Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə35/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   31   32   33   34   35   36   37   38   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

[91]
140.1. Valideyn himay
əsindən məhrum olub, sosial xidmət müəssisələrində qalan uşaqlar aşağıdakı hüquqlara
malikdirl
ər;
[92]
140.1.1. saxlanılmaq, t
ərbiyə və təhsil almaq, hərtərəfli inkişaf etmək, ləyaqətinə hörmət görmək və maraqlarını
t
əmin etmək;


140.1.2. onlara dü
şən pensiya, müavinət və başqa sosial ödənişləri almaq;
140.1.3. m
ənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək hüququnu saxlamaq,
m
ənzili (evi) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil sahəsi almaq;
140.1.4. qeyd edil
ən müəssisələrdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq i
şə düzəlməkdə güzəştlərdən istifadə etmək.
140.2. Valideyn himay
əsini itirmiş, göstərilən təşkilatların himayəsində olan uşaqlar bu Məcəllənin 50—52-ci
madd
ələrində göstərilən hüquqlara malikdirlər.
Madd
ə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri
141.1. U
şağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın
q
əyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir.
141.2. Q
əyyumluqda (himayədə) olan uşağın qəyyumunun (himayəçisinin) qəyyumluq və himayə orqanlarının
tövsiy
ələrini və uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək hüququ vardır. Qəyyum
(himay
əçi) uşağın rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını
seçm
ək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir.
141.3. Q
əyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və ya yaxın qohum qanuni əsas olmadan
saxlayarsa, q
əyyumun (himayəçinin) məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var.
141.4. U
şağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın maraqlarına cavab vermədiyi hallardan başqa,
q
əyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur.
141.5. Q
əyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilir.
141.6. U
şağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna
(himay
əçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.
Madd
ə 142. Himayədar ailənin yaranması
142.1. Himay
ədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə
q
əyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-
arvad v
ə ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq
v
ə yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər.
[93]
142.2. Himay
ədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
Madd
ə 143. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilə
143.1. U
şağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilədə hökmən onun yaşayış, tərbiyə və təhsil
şəraiti, himayədar valideynlərin hüquq və vəzifələri, qəyyumluq və himayə orqanının himayədar ailə qarşısında vəzifələri,
bu müqavil
ənin ləğv olunmasının əsasları və nəticələri göstərilir. Himayəçi valideynlərin əməyinə görə haqqın miqdarı və
t
ərbiyə üçün götürdükləri uşaqların sayından asılı olmaqla onlara verilən imtiyazlar qanunvericiliklə müəyyən edilir.
143.2. U
şağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzürlü səbəb olarsa (xəstəlik, ailə və əmlak vəziyyətinin
d
əyişməsi, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət) himayədar valideynlərin
t
əşəbbüsü ilə, eləcə də uşağın ailədə tərbiyəsinə, təhsilinə və sağlamlığına əlverişsiz şəraitin olduğu və ya uşaq öz ailəsinə
qaytarıldı
ğı, yaxud övladlığa götürüldüyü hallarda qəyyumluq və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula
bil
ər.
Madd
ə 144. Himayədar valideynlər
144.1. A
şağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilər.
144.1.2. m
əhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər;
144.3. m
əhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan
şəxslər;
144.1.4. üz
ərinə qanunla qoyulan qəyyumluq (himayəçilik) vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün
h
əmin vəzifələrdən kənarlaşdırılan şəxslər;
144.1.5. keçmi
ş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv
olunmu
şsa;
144.1.6. s
əhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.
144.2. Himay
ədar valideynləri bu Məcəllənin 137.2-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq
icra hakimiyy
əti orqanı seçir.
144.3. Himay
ədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə qəyyumun (himayəçinin)
hüquq v
ə vəzifələrinə malik olurlar.
Madd
ə 145. Himayədar ailənin tərbiyəsinə verilmiş uşaqlar və onların saxlanması
145.1. Valideyn himay
əsindən məhrum olmuş, o cümlədən sosial xidmət müəssisələrində olan uşaqlar tərbiyə
edilm
ək üçün himayədar ailələrə verilə bilərlər.
[94]
145.2. Himay
ədar ailələrə verilən uşaqların əvvəlcədən seçilməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
u
şağı ailəyə götürmək istəyən şəxslər tərəfindən həyata keçirilir. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla
qarda
ş və bacıların ayrılmasına yol verilmir.


145.3. U
şağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə
yalnız öz razılı
ğı alındıqdan sonra himayədar ailəyə verilə bilər.
[95]
145.4. Himay
ədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial ödənişlər almaq, mənzil
sah
əsi üzərində mülkiyyətçi olmaq, ondan istifadə etmək, mənzil sahəsi olmazsa, mənzil qanunvericiliyinə uyğun olaraq
m
ənzil sahəsi almaq hüququna malikdir.
145.5. Himay
ədar ailəyə verilən uşaqlar bu Məcəllənin 50—52-ci maddələrində nəzərdə tutulmuş hüquqlara
malikdirl
ər.
145.6. Qanunvericilikd
ə müəyyən edilmiş qaydada himayədar ailəyə verilən uşağın hər birinə hər ay maddi müavinət
verilir.
145.7. Himay
ədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək müvafiq icra
hakimiyy
əti orqanının borcudur.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin