Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 167. Malların təqdim edildiyi yer



Yüklə 212,08 Kb.
səhifə151/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   147   148   149   150   151   152   153   154   ...   197
VM2017

Maddə 167. Malların təqdim edildiyi yer

Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır.



Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

168.1.1. daşınmaz əmlakın olduğu yer — işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir;

168.1.2. işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer — bunlar daşınan əmlakla bağlıdırsa;

168.1.3. xidmətlərin faktiki göstərildiyi yer — xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə;

168.1.4. nəqletmənin faktiki həyata keçirildiyi yer — işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;



168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;

məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;

işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;

daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);

müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;



telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);

radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;

kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;

elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunanlotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi.

168.1.6. işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer.

168.2. Bu Məcəllənin 168.1-ci maddəsi tətbiq edildikdə, birdən çox maddədə sadalanan işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer bu maddələrin sıra üzrə birincisi ilə müəyyənləşdirilir.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin