Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri



Yüklə 0,73 Mb.
səhifə20/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   16   17   18   19   20   21   22   23   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 yanvar 2021-ci il


№ 10


Normativ hüquqi aktın layihəsinə baxılması

Qanunvericiliyə əsasən, müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır. Normayaratma orqanı bundan sonra aşağıdakılardan birini edə bilər:





  • normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;

  • əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;

  • normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;

  • irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.

Qeyd olunmalıdır ki, normayaratma təşəbbüsünün subyektinin təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququ müvafiq qanunvericilikdə əks olunmuşdur. Qanunvericilik təşəbbüsü hüququnun subyekti isə Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla bağlı müəyyən edilmiş prosedura əməl edilməklə dövlət dilində qəbul edilir.
Normativ hüquqi aktın rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata keçirilir:



  • qanunlar və fərmanlar – Azərbaycan Respublikasının Prezidenti;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – Azərbaycan Respublikasının Baş naziri;

  • digər normativ hüquqi aktlar – aktı qəbul etmiş orqanın rəhbəri;

  • Azərbaycan Respublikasının qanunvericilik aktları ilə digər hal nəzərdə tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda, onun vəzifələrini icra edən şəxs.

Hüquqi aktların qeydiyyatının aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təmin edilən, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir.


Normativ hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün müddətində göndərilir.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin