Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üzrə formalaşmış arxiv sənədlərinin saxlanılması, istifadəsi, elektron uçotu



Yüklə 58,68 Kb.
səhifə2/12
tarix04.09.2023
ölçüsü58,68 Kb.
#141429
1   2   3   4   5   6   7   8   9   ...   12
ARXİV METODİKİ GOSTERİSHLER (5)

Ümumi müddəalar



    1. Bu metodiki Göstərişlər (bundan sonra – Göstərişlər) "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019 -cu il 15 aprel tarixli 634 nömrəli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-ci il 28 yanvar tarixli 27 nömrəli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası” haqqında 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarını, “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 2017-ci il 12 iyun tarixli 5 nömrəli qərarını, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş” haqqında Milli Arxiv İdarəsi Kollegiyasının 2016-cı il 12 aprel il tarixli 3/1 nömrəli qərarını, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) hüquqi aktlarını rəhbər tutaraq hazırlanmışdır. Arxiv sənədlərinin saxlanılması, istifadəsi, elektron uçotu, mühafizəsi və ləğv edilməsinə dair bu Göstərişlərlə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının normativhüquqi aktlarına uyğun olaraq həll edilir.

1.2. Bu Göstərişlər Fondun Aparatının, Mərkəzi Filialların, Regional Filiallarının və Xidmət Nümayəndəliklərinin, habelə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun strukturuna daxil edilmiş rayon/şəhər şöbələrinin (bundan sonra – Fondun struktur bölmələri) fəaliyyəti prosesində formalaşan sosial ödəniş işlərinin və digər sənədlərin (bundan sonra – arxiv sənədləri) qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə qəbulunun, təhvil alınmasının, sistemləşdirilməsinin, komplektləşdirilməsinin, elektron uçotunun, mühafizəsinin, istifadəsinin, Azərbaycan Respublikasının dövlət arxivlərinə (bundan sonra – dövlət arxiv xidməti təşkilatı) təhvil verilməsinin və məhv edilməsinin təmin edilməsi üçün minimum müddətləri müəyyən edən hüquqi aktdır.
1.3. Fondun fəaliyyəti nəticəsində yaranmış və saxlanmalı olan sənədlərin hərəkəti bilavasitə Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı (bundan sonra – Mərkəzi Filial) tərəfindən həyata keçirilir və öhdəliklərinin icrasına görə Mərkəzi Filial tam məsuliyyət daşıyır.




  1. Yüklə 58,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin