Normativ hüquqi aktlar aşağıda göstərilən müddətdə qüvvəyə minir:
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən;
Digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Fəsil 4. NORMATİV HÜQUQİ AKTLARDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, ONLARIN LƏĞV EDİLMƏSİ
Normativ hüquqi aktda dəyişikliklərin edilməsi – normativ hüquqi akta onun müddəalarının mətninə dəyişiklik və ya əlavə normaların daxil edilməsidir.
Konstitusiya Qanunu hüquq sisteminin sabitliyinin təmin edilməsi məqsədilə qəbul edilmiş normativ hüquqi aktda dəyişiklik edilməsi üçün məhdudiyyətlər, eləcə də, belə dəyişikliklərin edilməsini şərtləndirən əsasları müəyyən etmişdir. Belə ki, Qanunun 37-ci maddəsinə əsasən qanunlarla və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir.
Qanuna əsasən ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.
Bir neçə normativ hüquqi aktda dəyişiklik edilməsi məqsədilə qəbul edilmiş normativ hüquqi akta nümunə
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Dostları ilə paylaş: |