin dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış"  İnkişaf Konsepsiyasında nəzərdə 

tutulan Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Milli 

Strategiya və Fəaliyyət Planı layihəsi hazırlanıb. Həmin sənəddə qeyri-infeksion xəstəliklərin 

yüksək risk faktorlarından biri olan tütünə qarşı mübarizə məsələləri çox geniş əhatə olunub. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Tütünçəkmədən imtina 

etmə üzrə klinik protokol

105

 hazırlanmışdır və Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi 



Kollegiyasının 27 fevral 2012-ci il tarixli 05 nömrəli qərarı ilə  təsdiq edilmişdir. Müvafiq 

heyətə  təlimlər keçirilməsi və onların maarifləndirilməsi istiqamətində

 

maarifləndirmə 



tədbirlərinin keçirilməsi Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının 

müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında,

106

 2008-2012-ci 



                                                            

104


 Hesabatın ingilis dilində tam mətni üçün bax: 

 

http://apps.who.int/fctc/implementation/database/sites/implementation/files/documents/reports/azerbaij



 an_2014_report_final.pdf

  

105



 Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Redaktor C. Məmmədov. Bakı, 2012, 44 səh. 

106


 Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə 

 

təsdiq edilmişdur. 



67 

illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması  və davamlı inkişaf Dövlət 

Proqramında,

107


 eləcə də Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramında

108


 və 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planında

109

 öz 


əksini tapmış olsa da, Çərçivə Konvensiayasına əsasən Azərbaycan Respublikasının daşıdığı 

öhdəlikləri yerinə yetirmək üçün bu sahədə daha spesifik proqramların işlənib hazırlanmasına 

/ təsdiq olunmasına ehtiyac var. 

 

Tövsiyələr: 

-

 



Vahid milli epidemioloji nəzarət sisteminin yaradılmasına dair müvafiq sərəncam 

verilməlidir; 

-

 



ÜST-nin Qlobal Tütünə  Nəzarət Sistemi (GTSS) çərçivəsində aparılan bütün 

tədqiqatlarda (Gənclər arasında Tütündən  İstifadənin Qlobal Tədqiqatı (GYTS), 

Məktəb Heyəti arasında Qlobal Tədqiqat (GSPS), Tibb Tələbələri arasında Qlobal 

Tədqiqat (GHPSS) və Böyüklər arasında Tütündən  İstifadənin Qlobal Tədqiqatı 

(GATS)) iştirak edilməlidir;  

-

 



Elmi tədqiqatların və məlumat mübadiləsinin aparılmasını da nəzərdə tutan Tütünlə 

mübarizə üzrə Milli Strategiya qəbil edilməlidir; 

-

 



Tütünə qarşı mübarizə sahəsində milli strategiyalar, planlar və proqramların 

işlənib hazırlanmalı, artıq hazır olan Azərbaycanda qeyri-infeksion xəstəliklərin 

qarşısının alınması  və  nəzarəti üzrə Milli Strategiya və  Fəaliyyət Planı  qəbul 

edilməlidir. 

 

(Eləcə də bax: Konvensiyanın 12, 14. 16 və 17-ci maddələrin şərhinə və tövsiyələrinə) 

 

 

 

 

 

 

                                                            

107

 Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2008-ci il tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq 



 edilmişdir.  

108


 Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2011-ci il tarixli, 1621 nömrəli Sərəncamı ilə təsdiq 

 edilmişdir. 

109

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 aprel 2014-cü il tarixli, 30 nömrəli Əmri ilə təsdiq 



 edilmişdir. 

68 

Xülasə 

Təqdim olunan tədqiqat işində tütün və tütün məmulatı ilə bağlı Azərbaycan Respublikasının 

qanunvericiliyinin ÜST-nin Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasına 

uyğunluğunun müqayisəli təhlili aparılır. 

Aparılmış müqayisəli təhlil belə  nəticəyə  gəlməyə imkan verir ki, Azərbaycan 

Respublikasının tütün və tütün məmulatı ilə bağlı məsələləri tənzimləyən qanunvericiliyində 

bir sıra müddəalar Çərçivə Konvensiyasının tələblərinə uyğun gəlir. Həmin müddəalar 

sırasında tütün məmulatının istehsalı üçün lisenziya verilməsi, tütün məmulatlarının 

markalanması, tütün məmulatının tərkibinin nizamlanması kimi tələbləri göstərmək olar. 

Bununla yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin bir çox müddəaları 

Çərçivə Konvensiyasının ayrı-ayrı tələblərinə qismən uyğun gəlir və ya uyğun gəlmir. Eləcə 

də Konvensiyasının bir sıra tələbləri qanunvericilikdə öz əksini tapmamış  və bu sahədə 

müəyyən boşluqlar mövcuddur.  

Tütünlə mübarizənin səmərəli  şəkildə  təmin olunması  hərtərəfli və detallı qanunvericilik 

müddəalarının mövcudluğunu tələb edir ki, bu da bir çox hallarda eyni müddəanın özündə 

bir-neçə  tələbi ehtiva etməsi nəticəsində mümkün olur. Lakin müvafiq daxili 

qanunvericilikdə bəzi müddəalar vardır ki, Konvensiyasının bir tələbinə uyğun gəlsə də, onun 

digər tələbinə uyğun gəlmir. Məsələn, Vergi Məcəlləsinin tütün məmulatları üçün aksiz 

dərəcələri nəzərdə tutan 190.3.7 və 190.3.8-ci maddələri aksiz vergisinin tətbiqi tələbi 

baxımından Konvensiyaya qismən uyğun gəlsə də, aksiz vergi dərəcələrinin bütün növ tütün 

məmulatları üçün eyni olması  tələbi baxımından uyğun deyil. Eləcə  də “Tütün və tütün 

məmulatı haqqında” Qanunun 13.3-cü maddəsində “istehsal edilən və dövriyyəyə buraxılan 

tütün məmulatının hər qutusunun üstündə nikotin və tütün qatranının miqdarı göstərilməlidir” 

tələbi Konvensiyanın “tütün məmulatının müvafiq komponentləri barədə informasiya 

verilməlidir” tələbinə uyğun gəlsə  də, komponentlərin miqdarının göstərilməsi tələbi 

Konvensiyaya uyğun deyil.  

Tədqiqatdan məlum olur ki, qanunvericilikdə xüsusilə tütün məmulatının qablaşdırılmasını, 

eləcə  də tütün məmulatının reklamı, satışının stimullaşdırılması  və sponsorluğunu 

tənzimləyən müddəalarda bir çox boşluqlar və uyğunsuzluqlar vardır. Eləcə  də yetkinlik 

yaşına çatmayanlara və onlar tərəfindən satış qanunvericilikdə Konvensiyanın tələblərinə 

uyğun şəkildə əks olunmuş olsa da, praktikada bu müddəaların düzgün tətbiqi istiqamətində 

bir çox işlər görülməlidir. Qanunvericilikdə Konvensiyanın tütünlə mübarizə sahəsində 

məsuliyyətlə əlaqədar məsələlərə dair tələblərinin əks olunması baxımından da çox boşluqlar 

mövcuddur. 

Aparılmış  tədqiqat belə deməyə imkan verir ki, Çərçivə Konvensiyasının 5-ci maddəsində 

dövlətlər üçün müəyyən edilmiş tütün sənayesinin inkişafını stimullaşdırmamaq, preferensial 



69 

rejimin tətbiq olunmaması, korporativ sosial məsuliyyət kimi ümumi öhdəliklər 

qanunvericilikdə bu tələblərə tamamilə zidd şəkildə təsbit olunmuş, maraqların münaqişəsinə 

yol verilməməsi, milli koordinasiya mexanizminin yaradılması kimi ümumi öhdəliklər 

qanunvericilikdə ümumiyyətlə öz əksini tapmamışdır.  

Tədqiqat işində ayrı-ayrılıqda hər mövzu üzrə qanunvericiliyin Konvensiyaya uyğunluğu şərh 

edildikdən sonra hər bölmənin sonunda qismən uyğun gələn müddəaların tam uyğunluğunun 

təmin edilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi və mövcud boşluqların 

aradan qaldırılması üçün yeni sənədlərin qəbul edilməsi üzrə tövsiyələr təqdim olunur. Onu 

da qeyd edək ki, tütünlə mübarizənin səmərəli şəkildə reallaşdırılmasının təmin edilməsi üçün 

görülməli olan tədbirlər bir-biri ilə  sıx qarşılıqlı  əlaqədə  və asılılıqda olduğundan bu 

öhdəliklərin tam həyata keçirilməsi yalnız detallı bir sistem şəklində mümkün ola bilər. 

