Filip VUYANOVİÇ
Monteneqronun Prezidenti
Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik
etmək istəyirəm.
Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə
də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz
töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu
qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin
fəal və nüfuzlu üzvü olub.
Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qon-
şuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə
möhkəmlənməkdə davam edəcək.
Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu,
Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə
yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq
və firavanlıq arzulayıram.
Ən xoş arzularla,
Dostları ilə paylaş: |