İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il
“İrəvan – gizlədilmiş həqiqətlər”
sənədli filminin təqdimatı keçirilib
Dünən Bakıda “İrəvan - gizlədilmiş
həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis
dillərində) təqdimatı olub. Bu ekran əsəri Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”
İnformasiya - Kommunikasiya Texnologiyaları
Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı
çərçivəsində baş tutub.
Filmin baş məsləhətçisi
AMEA Tarix İnstitutunun di-
rektoru, Milli Məclisin deputatı,
professor Yaqub Mahmudov,
ideya müəllifi və layihə rəhbəri
Nurəddin Mehdiyev, ssenari
müəllifi tarix üzrə fəlsəfə dokto-
ru Nazim Mustafa, quruluşçu re-
jissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə “Virtual Qarabağ”
İnformasiya–Kommunikasiya
Texnologiyaları mərkəzinin
əlaqələndiricisi, Gənclər və
İdman Nazirliyi yanında
Gənclərlə İş üzrə İctimai Şura-
nın sədri Nurəddin Mehdiyev
təqdim olunan yeni filmin
məzmunu və xüsusiyyətləri
haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycanın
qədim mədəniyyət
mərkəzlərindən olan İrəvan
şəhərinin azərbaycanlılara
məxsus zəngin mədəni irsi
haqqında məlumatları dünya
ictimaiyyətinə, eləcə də gələcək
nəsillərə çatdırmaq sənədli
filmin əsas məqsədidir.
Sonra Gənclər və İdman
naziri Azad Rəhimov çıxış
edərək, Tarix İnstitutu ilə birgə
hazırlanan filmin arxiv materi-
alları və elmi-tədqiqat xarakterli
araşdırmaların üzərində qurul-
duğunu qeyd edib. Nazir bildirib
ki, bu film elmi-araşdırmaların
geniş kütləyə çatdırılmasının
təsirli və qısa yoludur. Hazır-
da işğal olunmuş ərazilərdə
xalqımıza məxsus qeyri-maddi
və mədəni tarixi abidələr məhv
edilir. Bu vəhşiliklər daha əvvəl
İrəvanda, sonra bizim Zəngəzur,
Göyçə, Vedibasar və digər tarixi
ərazilərdə indi də Qarabağda
aparılır. Erməni vandalizmini
dünyaya açıb-göstərmək baxı-
mından bu tipli layihələrin rolu
çox əhəmiyyətlidir.
Tədbirdə çıxış edən AMEA-
nın müxbir üzvü Yaqub Mah-
mudov İrəvanın Azərbaycanın
qədim və əzəli torpağı olmasını
qeyd edərək, Prezident İlham
Əliyevin müvafiq çıxışlarında
bu tarixi şəhərimizin irsinin
daim araşdırılması üçün səfərbər
olmağımızı qeyd etdi. Y.
Mahmudov bildirib ki, bu gün
İrəvanda bir məsciddən savayı,
yaşı 200 ildən artıq olan tarixi-
memarlıq abidəsi qalmayıb, yer
üzündən silinib. Azərbaycanda
İrəvan haqqında ilk dəfədir ki,
daha əhatəli və 3 dildə sənədli
film çəkilib. Filmin xarici
dillərinin orijinallığı da onun
dünyaya yayılmasını asanlaş-
dırır.
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli
Həsənov tədbirdə çıxış edərək
deyib ki, hazırda dünyaya
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı iki mənbədən infor-
masiya yayılır. Bir tərəfdən
ermənilər saxta informasiya
yayırlar, digər tərəfdən isə
biz Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdı-
rırıq. Bu layihə Azərbaycan
həqiqətlərinin dünyada təbliği
baxımından mühüm əhəmiyyətə
malikdir. Lakin bu, mühüm
layihə olsa da, yetərli deyil.
Burada böyük zəhmətlə bərpa
olunan qədim İrəvan tarixi-
nin, o cümlədən məscidlərin,
abidələrin daha təkmil təsvirini
verməliyik, daha mükəmməl
açıqcalar, bukletlər hazırlan-
malıdır və geniş coğrafiyada
yayılmalıdır ki, qoy ermənilərin
Azərbaycan tarixini necə
saxtalaşdırdıqlarını, məhv
etdiklərini dünya bilsin. Xaricə
gedən dövlət rəsmilərimiz, QHT
nümayəndələri, jurnalistlər,
gənclərimiz, səfirliklərimizdə
çalışan diplomatlar, diasporu-
muzun üzvləri bu filmin dünya-
da yayılmasına çalışmalıdırlar.
“Ümummilli lider Heydər
Əliyev son 200 ildə Azərbaycan
xalqına qarşı törədilən qır-
ğınlar haqqında danışarkən
deyirdi ki, ermənilərlə qonşuluq
Azərbaycan qarşısında daim bir
geosiyasi vəzifə qoyur və biz
bunu unutmamalıyıq. Adətən,
qonşu ölkələr bir-birinin inkişafı-
na töhfə verir, ancaq ermənilərlə
qonşuluq bizə yalnız problemlər,
mədəniyyətimizin dağıdılma
təhlükəsi, təhlükəsizliyimizə
təhdid yaradıb, xalqımıza qarşı
soyqırımı törədilib. Bizim geosi-
yasi vəzifəmiz isə ermənilərdən
tariximizi, mədəniyyətimizi,
fiziki varlığımızı, gələcək inki-
şafımızı qorumaqdır. Bəzən biz
xristian dünyasında ermənipərəst
dairələrə başa salırıq, lakin onlar
xristian-müsəlman ayrı-seç-
kiliyi fonunda bizə şübhə ilə
yanaşırlar. Ona görə də biz çox
iş görməliyik ki, ermənilərin
saxtakarlığını ifşa edək”, - deyə
Prezidentin köməkçisi qeyd edib.
Əli Həsənov deyib ki, bu
gün dünyada qədim müsəlman
şəhərlərinə və tarixi abidələrinə
biganə münasibət müşahidə
olunur. Bu, çox təəssüf doğu-
rur. Dünyadakı bir çox qədim
müsəlman-türk şəhərləri və
tarixi abidələri məhv edilib.
Bütün müsəlman Şərqinin tarixi
abidələri və qədim şəhərləri,
o cümlədən Suriya ərazisində
yerləşən Palmira şəhəri bom-
balarla dağıdılıb. Bütün bunlar
tolerantlığa, multikulturalizmə
mənfi münasibətin göstəricisidir.
“Prezident İlham
Əliyev dəfələrlə qeyd
edib ki, Azərbaycandakı
multikulturalizmə də, Qərbdəki
multikulturalizmə də baxın.
Bizim fərqimiz ondan ibarətdir
ki, Azərbaycanda yaşayan bütün
xalqlara, müxtəlif dinlərin
mənsublarına özümüz qədər
hörmət edirik, sevgi ilə yana-
şırıq. Ancaq Qərb bir müddət
başqa dildən, dindən olanlara
dözümlülük göstərsə də, indi
bu dözümlülüyü görmürük.
Bu gün hamı görür ki, Qərb
ölkələri miqrantlara, qaçqın-
lara hansı münasibəti göstərir,
onları didərgin salır, sərhədlərdə
güllələyirlər. Sonra da dünyaya
Qərb sivilizasiyasının tolerantlı-
ğını təqdim edirlər. Onların tole-
rantlığı budur”, – deyə professor
Əli Həsənov bildirib.
Tədbirdə Milli Məclisin
deputatı Fuad Muradov, filmin
ssenari müəllifi tarixçi-alim
Nazim Mustafa çıxış edərək
İrəvan şəhərinin və bu qədim
mədəniyyət mərkəzimiz haq-
qında bəhs edən sənədli filmin
Azərbaycan cəmiyyəti üçün
əhəmiyyətindən danışıblar.
Dostları ilə paylaş: |