Beləliklə, təqdim olunan tədqiqatda tütün epidemiyasının artan təhlükəsinə qarşı daha 

səmərəli mübarizə apara bilmək üçün zəruri məlumat və  dəlillər  əks etdirilir. Eləcə  də 

Azərbaycan Respublikasının tütünə dair hazırkı siyasəti və spesifik qanunvericiliyi Çərçivə 

Konvensiyası ilə müqayisəli təhlil edilərək ölkəmiz üçün əhəmiyyətli olacaq tövsiyələr irəli 

sürülür. 


70 

Summary 

 

This research deals with the comparative analysis of compliance of legislation of the 



Republic of Azerbaijan regarding tobacco and tobacco products with the WHO Framework 

Convention on Tobacco Control.  

The main results of the research may be summarized as follows: 

Some provisions of Azerbaijani legislation regulating issues related to tobacco and tobacco 

products comply with the requirements of the Framework Convention. The requirements on 

labeling of tobacco products, regulation of the contents of tobacco products are among those 

provisions. However, the majority provisions of the relevant legislation of the Republic of 

Azerbaijan partially comply with the requirements of the Framework Convention; or are not 

in compliance with them. Some requirements of the Convention are not reflected in the 

legislation at all; and there are several shortcomings existing in this field in legislation.   

 

Ensuring effective tobacco control requires the existence of comprehensive and detailed 



provisions of law and sometimes it becomes possible when one provision reflects several 

requirements. Meanwhile even though some provisions of the relevant national legislation 

comply with the one requirement of the Convention, they are not in compliance with the 

other requirement of it. For example, Articles 190.3.7 and 190.3.8 of the Tax Code of the 

Republic of Azerbaijan defining the excise tax for tobacco products partially comply with the 

relevant requirement of the Convention; however, they do not comply with the requirement 

of the Convention on the similar tax burden for different tobacco products. Besides, Article 

13.3 of the Law on Tobacco and Tobacco Products, which requires “indicating the amount of 

nicotine and tobacco tar on each box for manufactured or produced in the circulation of 

tobacco products” complies with the requirement of the Convention on providing information 

on relevant components of tobacco products; however, it is not in compliance with the 

requirement of the Convention on not indicating quantitative statements on tobacco product 

packaging and labeling about tobacco constituents and emissions. 

 

There are several shortcomings and inconsistencies in Azerbaijani legislation, especially in 



regards of the provisions regulating tobacco product packaging as well as tobacco 

advertising, promotion and sponsorship. Besides, although the provisions on sales to and by 

minors in legislation are in compliance with the Convention, those provisions still need 

proper implementation in practice. Not all questions related to liability in the field of tobacco 

control are reflected in Azerbaijani legislation. 

 

The relevant provisions of Azerbaijani legislation are contradictory to general obligations on 



not granting incentives to development of the tobacco industry; not giving preferential 

71 

treatment to the tobacco industry; and corporate social responsibility defined  under  Article         

5 of the WHO Convention. Such general obligations as avoiding conflict of interests, 

establishment of national coordination mechanism are not reflected in legislation at all. 

The research consists of separate sections investigating relevant topics on compliance of 

Azerbaijani legislation with the WHO Convention; each section provides recommendations 

for bringing the relevant provisions of the legislation into compliance with the Convention at 

the end. It should be noted that the necessary measures for full and effective realization of the 

tobacco control are interrelated and interdependent; therefore, proper implementation of those 

obligations is possible through comprehensive and detailed provisions of legislation.    

The research represents necessary information and arguments for ensuring effective tobacco 

control. It studies comparatively compliance of the current policy and legislation of the 

Republic of Azerbaijan on tobacco control with the WHO Framework Convention; and 

proposes recommendations, which would be significant for Azerbaijani legislation on 

tobacco control and its implementation, if adopted.  

 

 



72 

Резюме 

В  представленном  исследовании  проводится  сравнительный  анализ  соответствия 

законодательства Азербайджанской Республики, регулирующего вопросы, связанные с 

табаком  и  табачными  изделиями,  требованиям  Рамочной  Конвенции  ВОЗ  по  борьбе 

против табака. 

Проведенный  сравнительный  анализ  позволяет  сделать  вывод  о  том,  что  ряд 

положений  в  законодательстве  Азербайджанской  Республики  по  табаку  и  табачным 

изделиям  соответствует  требованиям  Рамочной  Конвенции.  Среди  этих  положений 

можно  выделить  такие  требования,  как  выдача  лицензии  на  изготовление  табачных 

изделий,  маркировка  табачных  изделий,  регулирование  состава  табачных  изделий. 

Вместе  с  тем,  многие  из  положений  этого  законодательства  соответствуют  частично 

или  вовсе  не  соответствуют  отдельным  требованиям  Рамочной  Конвенции.  Ряд 

требований  Конвенции  не  нашел  никакого  отражения  в  законодательстве,  и  в  этой 

сфере существуют определённые недостатки. 

Имеются  некоторые  положения  соответствующего  национального  законодательства, 

которые  хотя  и  соответствуют  одним,  однако  не  соответствуют  другим  требованиям 

Конвенции;  в  то  время,  как  обеспечение  полной  и  эффективной  борьбы  с  табаком 

возможно  только  при  наличии  исчерпывающей  и  детализированной  законодательной 

системы. Например, несмотря на то, что статьи 190.3.7 и 190.3.8 Налогового Кодекса, 

которые  предусматривают  ставки  акцизов  на  табачные  изделия,  частично 

соответствуют  Конвенции  с  точки  зрения  требования  применения  акцизного  налога, 

они  в  то  же  время  не  согласуются  с  требованием  Конвенции  по  установлению 

одинаковых ставок акцизов для всех видов табачных изделий. Также, несмотря на то, 

что  требование  статьи 13.3 Закона  “О  табаке  и  табачных  изделиях”  о  том,  что  “на 

каждой  коробке  для  производимых  или  выпускаемых  в  оборот  табачных  изделий 

должны  быть  указаны  количество  никотина  и  табачных  смол”  соответствует 

требованию  Конвенции  о  том,  что  “должна  содержаться  информация  о 

соответствующих компонентах табачных изделий”, требование этой статьи Закона об 

указании количества компонентов идет вразрез с Конвенцией. 

Исследование  показало,  что  в  положениях  законодательства,  особенно  касающихся 

регулирования  упаковки  табачных  изделий,  а  также  рекламы,  стимулирования 

продажи  и  спонсорства,  имеется  ряд  пробелов  и  несоответствий.  Кроме  того,  хотя 

такие  вопросы,  как  продажа  табачных  изделий  несовершеннолетним  и 

несовершеннолетними, и отражены в законодательстве в соответствии с требованиями 

Конвенции,  предстоит  ещё  многое  сделать  для  правильного  применения  этих 

положений  на  практике.  Существует  много  пробелов  и  в  плане  отражения  в 



73 

законодательстве  требований  Конвенции,  связанных  с  ответственностью  в  области 

борьбы с табаком.    

Проведенное  исследование  позволяет  утверждать,  что  такие  общие  для  государств 

обязательства  по  статье 5 Рамочной  Конвенции,  как  нестимулирование  развития 

табачной  промышленности,  неприменение  льготного  режима  и  корпоративная 

социальная  ответственность  отражены  в  законодательстве  в  совершенно 

противоположном  виде,  а  такие  общие  обязательства,  как  избегание  конфликтов 

интересов  и  создание  национального  координационного  механизма  вообще  не  нашли 

своего места в законодательстве. 

После  комментариев  по  каждой  отдельно  взятой  теме  о  соответствии  национального 

законодательства  требованиям  Конвенции  в  конце  каждой  главы  предлагаются 

рекомендации  по  внесению  изменений  в  действующее  законодательство  в  случаях, 

когда  оно  частично  не  соответствует  требованиям  Конвенции,  и  по  принятию  новых 

документов  в  случаях,  когда  имеются  пробелы  в  отражении  требований  Конвенции. 

Следует  отметить  и  то,  что  мероприятия,  необходимые  для  наиболее  полной  и 

эффективной  реализации  борьбы  с  табаком,  должны  быть  взаимосвязаны  и 

взаимозависимы;  поэтому  должное  осуществление  взятых  обязательств  требует 

наличия всеобъемлющей и детализированной законодательной системы.  

Итак, в представленном исследовании отражены важная информация и доказательства 

для  проведения  более  эффективной  борьбы  против  растущей  опасности  табачной 

эпидемии.  В  этом  исследовании  предложен  и  ряд  важных  для  страны  рекомендаций, 

построенных на основе сравнительного изучения соответствия сегодняшней политики 

и  законодательства  Азербайджанской  Республики  по  табаку  требованиям  Рамочной 

Конвенции ВОЗ. 

 

 



  

 

 

 

 

 

 

74 

İstifadə olunmuş sənədlərin siyahısı 

1.

 



Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995. 

2.

 



“Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barədə 

Azərbaycan Respublikasının Qanunu. № 989-IIQ, 20 sentyabr 2005-ci il. 

3.

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 11 iyul 2000-ci il tarixli 905-



IQ nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə 

minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan 

Respublikasının Qanunu ilə təsdiq edilmişdir. 

4.

 



Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. “Azərbaycan Respublikasında 

Gömrük Məcəlləsinin təsdiq olunması haqqında” Azərbaycan Respublikasının 

Qanunu. №164-IVQ, 24 iyun 2011-ci il. 

5.

 



Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. 11 iyul 2000-ci il tarixli 906-

IQ nömrəli “Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin təsdiq 

edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

 

6.

 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 30 dekabr 1999-cu il tarixli 787-IQ 

nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə 

minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan 

Respublikasının Qanunu ilə təsdiq edilmişdir. 

7.

 

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu. №138-



IIQ, 8 iyun 2001-ci il. 

8.

 



"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. № 573, 3 sentyabr 

2001-ci il.  

9.

 



“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu. 

№ 360-IQ, 26 iyun 1997-ci il. 

10.

 

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu. № 376-IQ, 3 oktyabr 1997-



ci il. 

11.


 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu. № 345-

IIQ , 25 iyun 2002-ci il. 

12.


 

“İnformasiya  əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu. № 1024-

IIQ, 30 sentyabr 2005-ci il. 

13.


 

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. № 678-

IQ, 8 iyun 1999-cu il. 

14.


 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu. № 216-IVQ, 22 

noyabr 2013-cü ildə qəbul edilmiş və 1 iyun 2013-cü ildə qüvvəyə minmişdir. 

15.


 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. № 499-IQ, 19 may 

1998-ci il. 


75 

16.


 

 “Azərbaycan Respublikasının Vergi Məcəlləsində  dəyişikliklər edilməsi haqqında” 

Azərbaycan Respublikasının Qanunu. 30 dekabr 2014-cü il tarixində  qəbul edilmiş, 

10 yanvar 2015-ci il tarixində qüvvəyə minmişdir.  

17.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 aprel 2002-ci il tarixli, 61 



nömrəli qərarı ilə  təsdiq olunmuş Tütün məmulatının tərkibində nikotinin, tütün 

qatranının və karbon monoksidinin miqdarı barədə  məlumatın tərtibi və  təqdim 

edilməsi Qaydaları.  

18.


 

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının 

dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli 

qərarı. 

19.


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 22 mart tarixli, 24 nömrəli 

qərarı ilə  təsdiq edilmiş Azərbaycan Respublikası  ərazisinə idxal olunan alkoqollu 

içkilərə, etil (yeyinti) spirtinə və tütün məmulatına aksiz markalarının tətbiq olunması 

Qaydaları.  

20.


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli, 209 

nömrəli qərarı ilə  təsdiq edilmiş Azərbaycan Respublikasının  ərazisinə  gətirilən 

aksizli malların aksiz dərəcələri. 

21.

 

“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və 



satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 5 fevral 1999-cu il, 90 nömrəli Fərmanı. 

22.

 

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin 



səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı. Azərbaycan 

Respublikasının Prezidentinin 29 dekabr 2011-ci il tarixli, 1938 nömrəli Sərəncamı ilə 

təsdiq edilmişdir.  

23.


 

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması  və 

Davamlı  İnkişaf Dövlət Proqramı. Azərbaycan Respublikasının Prezidentinin 15 

sentyabr 2008-ci il tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.  

24.

 

Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı. Azərbaycan 



Respublikasının Prezidentinin 7 iyul 2011-ci il tarixli, 1621 nömrəli Sərəncamı ilə 

təsdiq edilmişdir. 

25.

 

“Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası 



Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. 

26.


 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Panı 

üzrə Fəaliyyət Planı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.04.2014-cü il 

tarixli 30 nömrəli əmri ilə təsdiq edilmişdir. 

27.

 

AZS 335-2009 "Tütün məmulatları. Qablaşdırma və markalanma" Dövlət Standartı. 



Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Komitəsinin 29.04.2009-cu il tarixli 047 saylı əmri ilə təsdiq edilmişdir. 



76 

28.


 

Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Redaktor C. Məmmədov. Bakı, 

2012, 44 səh. 

29.


 

Azərbaycan Respublikasında 2011-2015-i illər üçün Tütünlə mübarizə üzrə Milli 

Strategiyanın layihəsi. 

http://www.isim.az/isim/newsdocs/21092010/TC_Strategy_FINAL_3_Sep_2010.pdf

 

30.


 

Проект руководящих принципов осуществления Статьи 6 РКБТ ВОЗ по борьбе 

против табака. FCTC/COP/ODG6, 16 сентября 2013 г., стр. 12. 

31.


 

Protocol to Eliminate İllicit Trade in Tobacco Products.

 

http://apps.who.int/iris/bitstream/10665/80873/1/9789241505246_eng.pdf?ua=1



  

32.


 

Guidelines for İmplementation of Article 5.3 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP3(7)). Available at 

http://www.who.int/fctc/guidelines/article_5_3.pdf

 

33.


 

Guidelines for implementation of Article 8 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP2(7)). Available at 

http://www.who.int/fctc/cop/art%208%20guidelines_english.pdf?ua=1

  

34.


 

Partial guidelines for implementation of Article 9 and 10 of the WHO Framework 

Convention on Tobacco Control (decision FCTC/COP5(6) and FCTC/COP5(19)). 

Available at: 

http://www.who.int/fctc/guidelines/Guideliness_Articles_9_10_rev 

_240613.pdf?ua=1

  

35.


 

Guidelines for Implementation of Article 11 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP3 (10). Available at 

http://www.who.int/fctc/guidelines/article_11.pdf?ua=1

 

36.


 

 Guidelines for Implementation of Article 12 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP4(7)). Available at: 

http://www.who.int/fctc/guidelines/Decision.pdf

  

37.


 

Guidelines for Implementation of Article 13 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP3(12)). Available at: 

http://www.who.int/fctc/guidelines/article_13.pdf?ua=1

  

38.


 

Guidelines for Implementation of Article 14 of the WHO Framework Convention on 

Tobacco Control (decision FCTC/COP4(8)). Available at: 

http://origin.who.int/fctc/Guidelines.pdf

  

39.


 

WHO Report on the Global Tobacco Epidemic, Implementing smoke-free 

environments. MPOWER, 2009. Available at: 

http://whqlibdoc.who.int/publications/2009/9789241563918_eng_full.pdf

  

40.


 

WHO Technical Manual on Tobacco Tax Administration. WHO, 2010, P. 53. 

http://whqlibdoc.who.int/publications/2010/9789241563994_eng.pdf?ua=1

  

41.



 

Economically sustainable alternatives to tobacco growing (in relation to Article 17 

and 18 of the WHO Framework Convention on Tobacco Control) Report by the 

working group. FCTC/COP/5/10. 17 July 2012.  



77 

42.


 

İmplementation of Article 19 of the Convention: “Liability”. FCTC/COP/4/13, 24 

September 2010.  

43.


 

WHO. Secretariat update on the WHO consultation on potential liability and 

compensation provisions for the framework convention on tobacco control. 

A/FCTC/INB2/5 Rev.1, 6 July 2001.  

44.

 

T.C.Gida Tarim ve Hayvancilik Bakanliği. Tütün Kontrolü Çerçeve Sözleşmesi. Ümit 



Bayram KUTLU Genel Müdür Yardımcısı. 25 Haziran 2014, Ankara. 

http://www.tarim.gov.tr/ABDGM/Belgeler/%C4%B0DAR%C4%B0%20%C4%B0%



C5%9ELER/2014haziran/2.pdf

 

Document Outline

  • Tehlil son.pdf
    • Страница 1

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin