AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


Xəzərlərdə kiĢi adları (Pınar Özdəmirin bölgüsü)



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

 
Xəzərlərdə kiĢi adları (Pınar Özdəmirin bölgüsü):  
Türkcə: 
Ġvritcə:  
Alp 
Aaron 
Baqatur 
Anraam 
Belgiçi 
Avraham 
Barcık 
Benyamin 
Baştu 
David 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
149 
 
 
Bihor 
Hanukkah 
Buğa 
Hezekiah 
Bulan 
Menaxem 
Buluçan 
Nisi 
Buzir 
Obadiah 
Çat 
Pesax 
Çapacu 
Penven 
İteh 
Sabriel 
Kayqalağ 
Shmuel 
Quterkin 
Simson 
Kısa 
Sinai 
Kundacık 
Yakov 
Mənər 
Yehudah 
Manas 
Yitiak 
Ötemiş 
Yosef 
Papatys 
Zebuhim 
Sarıqşın 
Zexariah 
Tarxan 
 
Tarmaç 
 
Tuznik 
 
Yilig 
 
Ziebil (Yabgu) 
 
Yabgu 
 
 
Adilxan Adiloğlu isə Nard dastanının Qaraçay-Balkar versiyasında olan qəhrəmanlardan Debeti Davut 
peyğəmbərlə  eyniləşdirir.  Fikrimizcə,  bu  iudaist  xəzərlərin  Şimali  Qafqazda  olan  təsiri  və  üstünlüyünün 
əlamətlərindəndir.  
Piter Qolden tərəfindən İbn Fədlanın məktubunda göstərilən xəzər sözü ―Yavaşigar‖ kimi oxumuşdur. 
Marsel Ərdal bunu çaviş yığar (ordu yığar) kimi göstərmişdir. Bulqar-çuvaş dilləri ilə monqol dilinin ortaq 
cəhətlərindən çıxış edərək xəzər sözlərində bunun təsirini göstərməyə çalışan Marsel Ərdal fonetik tərkibdə 
proto-türk (proto-altay) elementlərinə söykənən əsasları sıralamışdır. Müəllif yuxarıda qeyd etdiyimiz xəzər 
terminlərinin izahını verərək onların türk mənşəli olduğunu göstərir.  
Kənizə  (ivritcə  ―Geniza‖)  sənədlərində  olan  xəzər  mənşəli  adlar,  Şexter  sənədlərində  xəzər  sözləri 
Şərqi Avropa yədudilərinin (karaim və krımçakların) türk mənşəli olduğunu bir daha söyləməyə əsas verir. 
Kənizə məktubunda ―SVR‖ – ―savar‖ və ya ―savir‖ kimi oxunan sözü misal kimi göstərmək olar.  
Beləliklə,  xəzər,  savir-hun,  oğur,  peçeneq  və  oğuz  türklərini  özündə  birləşdirən  Xəzər  xaqanlığının 
əhalisinin  dili  türk  dili,  mənşəyi  türk  mənşəli  olması  şübhəsizdir.  Bunu  yazılı  mənbələr,  tarixi-arxeoloji, 
etnoloji tədqiqatlar bir daha təsdiq edir.  
 
 
ĠTALYAN DĠLĠNDƏ ĠġLƏNƏN ZƏRFLƏRĠN MÜQAYĠSƏ DƏRƏCƏLƏRĠ 
Əliyeva B.Z. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
İtalyan dilində işlənən zərflər qrammatik kateqoriya etibarı ilə Azərbaycan dilində işlənən zərflərdən 
fərqlənir.  Zərf  italyan  dilində  çox  istifadə  olunan  nitq  hissəsidir.İtalyan  dilində  geniş  istifadə  olunan  
qrammatik kateqoriya olub bu və ya digər sözə əlavə olunaraq onun mənasını dəyişməyə və ya həmin sözü 
izah edərək onun ifadə etdiyi mənanı dəqiqləşdirməyə xidmət edir.Azərbaycan dilindən fərqli olaraq italyan 
dilində  işlənən  zərflər  təkcə  fellərə  deyil,  həm  də  isim,  sifət  kimi  digər  nitq  hissələrinə  də  aid  olub,  onları 
izah edə bilir: Luigi era molto stanco –Luici çox yorğun idi cümləsində molto kəmiyyət zərfi, stanco(yorğun) 
sifətinə aid olub onun dərəcəsini bildirir. 
Morfoloji quruluş baxımından fərqli olan bu iki dildə zərflə bağlı fərqli cəhətlərdən ən önəmlisi italyan 
dilində zərfin dərəcələrinin olmasıdır. Bildiyimiz kimi dilimizdə dərəcələrə bölünmək əsas nitq hissələrindən 
ancaq  sifətə  aid  xüsusiyyətdir.  Azərbaycan  dilində  zərf  bir  nitq  hissəsi  kimi  dərəcə  kateqoriyasına  malik 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
150 
 
 
deyil.  İtalyan  dilində  isə  zərfin  müqayisə  dərəcələri  var  və  bu  dərəcələr  i  gradi  comparativi  (müqayisə 
dərəcələri)  adlanır.  İtalyan  dilində  işlənən  zərflərin  müqayisə  dərəcəsini  düzəltmək  üçün  müxtəlif 
suffikslərdən  istifadə  olunur  ki,  bunlar  da  söz  yaradacılığının  tələbinə  uyğun  olaraq  leksik  (sözdüzəldici) 
şəkilçilər hesab olunurlar. 
Zərfin dərəcələri haqqında ümumi məlumat verək. Belə ki, italyan dilində işlənən zərflərin beş dərəcəsi 
var: 
1.İl positivo (adi dərəcə) 
2.İl grado di maggioranza (çoxaltma dərəcəsi) 
3.İl grado di minoranza (azaltma dərəcəsi) 
4.İl grado di uguaglianza (bərabərlik dərəcəsi). 
5. İl superlativo (üstünlük dərəcəsi) 
Üstünlük dərəcəsi özü də iki yerə bölünür: 
a) Superlativo asssoluto(qəti üstünlük dərəcəsi) 
b) Superlativo relativo (əlaqəli üstünlük dərəcəsi) 
Sadə  və  düzəltmə  zərflər  əgər  digər  müqayisə  dərəcələrinin  şəkilçilərini  qəbul  etmirlərsə  onda  onlar 
adi dərəcəyə aid olunurlar: solamente(təkcə), facilmente(asanca),meno(az),di piu(çox) və s. 
Zərfin  çoxaltma  dərəcəsi  adi  dərəcəyə  aid  olan  zərfə  piu(daha,  daha  da)  hissəciyini  əlavə  etməklə 
düzəlir: lentamente (yavaşca)-piu lentamente(daha da yavaşca) ,freddamente (soyuqcasina, soyuqluqla)- piu 
freddamnete (daha soyuq) və s. 
Zərfin  azaltma  dərəcəsini  düzəltmək  üçün  isə    meno(az,  daha  az)  hissəciyindən  istifadə  olunur: 
accuratamente  (səliqəli  şəkildə)-meno  accuratamente  (az  səliqəli-səliqəsiz),  gentilmente  (nəzakətlə)-meno 
gentilmente (az nəzakətli, nəzakətsiz)
Bərabərlik  dərəcəsi  adından  da  göründüyü  kimi,  heç  bir  nisbət  ifadə  etmir  və  icra  olunan  hərəkətin 
bərabər  nisbətdə  icra  olunduğunu  bildirir.  Zərfin  bu  dərəcəsini  düzəltmək  üçün  tanto..cosi;  come...quanto 
(tərcümədə  ikisi  də  eyni  cür  tərcümə  olunur  yəni  nə  qədər,  elə  bir  o  qədər  ):  così  lentamente  come;  tanto 
lentamente quanto(bir o qədər ləng,bir o qədər yavaş). 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  italyan  dilində  işlənən  zərflərin  üstünlük  dərəcəsi  özü    də  iki  yerə 
bölünür.  
1. Qəti üstünlük dərəcəsini düzəltmək üçün  zərfə, zərf düzəldən -mente şəkilçisindən əvvəl –issimo, -
issima  leksik  (sözdüzəldici)  şəkilçi  əlavə  olunur.  Bu  şəkilçilər  dilimizə  hərfi  mənada  olduqca,  çox  kimi 
tərcümə  olunur: veloce(sürətli-sifət)-velocissimo(lap süətli,ən  sürətli  – sifət),velocissimamente  (cox  sürətlə) 
üstünlük dərəcəsində işlənmiş zərf, rapido(cəld)-rapidissimo (cox cəld, olduqca cəld)- rapidissimamente (lap 
cəldliklə,cox cəldliklə) üstünlük dərəcəsində işlənmiş zərf. 
2. Əlaqəli üstünlük dərəcəsi  isə adi dərəcədə işlənən zərfə il piu (ən, daha)  hissəciyini və possibile 
(mümkün) sifətini artırmaqla düzəlir: veloce (adi dərəcədə olan zərf)-il piu veloce possibile(mümkün qədər 
daha sürətli). 
Zərfin  dərəcələrinin  yuxarıda  sadaladığımız  düzəlmə  yollarından  başqa  italyan  dilində  elə  zərflər  də 
var ki, onların müqayisə dərəcəsi italyan dilinin quruluşuna əsasən söz köklərinin dəyişməsi yolu ilə düzəlir: 
Bene (yaxşı)-meglio (daha yaxşı)- ottimamente (ən yaxşı) 
Male (pis)-peggio (daha pis)- pessimamente (ən pis) 
Poco (az)-meno (daha az)- minimamente (ən az) 
Molto (çox)- piu (daha çox)- massimamente (ən çox) 
Grandemente (böyük)- maggiormente (daha böyük)- sommamente(ən böyük) 
Bildiyimiz  kimi,  Azərbaycan  dilində  dərəcə  kateqoriyası  ancaq  sifətlərə  məxsusdur.  Bu  qrammatik 
hadisə  olub,  özündə  söz  yaradıcılığı  ilə  heç  bir  əlaqə  əks  etdirmir.  Amma  dilimizdən  fərqli  olaraq  italyan 
dilində işlənən zərflərin dərəcələrini düzəltmək üçün istifadə olunan           şəkilçilər leksik şəkilçilər hesab 
olunur. 
Sözügedən  dərəcələrlə  yanaşı,  zərflər  həm    də  müxtəlif    mənalar  daşıya  bilir.  Məsələn:  əzizləyici 
məna(il  significato  vezzegiativo),  pisləyici  məna  (il  significato  peggiorativo),  il  significato  diminutivo 
(kiçiltmə mənası), il significato accrescitivo (böyütmə mənası). Bu mənaları yaratmaq dərəcələrin sayəsində 
mümkün olur. Sadaladığımız bu mənaları daşımaq üçün isə zərflərə müəyyən leksik şəkilçilər əlavə olunur 
ki, bu şəkilçilər də mövzumuzla bilavasitə bağlı olduğundan onları ayrı-ayrılıqda nəzərdən keçirək: 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
151 
 
