428
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
XARİCİ İŞLƏR NAZİRLİYİNİN DİPLOMATİK KORPUSU
HAQQINDA QISA MƏLUMAT
Ağayev Əhməd bəy Mirzə Həsən oğlu - 1918-ci ilin dekabr ayından Paris
Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü.
Ağayev Əliyusif Məhəmməd oğlu - 1919-cu ildən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair
materiallar toplayan xüsusi komissiyanın üzvü.
Ağayev Məhəmməd bəу - 1919-cu ildən Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair materiallar toplayan
xüsusi komissiyanın üzvü.
Ağayev Məmməd bəy -1920-ci ilin dekabr ayından Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair
materiallar toplayan xüsusi komissiyanın üzvü.
Ağayev Səfər ağa - 1920-ci ilin yanvar ayının 1-dən Azərbaycan
Respublikasının Batumdakı baş konsulluğunun katibi.
Babayev Qulam Rza oğlu - 1919-cu ilin noyabr ayının 21-dən Azərbaycan
Respublikasının İran hökuməti yanında diplomatik nümayəndəliyinin əməkdaşı.
Zakaspidə konsul agenti.
Babayev Miryusif bəy -1919-cu ilin mart ayının 1-dən Azərbaycan
Respublikasının Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyin
informasiya şöbəsinin müdiri.
Behbudov Səlim bəy - 1919-cu ildən Azərbaycan Respublikasının
İstanbuldakı nümayəndə heyətinin üzvü.
Camalov Hüseyn bəy Mirzə oğlu -1919-cu ilin dekabr ayının 14-dən
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus
siyasətinə dair materiallar toplayan xüsusi komissiyanın üzvü.
Cəfərov Məmməd Yusif Hacıbaba oğlu - 1885-ci ildə Bakıda anadan
olmuş, 1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir. O, çox gənc yaşlarında IV Dövlət Dumasına deputat
seçilərək, 1912-1917-ci illərdə onun müsəlman fraksiyasının fəal üzvlərindən biri
olmuşdur. M.Y.Cəfərov öz çıxışlarında müsəlmanların maarifləndirilməsi, onların
milli və vətəndaş hüquqlarının qorunması məsələlərinə xüsusi əhəmiyyət verərək
kazarmalara çevrilmiş məscidlərin geri qaytarılması, bağlanmış milli məktəblərin
açılması tələblərini irəli sürmüş, çarizmin köçürmə siyasətini kəskin tənqid
etmişdir. M.Y.Cəfərov 1917-ci ilin fevral inqilabından sonra IV Dövlət Dumasının
Cənubi Qafqazdan olan üzvlərinin təşəbbüsü ilə yaradılmış xüsusi Zaqafqaziya
Komitəsinin üzvü olmuş, həmin komitədə sənaye və ticarət işlərinə rəhbərlik
etmişdi. 1917-ci ilin noyabrında Zaqafqaziya Komissarlığı təsis edildikdə
M.Y.Cəfərov komissarlıqda ticarət və sənaye naziri vəzifəsini tutmuş, 1918-ci ilin
429
fevralında Zaqafqaziya Seymi işə başladıqdan Seymin müsəlman fraksiyasının fəal
üzvü olmuş, bir sıra hallarda fraksiyanın iclaslarına sədrlik etmişdir. 1918-ci ilin
may ayının 28-də İstiqlaliyyət bəyannaməsini imzalayanlardan biri olan
M.Y.Cəfərov F.X.Xoyskinin yaratdığı birinci hökumət kabinetində ticarət və
sənaye naziri vəzifəsini tutmuş, kabinetin istefasından sonra o, 1918-ci ilin iyun
ayından Azərbaycan Respublikasının Gürcüstan hökuməti yanında diplomatik
nümayəndəsi işləmiş və 1919-cu ilin aprelində təşkil olunmuş IV hökumət
kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur.
Cəlilzadə Osman bəy - 1920-ci ildən Azərbaycan Respublikasının
İstanbuldakı diplomatik nümayəndəliyinin katibi.
Dadaşov Qafar - 1920-ci ildən Azərbaycan Respublikasının Petrovsk
şəhərində konsul agenti.
Əfəndiyev Mahmud bəy - 1918-ci ilin noyabr ayının 7-dən Azərbaycan
Respublikasının Batumda baş konsulu.
Əliyev Məmməd - 1919-cu ildən Gürcüstan hökuməti yanında
nümayəndəlikdə Azərbaycan Respublikasının hərbi attaşesi. Podpolkovnik.
Əliyev Mikayıl - 1918-ci ildən Petrovsk şəhərində Azərbaycan
Respublikasının konsul agentliyinin katibi.
Əmircanov Əliyar bəy - 14 mart 1920-ci ilin mart ayının 14-dən
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik şöbəsində qulluqçu.
1920-ci ilin aprel ayının 1-dən Xarici İşlər Nazirliyi katibinin əməkdaşı.
Əşrəfov Əliyusif - 1919-cu ildən Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair materiallar toplayan
xüsusi komissiyanın üzvü.
Gəraybəyov Ağalar bəy - 1920-ci ilin fevral ayının 25-dən Azərbaycan
Respublikasının Ənzəlidəki vitse-konsulluğunda katib.
Hacıbəyov Ceyhun bəy Əbdülhüseyn oğlu - 1918-ci ilin dekabr ayından
Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin müşaviri.
Hacınski Məmməd Həsən Cəfərqulu oğlu -1875-ci ilin mart ayının 3-də
Bakıda anadan olmuş, 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirdikdən
sonra Bakıya qayıtmış və 1902-1917-ci illərdə Bakı Dumasının üzvü olmuşdur.
M.H.Hacınski 1904-cü ildən başlayaraq şəhərin ictimai-siyasi həyatında yaxından
iştirak etmiş, müsəlman əhalisi arasında siyasi iş aparan "Hümmət" təşkilatının
yaradıcılarından olmuşdur. O, 1911-ci ildə Bakıda əsası qoyulan Müsavat
partiyasının ilk üzvlərindən biri olmuş, 1917-ci ilin rus inqilabına qədər partiyanın
gizli tədbirlərində iştirak etmişdir. 1917-ci ilin martında Bakıda yaradılan
Müsəlman Milli Şurasının İcraiyyə Komitəsinə rəhbərlik edən M.H.Hacınski
həmin ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının, habelə 1917-ci ilin
mayında keçirilən Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak
etmişdir. O, 1917-ci ilin oktyabrında Türk Ədəmi Mərkəziyyət - Müsavat
partiyasının birləşdirici qurultayında Mərkəzi Komitəyə üzv seçilmiş, həmin ilin
430
payızında yaradılan Cənubi Qafqaz Komissarlığının və sonrakı dövrdə Zaqafqaziya
Seyminin tərkibində müxtəlif rəhbər vəzifələr tutmuşdur. M.H.Hacınskinin
diplomatik fəaliyyəti hələ o, xarici işlər naziri vəzifəsini tutmazdan əvvəl
başlamışdır. Cənubi Qafqaz Komissarlığının və Seyminin Türkiyə ilə apardığı
Trabzon və Batum danışıqlarında M.H.Hacınski Azərbaycanı təmsil etmişdir. O,
1918-ci ildə Fətəli xan Xoyskinin başçılığı ilə yaradılmış 1-ci və 2-ci hökumət
kabinələrində Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsini
tutmuş,1918-ci ilin dekabr ayından Paris Sülh konfransına göndərilən Azərbaycan
nümayəndə heyətinin üzvü olmuşdur.
Hacıyev Balabəy - 1919-cu ilin may ayının 15-dən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi dəftərxanasının xüsusi tapşırıqlar üzrə məmuru.
Hacıyev İsmayıl - 1919-cu ildən Azərbaycan Respublikasının
Yekaterinburq şəhərindəki nümayəndəliyin iqtisadiyyat şöbəsinin əməkdaşı
işləmişdir.
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu - 1919-cu ildən Azərbaycan
Respublikasının Dağlılar Respublikasında, sonra isə Ermənistan hökuməti yanında
diplomatik nümayəndəsi işləmişdir.
Hüseynov Şeyxəli - 1919-cu ildən Azərbaycan Respublikasının Krım
hökuməti yanında konsul agenti olmuşdur.
Hüseynzadə Əli bəy Hüseyn bəy oğlu - 1918-ci ilin dekabr ayından Paris
Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin əməkdaşı.
Xanbudaqov R. - 1920-ci ilin mart ayının 16-dan Azərbaycan
Respublikasının İtaliyada diplomatik nümayəndəliyinin başçısı.
Xasməmmədov Xəlil bəy Hacıbaba oğlu - 1918-ci ildə İstanbul sülh
konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü.
Xəlilov Məmməd bəy - 1920-ci ilin fevral ayının 1-dən Azərbaycan
Respublikasının Ənzəli şəhərinə vitse-konsulu təyin edilmişdir.
Xoyski Fətəli xan İsgəndər xan oğlu - 1875-ci ildə Şəki şəhərində anadan
olmuş, 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. 1897-
1907-ci illərdə o, Yelizavetpol, Kutaisi, Yekaterinador quberniyalarında müxtəlif
vəzifələrdə çalışmışdır. 1907-ci ildə Xan Xoyski II Dövlət Dumasına Gəncədən
deputat seçilmiş və milli haqların əldə edilməsi istiqamətində millət vəkili kimi
səmərəli fəaliyyət göstərmişdir. İkinci Dövlət Duması buraxıldıqdan sonra
Azərbaycana gələn F.X.Xoyski 1907-1912-ci illərdə Gəncə, 1913-1917-ci illərdə
isə Bakı dairə məhkəmələrində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. 1917-ci
ilin rus inqilabından sonra fəal siyasi mübarizəyə qoşulan Fətəli xan Bakıda
yaradılan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuş
və az sonra Bakı şəhər Dumasının sədri seçilmişdir. O, 1917-ci ilin noyabr ayında
yaradılmış Zaqafqaziya Komissarlığında Xalq Maarifi Komissarı, 1918-ci ilin
aprel ayında yaradılmış Zaqafqaziya federasiyası hökumətində isə ədliyyə naziri
vəzifələrini tutmuşdur. 1918-ci ildə may ayının 28-də Azərbaycanın istiqlalı elan
431
olunduqdan sonra bir-birinin ardınca yaradılan üç hökumət kabinəsinə məhz Fətəli
xan Xoyski rəhbərlik etmişdir. O, cümhuriyyət hökuməti dövründə birinci dəfə
1918-ci ilin dekabr ayının 26-dan 1919-cu ilin mart ayının 14-nə kimi, ikinci dəfə
1919-cu ilin dekabr ayının 24-dən 1920-ci ilin aprel ayının 1-nə kimi Azərbaycanın
xarici işlər naziri olmuşdur. 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti
devrildikdən sonra Fətəli xan həmin ilin iyununda Tiflisdə erməni terrorçuları
tərəfindən qətlə yetirilən Azərbaycanın ilk dövlət xadimi və diplomatı idi.
Xuramoviç İsmayıl bəy - 1919-cu ilin iyul ayının 7-dən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi dəftərxanasının direktoru. 1919-cu ilin avqust
ayının 12-dən eyni zamanda informasiya bürosuna başçılıq etmiş, 1920-ci ilin aprel
ayının 1-dən Gürcüstandakı diplomatik nümayəndəliyin müşaviri vəzifəsinə təyin
edilmişdir.
İsmixanov İbrahim xan - 1920-ci ildən Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin diplomatik şöbəsinin rəisi vəzifəsini icra etmişdir.
İsrafilov Müslüm bəу - 1920-ci ilin aprel ayının 1-dən Azərbaycan
Respublikasının İrandakı diplomatik nümayəndəliyinin birinci katibi.
Koqnovitski Pavel İvanoviç - 1919-cu ilin sentyabr ayının 1-dən Paris
Sülh konfransına göndərilmiş nümayəndə heyəti üçün material toplayan
komissiyanın üzvü təyin edilmişdir. 1920-ci ildən Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin topoqrafiya və statistika şöbəsinin müdiri işləmişdir.
Kriçinski Aslan bəy - 1919-cu ilin oktyabr ayının 13-dən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair
materiallar toplayan xüsusi komissiyanın sədri.
Qaibov Cahangir bəy - 1919-cu ilin iyul ayının 7-dən Azərbaycan
Respublikası Xarici İşlər nazirinin müşaviri vəzifəsini icra etmişdir. 1919-cu ilin
may ayının 10-dan nazirliyin dəftərxanasının direktoru olmuşdur. 1919-cu ilin iyul
ayının 27-dən İstanbuldakı diplomatik nümayəndəlikdə müavin və maliyyə
hissəsinin müşaviri təyin edilmişdir.
Qazıyev Cavad bəy - 1919-cu ilin noyabr ayının 15-dən Azərbaycan
Respublikasının Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyinin
qulluqçusu.
Qazıyev Həsən bəy - 1919-cu ilin avqust ayının 1-dən Azərbaycan
Respublikasının Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyinin
katibi.
Qədimbəyov A. - 1919-cu ildən Azərbaycan Respublikasının Batumdakı
konsulluğunun katibi.
Qiyasbəyov Mustafa bəy - 1 yanvar 1920-ci ilin yanvar ayının 1-dən
Azərbaycan Respublikasının Ermənistan hökuməti yanında diplomatik
nümayəndəliyinin müşaviri və xüsusi tapşırıqlar üzrə məmuru işləmişdir.
432
Mahmudbəyov Şamil bəy - 1920-ci ilin aprel ayının 8-dən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin ümumi şöbəsinin müdiri vəzifəsini icra
etmişdir.
Məhəmməd Ağa oğlu - 1920-ci ilin fevral ayından Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Cənubi Qafqazda rus siyasətinə dair
materiallar toplayan xüsusi komissiyanın üzvü.
Məhərrəmov Məmməd bəу - 1918-ci ilin dekabr ayından Paris Sülh
konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü.
Məlikov Səfvət bəy Həsən bəy oğlu - 1918-ci ilin dekabr ayından Paris
Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti katibliyinin əməkdaşı.
Məmmədov Zeynal - 1919-cu ildən Azərbaycan Respublikasının Petrovsk
şəhərində konsul agenti təyin edilmişdir.
Mehdiyev (Mirmehdiyev) Miryaqub - 1918-ci ilin dekabr ayından Paris
Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin müşaviri.
Məmmədov T. - 1919-cu ildə Zaqafqaziya konfransında Azərbaycan
nümayəndə heyətinin katibi.
Mirzəbabayev M.S. - 1919-cu ildən Azərbaycan Respublikasının
Ermənistandakı diplomatik nümayəndəliyinin katibi.
Mirzə Ələkbər xan - 1920-ci ildən Azərbaycan Respublikasının İrandakı
diplomatik nümayəndəliyinin ikinci katibi.
Mirzə İbrahim xan - 1920-ci ildən Azərbaycan Respublikasının İrandakı
nümayəndəliyinin katibi.
Musayev Ağa Saleh oğlu - 1920-ci ilin yanvar ayının 15-dən Azərbaycan
Respublikasının Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyinin
müşaviri vəzifəsini icra etmişdir.
Nəcəfov Rzaqulu - 1920-ci ilin mart ayının 1-dən Azərbaycan
Respublikasının Gürcüstan hökuməti yanında diplomatik nümayəndəliyində
konsulluq şöbəsinin rəisi.
Pepinov Əhməd bəy Ömər oğlu - 1919-cu ildən Azərbaycan
Respublikasının İstanbuldakı nümayəndə heyətinin katibi.
Pərviz Mirzə - 1920-ci ildən Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin dəftərxanasının müdiri işləmişdir.
Rəsulzadə Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu - 1918-ci ildə
İstanbula sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin sədri.
1918-ci ildə yaradılmış Azərbaycan Milli Şurasının sədri.
Rudzinski Vyaçeslav Stanislavoviç - 1919-cu ilin aprel ayının 1-dən
Zakaspi hökuməti yanında konsulluğun katibi. 1 oktyabr 1919-cu ilin oktyabr
ayının 1-dən Xarici İşlər Nazirliyinin ümumi şöbəsinin rəisi. 1920-ci ilin aprelində
diplomatik münasibətlər qurmaq üçün Polşaya ezam olunmuşdur.
Rüstəmbəyov Əsəd bəy - 1919-cu ildən İstanbuldakı Azərbaycan
nümayəndə heyətinin üzvü.
433
Rüstəmbəyov Cəfər bəy - 1919-cu ilin mart ayının 19-dan Kuban
hökuməti yanındakı diplomatik nümayəndə.
Sadıqov Ələkbər - 1919-cu ilin aprel ayının 2-dən Aşqabad şəhərində
Azərbaycan Respublikasının Zakaspi hökuməti yanında konsulu. 1919-cu ilin
oktyabr ayının 7-dən Azərbaycan Respublikasının İrandakı diplomatik
nümayəndəliyinin müşaviri, 1920-ci ildən isə diplomatik nümayəndənin müavini.
Sadıqov Camal - 1919-cu ildən Azərbaycan Respublikasının Ukraynada
konsulu vəzifəsini icra etmişdir.
Səfərəlibəyov Şirin bəy - 1919-cu ilin sentyabr ayının 1-dən Azərbaycan
Respublikasının Ermənistandakı diplomatik nümayəndəliyinin müşaviri vəzifəsini
müvəqqəti icra etmişdir.
Səfikürdski Aslan bəy Ağalar bəy oğlu - 1918-ci ildə İstanbula sülh
konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü.
Skotland-Liddel - 1919-cu ilin sentyabr ayının 6-dan Azərbaycan Xarici
İşlər Nazirliyinin informasiya şöbəsinin əməkdaşı.
Sulkeviç Quzman - 1920-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi
dəftərxanasının direktor müavini, 1920-ci ilin aprel ayının 1-dən isə nazirliyin
departament direktoru.
Sulkeviç Konstantin Davidoviç - 1919-cu ilin may ayının 10-dan
Azərbaycan Xarici İşlər Nazirliyi dəftərxanasının direktor müavini.
Sultanov Paşa bəy - 1919-cu ilin sentyabr ayının 15-dən Azərbaycan
Respublikasının Rostov-Don şəhərində konsul agenti.
Sübhanverdixanov Abdulla bəy - 1918-ci ilin iyul ayının 26-dan
Azərbaycan Xarici İşlər Nazirliyi katibi olmuşdur. 1 yanvar - 1 fevral 1919-cu ilin
yanvar ayının 1-dən fevral ayının 1-nə qədər nazirliyin dəftərxanasının direktoru
vəzifəsini icra etmişdir. 1919-cu ilin oktyabr ayının 22-dən Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin diplomatik şöbəsinin müdiri vəzifəsini icra
etmişdir. 1920-ci ildə Azərbaycan Respublikasının Batum şəhərində vitse-konsulu
vəzifəsinə təyin edilmişdir.
Şepotyev Aleksandr Sergeyeviç - 1919-cu ilin aprel ayının 8-dən
Azərbaycan Xarici İşlər Nazirliyində kargüzar vəzifəsini müvəqqəti icra etmişdir.
1920-ci ildən nazirliyin informasiya şöbəsinin rəisi olmuşdur.
Şeyxülislamov Əkbər ağa İbrahim oğlu - 1918-ci ilin dekabr ayından
Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü.
Şıxlinski Abdulla ağa - 1920-ci ilin mart ayının 27-dən Azərbaycan Xarici
İşlər Nazirliyinin diplomatik şöbəsinin qulluqçusu, 1920-ci ilin aprelindən
diplomatik şöbədə qeydiyyat bölməsinin müdiri.
Tahirov Əziz bəy - 1919-cu ildən Azərbaycan Respublikasının müttəfiq
komandanlığı yanında nümayəndəsi.
Talışinski - 1919-cu ildən Azərbaycan Respublikasının Gürcüstandakı
diplomatik nümayəndəliyinin ikinci katibi.
434
Təkinski Məmməd xan - 1919-cu ilin yanvar ayının 29-dan Azərbaycan
Respublikasının Ermənistandakı diplomatik nümayəndəsi. 1919-cu ilin
oktyabrından nazir müavini vəzifəsini icra etmişdir. 17 yanvar 1920-ci ilin yanvar
ayının 17-dən müvəqqəti olaraq Xarici İşlər naziri vəzifəsini icra etmişdir.
Topçubaşov Ələkbər bəy Əli Mərdan bəy oğlu - 1918-ci ilin dekabr
ayından Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin
katibi.
Topçubaşov Əli Mərdan bəy Ələkbər bəy oğlu - XX əsrin əvvəllərində
genişlənən Azərbaycan milli hərəkatının ən tanınmış nümayəndələrindən idi. O,
1863-cü ildə Tiflisdə doğulmuş, 1888-ci ildə Peterburq Universitetinin hüquq
fakültəsini bitirmişdir. 1896-cı ildən Bakıya gələn Əli Mərdan bəy 1897-ci ildən
etibarən Azərbaycanda milli ideyanın inkişafında mühüm rol oynamış, "Kaspi"
qəzetinin redaktoru olmuş və 1917-ci ilə qədər davamlı olaraq bu qəzeti nəşr edə
bilmişdir. 1905-1907-ci illərin birinci rus inqilabı dövründə Ə.M.Topçubaşov
siyasi mübarizənin önündə olmuş, Rusiya Müsəlmanlar İttifaqına rəhbərlik etmiş,
birinci Dövlət Dumasına vəkil seçilmiş, Dumanın müsəlman fraksiyasına başçılıq
etmiş və bütövlükdə XX əsrin əvvəllərində Rusiya müsəlmanlarının liderinə
çevrilmişdir. 1906-cı ilin iyulunda Vıborq bəyannaməsini imzaladığından paytaxtın
Krestni həbsxanasında bir neçə ay yatmalı olmuşdu. 1917-ci il inqilabından sonra
Ə.M.Topçubaşov yenidən siyasi proseslərin mərkəzi simalarından birinə çevrilmiş
və Bakıda müsəlman Milli Şurasının əsas təşkilatçılarından biri olmuşdur. 1917-ci
ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayı, həmin ilin mayından Rusiya
müsəlmanlarının Moskva qurultayı məhz Ə.M.Topçubaşovun ideya və siyasi
rəhbərliyi altında keçirilmişdir. O, 1918-ci ilin avqustunda fövqəladə səlahiyyətli
nümayəndə kimi Osmanlı İmperatorluğunun paytaxtı İstanbul şəhərinə ezam
olunmuş, həmin ilin oktyabrında isə Azərbaycan Respublikasının xarici işlər naziri
təyin edilmişdir. 1918-ci ilin dekabr ayında Ə.M.Topçubaşov Azərbaycan
parlamentinin sədri seçilmiş və Paris Sülh konfransına göndərilən Azərbaycan
nümayəndə heyətinə başçılıq etmişdir.
Topçubaşov Rəşid bəy Əli Mərdan bəy oğlu - 1918-ci ilin dekabr ayından
Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi
katibi.
Vəkilov Faris bəy İbrahim ağa oğlu - 1919-cu ildən Azərbaycan
Respublikasının Gürcüstandakı diplomatik nümayəndəsi vəzifəsində işləmişdir.
Vəkilov İbrahim ağa Paşa oğlu - 1920-ci ildən Azərbaycan Xarici İşlər
Nazirliyinin hərbi-topoqrafiya şöbəsinin rəisi işləmişdir. General-mayor.
Vəkilov Mustafa bəy Nadir ağa oğlu - 1918-ci ildə Ə.M.Topçubaşovun
rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan missiyasının katibi
Vəzirov (Çəmənzəminli) Yusif Vəzir Mirbaba oğlu - 1918-ci ildən
Ukrayna, Polşa və Krımda Azərbaycan Respublikasının diplomatik nümayəndəsi,
435
1919-cu ilin dekabr ayının 24-dən isə İstanbulda diplomatik nümayəndəliyin
başçısı vəzifəsində işləmişdir.
Yelenin Əli bəy Zahirbəy oğlu - 1919-cu ilin iyul ayının 14-dən
Azərbaycan Respublikasının Dağlılar Respublikası hökuməti yanında diplomatik
nümayəndəliyinin katibi təyin edilmişdir. 1919-cu ilin sentyabr ayının 1-dən
Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik şöbəsində kargüzar.
Dostları ilə paylaş: |