Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
164
TÜRKOLOJĠ DĠLÇĠLĠKDƏ ETNONĠMLƏRĠN YAYILMA AREALI
İsrafilov V.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Türkdilli xalqların yayılma arealına nəzər yetirdikdə etnonimlərin öyrənilməsində çöl materialları ilə
yanaşı, yazılı tarixi mənbələrdən və bəzilərinin yaşı yazılı mənbələrin yaşından çox olan etnonimlərdən də
geniş istifadə olunmuşdur. Belə ki, Azərbaycanın ən qədim tayfa, nəsil və tirə adları haqqında ilkin və
etibarlı məlumatlara tarixi abidələrdə-yazılı mənbələrdə və etnonimlərdə rast gəlinir. Təbii ki, bunları nəzərə
almadan Azərbaycan xalqının təşəkkül, formalaşma və inkişafında özünəməxsus yer tutan etnosların
adlarının müasir semantik və struktur tiplərini, yaranma və meydanagəlmə tarixlərini müəyyənləşdirmək çox
çətin və mürəkkəbdir. Buna görə də biz burada əldə olan ən əsas mənbələri xronoloji aspektdə nəzərdən
keçirəcək və onlar haqqında qeydə alınmış fikirlərdən bəzilərinə, ən maraqlılarına, tədqiqatımıza uyğun
olanlara aid fikir söyləyəcəyik.
Türkoloji dilçilikdə tədqiqat apararkən aydın olur ki, Azərbaycanın (Qafqaz Albaniyasının – Arranın)
bir sıra toponimləri ilə yanaşı, bəzi etnonimlərin də adlarına qədim Yunan və Roma mənbələrində rast
gəlinir. Tarixən hələ bizim eradan əvvəl VI-V əsrlərdə yaşamış Hekatey Miletski özünün ―Земле описание‖
əsərində Araz və Girkan dənizi toponimləri ilə yanaşı, miki və dondar etnonimlərinin adlarını çəkir və
dondar tayfasının Qafqazda yaşayan tayfa olduğunu söyləyir. Müasir Azərbaycan tədqiqatçılarından biri
olan K.Əliyevin fikrincə, Hekatey Miletski tərəfindən ilk dəfə qeydə alınmış miki etnonimi Muğan
toponimində mühafizə olunmuşdur. Müəllifə görə, miki tayfası müəyyən dövrlərdə Kaspiana ərazisinin bir
hissəsini tutmuş və kaspilərin tərkibinə daxil olmuşdur.
Tədqiqat nəticəsində aydın olur ki, V əsrdə yaşamış Heredotun 9 cildlik ―Tarix‖ əsəri daha aydın və
maraqlı xüsusiyyət kəsb edir. Müəllif bu əsərində ilk dəfə olaraq Kaspi dənizinin cənub sahillərində yaşamış
sak tayfalarından olan kaspi tayfasının, sarmatlardan yuxarıda məskunlaşmış tsrik və Qafqazda yaşamış
moxu tayfalarının adlarını çəkir. E.ə.64/63-cü illərdə doğulduğu və b.e. 23/24-cü illərində vəfat etdiyi
təxmin edilən Strabonun 17 cildlik ―Coğrafiya‖ əsəri də diqqəti cəlb edir. Müəllif bu əsərində Qafqaz
Albaniyası əhalisinin 26 dildə (dialektdə) danışdığını qeyd etməklə yanaşı, burada məskunlaşmış bir sıra
tayfaların da adlarını çəkir və onların bir neçəsi haqqında, qısa da olsa, məlumat verir. Məsələn, o, Qafqaz,
Sakasena, Kür və Kaspi kimi paleotoponimlərə toxunarkən göstərir ki, Kir (indiki Kür) əvvəllər Kor
adlanmışdır. Başqa bir yerdə o, Şəki toponimindən danışarkən onun sak tayfa adı ilə bağlılığını göstərir.
Müəllif Kaspiana vilayəti, Kaspi dənizi və Qafqaz dağı yer adlarına toxunarkən isə yazır: ―Albanların
vilayətində indi yox olmuş tayfanın adını daşıyan Kaspiana vilayəti də daxil idi ki, dəniz də onun adı ilə
(Kaspi) adlandırılmışdır. Həmin əsərin digər bir yerində isə o, Qafqaz dağ adından danışarkən yazır ki,
―Yerli əhali Qafqazı Kaspi adlandırır, çox güman ki, kaspi (tayfa) adındandır. Strabonun göstərilən əsərində
qeydə alınmış və bir çoxunun abidələrimizdə, xüsusilə, toponimlərimizdə izləri qalmış etnonimlər bunlardır:
alban, kaspi, gel, girkan, anariak, qarqar, sirak, mard, zıq, sak, massaget və s.
Yenə də eramızın I əsrində yaşamış Roma ensiklopedisti Peini Sekund Alban tayfaları siyahısında
ket, silv və lupen tayfalarının adlarını qeyd edir. O göstərir ki, Sarmat tayfalarından birisi tirk adlanır.
Eramızın II əsrində yaşamış Dionisinin əsərində də ilk dəfə olaraq göstərilir ki, albanlarla qonşuluqda
hunlar, kaspilər, kirkanlar, mardlar və kadusilər yaşamışlar.
Azərbaycan dilçiliyində əksər etnonimlərin müəyyənləşdirilməsində Suriya, fars, gürcü, erməni və
ərəb mənbələri xüsusi əhəmiyyət kəsb edir. R.A.Hüseynovun ―Сирийские источники XII-XIII вв. об
Азербайджане‖ və N.V.Priqulevskayanın ―Сирийские источники по истории народов СССР‖
əsərlərindən aydın olur ki, Suriya mənbələrində qədim Azərbaycanın buntürk, hun, qıpçak, oğus (quz),
bulqar, umax, peçeneq, xəzər, xaçmatak və s. tayfalarının adları çəkilir.
Bu dövrün ən əhəmiyyətli əsərlərindən biri də Moisey Xorenskinin (V əsr) ―История Армении‖
əsəridir. Müəllifin bu əsərində ilk dəfə olaraq, Albaniya ərazisinə qədim türkdilli xalqlardan olan bulqar,
hun, xəzər, barsi və s. tayfaların Zaqafqaziyaya və xüsusilə, Albaniyaya hücumları haqqında verilmiş, onun
müasiri Yazar Parbski və Albaniyada kəngərlərin yaşadığından və Kəngərlər ölkəsindən danışmışdır.
T.M.Məmmədov qeyd edir ki, Miosey Xorenskinin həmin əsəri Azərbaycan tarixinin öyrənilməsi
baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bu əsərdə Moisey Xorenski Albaniyanın ilkin tarixini
araşdırmağa çalışmış, qısaca olaraq, bu ölkədə xristianlığın yayılmasından və Alban əlifbasının tərtibindən
bəhs etmişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
165
1130-cu ildə Gəncədə anadan olmuş Muxtar Qoşun ―Alban xronikası‖ əsərində bu və ya digər
məqsədlə əlaqədar Alban ərazisindəki bir çox antroponim və toponimlərlə yanaşı, həm də bu ərazi
etnoslarından alban, türk, türkmən və s. tayfalarının da adlarını qeyd etmiş və məskunlaşma yerləri barədə
bəhs etmişdir.
Gəncəli və Gəncədə anadan olması 1200-1201-ci illərdə təxmin edilən, tatar dilini mükəmməl bilən
monqol sərkərdəsi Molar-Moyonun düşərgəsində tərcüməçilik edən Kirakos Qanzaketsinin ―Tarix‖ əsərində
də Azərbaycan ərazisində mövcud olan bir sıra etnonimlərə təsadüf olunur: aqvan, alan, hun, qacar, qıpçaq,
muğal-tatar, səlcuq, tatar, türk, türk-səlcuq, xəzər və s.
Azərbaycanın qədim tayfa adlarının tam tədqiq olunması, türkoloji dilçilikdə yayılaraq öyrənilməsi
baxımından V-VIII əsrlər gürcü mənbələrinin xüsusi əhəmiyyəti vardır. Həmin mənbələri tədqiq edən
Q.Qeybullayev yazır ki, mətni VII əsrin ortalarındakı hadisələrin təsviri ilə bitən ―Moksevey Kartlisay‖ adlı
mənbədə Kürün sahillərindəki Kazlidə yaşayan buntürklər haqqında məlumat verilir. Buntürklər və
qıpçaqlar XI əsr müəllifi Leonti Mqovelinin də əsərində xatırlanır. Əsərdə həm də kanı, eri, movakan tayfa
adları, Ereti toponimi (hazırda həmin yer xarantı adlanır) və s. sadalanır. Maraqlı odur ki, e.ə. III-II əsr
hadisələri ilə bağlı paçanik (peçeneq) etnoniminin də adı qeyd olunur. XI əsr mənbələrində isə Kurmux,
Kəngər və s. toponimlər də xartırlanır.
Türkdilli xalqların yayılma arealına nəzər salarkən qeyd etməliyik ki, türkoloji dilçilikdə hələ də
araşdırılmağa ehtiyacı olan toponimlərimiz tam, yetərincə tədqiq olunmayıb. Təkcə fars mənbələrinə nəzər
yetirsək, mənbələrdə türk mənşəli yüzlərlə onomastik vahidin olduğunu görürük. Fəzlullah ibn Duzbixan
Xuncinin ―Tarixi-Aləm atayi-Amini‖ əsərində Azərbaycan və onunla həmsərhəd olan yaxın Şərq və
Zaqafqaziya ölkələrində XV əsrdə fəaliyyət göstərmiş, Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti
dövründə istənilən qədər türk mənşəli etnotoponimlərə rast gəlmək olur: türkman, qacar, qoşqar, rumlu, türk,
cığatay, çakarlu, şamlu və s.
Dilçilikdə toponimlərin öyrənilməsi və tədqiq olunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan
türkdilli xalqların zamanımıza qədər gəlib çatmış adlarının, xüsusilə etnonimlərinin öyrənilməsi gələcək
nəsillərin daha da bir olmalarına zəmin yarada bilər.
HAREZM DEVLETĠNĠN MEġHUR FĠLOLOJĠ BĠLGĠNLERĠ
Kakacan Canbekov
TİA’nin Milli Elyazmalar Enstitüsü
Harezm devleti döneminde ilim, önemli seviyede terakki etmiştir. Fen ilimlerinde dünya çapında
tanınmış Harezmli bilim adamları Ebu Reyhan Biruni, Seyit İsmail Cürcani gibi bilginlerin ilim
dünyasındaki paha biçilmez katkıları, Köneürgenç ismiyle sıkı sıkıya bağlıdır. Bu toprakta dil, edebiyat ile
uğraşan ve bu alanda ün salmış olan bilginlerden ilk sırada ―Harezm‘in iftiharı‖ ünvanının sahibi, ünlü dil
bilimci, kamusları hazırlayan, dilbilgisi sahasında kıymetli çalışmaların müellifi Ebu‘l-Kasım Zemahşari
gösterilebilir.
Türkmece ve dil özelliklerine dair o dönemlerde çalışmalar kaleme alınmıştır. Muhammet ibn Kays
―Tibyanu Lügat at-Türki ala‘ Lisani il-Kangli‖ (Kangli dilinde Türkmence sözlüğün izahı) eserini Harezm
devletinin padişahı Adsız‘a ithaf etmiştir. Aynı sözlüğün Celeleddin Mengburun‘a ithafen kaleme alındığına
dair bilgiler de vardır.
Günümüze kadar şümullu bir şekilde tedkik edilmemiş olan bu kitap, dilbilgisi kurallarını kapsamlıca
ele almış, etimolojik ve tarihi bilgilerin yer aldığı Türkmence-Farsça sözlüktür.
Harezm‘in edibleri hakkında söz açtığımızda Zemahşari‘den az daha evvel yaşamış olan meşhur şair
Ebu Bekr Muhammed el-Harezmi‘yi (935-1002) hatırlamadan geçemeyiz. Bu şairin mualla edibliği ile ilgili
tarihçi İbn Hallika‘nın kıymetini açık bir şekilde ortaya koyan bir hatırası da var.
Dil, edebiyat ve belagat ile ilgili kaynakların bir çoğunda ismine rastlanan Ebu Yakub es-Sakkaki,
Harezm‘de ilmi çalışmalar yapan ediblerin arasında yerini almasına rağmen kitapta bu şahıs hakkında bilgiye
yer verilmemiştir.
Yusuf es-Sakkaki‘nin tam ismi Siraceddin Ebu Yakub Yusuf ibn Muhammed ibn Ali es-Sakkaki el-
Harezmi el-Hanefidir. O, Harezm köylerinin birinde, IV. Sultan İl Arslan ibn Adsız‘ın hakimiyeti döneminde
(hicri 555/ miladi 1160) dünyaya gelmiştir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
166
Döneminin tanınmış bilginlerinden tahsil gören Sakkaki‘yi meşhurluğun doruğuna ulaştıran çalışması
―
‖ ―Miftah ul ulum‖ (İlimlerin anahtarı) eseridir. Bu eser, üç baptan oluşur: bapların ilki şekil
bilgisi, ikinci bap cümle bilgisi, üçüncü bapta ise belagatın anlamsal ve beyani yönlerine yer verilmiştir.
Belagatın bütün özelliklerini kesin bir şekilde ortaya koymuştur. Bu nedenle Sakkaki‘den itibaren bu çalışma
üzerine edibler, derinlemesine inceleme ve çok sayıda izah yapmışlardır.
Sakkaki‘nin ―
‖ çalışmasına yapılan açıklamalara İbn Malik‘in ―
‖ (Işık), Celaleddin
Muhammed ibn Abd ür-Rahman el-Kazvi‘nin (hicri 739 yılında vefat etmiş) ―
‖ (Miftahın
hülasası) ve ―
‖ (İzahın şerhi), İbn Sannan el-Hafaci‘nin eserleri örnek getirilebilir.
Sakkaki‘nin bu ilmi çalışmasına kadar, Abd ül-Kahir el-Cürcani‘nin kimi düşünceleri hariç, belagatın
kurallarına ilişkin etraflıca çalışma yapılmamıştır. İbn Haldun‘un ―El-Mukaddime‖ (Önsöz) eserinde,
Sakkaki‘nin ―
‖ (İlimlerin anahtarı) yapıtının edebiyat ve uslub meseleleri konusunda ortaya konulan
çalışmaların en önemlisi olduğu belirtilmiştir.
Harezm devletinin meşhur alimi Yusuf Sakkaki‘nin ilmi çalışmaları, dil bilimi ve edebiyat ilminin
tarihini incelemekte önemli yere sahiptir.
SUNQUR TÜRKLƏRĠNĠN DĠL XÜSUSĠYYƏTLƏRĠ
Kazımov İ.B.
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Sunqurlar türk dünyasının ulu boylarından (qur tayfaları) biri olub, özünəməxsus xüsusiyyətləri ilə
hazırda İran ərazisində bir struktur daxilində təşəkkül tapan, keçmişin bir parçasıdır. Onların tarixi
təşəkkülündə aborigen və gəlmə türklərin böyük rolu olmuşdur.
Sunqurların damğaları (onqonu) Ağ sunqurlardır; ağ sunqur quşu totemidir.
Sunqurun ikinci komponenti ümumhun etnik adı olan «qur»la (məşhur hun tayfaları: onoqur, saraqur,
uyğur, utiqur, kurtiqur və s.) əlaqədardır (Kazımov İ. Axısqa türkləri: Dil, tarix və folklor. Bakı, «Elm və
təhsil», 2012, s.169)
Hələ 50-ci illərdə V.S.Sokolova yazırdı ki, sunqurların danışdığı dil qarışıqdır. Burada digər İran
dillərinin (fars, türk, xorasan, kürd və s.) güclü təsiri olmuşdur. Bu təsir imkanları genişliyi ilə
öyrənilməlidir» (Sokolova V.S. Oçerki po fonetike iranskix əzıkov, ç. 1, M., L., 1953, s.78).
Əsas dil xüsusiyyətləri türk və fars dillərində işlənən sözlərin interferensiya formalarıdır. Bu formalar
Sunqur dialektinə özünəməxsusluq gətirir.
Sunqur türkcəsində 7 sait səs vardır. Yəni Azərbaycan türkcəsi ilə müqayisədə qısa i və ö yoxdur,
əlavə olaraq u saiti, o saiti u saitinə çevrilir: ö- ü saitinə çevrilir, ö-ü, e-i- yə çevirilib. Məs.: qul (qol), göz
(güz), gör (gür), gül (göl), güy (göy); ir (ər), iv (ev) və s.
i saitini e saiti əvəz etmişdir: bez (biz), sez (siz); a-e əvəzlənməsi özünü göstərir:beyrax (bayrax),
qeynamax (qaynamaq), eyran (ayran) və s.
A-saiti ə kimi tələffüz olunur: qərqə, qərə, örtə (orta) və s.
Ö- ü əvəzlənməsi: qüdə (gödək), ürdək (ördək) və s.
Danışıqda səs uzanmaları: biiz, siiz.
Samitlər: k samiti sözlərin sonunda, xüsusilə, incə saitdən sonra ğ- x kimi tələffüz olunur: çörəh,
gərçəg, inəh, çux, çomağ, elex (ələk) və s.
Sifətin müqayisə dərəcəsi: rax, tər. Sarıtər, ağrax; feillər: xəbər forması mənəm, sənsə, uri(odur) bizax,
ulardilə (onlardırlar), gəlmək feili indiki zamanda; gəlirəm, gəlləm (gələrəm), gəlisə (gələrsən), gəlisə
(gəlirsən), gəlüri (gəlürax, gəlarax, gəlürsiz, gələsiz, gəlurlar, gəllə, keçmiş zamanda: gəllim, gəllu (gəldin),
gəlli (gəldi), gəllux, gəlluz, gəllərə, keçmiş nəqli zaman: gəlmisən, gəlmişux, gəlni, gəlmişax, gəlmuşuz,
gəlmişlə; keçmiş davamedici zaman: gəlürdüm, gəlurdi, gəlurdi, gəludux, gəluduz, gəllurə; isim və əvəzlik
formaları. Mənsubiyyət kateqoriyası şəkilçisi (kişi evi (kişinin evi), əlin bərmağı (əlimin barmağı),
Mənsubiyyət şəkilçili söz: men gəli, men gəldə, siz gəlün, gəlmüşüm, gəlmüşüx, gəlmüşdux; yiyəlik şəkilçisi
(əlim tut (əlimi tut), ikinci şəxsdə aluvi tut, amma başqa hallarda samitərlən sonra i- və saitlərdən sonra ni-
olur. Tamamlıq, lokativ tamamlıq həmişə ə-dir: əlüvə, burdə (burda), əlinə (əlində), ödə, övdən yerinə), bu
kitabı evdə gəttim. İnstrumental (vəsilə şəkilçisi)- la,-ilə (iynə şəkilçisindən istifadə qələminə (qələmiynə),
passiv şəkilçisi –im, əlim, -u -əlu (əli), i-əli, imiz- əlimiz, üz-əlüz, ləri (əlləri), şəxs əvəzlikləri: mə, sə, u (o),
biz, siz, lar; yiyəlik əvəzlikləri:: sənün, sənu, unu, bizim, sizün, ulari (onları)
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
167
Xəbər forması: sənsə, uri (odur), bizax (bizik), sissiz, ulardilə (onlardırlar), gəlmək feili indiki zamanı,
gəlirəm, gəlləm, gəlürsə (gələrsən), Ö gəlisə, gəluri, gəli (gələr), gəlurix, gələrax, gəlürsiz, gələsiz, gəlürlər,
gələllə,Əmr forması. Gəlüm, gəlginən, gəə, gəsi, gələ, gəlax, gəllux, gəluz, gəssə, gələcək z şəkilçi yox, gəsi,
gəlax, gəluz, gəzsilə, gələcək zaman şəkilçiləri yoxdur, köməkçi feldən istifadə oluneur: ismiyusan gələsən
(istəyirəm gələm), isyu gələ (istəyir gələ), istüyürux gələsiz, isuyurlar gələlər, lazım forması: gəlməluyam,
gəlməlusə, gəlməlu, gəlməlusiz, şərt şəkilçisi: sa,-sə (so); gəlurdux.
Sual ədatı, -mi yoxdur.Keçmiş zaman: gəlmişdux, gəlmişduz.
-xanə şəkilçili: doktorxanə, karxanə, çayxanə, mərizxanə, buzxanə, memanxanə, dərmanxanə və s.
-ban\van şəkilçili: baqvan (bağban), bərxvan (sürü gözləyən), qazvan (qaz saxlayan), aşvan
(dəyirmançı) və s.
Yiyəlik halda söz: qiza (n)-qızın, mara (n), dara (n), küna (n) və s.
Çıxışlıq halda söz belə işlənir: evdəm (evdən), çöldəm (çöldən) və s.
İctimai sözlər farsca ya ərəbcədir: dada, aba, baci, qardəş, oğəl (oğul), uşax, üz, üzgə, baş, güz, bırın,
ağız, bil (bel), əmçək, ürəy, qarın, qul (qol), duz (diz bağarux (bağırsaq), işək (eşşək), balux (balıq), inni
(indi), üs (üst), iv ev, yəxçi (yaxşı), günüz (gündüz), əşaği yaxçi (5,6,7,8 səs)
Azərbaycan dili ilə müqayisədə bir sıra fars sözlərində səsartımı hadisəsi müşahidə olunur: beyhuş
(bihuş), beyçarə (biçarə), bədbəxxt (bədbəxt).
Fars mənşəli sözlərdə səs fərqləşmələri: qölzar (gülzar), davət (dəvət), dendar (dindar), döşmən
(düşmən) və s.
nq qovuşuq səsin söz sonunda işlənməsi çox müşahidə olunur: töfənq (tüfəng), zənq (zəng), cənq
(cəng, savaş, müharibə) palanq (pələng), fişənq (fişəng, patron) və s.
Bu dialekt Xorasan türkcəsinə yaxındır. Fonetik cəhətdən sözlərin tələffüz və yazılışında incələşmə
müşahidə olunur. Məs.: ərux (arıq), qərqə (qarğa), qərə (qara), xəlq (xalq), qiz (qız) və s. Bəzən, əksinə, sait
qalınlaşması özünü göstərir: dada (dədə), gəlax (gələk).
Bəzən ətraf dillərin təsiri nəticəsində o şəkilçisi müraciçət halını formalaşdırmışdır: lavo! (oğul!),
həvalo! (yoldaş!), bavo! (ata!) və s.
Şəxs adları ilə müraciət: Əliyö, Biviye, Əvdləli, Fatməe, Nurməməd, Şəms, Yaxşimurad, Niyazmamad.
Peşələrin adları: nalbənd, aşvan (dəyirmançı), nədəvan (çoban), şovan (çoban), xərat (xarrat), nəşar
(dəmirçi), topçi (topçu) və s.
Türk sözləri: aram-aram, tez-tez, dəstə-dəstə və s.
Farslarla qaynayıb qarışma nəticəsində sunqurların danışığında xeyli sayda kürd sözləri işlənir: dər
(qapı), mizan (payız-payiz), novət (növbə), həd (sərhəd), piadə (piyada), pak (yaxşı), xani (ev), lnq (ayaq),
dərənq (gec), şəve, şəv (gecə), joreda (yuxarı), xzanti (uşaqlıq), behodə (bihudə-havayı), zu (tez), sva (səhər),
döh (ö) (axşam), töro (üzüm).
Mücərrəd isim yaradan şəkilçilər: i, ti: batri (qəhrəmanlıq), dinşi (sakitlik), koçəri\köçər (köçəri), brati
(qardaşlıq) və s.
Söz birləşmələri: kəvçye çaye (çay qaşığı), kəvçyene xarane (yemək qaşığı).
Sunqurlara həsr edilmiş bu məqalə ilkin təəssüratların nəticəsində yazılmışdır. Burada
dəqiqləşdirməyə, genişləndirməyə ehtiyacı olan məsələlər hələ çoxdur. Qurlardan sunqurlara gedən tarixi
inkişaf prosesi günümüzdə izlənəcək, maraq doğuran faktlar üzə çıxarılacaqdır.
ORTA ƏSR ƏNCAN ġƏHƏRĠ
Kəlbizadə E.
AMEA, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Kəlbiyev H.
Lənkəran Dövlət Universiteti
Son tədqiqatlara görə, şəhər mədəniyyətinin tarixi 5000 ildən çox olan Naxçıvan ərazisində çoxlu
sayda şəhərlər mövcud olmuş, bu şəhərlər tərəqqi və tənəzzül dövrlərini yaşamış, onlardan bəziləri şəhər
kimi günümüzə qədər varlığını qoruyub saxlamış, bəziləri kənd tipli yaşayış məntəqələrinə çevrilmiş, bəzi
şəhərlər isə, ümumiyyətlə, həm şəhər, həm yaşayış yeri kimi əhəmiyyətini itirmiş, dağıdılmış və yaxud tarix
səhnəsindən silinmişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
168
Məsələn: Naxçıvan, Ordubad, Culfa kimi şəhərlər, demək olar ki, tarixin əksər dövrlərində şəhər kimi
varlığını qoruyub saxlaya bilmiş, Əylis, Qarabağlar, Azad şəhər əhəmiyyətini itirsə də, bu günə qədər kənd
yaşayış məntəqəsi kimi muxtar respublika ərazisində qalmaqdadır. Lakin tarixdən məlum olan Kiran,
Astabad kimi Naxçıvan şəhərləri mövcudiyyətini qoruyub saxlamamışdır. Orta əsr mənbələrində Naxçıvan
ərazisində adıçəkilən belə şəhərlərdən biri də Əncandır.
Məlumdur ki, monqol hücumları dövrü Azərbaycan, o cümlədən, xüsusən, Naxçıvan əraziləri üçün bir
sıra dağıntılarla yadda qalmışdır. Lakin monqolların yerli əhali ilə qaynayıb qarışması və yerli dövlət
idarəçilik ənənələrini mənimsəmələrindən sonra meydana çıxmış Hülakülər dövləti zamanında bir sıra
quruculuq işləri həyata keçirilmişdir. Maraqlıdır ki, dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid
olan Naxçıvan, Ordubad, Azad, Makuyə, Dəbil, Qarabağlar şəhərləri ilə yanaşı, daha bir şəhərin – Əncanın
da adı çəkilir. ―Naxçıvan tarixi‖nin I cildində qeyd olunur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan tüməninə 5
şəhər və əlavə olaraq 10 şəhərtipli kiçik yaşayış yeri daxil olmuşdur.
Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin ―Nüzhət əl-qulub‖
əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər
adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə
gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə
etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş
intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da
monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur.
Apardığımız araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin ―Əcaib əd-dünya‖
əsərində də məlumat verilmişdir. ―Əcaib əd-dünya‖da Əncan haqqında verilən məlumatlardan aydın olur ki,
şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: ―Əncan. Sərt, çətinliklə keçilən yerdədir.
Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır. Oranın malları incə parçalar, yaylıqlar,
keyfiyyətli üst örtükləri, zilə corablardan ibarətdir‖.
Əncan şəhəri ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər irəli sürsələr də, bu şəhərin dəqiq lokalizasiyasını
aparmaq bu günə qədər mümkün olmamışdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində mis
filizi və sərbəst mis yataqları Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Naxçıvançayın orta axın
hövzəsində, Qızıldağ dağından 1 kilometr cənub-şərqdə yerləşən Xal-xal yatağında, mis-molibden-porfir
yataqları isə Ordubadçayın yuxarı axın hissəsində, Sərkidağ-Diaxçay filiz sahəsində aşkara çıxarılmışdır.
1925-ci ilə aid olan ―Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın məruzəsi‖ndə Naxçıvan
ərazisində daha bir metal yatağı ilə bağlı məlumat verilir. Mənbədə qeyd edilir ki, Naxçıvanda ən iri gümüş-
qurğuşun yataqları Şərur stansiyasından Arpaçaya gedən şose yolu üzrə 15 verst aralıda Gümüşlü deyilən
yerdədir. Bu yataqlar çoxdan işlənmişdir, bunu ordakı köhnə mədən yerləri göstərir. Bu cür köhnə
şaxtalardan biri təmizlənmiş və onda qədim alətlər: dəmir pazlar, gil lampalar, yağ bardağı, bir neçə insan
kəlləsi və sümükləri tapılmışdır.
XIX əsr rus mənbələrində Naxçıvan haqqında verilən məlumatlardan bəhs edən tarix üzrə fəlsəfə
doktoru Yaşar Rəhimov yazır: ―Rus mənbələrinin təhlilindən belə məlum olur ki, Dərələyəz mahalındakı
Gümüşxana kəndinin (İndiki Şərur rayonunun Gümüşlü kəndi – Y.R.) ətrafında gümüş çıxarılan iki dərin
xəndək olmuşdur‖ (9, s. 142). Professor Səfərəli Babayevin ―Naxçıvan Muxtar Respublikasının coğrafiyası‖
adlı kitabında təqdim etdiyi xəritədə də Gümüşlü yaxınlığında polimetal yataqlarının olduğu qeyd edilmişdir.
Maraqlıdır ki, Məhəmməd Seyfəddini də Əncan şəhərinin məhz Şərur ərazisində yerləşməsi fikrini
irəli sürmüşdür. Dilçi alim Adil Bağırov isə Əncanın digər adı olan Karxananın indiki Gümüşlü kəndinin
keçmiş adı olduğunu əsərlərində qeyd etmişdir (3, s.13). Müəllifin digər bir əsərində isə Naxçıvan ərazisində
üç yerdə: Babək rayonunda, Ordubad rayonunun Biləv kəndində və Şərur rayonunda Karxana toponiminin
olduğu göstərilmişdirn.
Fikrimizcə, XIX əsr rus mənbələrində verilən məlumatlar, 1925-ci ilə aid olan ―Naxçıvan diyarının
təhqiqi üzrə xüsusi komissiyanın məruzəsi‖ndə göstərilmiş faktlar Əncan və ya Əcnanın məhz Gümüşlü
kəndi istiqamətində yerləşdiyini söyləməyə imkan verir.
Tarixi mənbələrdə adı qalan bu şəhərin, mütləqdir ki, ulu Naxçıvanın bir guşəsində izləri qalmışdır və
gələcək tədqiqatlar bizi bu şəhərə aparıb çıxaracaqdır.
Dostları ilə paylaş: |