 
1. Il significato diminutivo(kiçiltmə mənası) – bu mənada işlənən zərfləri düzəltmək üçün sadə zərflərə 
-ino (cıq
4
, cığaz
4
) şəkilçisi əlavə olunur. Məsələn: bene(yaxşı- sadə tərzi –hərəkət zərfi)-benino-elə-belə; çox 
da yaxşı olmayan kiçiltmə mənası daşıyan tərzi-hərəkət zərfi  
2.  Il  signifaco  vezzeggiativo  (əzizləmə  mənası))  –  qeyd  edək  ki,  dilimizə  tərcümə  olunduqda  bu 
mənanı  daşıyan  zərflər  heç  də  adından  göründüyü  kimi  əzizləmə  mənası  ifadə  etmir.  Sadəcə  qrammatik 
tələblərə  uyğun  olaraq  onlar  bu  mənanı  əks  etdirən  şəkilçi  yəni  –uccio  şəkilçisini  qəbul  edirlər.  Məsələn: 
male-  pis  sadə  tərzi-hərəkət  zərfi;  maluccio-nisbətən  az  dərəcədə  pis  olmağı  ifadə  edən  tərzi-hərəkət  zərfi  
yəni ―birtəhər‖. 
3. Il significato peggiorativo(pisləmə mənası) – adından da göründüyü kimi bu mənada işlənən zərflər 
hərəkətin  daha  da  pis  səviyyədə  icra  olunduğunu  bildirir.  Bu  cür  zərfləri  düzəltmək  üçün  isə  -accio 
suffiksindən istifadə olunur: male –pis tərzi-hərəkət zərfi; malaccio-daha pis ,çox pis tərzi-hərəkət zərfi . 
4. Il significato accrescitivo (böyütmə mənası) – bu mənanı daşıyan zərflər nisbətən böyütmə mənası 
ifadə edirlər. Bu zərfləri düzəltmək üçün –one şəkilçisindən istifadə olunur. Məsələn: bene-yaxşı sadə tərzi 
hərəkət zərfi; benone-lap yaxşı, çox yaxşı tərzi-hərəkət zərfi  
Yuxarıda nəzərdən keçirdiyimiz şəkilçilər zərfin dərəcələrinin əmələ gəlməsində mühüm rol oynayır 
və italyan dilində bu proses söz yaradıcılığının tərkibində nəzərdən keçirilir. 
Azərbaycan və italyan dillərinin tipoloji  baxımdan fərqli olduğunu nəzərə alaraq zərf nitq hissəsinin 
timsalında  dərəcə  kateqoriyasını  nəzərdən  keçirdik.  Bu  zaman  aydın  oldu  ki,  dillər  arası  fərq  nəinki 
qrammatik quruluşda, həm də söz yaratma imkanlarının fərqliliyində özünü göstərir. 
           
 
YUSĠF SƏMƏDOĞLU NƏSRĠNDƏ ETNOLĠNQVĠSTĠK YADDAġ 
Əliyeva L.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Dilin  lüğət  tərkibini  təşkil  edən  leksik  layların  ifadəlilik  və  obrazlılıq  kimi  keyfiyyətlərinin  aşkara 
çıxarılması, onun semantik təbiətinin, inkişaf mənzərəsinin müəyyənləşdirilməsi üçün bədii əsərlərdə yazıçı 
mövqeyi  mühüm  rol  oynayır.  Dilin  incəliyindən,  onun  zəngin  lüğət  tərkibindən,  şivə-dialekt  bazasından 
lazımı  qədər  istifadə  edən  yazıçılar  xalq  arasında  daha  çox  sevilir.  Azərbaycan  nəsrində  Elçin,  Anar, 
F.Kərimzadə,  Y.Səmədoğlu,  İ.Məlikzadə,  S.Azəri,  M.Süleymanlı  kimi  yazıçılarımızın  nəsr  təhkiyəsi  xalq 
dilinin dərin qatlarına nüfuz edə bilmə, bədiilik və obrazlılıq keyfiyyətlərinə görə fərqlənir. Bədii üslub digər 
üslüblara  nisbətdə  dilin  bütün  qatlarından:  ekspressiv,  emosional  leksikadan,  leksik-semantik 
kateqoriyalardan,  məcazlar  sistemindən,  danışıq-məişət  leksikasından,  termin  səciyyəli  sözlərdən 
dialektizmlər,  arxaizmlər  və  s.  istifadə  etmək  üçün  geniş  imkanlara  sahibdir.  Y.Səmədoğlunun  əsərlərinə 
dilçilik  aspektindən  yanaşanda  onun  sözlərdən  sənətkarcasına  istifadə  etməsinin  şahidi  oluruq.  Yazıçının 
nəsr dilindəki obrazlılıq, poetiklik, ekspressivlik, emosionallıq məhz dilin estetikasından irəli gəlir.Xüsusilə, 
―Qətl günü‖romanında Azərbaycan dilinin geniş imkanları üzə çıxır. Etnolinqvistik təhlil tarixi-müqayisəli, 
tipolojitutuşdurma, təsviri, linqvistik-mədəni üsulları nəzərə alan geniş tədqiqat sahəsini ehtiva edir. Ayrıca 
bir  elmi  təlim  kimi  etnolinqvistika  XX  əsrin  sonlarında  yaranmışdı.  Etnoqraf  F.Boasın  və  dilçi-etnoqraf 
E.Sepirin  adı  ilə  bağlıdır.  Etnolinqvistik  tədqiqatlar  aparılarkən  öncə  həmin  dil  və  ya  dialektin  yayıldığı 
ərazi,  etnik  mənsubiyyət,  tarixi  faktlar,  sosial  amillər,  onu  əhatə  edən  təbiət  və  s.  nəzərə  alınmalıdır. 
Etnolinqvistika bir elm sahəsi kimi etnologiya və linqvistika elmləri ilə birbaşa əlaqədə öyrənilir. 
―Qətl  günü‖  romanında  qohumluq,  yaş,  xarakter  bildirən  terminlərin  və  eləcə  də  adət-ənənə,  həyat 
tərzini  əks  etdirən  leksik  layın  tarixi-müqayisəli  yolla  təhlili  sübut  edir  ki,  türk  etnopsixologiyasını  əks 
etdirən  vəbütün  türk  arealı  üçün  səciyyəvi  olan  leksik  vahidlər  əsərdə  kifayət  qədərdir.  Romanda 
etnoqlinqvistik  yaddaş  qatı  toponimlərdə,  onomostik  vahidlərdə,  eyni  zamanda  dialekt  və  şivələrdən 
istifadədə üzə çıxır. Ümumiyyətlə, dialekt və şivə leksikasının böyük əksəriyyətini türk mənşəli sözlər təşkil 
edir  ki,  bu,  etnik-tarixi  yaddaşın  bərpasında  xüsusi  əhəmiyyətə  malikdir.  ―Qətl  günü‖  romanında  istifadə 
olunmuş  xalq  deyimləri,  məkan  və  şəxs  adları,  mərasim  və  ayin  elementləri,  mifopoetik  ünsürlər, 
folklorizmlər və s. geniş təhlil edildiyi təqdirdə, etnolinqvistik yaddaş potensialları üzə çıxır.  Y.Səmədoğlu 
roman  daxilində  hər  üç  zaman  paralelini  üslub  xüsusiyyətləri  ilə  fərqləndirmiş  və  hadisələrin  baş  verdiyi 
dövrlərin ümumi  mənzərəsi, spesifik dil-üslub koloritini yaratmaqla buna nail olmuşdur. Xəstənin nitqi ilə 
bağlı təhkiyə və dialoqlar əsərin yazıldığı dövrün  ədəbi dil normalarına uyğun gəlir, bu hissənin daxilində 
Zülfüqar kişinin, Moşunun, Mahmudun nitqində-personaj təhkiyəsində Qazax ləhcəsinə xas danışıq üslubu 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
152 
 
 
diqqət cəlb edir. Sədi Əfəndinin ―Qətl günü‖ adlı əlyazması fərqli üslubda təqdim olunmuş, 20-30-cu illərin 
yazıçı nəslinin bədii üslubuna məxsus ifadə vasitələri ilə fərdiləşdirilmişdir: sirri-xuda, övrət, xub, kürreyi-
ərz, fəqiri-bəndə, axır-əl-zaman, bəçeşm, şu hərif, bayquşi-xarabazar, tuği-lənət və s. ərəb, fars, türk mənşəli 
söz və ifadələr həmin dövrün dil koloritini yarada bilmişdir. Roman mətninin ayrı-ayrı hissələrini birləşdirən 
―Dərd də azar kimi, gələndə batmanla gələr‖ aforizmi  kimi deyimlər, frazeoloji birləşmələr, atalar sözləri, 
məsəllər  və  digər  leksik-semantik  vahidlər  Yusif  Səmədoğlunun  nəsr  təhkiyəsndə  etnolinqvistik  yaddaş 
qatının üzə çıxmasında və təhlilində xüsusi önəm daşıyır.  
 
 
“KĠTABI-DƏDƏ QORQUD”UN ZAMANLA ĠġLƏNMƏ MƏHDUDLUĞUNA MƏRUZ QALMIġ BƏZĠ 
MÜRƏKKƏB FEĠLLƏRĠNƏ DAĠR 
Əliyeva S. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
―Kitabi-Dədə Qorqud‖ dastanında işlənən mürəkkəb quruluşlu feillər arasında semantik deformasiyaya 
uğramış  vəziyyətdə  günümüzədək    gəlib  çatmış  feillər  də  mövcuddur.  KDQ-da  yer  alan  və  klassik 
ədəbiyyatımızda yüksək işlənmə tezliyi nümayiş etdirən kərəm eyləmək feilinə nəzər salaq: Babası ağladı, 
aydır:―Oğul, ocağımı issüz qoma, kərəm eylə, varma!‖–dedi (KDQ) Dastan mətnində müxtəlif morfoloji və 
sintaktik  tərtibatda  8  dəfə  təkrarlanan kərəm sözü  ərəb  dilində  ―mərhəmətli  olmaq,  mərhəmət  göstərmək‖ 
mənalarını bildirən [kərəmə] I bab məsdər forması əsasında düzəlmiş [kərəmun] sözünə istinad edir. [Kərə-
mun]  ərəb  dilində  ―mərhəmət,  alicənablıq,  böyüklük‖  mənalarını  ifadə  edir.  Müasir  Azərbaycan  dilində 
işlənən və Mübarək Allahımızın adlarından olan Kərim sözü (məs:‖Allah kərimdir‖), habelə İkram, Əkrəm 
şəxs  adları  da  məhz  həmin  feil  kökündən  törəmişdir.  Azərbaycan  dilinin  izahlı  lüğətində  köhnəlmiş  söz 
statusunda  təqdim  edilən kərəm sözünün  ―lütf,  mərhəmət,  inayət‖  anlamında  mənimsənildiyi, kərəm 
eyləmək feilinin də müvafiq olaraq ―mərhəmət etmək, rəhm göstərmək, lütf etmək‖ mənalarını əks etdirdiyi 
qeyd  olunur.  Kərəm  etmək,  kərəm  eyləmək feili,  habelə kərəm  qılmaq sinonim  anlayışlı  feili   ―Dastani-
Əhməd Hərami‖də, Füzuli lirikasında yüksək işlənmə tezliyi nümayiş etdirir: 
Kərəm eylə sözümdən çıxma, ey dost, 
Bu dənli ki kərəmlər qıldı bana(DƏH) 
XX əsrin ortalarından etibarən bu ifadənin işlənmə dairəsi məhdudlaşmış və zamanla tam arxaikləşdiyi 
təsbit  edilmişdir. Bəzi  hallarda  isə  verilmiş  kombinasiya    KDQ-dakı  məna  yükündə  arxaikləşmiş  olur. 
Məsələn:  eşqi  gəlmək.  Həm eşq, həm  də gəlmək  sözləri  dilimizin  aktiv  lüğət  fondunda  yer  alsa da,  onların 
birləşməsi  KDQ-da verilmiş məna yükündə arxaikləşməyə məruz qalmışdır: ―Ol gün baqa–baqa Qazan oğlı 
Uruzın eşqi gəldi‖ (KDQ)[7;71], ―O gün Uruz baxa- baxa çuşə gəldi‖ (KDQ). İstər izahlı lüğətdə, istərsə də 
frazeologiya sözlüyündə eşqi gəlmək ifadəsinin deyil, eşqi cuşa (tüğyana) gəlmək frazeologizminin işləkliyi 
qeyd  edilir  və  həmin  dil  vahidinin  ―həvəsə gəlmək, cuşa  gəlmək,  çox  həvəslənmək‖  mənalarını  əhatə  etdiyi 
göstərilir: Qoğuz padşahın eşqi cuşa gəldi, durub gəlməkdə olsun Nardan xanımın yanına (Nağıl); Qurbani 
zindanda Pəri xanımı yadına saldı, eşqi tüğyana gəlib sazı sinəsinə basdı. ―Qurbani‖. Müqayisə üçün deyək 
ki, eşq sözünün ―həvəs, maraq‖ kimi semantik sahələrlə bağlı konnatativ imkanları digər frazeoloji vahiddə 
özünü  biruzə  verir:..eşqinə  düşmək ―гореть  желанием,  вздумать,  вознамериться‖,  yəni  ―həvəsi  ilə 
alışıb  –  yanmaq,  fikrinə  düşmək,  məramına  gəlmək‖.  Qeyd  edək  ki,  M.Erginin  təqdim  etdiyi  Türkiyə 
türkcəsindəki mətndə arxaik variant saxlanmışdır: ―O gün baka baka Kazan oğlu Uruz aşka geldi‖. Nəzərə 
alsaq  ki,  müasir  türk  dilində aşka  gelmek feli  frazeoloji  vahidi  məna  tutumu  baxımından  ―eşqə  düşmək‖, 
―eşq  atəşində  yanmaq‖  frazeologizmlərinin   semantikası  ilə  eyniyyət  təşkil  edir,  o  zaman  M.Ergin 
adaptasiyasının Azərbaycan dilindəki müasir mətn variantından fərqləndiyi ortaya çıxacaqdır. V.V.Bartoldun 
tərcüməsinə gəlincə isə, burada oxuyuruq: ―В тот день сын Казана Уруз смотрел и был охвачен лю-
бовью‖, yəni ―O gün Qazan oğlu Uruz baxdı və eşqə mübtəla oldu (və ya eşqə düşdü, qəlbi sevgi ilə doldu)‖. 
Göründüyü  kimi,  son  iki  interpretasiya  dastanın  verilmiş  mətnində  təsvir  olunan  hadisələrə  bir  o  qədər  də 
uyğun  gəlmir. Deməli, türkcədəki variant semantik arxaizm hadisəsindən, ruscaya tərcümə isə qeyri-dəqiq 
interpretasiyadan xəbər verir. Bu kontekstdə əminliklə söyləmək olar ki, ən uğurlu təfsir məhz F. Zeynalov 
və S.Əlizadənin təqdim etdikləri məna dəyərləndirməsidir. 
Müəyyən  mənada  semantik  arxaizm  kimi  nəzərdən  keçirilə  bilən  digər  ərəb  alınma  komponentli 
mürəkkəb  feil  – vasil olmaq ifadəsinə  diqqət  edək.  Ərəb  dilində  ―1. çatmaq,  yetişmək,  2.  əldə  etmək 
mənalarını ifadə edən [vasala] birinci bab feilinin ismi failinə, yəni [va:silun] ―çatmış‖, ―yetişmiş‖ sözünə 
istinad  edən   vasil  olmaq feili   dilimizin  izahlı  lüğətinə  görə  ―çatmaq,  yetişmək,  varmaq,  qovuşmaq,  nail 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
153 
 
 
olmaq‖ mənalarını ifadə edir. Klassik və eləcə də müasir ədəbiyyatımızda, xüsusilə, sevgi lirikasında yüksək 
işlənmə tezliyi ilə seçilən vüsal sözü də həmin kökün derivatları sırasında yer alır: Beyrək padşahlar padşahı 
həqqə vasil oldı, bəllü bilsün! – dedi (KDQ). Dastanın Azərbaycan dilindəki müasir mətnində  vasil olmaq  
mürəkkəb feili ömrünü bağışlayıb Allaha qovuşmaq mürəkkəb tərkibli frazeoloji vahidlə əvəzləndiyi halda 
(Bilsin  ki,  bəy  oğlu  bəyzadə  Beyrək ömrünü  bağışlayıb,  Allahına  qovuşdu  (KDQ),  müasir  türk  dilindəki 
variantında  həmin  alınma  komponentli  feil  olduğu  kimi  saxlanmışdır: Beyrek  padişahlar  padişahı 
hakka vasıl  oldu,  bəlli  bilsin!  –  dedi.  Müasir  Azərbaycan  dilindən  fərqli  olaraq,  Türkiyə 
türkcəsində vasıl olmak  mürəkkəb  feilinin  aydın  ifadə  tapmış  neqativ  konnotasiyasının  olmaması  buradakı 
məlum  variant  seçiminin  doğru  olduğuna  şübhə  yeri  qoymur.  Xatırladaq  ki,  müasir  türk  dilində 
vasıl olmaq mürəkkəb  feili  ―(nəyə  isə)  çatmaq,  (harasa)  yetişmek‖  mənalarını  ifadə  edir:  buraya vasıl 
olan haberlere nazaran ―bura çatan xəbərlərə görə‖. ―Bu esnada müşarünileyhin halifesi Mustafanın Aydın 
elinde  avazeyi  huruç  ve  fesat  ve  ilhadı  Sultan  Mehemmed'in  kulağına vâsıl  oldu‖(tərcüməsi:  ... qulağına 
çatdı)  (Nazım  Hikmet);  Sensiz  geçen  bir  gece  sabaha vasıl  oldu.Olmaz  zannettiklerin  bu  dem  asıl  oldu 
(A.Yazıcı). Göründüyü kimi, heç bir nümunədə vasıl olmak feilinin neqativ konnotasiya nümayiş etdirdiyini 
söyləmək qəti şəkildə mümkün deyil.  
Komponentinin  işləkliyi  fonunda  yaranmış  birləşməsi  arxaikləşən  KDQ    mürəkkəb  feilləri 
sırasında ibrət almaq ifadəsini də qeyd etmək olar. Çoban bu yığınağı görüb ibrət aldı. Gerü döndiSapan 
taşına tutdı (KDQ). Belə ki, müasir Azərbaycan ədəbi dilində ibrət almaq (eləmək, götürmək) mürəkkəb feili 
bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək‖ mənalarını ifadə 
edir (məs: Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi); Bu qanlı cənazələrdən ibrət alın! O 
vəhşi komandanlardan, o vicdansız qatillərdən uzaqlaşın! (H.Cavid);  
Sıyrılır, baq, yavaş-yavaş zülmət, 
Barı dan yıldızından al ibrət! (H.Cavid)  
Azərbaycan  dilində  olduğu  kimi,  müasir  türk  dilində  də ibret  almak və ibret  dersi  almak  ifadələri 
 sinonim anlayışlar kimi qəbul edilir və  ―1) nəticə çıxarmaq, dərs götürmək, 2) kimdənsə nümunə götürmək, 
kimisə  təqlid etmək, özünü ona bənzətmək‖ mənalarını bildirir. Lakin ibrət almaq mürəkkəb feilinin  KDQ 
mətnində istifadə olunduğu semantik mövqe burada semantik arxaikləşmə hadisəsinin yer aldığını söyləməyə 
tam  əsas  verir.  Dastanın  müasir  mətnində  məlum  iqtibas  belə  təqdim  edilir: Çoban  bu  ət  topasını 
görəndə təəccübləndi. Geri dönüb sapand daşına tutdu (KDQ). Maraqlıdır ki, müasir türk dilinə adaptasiya 
olunmuş  variantda  da  bu  dil  üçün  işləkliyini  davam  etdirən ibret  almak feilinə  deyil, dehşete 
düşmek frazeologizminə yer verilmişdir: Çoban bu kütleyi görünce dehşete düştü. Geri döndü, sapan taşına 
tuttuİbrət almaq feilinin KDQ-dakı real semantik tutumunun müəyyənləşdirilməsi işini çətinə salan odur ki, 
V.V.Bartoldun  tərcüməsində  də,  tərcüməyə  A.H.Kononov  tərəfindən  edilmiş  qeyddə  də  fərqli  feil 
qarşılığından  istifadə  olunmuşdur: Пастух,  увидя  эту  кучу, испугался,  вернулся  назад,  положил  ее  на 
пращу  вместо  камня (müqayisə  et,  A.N.Kononovun  redaktəsində: насторожился,  отошел  назад, 
пустил  камень  из  пращи.  С  каждым  ударом  (куча)  росла).  Birinci  halda  ―qorxmaq‖,  ikinci  halda  isə 
ehtiyatlanmaq, şübhəyə düşmək‖ mənalarını ifadə edən feillərə müraciət edilmişdir. İbrət sözü ərəb dilində 
―ayn‖ boğaz samitinin anlaut mövqeyinə görə ―qalın‖ tələffüz edilən,‖ I bab sadə məsdər formalı [„ıbrətun
sözünə  istinad  edir  və  ərəb  dilində  ―ibrətamiz  dərs,  nəsihət,  çıxarılan  nəticə‖  mənalarını  bildirir.  Mənbə 
dildəki ilkin mənadan çıxış etsək, KDQ-nın  müvafiq iqtibasının mənbə dildəki mənaya ən  yaxın təfsirinin 
məhz  A.N.Kononov  tərəfindən  verildiyini  görə  bilərik  .  Düşünürük  ki, ibrət  sözünün  ərəb  dilindəki  məna 
yükündən  çıxış  edərək  həmin  ifadəni  belə  izah  etmək  mümkündür:  ―Çoban  bu  ət  topasını 
görəndə ehtiyatlanıb nəticə çıxardı‖. 
Özünün    KDQ-da  təzahür  tapmış  məna  yükündə  semantik  araxaikləşməyə  məruz  qalan  digər 
 ədəblənmək düzəltmə  feilini  nəzərdən  keçirək.  Dastanın  ―Baybörənin  oğlu  Bamsı  Beyrək  boyu‖nda  baş 
qəhrəmanın öz göbəkkəsdi adaxlısının otağına daxil olmaqla bağlı narahatlıq və tərəddüdü belə təsvir edil-
mişdir: Bu otağın üzərinə varmağa ədəbləndi (KDQ). Dastanın müasir mətnində oxuyuruq: ―Bu otağa sarı 
getməyə utandı‖(KDQ). Dastanın müasir Türkiyə türkcəsindəki variantında isə : ―Bu otağın üzerine varmağa 
haya  etti”.   V.V.  Bartoldun  da  tərcüməsi,  demək  olar  ki,  tam  semantik  eyniyyət  kəsb  edir: Подойти  к 
этому шатру он стеснялся . Deməli təqdim edilən iqtibasdan və həmin hissənin üç fərqli mənbədə  təsvir 
mətnindən  çıxış  edərək  əminliklə  söyləmək  olar  ki,  qorqudşünaslar    KDQ-dakı ədəblənmək feilinin 
―utanmaq‖,  ―abır-həya  etmək‖  mənalarını  ifadə  etdiyini  düşünürlər.  Həmin  haqlı  yanaşma  ilə  tam  şəkildə 
razılaşmaqla öz növbəmizdə onu əlavə etmək istərdik ki, ədəblənmək feili ərəb dilindən mənimsənmiş ədib, 
ədəbiyyat, ədəbi, ədəb (dilimizdəki derivatları: ədəbli, ədəbsiz, ədəbaz) və s. sözlərlə eyni kökdən törəmişdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
154 
 
 
Belə ki, -lan/-lən şəkilçisi vasitəsilə ədəb sözündən yaranmış bu leksik vahid ərəb dilindəki ―tərbiyəli olmaq, 
mədəni olmaq, abır-həyalı olmaq‖ mənalarını ifadə edən birinci bab [ədəbə] feilinin məsdəridir. Bu mənada 
aydın  görünür  ki,  dastanda  verilmiş  məna  yükü  mənbə  dildəki  ilkin  məna  yükünə  tam  uyğun  gəlir,  lakin 
həmin anlam ədəblənmək feilinin müasir Azərbaycan dilindəki məna yükündən bir qədər fərqlənir. Belə ki, 
müasir  Azərbaycan  dilində  o  qədər  də  işlək  olmayan ədəblənmək feili  daha  çox  ―ədəb,  tərbiyə  qazanmaq, 
ədəb  öyrənmək‖  mənalarında  istifadə   edilir.  Nümunələrə  diqqət  yetirək: Uşaq  məktəbə  gedəndən 
sonra ədəbləndi; Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam  yetir və əgər bu ayda azarıqsa Sən 
bizi ədəbləndir, doğru yoldan dönəriksə Sən bizi sabitqədəm et, əgər düşmənin Şeytan bizə rücah olarsa, Sən 
bizi  ondan  xilas  et;  Allaha  qul  olmaq  üçün,  gözəl  əxlaq  sahibi  ola  bilmək  üçün,  islam  ədəbiylə ədəblənə 
bilmək üçün ....Allah Rəsulu (s.ə.s-in) nümunə həyatına baxmalı ....model davranışları götürməlidirQuranın 
ədəbi ilə ədəblənməli, Allah-Təalanın hüzurunda olduğunu, Ona dua və niyaz etdiyini təfəkkür etməlidir
Təqdim  edilən  nümunələr  KDQ-da  yer  alan  və  semantik  məhdudlaşmaya  məruz  qalan  mürəkkəb 
feillərin yalnız bir qrupunu əhatə etsə də, məna daralması proseslərinin ümumi  məcrasını təsəvvür etməyə 
yetərli səviyyədə kömək edir.  
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin