AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

 
TÜRKMƏNĠSTANIN TOPONĠMĠYASI 
Bayramov A.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Türk  xalqlarının  onomastik  sisteminin  öyrənilməsi  çox  əhəmiyyət  kəsb  edir.  Xüsusilə,  onomastik 
leksikanın  ən  işlək  növü  olan  toponimlərin  müqayisəli  araşdırılması  bir  çox  məsələləri  üzə  çıxarır.  Çünki 
əskidən ortaq etno-kulturoloji kökə malik olduqları üçün türk xalqları yaşayan ərazilərin toponimləri də ya 
bir-birinə  oxşardır,  ya  da  ki  təkrarlanır.  Bu  baxımdan  oğuz  türklərinin  sələflərindən  biri  olan  türkmənlərin 
toplu  yaşadıqları  Türkmənistan  Respublikasının  toponimiyasının  Cənubi  Qafqazda  çox  geniş  arealı  olan 
Azərbaycan toponimləri ilə müqayisəsi maraq doğurur. 
Türkmənistan Mərkəzi Asiyada əhalisi az olan və seyrək məskunlaşmış ölkədir. 5 vilayətdən ibarətdir: 
Ahal,  Marı,  Daşoğuz,  Lebar  və  Balkan  vilayətlərində  2000-dən  çox  yaşayış  məntəqəsi  vardır.  Əhalisi  5 
milyondan  çoxdur.  (2.473)  Sahəsi  488100  km
2-
dir.  Türkmənistanın  təqribən  4/5  hissəsini  geniş  və  hamar 
Qaraqum  səhrası  tutur.  (5.192)  Buna  baxmayaraq,  müxtəlif  tipli  relyef  quruluşları  da  mövcuddur.  Tuqay 
meşələri,  zəngin  bitki  örtüyü  və  heyvanat  aləmi  olan  vahələr  də  vardır.  Ona  görə  də  coğrafi  obyektlərin 
bütün növləri, bəzisi az, bəzisi çox toponimiyada əks olunmuşdur. 
Türkmən  etnonimi  haqqında  ilk  dəfə  Əbu  Reyhan  Biruni  (973-1048)  məlumat  vermiş,  islamı  qəbul 
edən  oğuzları  ―türkə  bənzər‖  (türkmən)  kimi  tərcümə  etmişdir.  M.Kaşğari  də  həmin  mənada  türkmən 
etnonimini  açıqlamışdır.  Tarixçi  Nəşri  (XV-XVI)  ―türk  iman‖,  Kononov  ―mən  türk‖,  S.Ağacanov 
―tarquman‖  (tərcüməçi)  kimi  izah  etmişlər.  (1.274).  Ə.Biruni  və  M.Kaşğarinin  açıqlamaları  daha 
inandırıcıdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
140 
 
 
Türkoloji dilçilikdə Türkmənistan toponimləri haqqında E.M.Murzayev, S.Ataniyazov, V.A.Ninanov, 
B.Budaqov, A.Orarov, Ö.Qurbanov, Ö.Berdiyev, M.N.Xıdırova, B.Carıyarova, A.O.Babayev və digərlərinin 
araşdırmaları vardır. 
Toponimist  T.M.Əhmədovun  toponimlərin  təsnifatina  aid  tətbiq  etdiyi  sistemə  və  metodologiyaya 
uyğun  olaraq  Türkmənistan  ərazisindəki  toponimləri  linqvistik  baxımdan  aşağıdakı  qaydada  təhlil  etmək 
mümkündür. (7.145-150) 
a)Türkmənistan toponimlərinin leksik-semantik xüsusiyyətləri 
b)Türkmənistan toponimlərinin qrammatik xüsusiyyətləri 
1.Türkmənistan oykonimlərinin leksik-semantik xüsusiyyətləri. 
Türkmənistan  toponimlərinin  leksik-semantik  xüsusiyyətləri  dedikdə,  toponimlərin  hansı  adlardan 
törənməsi  nəzərdə  tutulur.  Toposistemdə  oykonimlərin  əsasən  şəxs  adlarından,  etnik  mənşəli  adlardan, 
hidronimlərdən,  oronimlərdən,  zoonim  və  fitonimlərdən  törəməsi    məlumdur.  Xüsusi  fərmanla  verilən 
memorial  oykonimlər  də  ola  bilər.  Bu  sistem  həm  yaşayış  məntəqəsi  adlarına-oykonimlərə,  həm  relyef 
adlarına-oronimlərə,  həm  də  su  obyekti  adlarına-hidronimlərə  aiddir.  (7.161-170).  Bunlara  ayrılıqda  nəzər 
yetirək: 
a)Şəxs adlarından törənən antropooykonimlər. 
Şəxs  anlayışı  bildirən  antroponimlər  müxtəlif  formada  toponimiyada  əks  olunur.  Ehtimal  ki,  kəndin 
adı-oykonim, onu bina edən adamın adı ilə adlandırılmışdır. Bunları belə qruplaşdırmaq olar: 
1)  Yalnız  sadə  və  mürəkkəb  formalı  şəxs  adlarından  törənən  antropooykonimlər:  Nəzərqulu, 
Maxtımqulu,  Maxmıtxan,  Toxtamış,  Omar,  Sülemen,  Orazalı,  Orus,  Overdurdu,  Sarıxan,  Soylu,  Pekir, 
Rehimverdi,  Sertib,  Şanazar,  Allahyar,  Alekber,  Şasenem,  Alıxan,  Atabəy,  Baqşı,  Bayramalı,  Baxtemir, 
Quljar və s. 
Göründüyü  kimi,  göstərilən  kənd  adlarında  heç  bir  şəkilçi  və  ya  topoformant  yoxdur.  Göstərilən 
sistemdə oykonimlər Azərbaycan toponimiyasında da çoxdur. Məsələn: Abbasalı, Ağamalı, Alıcan, Əliyar, 
Əmir, Nağdalı, Nurəddin və s. (3.141-187) 
2)Ləqəb  və  şəxs  adı  modelində  olan  sözlərdən  törənən  oykonimlər:  Sarı  Murad,  Qara  Əhməd,  Qız 
Bibi, Sakqar Oruz,  Qara Maxmıd, Qızılca Omar, Kelte Ovez, Soltan Sencer, Aşıq Aydın, Annax Hacı, Çay 
Əhməd, Çil Məmməd, Soyun Axsaq (Axsaq Söyün) və s. 
3)Mülki  (ağa,  bəy)  və  dini  (molla,  seyid,  xoca,  şeyx,  hacı)  titulları  və  şəxs  adları  modelində  olan 
birləşmələrdən  törənən  antropooykonimlər:  Bay  Nepes,  Bay  Nazar,  Bay  Nur,  Asır  bay,  Uluk  bek,  Bay 
Mamaş, Xatın aqa, Temir Xoca, Molla Qara, Molla Berdi, Molla Qurban, Molla Nepes, Molla Oraz, Molla 
Sapar, Seyid Camal, Seyid Camaləddin, Seyid Nazar, Seyid Nasır, Şıx Nasır, Şıx Bədir, Şıx Alı, Şıx Nazar, 
Xacı  Atabəy,  Hacı  Maxtım  və  s.  Göründüyü  kimi,  antroponimik  modellərin  birinci,  bəzən  də  ikinci 
komponentində bəy, aqa (mülki titullar), xoca, seyid, molla, hacı, xoca (dini titulları) əks olunmuşdur. 
Göstərilən  antroponimik  modellərdə  olan  oykonimlər  Azərbaycan  toponimiyasında  da  geniş 
yayılmışdır. Məsələn: Azıx Vəli, Qara Namaz, Qara İsa, Molla Musa, Hacı Xəlil, Hacı Bayram, Xoca Həsən 
və s. 
b) Etnik mənşəli adlardan törənən etnooykonimlər. 
Türkmənistan  toponimiyasında  türk  xalqları,  eləcə  də  Oğuz  türkləri  üçün  ortaq  olan  etnik  mənşəli 
tayfa,  şəcərə,  nəsil,  tirə  adları  Azərbaycan  toponimiyasında,  eləcə  də  digər    türk  respublikalarında  olduğu 
kimi  torpağın  yaddaşına  çevrilmişdir.  Həmin  etnooykonimləri  işlənmə  formasına  görə  belə  qruplaşdırmaq 
olar. 
1) Yalnız tayfa adlarından törənən etnooykonimlər: Noqay, Qaraqoyun, Aqqoyun,  Qaraman, Cağatay, 
Oyrat, Çakir, Ok, Salır, Sayad, Qayı, Bayat, Bayandırlı, Qıpjak, Abdal, Avşar, Aqar, Xalac, Eymur, Uyqur, 
Muqal, Alpan, Caqar, Qaraxan və s. 
Əksəriyyəti  oğuz  tayfa  adları  ilə  bağlı  olan  bu  etnooykonimlərin  hamısı  Cənubi  Qafqazda  
azərbaycanlılar  yaşayan  ərazilərdə  geniş  yayılmışdır.  Məsələn:  Qaraqoyun  (İrəvan),  Qaraman  (Göyçay), 
Salır (Şəmkir), Bayat (Qarabağ), Qıpçaq (Qax), Alpan (Quba), Avşar (Vedi), Xalac (Xızı) və s. 
2)  Aidlik  və  mənsubluq  bildirən  –lı
4
,  -lar
2
,  şəkilçili  etnik  adlardan  törənən  etnooykonimlər:  Paltalı, 
Xazarlı,  Xorasanlı,  Comuclu,  Kırkyatılı,  Sayatlı,  Sığırlı,  Poladlı,  Pıcaklı,  Sabanlı,  Satırlı,  Sandıklı, 
Bayandırlı, Pıçqılı, Çillər, Qullar, Bayatlar, Ekizler, Şıxlar, Tekeler, Xocalı, Qulancı, Qoyunji və s. 
3)  Peşə,  sənət  və  aidlik  bildirən  –çı
4
  şəkilçili  tayfa  adlarından  törənən  etnooykonimlər:  Orakçı, 
Naqaraçı,  Arabaçı,  Qazancı,  Tabançı,  Avçı,  Okçu,  Çanakcı,  Depmeçi,  Eşşekçi,  Arab-Qulancı,  Qazancı, 
Quşçu, Alpantapçı, Kerikçi, Odunçi, Dükci və s. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
141 
 
 
4)Müəyyən bir tayfa və ya tirənin kiçik bir hissəsini əks etdirən –ja, -jə, -jık, -jik (Azərbaycan dilində -
cıq
4
, -ca
2
) şəkilçili etnik adlardan törənən etnooykonimlər: Sarıja, Qızılja, Şorja, Qanlıja, Akja, Alaja, Qaraja, 
Qalınja, Qarajık, Bayatja, Qapanjık, Qazanjık və s. 
Azərbaycan  toponimiyasında  da  Sığırlı,  Poladlı,  Dondarlı,  Bayandırlı,  Azıxlar,  Çızıxlar,  Bıcaqçı, 
Qazançı, Arabacı, Oxçu, Doğanlar, Qaraca, Qanlıca, Yarımca və s. toponimlərin geniş arealı vardır. 
c). Su obyekti adlarından törənən hidrooykonimlər. 
Çay,  göl,  su,  bulaq,  quyu,  arx,  göl,  kəhriz  və  digər  su  obyektlərinin  yanında  salınan  yaşayış 
məntəqələri,  əsasən,  həmin  su  obyektlərinin  adı  ilə  adlanır.  Daha  doğrusu,  hidronimdən  oykonim  törənir. 
Məsələn:  Qaynar,  Damji,  Göllü,  Ajıquyu,  Ajıgöl,  Aynaqöl,  Akkuyu,  Qaraqöl,  Qırılarık,  Daşxovuz, 
Qırılbulak,  Qırılsuv,  Daşarık,  Xanxovuz,  Xankəriz,  Urunjilqa,  Urunqöl,  Urunsay,  Soltanörek,  Salırarık, 
Oquzbulak, Ajıquyu, Bəşquyu və s. 
Azərbaycan,  Türkiyə  və  Cənubi  Azərbaycan  toponimiyasında  bu  modeldə  yüzlərlə  oykonim  vardır. 
Məsələn: Göyçay, Ağsu, Arpaçay, Güllübulaq, Ağbulaq, Korbulaq, Köhnəarx, Xatunarx və s. 
ç)Relyef adlarından törənən orooykonimlər. 
Orooykonimlər  müəyyən  fərqli  relyefdə  yerləşən  yaşayış  məntəqəsinin  adlarını  əks  etdirir.    Bellicə, 
Qayalıca, Daşlı, Carlı, Oyuklu, Qızlar, Daşlar, Qumlaq, Qumlu, Qıraclı və s. Göstərilən oykonimlər müxtəlif 
şəkilçilə sözlərdən törənmişdir. Kəndin yerləşdiyi ərazi əsasən relyefə uyğun olur. Məsələn: Ajiqır, Ayder, 
Yaylaqoba, Akqaş, Akqaya, Akqum, Akjaaqıl, Akmeydcan, Artik, Bazardepe, Bozqala, Ballıdere, Balaqır, 
Beqleryar, Beştam, Qajarkörpi, Qarabaq, Qaradere, Qarrıkecit, Ucdepe, Ücaqac, Təzəyer, Sarıyazı, Sarıdaş, 
Sarıqamış, Daşoyuk, İnciroba və s. 
Göründüyü  kimi,  orooykonimlərin  I  tərəfində  relyefin  əlamət  və  keyfiyyətini  bildirən  sözlər,  ikinci 
tərəfində isə relyef bildirən coğrafi terminlər (depe, dere, qum, qır, qobu, yapı, qaş, körpü, bağ, keçid, oyuk, 
qamış, oba, kənd və s.) əks olunur. Kəndin yerləşdiyi ərazini, əsasən, əks etdirir. 
Oronimik oykonimlər Cənubi Qafqazda, xüsusilə azərbaycanlılar yaşayan ərazilərdə geniş yayılmışdır. 
Məsələn: Ağdərə, Qaradağ, Şiştəpə, Qızıldaş, Ağqaya, Başkeçid, Bozyoxuş, Qızmeydan və s. 
d)Heyvan və quş adlarından törənən zooykonimlər. 
Heyvan, quş və digər canlıların adlarından törənən toponimlər, əsasən, ərazinin heyvanat aləmini əks 
etdirir.  Bu  tipdə  olan  zoonimlər  şəkilçisiz  (Sincab,  Qaplan,  Qulan)  və  ya  müxtəlif  şəkilçili  ümumi 
zoonimlərdən törənir. Məsələn: Yılanlı, Ördəkli, Tovuzlu, Siçanlı, Qeçili, Comuclu və s. 
Sintaktik  yolla  formalaşan  birləşmələrdən  də  törənən  zooyknimlər  vardır.  Məsələn:  Ayıdərə, 
Porsuqqala və s. 
Amma bəzən zoonim mənşəli etnooykonimlərə də rast gəlinir. Məsələn: Quşçu, Comuşlu, Sıgırlı və s. 
Bu  modeldə  olan  zooykonimlər  Azərbaycan  toponimiyasında  da  vardır.  Məsələn:Sığırlı  (Kürdəmir), 
Comuşlu (İrəvan), Quşçu (Daşkəsən) və s. 
e).Bitki, ağac, meyvə və s. ümumi fitonimlərdən törənən fitooykonimlər. 
Fitotoponimlər,  əsasən,  bitki,  meyvə,  taxıl,  ağac  adlarından-ümumi  fitonimlərdən  törənir,  ərazinin 
faunasını əks etdirir. Həmin coğrafiyada hər hansı bir bitkinin çox olması fitotoponimin yaranmasına səbəb 
olur. Məsələn: Tubulqa, İnjirli, İjdeli, Tikanlıq, Buqdalı, Arpadaq, Qarpızlı, Tutluk, Sövüdlü və s. 
B.Budaqov yazır ki, Türkmənistan və Azərbaycanda subtropik iqlim şəraiti olduğu üçün hər iki ərazi 
eyni meyvə  və bitki örütüyü ilə rəngarəngdir. Fitotoponimlərin paralel olmasına həmin amil də səbəb olur. 
(5.122-123) 
2.Türkmənistan oykonimlərinin sintaktik xüsusiyyətləri. 
Türk  xalqları  yaşayan  bütün  ərazilərdə  coğrafi  nomenli  oykonimlər  söz  birləşmələri  modelində  əks 
olunur. Balkan ölkələri, Krım, Orta Asiya, Cənubi Qafqaz, İran, Türkiyə, İraq və digər ərazilərdə minlərdlə 
yer-yurd  adlarından  örnək  vermək  mümkündür.  Coğrafi  obyektin  nüvəsini  təşkil  edən  əsas  onomastik 
vahidləri hansı söz birləşmələrindən formalaşmalarına görə belə qruplaşdırmaq olar. 
 a)Birinci  növ  ismi  birləşmə  modelində  olan  söz  birləşməsindən  törənən  oykonimlər:  Kırkqız, 
Abdalyar,  Avcıpir,  Aqüzüm,  Aqacdərə,  Akdaban,  Qazakavul,  Akdaq,  Akdaş,  Akqum,  Akqala,  Akbulaq, 
Agjaaqıl,  Ayqırgöl,  Aqjaqaya,  Aktam,  Alatepe,  Altıquyu,  Ballıqaya,  Beşbarmak,  Qazmadərə,  Qaraqaş, 
Qaradon,  Qaradepe,  Qaracöp,  Altıyar,  Arpadaq,  Qarabulak,  Yüzavul,  Qaravuldepe,  Qeçilioba,  Qızılyar, 
Daşkörpi,  İkiqat,  Salırqala,  Agöylukoşk,  Altındepe,  Altındaş,  Qaryataq,  Qumyataq  və  s.  Bu  tipdə  olan 
oykonimlərin birinci tərəfindəki söz əsasən əlamət, keyfiyyət, miqdar, etnik ad, rəng və s. bildirir. 
Birinci tərəfi rəng (ağ, qara, göy, sarı, qızıl-qırmızı), ikinci tərəfi coğrafi terminlərdən dərə, dam dağ, 
su,  daş,  qaya,  arx  və  s.  olan  oykonimlər  (həm  də  oronim  və  hidronimlər)  Türkmənistan  toponimiyasında 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
142 
 
 
yüzlərlədir. Qara komponentli 240, göy komponentli 60, Qızıl (qırmızı) komponentli 100-dən çox toponim 
vardır. Məsələn: 
Ağ - Akqız, Akbulak, Akqaya, Akgöl, Akcaqala, Akyar, Akdaban, Akdere, Aksu,     Aktam, Akcala, 
Akgöl, Akürüm və s. 
Qara-  Qarabaq,  Qaraaqıl,  Qaraboğaz,  Qaraçöp,  Qaraqaş,  Qaradon,  Qarasuv,  Qarayazı,  Qaraqoyun, 
Qaraqaş və s. 
Sarı- Sarısu, Sarıqamış, Sarıoba, Sarıqum, Sarıdepe, Sarımeydan və s. 
Qızıl-Qızıldaş, Qızıldaq, Qızılməzar, Qızıltam, Qızılyar, Qızılqala, Qızlçaarıx və s. 
Göy- Gökqala, Qokqobu, Qokkummer, Qokdere, Qokçay, Qoksuv, Qokdaq Qokqır, Qokgöl və s. 
Trükmənistan  toponimiyasında  altun  (qızıl)  derivatlı  20-dən  çox  oykonim  vardır.  Azərbaycan 
respublikasında Altınca adlı bir kənd vardır. (3.141) 
Azərbaycan  Respublikasında,  Cənubi  Azərbaycan,  Türkiyə,  Krım  və  Balkan  ölkələrində  çox  geniş 
yayılmış  ―say+isim‖  modelində  olan  toponimlər  Türkmənistan  toponimiyasında  da  çoxdur.  Məsələn:  1-
Birdepe,  Birxovuz;  2-İkiqat,  İkibaşlı,  İkidaq;  3-Üçtam,  Ücoyuk,  Üçdere;  4-Dördatlı,  Dördtam,  Dördajı;  5-
Bəşarık,  Bəştam,  Bəşbarmak;  6-Altıyar,  Altıajı;  7-Edıxovuz,  Edyap;  8-Sekizatuk,  Sekizöyli,  Sekizyar;  9-
Dokuzaşırım, Dokuztepe, Dokuztam; 10-Onatuk, Onbeqi; 12-Onikiköylü; 30-Oturoba; 40-Kırkbaş, Kırkqız, 
Kırkköylü; 50-Ellidere, Ellikaya; 60-Altmışpay, Altmışkup; 100-Yüzbaşı, Yüzavul və s. 
Bununla  belə,  Azərbaycan  toponimiyasında  insanın  bədən  üzvlərini  əks  etdirən  metoforik  terminlər 
(aqız, qol, burun, göz, ayaq, göbək və s.)  Türkmənistan toponimiyasında da mövcuddur. Məsələn: Onager, 
Altıağız, Ortaqöz, Uluqöz, Alçalıbaş, Kəlləburun, Qırılayaç, Torumgöbək, Kəlləayaq və s. Müqayisə edilən 
bu toponimlərin hamısı Azərbaycan, eləcə də digər türk ellərində geniş yayılmışdır. 
Türkmənistan oykonimlərində coğrafi termin- suv (su), yar (yarğan), xovuz (hovuz),  arxac, oy (oyuq), 
öy (ev), oba, avul (aul), depe (təpə), quyu, köv (köy), yanı (ev), taş (daş), qaya və s. geniş yayılmışdır. Bu 
coğrafi terminlərin fərqləndirici əhəmiyyətləri çoxdur. 
E.Murzayev göstərilən coğrafi terminlərin türklər yaşayan digər ərazilərdə geniş yayıldığını qeyd edir. 
(7.182-501) 
C.Ataniyazov  yer-yurd  adlarının  tərkibində  işlənən  coğrafi  terminləri  toponimlərin  mənasının 
açılmasında açar rolu oynadığını yazır. (1.8) 
Bununla belə, bütün türk ellərində olduğu kimi, Türkmənistan toponimiyasında da təkrarlanan coğrafi 
obyektləri bir-birindən fərqləndirmək üçün təyinedici sözlər (aşakı, orta, təze, köne), 1-ci, 2-ci və s. sözləri 
işlənir. Məsələn: Birinji Qokje, İkinji Qaraman, Təze Kəriz, Təze Orfa, Təze Yer, Təze Bazar, Köne Arık, 
Köne Ürgenç, Kiçi Qaradepe, Kiçi Qaraqum, Aşakı Tapyatan, Aşakı Buluc, Aşakı Çuli, Orta Oyuk, Ayaq 
(aşağı) Qaraqum, Ayaq Qala və s. 
Türkmənistan  toponimiyasında  ərəb (Bəşir,  Ərəb,  Sayat,  Cebel)  monqol  (Muqal,  Caqatay,  Dörmen), 
rus  (Krasnovodsk,  Barxanı,  Pereval),  fars  mənşəli  Darqan,  Deneşir,  Fərab)  toponimlər  də  vardır.  Bu 
toponimlər  müxtəlif  tarixi  dövrlərdə  Türkmənistan  toponimiyasına  daxil  olmuşdur.  Bunlar  türk  mənşəli 
toponimlərdən çox azdır. Türkmənistanın toponimik qatı da türkmənşəlidir. 
 Az da olsa, mənsubiyyət şəkilçili  sözün öndə gəlməsi, yəni inversiya olunmuş formada toponimlər də 
vardır:  Qarnıyarık,  Alnıqara  və  s.  Qərbi  Azərbaycanda  da  makroarealda  işlənmiş  Qarnıyarıq  dağ  adı 
olmuşdur. Ermənilər həmin dağ adını xəritələrdə Arayilər kimi qeyd edirlər. 
b)Feili sifət modelində olan söz birləşmələrindən törənən oykonimlər. Bu tipdə olan oykonimlər əsasən 
müəyyən  bir  dağın,  dərənin  yanında  həmin  adlarla  adlanan  coğrafi  obyektin  yanında  olur.  Məsələn: 
Adambasan, Adamölən, Okatan, Bəndovan, Arpaəkilən, Qalpakyaran, Daşkəsən və s. 
Feili  sifət  modelində  olan  oykonimlərin  bir  qismi  müəyyən  hadisələrlə  bağlı  olaraq  əmələ  gəlir. 
Məsələn: Atçapılan, Ayıvurulan, Atuçan, Atçapan, Keçiqırılan, Qoyunqırılan, Qaplanatılan və s. 
Bu modeldə olan toponimlərin tərkibindəki sözlərdən birincisi müxtəlif sözlərdən- zoonim, fitonim və 
digər sözlərdən ibarət olur. Feili sifət formasında olan toponimlər də bəzən etnik tayfa adına da əks etdirir. 
Məsələn:  Okatan  (lar),  Qolpakyazan  (lar),  və  s.  Azərbaycan  toponimiyasında  etnik  mənşəli  Qonaqqıran, 
Boğazkəsən toponimləri vardır. 
Türkmənistan oykonimlərin mənzərəsindən aydın olur ki, toponimlər Cənubi Qafqazda mövcud olan 
Azərbaycan  toponimlərinin  modelləri  ilə  eyniyyət  təşkil  edir.  Çox  kiçik  fonetik  fərqlər  vardır.  Məsələn: 
avul//aul,  kırk//qırx,  ajı//acı,  qöl//göl,  hovuz//xovuz,  köpü//körpü,  yaqlıjo//yağlıca,  tam//dam,  depe//təpə, 
arık//arx, bəş//beş, beq//bəy və s. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
143 
 
 
Bu  fonetik  fərqlər  nəzərə  almasaq,  yer-yurd  adlarını  leksik,  morfoloji  və  sintaktik  cəhətdən 
formalaşması,  müəyyən  apelyativlərdən  törənməsi  Avrasiyada  mövcud  olan    türk  mənşəli  toposistemə 
uyğundur. Bu toposistem həm də Türkmənistan coğrafiyasına uyğundur. 
Xalqın vəkili və torpağın dili sayılan Türkmənistan və Azərbaycan oykonimlərinin oxşar və ya eyni 
olması  təbiidir.  Çünki  etno-mədəni  birliyi  olan  bu  xalqıların  təbiətə  eyni  münasibəti,  təfəkkür  tərzi  və 
dünyagörüşünü  əks  etdirməkdədir.  (12.91)  Bu  bənzərlik  bu  dil  birliyi  türk  xalqlarının  eyni  ana  kökdən 
qaynaqlandıqlarını  bildirməkdədir.  Hər  iki  xalqın  formalaşmasında,  onların  soykökündə  oğuz  boyları 
dayanır. Bu, onu göstərir ki, türkmənlərlə azərbaycanlılar ortaq  dil, din və etno-mədəni birliyə malikdirlər. 
Bu  toponimlərin  müqayisəli  formada  tədqiq  olunması  dilçiliyin  problemlərindən  biridir.  Daha  doğrusu,  bu 
mövzu xüsusi araşdırmanın predmeti ola bilər. 
 
 
OĞUZ QRUPU TÜRK DĠLLƏRĠNDƏ MORFOLOJĠ ÜSULLA SÖZ YARADICILIĞI 
Cəfərova  A.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Müasir  türk  dillərində  işlənən  söz  və  şəkilçilərin  müqayisəli  şəkildə  öyrənilməsi  ana  dilimizin 
mövqeyini,  qohum  dillər  arasında  tutduğu  yeri,  inkişaf  mərhələlərini  öyrənmək  baxımından  maraqlıdır  və 
lazımlı məsələlərdən biridir. 
Oğuz qrupu türk dillərin də (Azərbaycan, türk, türkmən, qaqauz) morfoloji yolla söz  yaradıcılığı çox 
zəngindir.  Sözdüzəldici  şəkilçilər  vasitəsilə  şəxs,  əşya  adları,  mücərrəd  anlayışları  bildirən  kiçiltmə  və 
əzizləmə  bildirən  isimlər  (  həm  də  sifətlər  və  feillər)  əmələ  gəlir.  İsimdən  isim    düzəldən  məhsuldar 
şəkilçilərə diqqət edək: 
1.
 
Ġsimdən isim düzəldən Ģəkilçilər: 
–çı, -çi, -çu, -çü şəkilçisi ilə; Azərbaycan və digər türk dillərində peşə-sənət yönümlü  sözlər düzəlir. 
Bu şəkilçi bəzi türk dillərində -cı  variantında işlənir. Məsələn: 
 Azərbaycan dilində: qapıçı, əkinçi  və s.  
Türk dilində: avçı, demirçi, keşikçi, ekinçi, axtaçı və s.  
Türkmən dilində: balıkçı, kayıkçı, sandıkçı, yayçı  və  s.  
Qaqauz dilində: çiftci ( əkinçi), kaazçi, başakçı və s.  
Göstərilən şəkilçi türkmən dilində ikivariantda (-cı, -ci) işlənir. 
 –daĢ  şəkilçisi ilə; 
 Azərbaycan dilində: yoldaş, sirdaş, əməkdaş, yaddaş  və  s.  
 Türkmən dilində: atdaş, obadaş, yurtdaş, yaddaş və s.  
 Türk dilində: çağdaş, yaşdaş, meslektaş  və s. 
 Qaqauz dilində: vatandaş, yoldaş, sirdaş və s. 
-daş şəkilcisi, əsasən, birgəlik  ifadə edir. Bu şəkilçi qovuşuq ( yol+ da+ eş) şəkilçisidir. İsmin yerlik 
halı (-da) və eş (tay) sözünün birləşməsindən formalaşmışdır. Qardaş sözünün qədim formasında bu birikmə 
aydın görünür: qarın+da +eş 
  –lı,-li,-lu,-lü şəkilçisi ilə; 
Azərbaycan dilində: yağlı, duzlu, bakılı, bağlı, bağçalı və s. 
Türkmən dilində: aşqabatlı, verimli, qüllü, şexerli, saçlı, atlı  və s.  
Türk dilində: akıllı, mantıklı (məntiqli) və s.  
Qaqauz dilində: çadırlı, moskvalı, yağlı, almalı  və s.  
Bu şəkilçilər əlamətin çoxluğunu və şəxsin  haralı  olduğunu  bildirir. Bu şəkilçi Azərbaycan dilində 
həm də familiya sonluğu kimi işlənir. Məsələn: Qutqaşınlı, Kərimli, Qasımlı və s.   
Türkmən dilində  iki variantda“-lı, -li” variantında işlənir. Azərbaycan və türk dilində də   - lı
4
 şəkilçisi 
müəyyən  yer-yurd  adına  qoşularaq  ləqəb  və  ya  soyad  bildirir.  Məsələn:    Ərzurumlu,  Bursalı  Tahir 
(biblioqraf), Uzunçarlı İsmayıl Haqqı (tarixçi), Eyvaz Borçalı, Nüsrət Kəsəmənli (şairlər) və s.  
lıq,  -liq, -luq, -lük  şəkilçisi  ilə; 
 Oğuz qrupu türk dillərində  bu şəkilçi bir çox semantik mənalı isimlər düzəldir. Azərbaycan dilində: 
daşlıq,  kolluq,  üzümlük,  qumluq  (yer),  onluq,  beşlik,  yüzlük  (ölçü),  müəllimlik,  çobanlıq,  aşpazlıq  (peşə), 
gözəllik, dostluq, qardaşlıq (keyfiyyət və münasibət) və s. 
Türkmən dilində: çayırlık, daşlık  və s.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
144 
 
 
Türk  dilində  zeytinlik,  fındıklık,  kömürlik  (yer),  sözlük,  başkanlık,  köylülük,  güzellik,  zenginlik, 
beyazlık (keyfiyyət) və s. 
Qaqauz  dilində:  məzarlık,  güllük  (yer),  ayaxlık,  gözlük,  gelinnik,  axşamnıx  (əşya),  xocalıx,  uçitellik, 
xaydutluq  (peşə  və  məşğuliyyət),  aclıq,  saatlıq,  xastalıx,  üzünnüx,  dərinnik  (keyfiyyət  və  əlamət),  onnuk, 
binnik (ölçü) və s. 
Qaqauz  dilində  -lıq
4
  şəkilçisinin    -nıx,  -nuk,  -nux,  -nük  variantı  da  vardır:  Samannux,  odunnux, 
aydınnıx,  və  s.  Qaqauz  dilində işlənən  bu  şəkilçi  variantları  Azərbaycan  dilinin  dialekt  və  şivələrində çox 
aktiv  işlənməkdədir. Məsələn: qarannıx
'
, çəmənnix
'
 
-ca, -cə; -cıq, -cik, -cuq, -cük; ciğar, -ciyər, -tuqar; -cüyəz şəkilçiləri ilə; 
Azərbaycan dilində; kəlçə, oduncuq, quşçuğaz.' 
Türkmən dilində;  gözelcik, kuşcağaz və s.  
Türk dilində; parmakcık, kapıcık, yavrucuk, kuşcuk və s.  
Göründüyü  kimi,  göstərilən  qeyri  -  məhsuldar  şəkilçilər  əsasən  kiçiltmə  və  əzizləmə  bildirən 
emosional çalarlıq yaradan isimlər düzəldir. 
Nümunələrdən göründüyü kimi, Oğuz qrupuna daxil olan dillərdə isimdən-isim düzəldən məhsuldar və 
qeyri-məhsuldar şəkilçilər fonetik cəhətdən qismən fərqlənsələr də, eyni semantik mənalı isimlər yaradır.  
Göründüyü  kimi,  göstərilən  şəkilçilər  oğuz  qrupu  türk  dillərində  rəng  və  əlamət  bildirən  sözlərə 
qoşularaq  feil  əmələ  gətirir.  Bütün  bunlar  onu  göstərir  ki,  türkmən,  türk,  Azərbaycan  və    qaqauz   xalqları 
eyni kökdən olduqları üçün  dil xüsusiyyətləri  də eyni və ya oxşardır. Əlbəttə misalların  sayını  çoxaltmaq  
da  olar.  Bu,  xüsusi  tədqiqat  tələb  edir. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin