İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2020-ci il
№ 171-VIQD
Eyni zamanda qeyd edilməlidir ki, ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.
Normativ hüquqi akta yeni struktur element (bölmə, fəsil, maddə, hissə və s.) əlavə edildikdə, o, aktın struktur elementlərinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir. Məsələn, 7 mart 2012-ci il tarixli 314-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin VI Bölməsinə 15-1-ci və 15-2-ci fəsillər əlavə edilmişdir.
Normativ hüquqi aktın ləğv edilməsiqaydası Konstitusiya Qanunun 76 və 77-ci maddələri ilə müəyyən edilmişdir.
Qeyd edilməlidir ki, qanunvericilik normativ hüquqi aktın müəyyən dövr üçün qüvvədə olmaqla, həmin dövr bitdikdən sonra qüvvədən düşməsinin mümkünlüyünü də təsbit etmişdir. Belə ki, normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Konstitusiya Qanununa əsasən normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir.
,
Qüvvədə olma müddəti müəyyən edilmiş normativ hüquqi akta nümunə