Yanğından zərər çəkmiş məcburi köçkün ailəsinə
Azərbaycan Prezidentinin tapşırığı ilə
birdəfəlik maddi yardım verilib
Xəbər verdiyimiz kimi, noyabrın 29-da
paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov
küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq
qalmış binada yanğın baş vermişdi. Baş vermiş faciə
nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli
rayonundan olan məcburi köçkün Əkbər Babaşovun
ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin
müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi
yardım ayrılıb.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi sədrinin müavini
Gəray Fərhadov dekabrın 16-
da dövlət tərəfindən ayrılmış
birdəfəlik maddi yardımı Əkbər
Babaşova təqdim edib. Gəray
Fərhadov onunla söhbətində
baş vermiş faciəvi hadisədən
dərindən kədərləndiyini bildirib.
Söhbət zamanı Gəray
Fərhadov qaçqınların və məcburi
köçkünlərin problemlərinin
həllinin dövlətimizin başçısı
İlham Əliyevin daim diqqət
mərkəzində olduğunu deyib. O,
həmçinin bildirib ki, məcburi
köçkünlərin məskunlaşdığı
və yanğın baş vermiş həmin
ərazinin özəl şirkətlərin biri
tərəfindən alındığı üçün hazırda
Nizami Rayon İcra Hakimiyyəti
tərəfindən həmin şirkətlə danı-
şıqlar aparılır. Gəray Fərhadov
Prezident İlham Əliyevin yürüt-
düyü uğurlu və qətiyyətli siyasət
nəticəsində torpaqlarımızın
tezliklə işğaldan azad olunaca-
ğına, qaçqınların və məcburi
köçkünlərin doğma yurdlarına
qayıdacaqlarına əminliyini ifadə
edib.
Həmin gün fəaliyyətləri
Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyası
ilə əlaqələndirilən humani-
tar təşkilatlardan biri olan
“Gəncliyə Yardım” fondu
tərəfindən Əkbər Babaşovun
ailəsinə müvafiq ev əşyaları
təqdim edilib.
Füzuli rayonundan olan
məcburi köçkün Əkbər Babaşov
baş vermiş hadisə ilə əlaqədar
yaranmış çətinliklərin aradan
qaldırılması istiqamətində atılan
addımlara görə Azərbaycan
Prezidentinə minnətdarlıqlarını
bildirib.
Dostları ilə paylaş: |