63
şüalanmasının hüdud qiymətini üstələdikdə səs siqnalı verməklə
jari şüalanmanın qiymətinin tarix və vaxtını yazmaqla cədvəldə
arxivləşdirilməsi.
Gözləmə rejimində yük radiasiya nəzarət qurğusunun
arasından keçdikdə qurğunun müxtəlif şkaflarında yerləşdirilmiş
infraqırmızı ötürüjü və qəbuledici blokları ötürülən şüanı
kəsdikdə, İQ qəbuledici blok qida blokunu tam qüvvəsi ilə işə
salır və +5V və +12V gərginliyi idarəedici mikrokontroller
blokuna verir və onu işə salır. Mikrokontroller qoşulması
haqqında işçi personala səs vasitəsilə xəbərdarlıq edir və
indikatorlarda fon şüalanmasının hüdud qiyməti indikasiya
olunur və eyni zamanda onun qiyməti mərkəzi nəzarət
kompüterinə ötürülür.
Qurğunun radiasiyaya həssas olan detektor bloku
sintilyasiya prinsipi əsasında qurulmuşdur. Detektor bloku üç
hissədən iba-rətdir.
1. Tl ilə aktivləşmiş NaI duzu-radioaktiv şüalanmanın
təsiri altında işıq parıltıları yaradan sintilyasiya edən maddədən;
2. İşıq parıltılarını gücləndirərək elektrik siqnallarına
çevirən fotogücləndirijidən;
3. Fotogücləndiricinin normal işini təmin edən +12V
gərginliyi 1200V-a çevirən yüksək gərginlik çeviricisindən.
Yüklü zərrəciklərin intensivliyinə uyğun olaraq detektor
blokunun çıxışında elektrik impulsları əmələ gəlir.
Yükün hərəkət istiqamətinin hər iki tərəfində yerləşən hər
bir şkafda müxtəlif səviyyələrdə iki detektor bloku quraşdırılıb.
Bu dörd detektorlardan gələn siqnallar mikrokontrollerdə bir
saniyə ərzində sayılaraq cəmləşdirilir, indikasiyaya verilir və
eyni zaman-da çevirici vasitəsilə jari şüalanmanın qiyməti
mərkəzi kompüterə ötürülür.
Klaviatura vasitəsilə fon şüalanmasının hüdud qiyməti
dəyiş-dirilə bilər.
Dostları ilə paylaş: