AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


-ci mühazirə. Mədəniyyət və sivilizasiya



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   45   46   47   48   49   50   51   52   53

5-ci mühazirə. Mədəniyyət və sivilizasiya 

Sivilizasiya anlayışı. Sivilizasiya haqqındakı təsəvvürlərin inkişafı. 

İlkin sivilizasiyaların  əlamətləri. Lokal-tarixi sivilizasiyaların fərqləndirici 

xüsusiyyətləri. Şərq və Qərb mədəniyyəti və sivilizsaiyasının inkişaf xüsu-

siyyətləri. O.Şpenqler və A. Toynbiyə görə lokal sivilizasiyalar. Mədəni tə-

rəqqi və mədəni tənəzzül. Antik dünyada mədəni tərəqqini görməyə üç ya-

naşma. Soial-mədəni inqilablar.  

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Bəşəriyyətin mədəni inkişafında üç dövr.  



2.

 

Sivilizasiya nədir və ilk sivilizsaiyalar nə vaxt meydana gəlmişdir?  



3.

 

Klakhona və Çaylda görə ilkin  sivilizasiyaların əlamətləri.   



4.

 

Dünya və lokal-tarixi sivilizasiyalar.  



5.

 

Şərq və Qərb mədəniyyətləri və sivilizasiyalarında əsas fərqlər.   



6.

 

Mədəni tərəqqinin mahiyyəti və mədəni tənəzzülün səbəbləri.   



7.

 

Antik dünyada mədəni tərəqqiyə müxtəlif baxışlar.  



8.

 

Soial-mədəni inqilablar.  



 

6-cı mühazirə. Etik, hüquqi və siyasi mədəniyyət 

Etik mədəniyyət anlayışı və mahiyyəti. Elm kimi, etikanın vəzifələ-

ri. Etik mədəniyyətin dünyagörüşü dəyəri, dini və dünyəvi xarakteri. Etika - 

əxlaq haqqında təlim kimi. Professional etika. Məsuliyyət mədəniyyəti. Hü-

quq mədəniyyəti anlayışı və mahiyyəti. Şəxsiyyətin hüquq mədəniyyətinin 

səviyyəsi. Cəmiyyətin hüquq mədəniyyəti səviyyəsinin ənənəvi göstəricilə-

ri.   Hüquqi qayda. Siyasi mədəniyyət – kulturologiyanın tədqiqat obyekti 

kimi.  Siyasi mədəniyyət anlayışı. Cəmiyyətin siyasi mədəniyyəti. Dövlətin 

siyasi mədəniyyəti. Dövlətin siyasi institutlarının funksiyaları.  

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Etik mədəniyyət nədir? 



2.

 

Etik mədəniyyətə müxtəlif tarixi baxışlar.  



3.

 

Professional etikanın mahiyyəti və tipləri haqqında danışın.  



4.

 

Dövlət idarəçiliyində məsuliyyət mədəniyyətinin rolu hansıdır?  



5.

 

Hüquq mədəniyyətinin mahiyyətini və funksiyalarını açıqlayın.  



6.

 

Cəmiyyətin inkişafında demokratiyanın siyasi mədəniyyət rolunu 



göstərin.  

 

İdarəetmə mədəniyyəti 

 

639



7-ci mühazirə. Demokratiya və vətəndaş cəmiyyəti mədəniyyəti 

Demokratiya mədəniyyəti: mahiyyəti, prinsipləri, dəyərləri və nor-

maları. Demokratiya mədəniyyətinin mahiyyəti. Demokratiya mədəniyyəti-

nin əsas parametrləri. Demokratiya mədəniyyətinin prinsipləri və dəyərləri. 

Demokratiyanın inkişafına mane olan sosial təzahürlər. Vətəndaş cəmiyyəti 

mədəniyyəti.  Vətəndaş  cəmiyyəti mədəniyyəti anlayışı  və mahiyyəti. Və-

təndaş cəmiyyətinin ictimai idealı. Vətəndaş cəmiyyəti mədəniyyətinin və-

zifələri.  Vətəndaş cəmiyyəti mədəniyyətinin tələbləri. Gender mədəniyyəti. 



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Xalqı idarəetmə sistemi kimi, demokratiya nəyi ifadə edir?   



2.

 

Demokratik idarəetmənin aparıcı prinsipləri hansılardır?  



3.

 

Vətəndaş  cəmiyyəti mədəniyyətinin  əsas parametrlərini necə ifadə 



etmək olar?  

4.

 

Vətəndaş cəmiyyətinin ictimai idealı nədir?  



5.

 

Vətəndaş  cəmiyyəti mədəniyyətinin inkişafında KİV-nin rolunu 



açıqlayın.  

6.

 

Gender mədəniyyətinin xüsusiyyətləri haqqında danışın.  



 

8-ci mühazirə. İnsan münasibətləri mədəniyyəti - mühüm milli                

idarəetmə resursu kimi 

Şəxsiyyətlərarası münasibətlər mədəniyyəti. Həyat və insan müna-

sibətləri mədəniyyəti.  İnsan münasibətlərinin sirri və “qiymətləndirmənin 

qızıl qaydası”. Şəxsiyyətlərarası münasibətlər mədəniyyətinə tələblər. Dav-

ranış, mədəniyyət və xarakter. Şəxsiyyət mədəniyyətinin formalaşdırılması 

amili. Mədəni insan davranışı və insanın mədəni davranışı. Ünsiyyət mədə-

niyyətinin xüsusiyyətləri və qarşılıqlı anlaşmanın sirləri. Müxtəlif xalqların 

“mədəniyyət dilləri”. Manipulyasiya, rəqabət və əməkdaşlıq. Pozitiv ünsiy-

yət, insanların qiymətləndirməsi və “verilmiş surət”. Qarşılıqlı anlaşma mə-

dəniyyəti.  Şəxsiyyətlərarası münaqişələrin mahiyyəti və xüsusiyyətləri. 

Avtoritar şəxsiyyət və konstruktiv müzakirə qaydası. Münaqişəsiz münasi-

bətlərin altı qaydası. Qarşılıqlı anlaşmanı və davranışın uzlaşdırılmasını tə-

min edən şəxsiyyətlərarası ünsiyyət tənzimləyiciləri. Düzgün seçim yolu. 

İşgüzar münasibətlər mədəniyyəti. Daxili münasibətlər.  Əməkdaş-

lar arasında rəsmi və qeyri-rəsmi münasibətlər. Rəhbər (subyekt) və əmək-

daşlar (obyekt) arasında münasibətlər. Hüquqi və etik normalar və münasi-

bətlər. “Böyük ailə” yapon modeli. Əmək fəaliyyətinin motivasiyası. Psixo-


Fuad Məmmədov

 

 

640



loji mühit və birgə istirahət. Əməkdaşlarla fərdi söhbətlərin aparılması təc-

rübəsi. Kollektivdə peşə attestasiyası təcrübəsi. Ziddiyyətlərin həlli və mü-

naqişələri idarəetmə  təcrübəsi.  İdarəetmə üslubları. “Mədəni insan formu-

lu” meyarları və “üç dairə modeli” yanaşmaları əsasında işgüzar münasibət-

lər mədəniyyətinin idarəetmə effektivliyinə təsiri. Zahiri münasibətlər. İcti-

maiyyət və media ilə əlaqələr. Dizaynın rolu. Partnyorlarla qarşılıqlı əlaqə-

lərdə manipulyasiya, rəqabət və əməkdaşlığın xüsusiyyətləri.  

 

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  



1.

 

Şəxsiyyətlərarası münasibətlər mədəniyyətinə qoyulan tələblər.  



2.

 

Rəhbərlər və liderlər üçün “qiymətləndirmənin qızıl qaydasının” 



dəyəri.  

3.

 

Mədəni insanın davranışı ilə insanın mədəni davranışı arasındakı 



fərq nədədir?  

4.

 

Manipulyasiya, rəqabət və əməkdaşlığın əsas xarakteristikaları.  



5.

 

“Verilmiş surət” və insanların qiymətləndirilməsinə onun təsiri.  



6.

 

Münaqişəsiz münasibətlərin, qarşılıqlı anlaşma və davranışın uz-



laşdırılmasının əsas prinsipləri.   

7.

 

Kollektivdə yüksək işgüzar münasibətlər mədəniyyətinə necə nail 



olmalı?  

8.

 

“Böyük ailə” yapon modeli nədir? 



9.

 

Əmək fəaliyyətinin motivasiyası necə təmin olunur?  



10.

 

Fərdi söhbətləri necə qurmalı və əməkdaşların attestasiyasını necə 



keçirməli?  

11.

 

Kollektivdə münaqişələri necə həll etməli və münaqişələri necə ida-



rə etməli?  

12.

 

İdarəetmə üslublarına peşəkar qiyməti verin.  

 

9-cu mühazirə.  Beynəlxalq münasibətlər mədəniyyəti, beynəlxalq ida-

rəetmənin əsası kimi. Beynəlxalq hüquq, sülh mədəniyyəti və            

münaqişələrin həlli 

Beynəlxalq münasibətlər mədəniyyəti anlayışı. Beynəlxalq hüquq. 

Əsas məqsədlər. Beynəlxalq hüququn əsas prinsipləri. Beynəlxalq hüququn 

formaları  və normaları. Beynəlxalq  ənənələr və beynəlxalq nəzakət. Bey-

nəlxalq hüquq funksiyaları və anlayışları. Mədəniyyətin və mədəni irsin qo-

runması  və inkişaf etdirilməsi hüququ. Sülh mədəniyyəti. Münaqişələrin 

həlli.   


İdarəetmə mədəniyyəti 

 

641



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Beynəlxalq münasibətlər mədəniyyətinin mahiyyəti və xüsusiy-



yətləri. 

2.

 

Müasir beynəlxalq münasibətlər mədəniyyətini müəyyən edən 



əsas prinsiplər  hansılardır? 

3.

 

Beynəlxalq hüququn məqsədləri. 



4.

 

Beynəlxalq hüququn əsas funksiyaları. 



5.

 

Beynəlxalq hüquqda istifadə edilən anlayışlar. 



6.

 

  Mədəniyyət hüquqlarının mahiyyəti nədir? 



7.

 

Mədəniyyət hüquqlarının müəyyən edildiyi beynəlxalq sənədlər. 



8.

 

Sülh mədəniyyəti nədir? 



9.

 

 Münaqişənin aradan qaldırılması məntiqi və psixologiyası. 



10-cu mühazirə. Dini mədəniyyət 

Dini mədəniyyətin bilik dəyəri. İbtidai və sinfi cəmiyyətlərin dinlə-

ri. Qədim, orta əsrlər və müasir alimlərin şüura və etiqada baxışları. Yerli 

kiçik xalqların inancları. Zərdüştlük. Hinduizm. Caynizm. Buddizm. Sinto-

izm. Daosizm. Konfutsiçilik. Yəhudilik. Xristianlıq. İslam. Sihizm. Bəhai-

lər. Sufi cəmiyyəti. Birlik kilsəsi. Beynəlxalq dinlərarası dialoq yolu.  



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

Bəşəriyyət dinlərində ümumi və xüsusi olan nədir?  



2.

 

Müasir dünyada hansı dinlər mövcuddur?  



3.

 

Dinlərin humanist fəlsəfəsinin əsas mahiyyəti.  



4.

 

Dini mədəniyyət bilgisi idarəçilərə nə üçün lazımdır?  



5.

 

Müxtəlif dinlərin harmonizasiyası yolları hansılardır?  



 

11-ci mühazirə. İdarəetmə mədəniyyəti: idarəetmə anlayışı, effektivliyi, 

elmi prinsipləri və təşkilati mədəniyyət tipləri 

İdarəetmə  mədəniyyəti anlayışı. Dövlət idarəçiliyi mədəniyyətinin 

mahiyyəti və xüsusiyyətləri. Elmi idarəetmə prinsipləri. Təşkilati mədəniy-

yət tipləri. Dövlət idarəçiliyinin üç mərkəzi problemi. Dövlət idarəçiliyinin 

elmi vəzifələri. Demokratik idarəetmənin əsas prinsipləri. Monitorinq.  

 

 


Fuad Məmmədov

 

 

642



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

İdarəetmə mədəniyyəti nədir?  



2.

 

İdarəetmənin elmi prinsiplərini açıqlayın.  



3.

 

Dövlət idarəçiliyinin missiyası və xüsusiyyətləri. 



4.

 

Dövlət idarəçiliyinin əsas problemləri hansılardır? 



5.

 

Hansı təşkilati mədəniyyət tipləri sizə məlumdur?  



6.

 

Dövlət idarəçiliyinin elmi vəzifələri haqqında nə bilirsiniz?    



7.

 

Demokratik  idarəçilik prinsipləri hansılardır?  



8.

 

Hansı təşkilatlarda hakimiyyət mədəniyyəti zəruridir?  



9.

 

Monitorinqin təyin edilməsı və keçirilməsi qaydası hansılardır?  



 

12-ci mühazirə. “Klassik” və “Siyasi” bürokratiya haqqında. Milli ida-

rəetmə və milli bürokratiyanın vəzifələri haqqında. Azərbaycan Res-

publikasında dövlət idarəçiliyi sisteminin  islahatları haqqında 

Bürokratiya və ya administrasiya - peşəkar qulluqçuların təşkil 

edilmə sistemi kimi: hakimiyyət səlahiyyətləri, imkanlar, məsuliyyət, bü-

rokratiya hakimiyyətinin dörd amili. Hüquqi dövlətin icra hakimiyyətinin 

formalaşdırılmasına səbəb olan amillər. Demokratik idarəetmə mədəniyyə-

tinə qoyulan tələblər. XX əsrin sonu və müasir inzibati-dövlət idarəçiliyi 

üslublarının müqayisəli qiymətləndirilməsi (İ.A.Vasilenko) : qabaqcadan 

görmə  və innovativ fəaliyyət. Bürokratiyaya olan tələblərin dəyişilməsi. 

“Klassik” və “siyasi” bürokratiyanın xüsusiyyətləri. XX əsrin 90-cı illərinin 

əvvəllərində Azərbaycanda dövlət idarəçiliyi sisteminin islahatı. Dövlət 

məsələləri və idarəçilik innovasiyaları. Azərbaycanda milli idarəetmə siste-

minin demokratlaşdırılmasında TASİS-in rolu. Heydər Əliyevin dövlət ida-

rəçiliyi məktəbi.   

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Bürokratiya hansı səlahiyyətlərə və imkanlara malikdir?  



2.

 

Bürokratiya hakimiyyətinin dörd amili.  



3.

 

Demokratik idatəetmə mədəniyyətinin əsas xarakteristikaları.  



4.

 

“Klassik” və “siyasi” bürokratiya üslublarının xüsusiyyətləri nə-



dədir?  

5.

 

XX  əsrin 90-cı illərinin  əvvəlində yaranmış sistemdə hansı çatış-



mazlıqlar mövcud idi?  

6.

 

Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar hansı forma-



da həyata keçirilir?  

İdarəetmə mədəniyyəti 

 

643



7.

 

İslahatlar nəticəsində hansı yeniliklər həyata keçirildi?  



8.

 

Azərbaycanda milli idarəetmə sisteminin demokratlaşdırılmasında 



TASİS-in rolu.  

9.

 

Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi və keyfiyyəti.  



 

13-cü mühazirə. Qərb ölkələrində elmi məktəblər və dövlət idarəçiliyi 

mədəniyyəti problemlərinin tədqiqinə elmi yanaşmalar 

Amerika Birləşmiş  Ştatları. ABŞ-ın dövlət idarəçiliyində klassik 

istiqamət. Leonard D. Uaytın müddəası. M. Follet və A. Maslounun “İnsan 

münasibətləri məktəbi”nin konsepsiyaları. “Davranış” yanaşması, bihevio-

rizm və bihevioralizm. “Ümumi dəyişənlər”, “təhlil vahidləri” və D. İsto-

nun bihevioral metodologiyasının səkkiz prinsipi. M.Mak-Qreqorun “sta-

tik” və “dinamik” nəzəriyyəsi. F.Hersberqin “motivasiya gigiyenası”. 

“Postbihevioralizm”, “modernizm” və “struktur fuksionalizm”. “Bölüşdür-

mə” və “inteqrasiya” - T.Parsonsun effektivlik təhlilinin iki prinsipi kimi. 

R.Mertonun funksional yanaşmasının üç postulatı. A. Maslou, M.Mak-Qre-

qor, R.Laykertin əsərlərində qurulmuş təşkilati inkişaf konsepsiyası.  



Böyük Britaniya. Bihevioral idarəetmə metodlarında “sosioloji” 

yanaşma. E. Berçə görə məsuliyyətin üç anlayışı. D.Kenveneyuya görə Bir-

ləşmiş Krallıqda siyasi mədəniyyətin xüsusiyyətləri. Mədəni amillərin li-

derlik formalarına təsiri. B.Barrinin dövlət hakimiyyətinin “iqtisadi tipi” 

konsepsiyası. M.Oukşottun idarəetmənin “məqsədli” və “vətəndaş” konsep-

siyaları. Piter Çeklandın “yumşaq təfəkkür” sistemi.Təşkilati kibernetikada 

S.Bierin “tarazlaşdırma sistemi”.  

Fransa.  İdarəetmə elminin klassik tərifi, Anri Fayolun altı  əsas 

qrupu və 14 universal idarəetmə prinsipləri. İnstitutlar nəzəriyyəsi. “M.Pre-

loya görə institut-orqanizmlər” və “institut - əşyalar”. “İnstitutun” tərifi. 

M.Düverjeyə görə razılaşma və  dəyərlər sisteminə  əsaslanan “institutun” 

tərifi. Dövlətin institutlaşdırma konsepsiyası. Fransa dövlətçilik mədəniy-

yətinin təkmilləşdirilməsinə F.Qoqelin və A. Qrosyenin yanaşması. E.Fo-

run “yeni ictimai müqavilə” konsepsiyası. Siyasətdə və dövlət idarəçiliyin-

də elmin rolu haqqında M.Ponyatovskinin nəzəriyyəsi və administrasiyanın 

fəaliyyətində onun ”utopik” nəzəriyyəsi.  Fransız bürokratiyasının Alen tə-

rəfindən tənqidi. A.Qrosyenin “bütün motivasiyaların nəzərə alınması” nə-

zəriyyəsi və V.J.d`Estenin “sosial dövlət” konsepsiyası.   

Almaniya. M.Veberin universal prinsipləri. K.Kunun, A. Helenin, 

V.Veberin Almaniyada güclü dövlət idarəçiliyinə fəlsəfi-antropoloji və so-

sioloji yanaşmaları.  Lüdviq Erhardın dövlət idarəçiliyi sosial konsepsiyası. 


Fuad Məmmədov

 

 

644



R.Darendorfun “sosial inkişaf nəzəriyyəsi” və “sosial münaqişə nəzəriyyə-

si. N.Lumanın struktur-funksional yanaşması.  



 

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

İdarəetmənin “Klassik məktəbinin” əsas nailiyyətləri hansılardır?  



2.

 

Qərb ölkələrinin idarəetmə elmində  M.Veberin,  A.Fayolun,           



L. D.Uaytın yeri.   

3.

 

Neoklassik “İnsan münasibətləri məktəbi”nin yaranması hansı tə-



ləbatlardan irəli gəlmişdir?  

4.

 

“Davranış” yanaşması və bihevioral metodologiyanın əsas prinsipləri.   



5.

 

M. Follet, A. Maslou, D. İston, M.Mak-Qreqor və F.Hersberqin nə-



zəriyyələri.   

6.

 

“Postbihevioralizm”, “modernizm” və “struktur fuksionalizm”in 



mahiyyətini açıqlayın.  

7.

 

T.Parsons və R.Mertonun yanaşma xüsusiyyətləri nədən ibarətdir?  



8.

 

Təşkilati inkişaf amerika konsepsiyasının mahiyyəti.  



9.

 

Birləşmiş Krallıqda siyasi mədəniyyət xüsusiyyətləri nədədir?  



10.

 

Effektiv idarəetmə üçün Piter Çeklandın “yumşaq təfəkkür” siste-



minin əhəmiyyəti.    

11.

 

Liderlik formalarına mədəni amillər necə təsir göstərirlər?  



12.

 

A.Fayolun əsas idarəetmə prinsipləri.  



13.

 

M. Prelo,  M.Düverje,  F.Qoqel və  A. Qrosyenin  idarəçilik kon-



sepsiyalarının mahiyyəti.  

14.

 

A.Ponyatovskinin nəzəriyyəsi.  



15.

 

V.J.d` Estenin “sosial dövlət” konsepsiyası.   



16.

 

M.Veberin universal prinsipləri.  



17.

 

Almaniyada dövlət idarəçiliyinin sosial konsepsiyası.  



14-cü mühazirə. Dövlət idarəçiliyi strategiyası və texnologiyaları 

Dövlətin strateji idarəçilik mədəniyyəti. Dövlət idarəçiliyinin xü-

susiyyətləri və  bürokratizmin təzahürü. Taktik mülahizələr və siyasi məh-

dudiyyətlər. İdarəetmədə şəraitin qiymətləndirilməsi. Sosial və siyasi mədə-

niyyətdə  dəyişikliklər. Hakimiyyətin legitimliyi (qanuniliyi) və büroktatik 

təşəbbüs. Siyasi hakimiyyət məhdudiyyətlərinin identifikasiyası (eyniləşdi-

rilməsi). İdarəçilik resursları və amillərinin nəzərə alınması. Siyasi oyunda 

məmurun rolunun müəyyən edilməsi. Aşağı, orta və  ən yüksək idarəetmə 

səviyyələri. Məqsədin ölçülmə qabiliyyətinin müəyyən edilməsi. Məqsədlə-



İdarəetmə mədəniyyəti 

 

645



rin və prioritetlərin aktuallığa, effektivliyə  və strateji milli maraqlara uy-

ğunluğu monitorinqi.    



Qərarların qəbul edilməsi.  Qərarların qəbul edilməsi prosesində 

dörd ardıcıl pillə. “Müvəffəqiyyət amili” və “dörd sahənin təhlili” anlayışı. 

Qərarların qəbul edilməsi prosesinin tipik iştirakçıları və formaları.  Rasio-

nal diskussiya qaydaları: problemlərin qoyuluşu, replika və diskussiyalar, 

coxmənalı terminlərin məzmun mənasının razılaşdırılması - konstruktiv de-

batların (müzakirələrin) keçirilməsi şərtləri kimi. Diskussiyaların keçirilmə-

sinin qeyri-rasional metodları. Daha geniş yayılmış “qrup təfəkkürü tələlə-

ri”. Qərarların seçilməsi metodları: “kompromiss”, “səsvermə”, “oyunlar 

nəzəriyyəsi”, “beyin hücumu”. Münaqişələri idarə etmə  və  rəqabət ruhu -  

qəbul edilən qərarların keyfiyyətinə nail olma üsulu kimi.   



Danışıq prosesi. Qərarların qəbul edilməsi prosesində konsensusa 

(razılığa) nail olmanın taktik üsulları. Münaqişəli yanaşma: “sıfır məbləğ” 

ilə oyun metodu, “yumşaq forma”, paketləmə, tələblərin qəsdən artırılması, 

getmə  və saxta aksentlərin qoyuluşu üsulları. Partnyor münasibətlərinə 

əsaslanan yanaşma: başlıca məzmun, mərhələlər və əsas vəzifələr.  Mühüm 

vəzifələr və danışıqlarda proses iştirakçılarının konstruktiv əməkdaşlıq at-

mosferinin əsas formalaşdırılma amilləri. Daha effektiv taktik üsullar. Ye-

kun mərhələdə istifadə edilən taktik üsullar. İnzibati danışıqların ideal işti-

rakçısının səkkiz məziyyəti.  

İnnovativ fəaliyyətin idarə edilməsi. İnnovativ layihələrin işlənib 

hazırlanması  və  həyata keçirilməsi.  İnnovativ layihələrin üç mərhələsi. 

İnnovasiyaqabağı mərhələnin üç dövrü. Xüsusi mühazirənin tərtib edilmə-

sinə qoyulan tələblər. İnnovasiya riskləri. Siyasi, iqtisadi, texniki və ekoloji 

risklər. İnnovasiyaların tətbiqi üzrə müasir təşkilati formalar: ardıcıl, para-

lel və inteqral.   İnteqral formanın effektivliyini təmin edən əsas şərtlər və 

təşkilati məsələlər. İnnovativ fəaliyyətin effektivliyinin artırılması məqsədi-

lə idarəetmə strukturunun əsas tendensiyalarının yenidən təşkili.  



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Bürokratizm demokratik idarəetmə mədəniyyətinə necə təsir edir?  



2.

 

İdarəçilik resursları və amillərinin nəzərə alınması necə baş verir?  



3.

 

Dövlət idarəçiliyi məqsədləri və prioritetlərinin monitorinqi hansı 



parametrlər üzrə və necə həyata keçirilir?  

4.

 

“Dörd sahənin təhlili”nin mahiyyəti və praktik əhəmiyyəti.  



5.

 

Rasional və qeyri-rasional diskussiyaların xüsusiyyətləri.  



6.

 

“Kompromiss”, “səsvermə”, “oyunlar nəzəriyyəsi”, “beyin hücu-



mu” – qərarların seçilməsi metodları kimi.  

Fuad Məmmədov

 

 

646



7.

 

Münaqişələri daha yaxşı tərzdə necə idarə etmək olar?  



8.

 

Qərarların qəbulu prosesində konsensusa nail olma yolları. 



9.

 

Partnyorluq münasibətlərinin başlıca məzmunu, mərhələləri və 



əsas vəzifələri.  

10.

 

İnzibati danışıqların əsas “məziyyətləri”.  



11.

 

Dövlət idarəçiliyi sistemində innovativ fəaliyyətin yeri və onun əsas 



dövrləri.  

12.

 

İnnovativ risklərin mahiyyəti və xüsusiyyətləri.  



13.

 

İnnovasiyaların formalarının tətbiq edilməsinin üstünlükləri və ça-



tışmamazlıqları.  

14.

 

İnnovativ fəaliyyətin inteqral formasının imkanları.  



 

Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin