AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

 
NAXÇIVAN TOPONĠMĠ 
Əsgərova F.A. 
Bakı Dövlət Universiteti 
 
Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan  Respublikasının  tərkibində  1924-cü  il  fevralın  9-da 
yaradılmışdır.  Ərazisi  Zəngəzur  və  Dərələyəz  silsilələri  və  onların  dağ  qollarının  təşkil  edən  şimali  şərq 
dağlıq və Araz boyunca uzanan cənubi qərb meyilli düzənlikdən ibarətdir. Babək, Şahbuz, Şərur, Ordubad, 
Sədərək, Culfa rayonları Muxtar Respublikanın ərazisinə daxildir. Ən yüksək hissəsi Zəngəzur silsiləsindəki 
Qapıcıq (3906 m.) dağıdır. Ən böyük çayları Şərqi Arpa çayı, Əlincə, Gilan və Ordubad çaylarıdır. Mineral 
bulaqlarından Badamlı, Sirab, Mərgümüşlü Darıdağ suyudur. 
Naxçıvan inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Muxtar Respublikanın paytaxtı 
olan Naxçıvan şəhəri 18 mart 1939-cu ildə Respublika tabeliyində olan və həm də Azərbaycan türklərinin ən 
ulu  məskənlərindən  biri  olmuşdur.  Tarixçilərin,  etnoqrafların,  dilçilərin,  coğrafiyaçıların  bu  yurd  yeri  ilə 
bağlı  xeyli  araşdırmaları  olsa  da,  kifayət  qədər  deyildir.  Bu  torpağın  tarixi  qatlarında  həm  xalqımızın 
etnogenezi ilə bağlı, həm də dil yaruslarının öyrənilməsi baxımından qiymətli xəzinələr mövcuddur.  
Naxçıvan  çayı  sahilində,  dəniz  səviyyəsindən  910  m.  hündürlükdə,  Naxçıvan  düzündədir. 
Azərbaycanın ən  qədim  şəhərlərindən  olan  Naxçıvanın  e.ə.  mövcud  olduğu  məlumdur.  Arxeoloji  axtarışlar 
zamanı  Naxçıvanın  ərazisində    e.ə.  II-I  minilliklərə  aid  maddi-mədəniyyət  nümunələri  tapılmışdır.  Bəzi 
tarixçilər  Naxçıvan  toponimini  Nuhun  əfsanəsi  ilə  əlaqələndirirlər.  Tədqiqatçıların  bir  qismi  bu  adı  naxç 
tayfa adı ilə bağlayır, bəziləri isə onu ―xoş faydalı su diyarı‖ kimi mənalandırıb, öz fikirlərini burada mineral 
bulaqların çoxluğu ilə əsaslandırırlar. Naxçıvan adı ilk dəfə yunan coğrafiyaşünası Klavdi Ptolemeyin (II əsr) 
―Coğrafi  təlimnamə‖  əsərində  Naksuana  kimi  qeyd  olunmuşdur.  Naxçıvan  hələ  qədimdən  Atropotenanın 
tərkibində idi. III əsrdən sasanilərin tabeliyində olan Naxçıvanı mərzbanlar idarə edirdi. Erkən orta əsrlərdə 
Yaxın  və  Orta  Şərqdə  mühüm  sənətkarlıq,  ticarət  və  mədəniyyət  mərkəzi  olan  Naxçıvan  İran,  Gürcüstan, 
Kiçik  Asiya  ölkələri,  Qara  dəniz  limanları  ilə  ticarət  əlaqəsi  saxlayır.  VI  əsrin  birinci  yarısında  burada 
pəhləvi əlifbası ilə üzərində Naxç yazılmış gümüş damğalar kəsilmişdir. 
Əsası  hələ  eramızdan  əvvəl  qoyulmuş  Naxçıvan  şəhəri  öz  inkişafının  ən  yüksək  mərhələsinə 
Azərbaycan 
Atabəyləri 
dövündə  çatmışdır.  Müəyyən  müddət  ərzində  Eldənizlər  sülaləsinin 
iqamətgahlarından  birinə  çevrilən  bu  şəhər  öz  dövrünün  ən  böyük  şəhərləri  sırasına  çıxmışdır.  Iran-Bizans 
müharibəsi zamanı 625-ci ildə Bizans imperatoru II  İraklı (610-641) Naxçıvanı dağıtmışdı. Sonralar bərpa 
olan şəhəri 654-cü ildə ərəb qoşunları tutmuşdu. Xilafət dövründə Azərbaycanda başlanmış Babək hərəkatı 
Naxçıvanı da bürümüşdü. IX-X əsrlərdə əvvəllər Sacilər, sonralar isə Salarilər dövlətinin tərkibinə daxil olan 
Naxçıvanı 1021-ci ildə Bizans qoşunları, 1064-cü ildə isə Səlcuqlar işğal etmişdi. XII əsrin 30-70-ci illərində 
Naxçıvan  Eldəgizlər  dövlətinin  əsas  iqamətgahlarından  idi.  Bu  zaman  şəhər  xeyli  inkişaf  etmiş,  şəhərdə 
abadlıq  və  tikinti  işləri  aparılmışdı.  Eldəgizlərin  əsas  xəzinələrindən  biri  şəhərin  yaxınlığındakı  Əlincə 
qalasında idi. Şəhərdə dulusçuluq, toxuculuq, zərgərlik, xalçaçılıq və s. inkişaf etmişdi. XII əsrdə Naxçıvan 
memarlıq məktəbi xüsusi inkişaf dövrü keçirirdi. 
1221-ci ildə monqollar Naxçıvanı dağıtdılar. 1225-ci ildə Naxçıvanı Xarəzmşah Cəlaləddinin qoşunları 
tutdu, 1231-ci ildə isə yenidən monqollar işğal etdi. 1257-ci ildə şəhər Elxanilər dövlətinin tərkibinə qatıldı. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
155 
 
 
Naxçıvan zərbxanasında Elxani hökümdarları adından sikkələr kəsilirdi. XV əsrin 50-ci illərində Naxçıvan 
Çobanilər, Cəlarilər və başqalarının tabeliyində olmuşdur. 1386-cı ildə Naxçıvanı Qızıl Orda Xanı Toxtamış, 
1386-cı  ildə  isə  Teymur  işğal  etmişdir.  Teymurilər  dövründə  burada  hürufilik  geniş  yayılmışdır.  Naxçıvan 
1412-ci ildən Qaraqoyunlular, 1468-ci ildən isə Ağqoyunlular dövlətinin tərkibində idi. 1501-ci ildə şəhərin 
yaxınlığında,  Şərur  adlı  yerdə  Ağqoyunlulara  qalib  gələn  Səfəvilər  buranı  tutdular.  Naxçıvan  XVI  əsrdə 
Təbriz,  XVII  əsrdən  isə  Çuxursəd  bəylərbəyliklərinə  daxi  idi.  Naxçıvan  hakimləri  Kəngərli  tayfa 
başçılarından  təyin  olunurdu.  Səfəvi-Osmanlı  müharibələri  dövründə  şəhər  dəfələrlə  əldən-ələ  keçmişdi. 
XVIII əsrin ortalarında Azərbaycanda yaranmış kiçik feodal dövlətlərindən biri də mərkəzi Naxçıvan şəhəri 
olan Naxçıvan xanlığı idi. Xanlığın banisi Heydərqulu xan Kəngərli şəhərdə ticarət və sənətkarlığı inkişaf 
etdirmək  məqsədilə  tədbirlər  həyata  keçirirdi.  Rusiya  və  İran  arasında  bağlanmış  Türkmənçay  sülh 
müqaviləsinə  (1828)  əsasən  Naxçıvan  xanlığı  Rusiyaya  birləşdirildi.  Çar  hökumətinin  keçirdiyi  inzibati 
islahata əsasən şəhər 1841-ci ildən eyniadlı qəzanın mərkəzinə çevrildi. 1917- ci il fevral burjua-demokratik 
inqilabından sonra erməni daşnak dəstələri Naxçıvan əyalətində milli qırğın törətdilər. 1918-ci ilin iyununda 
Türkiyə qoşunu Naxçıvanın köməyinə gəldi. Mudros barışığına (1918-ci il) əsasən oktyabrda Türkiyə ordusu 
Cənubi Qafqazı tərk etdi. Şəhər 1920-ci il iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikasının, 1924-cü 
ildən Naxçıvan MSSR-in, 1993-cü ildən isə Naxçıvan Muxtar Respublikanın mərkəzi oldu. 
Ən  qədim  yer  adlarından  olan  ―Naxçıvan‖  toponiminin  müxtəlif  etimoloji  yozumları  mövcuddur. 
Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin 
e.ə.  1539–cu  ildə  salındığını  göstərmişlər.  Brokhauz  və  Efronun  ensiklopedik  lüğətində  də  Naxçıvan 
şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 
1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. 
Şəhər  haqqında  ən  erkən  məlumat  tarixçi  İosif  Flaviyə  (e.ə.  I  əsr)  və  yunan  coğrafiyaşünası  Klavdi 
Ptolomeyə (b.e. II əsri) məxsusdur. 
Ptolomeyin ―Coğrafiya‖ əsərində Naxçıvan şəhərinin adı ilk dəfə ―Naksuana‖ (yun. Ναξου
ὰ να, ing. 
Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir. 
Orta əsr ərəb və fars dilli mənbələrdə (Bəlazuri, İbn Əl Fəqih, İbn Xordadbeh, Qudama ibn Cəfər, əl 
Müqəddəsi,  əl  İstəxri,  Əl  Biruni,  Yaqut  Həməvi,  Fəzlullah  Rəşidəddin  ,  Həmdullah  Qəzvini,  Əbdürrəşid 
Bakuvi,  Mirxond,  Həsən  bəy  Rumlu,  İsgəndər  bəy  Münşi)  şəhərin  adı  ―Nəşavə‖,  ―Nəqçuan‖  (Nəxçuan, 
Nəxçuvan,  Nəxçəvan)  şəkillərində  işlənmişdir.  Bir  sıra  qaynaqlarda  (Məhəmməd  Naxçıvani,  Həmdullah 
Qəzvini, Katib Çələbi, Övliya Çələbi və b.) Naxçıvan toponimi kimi təqdim edilən ―Nəqşi-cahan‖ adı təşbeh 
olub, dünyanın bəzəyi mənasını bildirir. Orta əsrlər türk səyyah-tarixçisi Övliya Çələbi Naxçıvan şəhərinin 
əsasının Turan hökmdarı Əfrasiyab tərəfindən qoyulduğunu qeyd edir. 
Henrix  İohann  Hübşman  Naxçıvan  toponimini  Nuh  peyğəmbərlə  bağlı  ―dünya  tufanı‖  hadisəsi  ilə 
əlaqələndirir. Onun fikrincə, "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Lakin alim qeyd edir 
ki, adın indiki forması qədim dövrdəki formasından çox fərqlidir. Hübşmana görə "Naxçıvan" toponiminin 
indiki forması pəhləvi dilində "Naxčavan" adından əmələ gəlmişdir. O, bu adın "Naxč" prefiksindən və ona 
qoşulmuş pəhləvi dillərində "şəhər" anlamı verən "avan" sözündən ibarət olduğunu qeyd edir.  
Hübşmanın istinad etdiyi Bibliyadakı Nuh tufanı hadisəsinə əsaslanan versiyanın başqa bir yozumuna 
görə ―Naxçıvan‖ sözü üç hissədən – ―Nax‖ (Nuh), türk dillərində isim düzəldən şəkilçi olan ―-çı‖ şəkilçisi və 
türk dilində yer, məkan bildirən ―van‖ toponimik formatından ibarət olub, ―Nuhçuvan‖ – Nuhçuların (Nuh 
tərəfdarlarının) məskəni‖, ―Nuhun diyarı‖ deməkdir. 
C.  Cəfərov  şəhərin  adının  türk  mənşəli  olub  eramızdan  əvvəl  yarandığını  və  ilkin  variantda  dörd 
hissədən  (ak  +  üç  +  eb  +  on)  ibarət  ―Akçiban‖  (qədim  türklərin,  ağ  asların  –  oğuzların  adı)  olması 
fərziyyəsini irəli sürmüşdür. 
Prof. A.Axundov isə ―Naxçıvan‖ toponimini elamlarla əlaqələndirərək, onun elamların Nahhunte adlı 
tanrısının adı ilə bağlı ―Nahhuntevan‖ olub, sonradan yerli türk əhali tərəfindən ―Naxçıvan‖ şəklində tələffüz 
edilməsini  ehtimal  edir.  Fəlsəfə  elmləri  doktoru  K.  Allahyarovun  fikrincə  ―Naxçıvan  toponimi  Parfiya 
imperiyası dövründə yaranmışdır; ―Nəxçir‖ (ov heyvanı, dağ keçisi) sözündən və məkan, yer bildirən ―van‖ 
şəkilçisindən ibarət olub, ovlaq deməkdir. Bu fərziyyəyə görə, dağ keçilərinin indi də çox olduğu Naxçıvan 
ərazisi vaxtilə Parfiya şahlarının Cənubi Qafqazdakı ov yeri olmuşdur. 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
156 
 
 
 
ĠNGĠLĠS VƏ AZƏRBAYCAN DĠLLƏRĠNDƏ GÜZƏġT BUDAQ CÜMLƏLĠ TABELĠ MÜRƏKKƏB 
CÜMLƏLƏRDƏ MELODĠK, TEMPORAL VƏ DĠNAMĠK VARĠATĠVLĠK 
(eksperiment əsasında) 
Həsənova R.M. 
Azərbaycan Dillər Universiteti 
 
Cümlə intonasiyasının öyrənilməsində eksperimental-fonetik metodun tətbiq edilməsi onun xa-rakterik 
xüsusiyyətləri  haqqında  mühakimə  yürütməyə  və  əyani  təsvir  etməyə  imkan  verir.  Cümlə-nin  prosodik 
strukturu  tonun  hərəkəti,  səsin  gücü,  tələffüz  sürətinin  hərəkəti,  tembr  və  fasilə  kimi  akustik  parametrlərin 
kombinasiyasından  formalaşır.  Cümlənin  intonasiya  xüsusiyyətlərinin  təhli-lində  onun  sintaqmatik  tərkibi 
olduqca vacibdir. Cümlənin bir və ya çoxsintaqmlı olması, sintaq-mın pre- və ya postpozisiyada yerləşməsi, 
sintaqmın semantik cəhətdən bitkin olub-olmaması və s. xüsusi  əhəmiyyət daşıyır.  
İntonasiyanın  əsas  komponenti  olan  melodiklik  sintaktik  strukturlar  və  leksik  tərkiblə  fəal  qarşılıqlı 
əlaqəyə  girir.  İntonasiyanın  variativliyinin  reallaşmasına  linqvistik  və  qeyri-linqvistik  amillər  (söyləmin 
uzunluğu,  sintaktik  strukturu,  yeri  və  müxtəlif  vurğu  növlərinin  sayı,  intonasion-məzmun  üzvlənməsi, 
kontekst və şərait, danışanın psixi durumu və niyyəti, habelə onun danışığının fərdi xüsusiyyətləri) təsir edə 
bilər.  İntonasiya  konturu  dilin  digər  vahidləri  kimi  variativliyə  məruz  qalır,  yəni  danışıq  aktında  istər 
səslənmə,  istərsə  də  məna  baxımından  variantlarda,  realizasiyalarda  təmsil  oluna  bilir.  Səslənmənin 
variativliyi  hər  bir  intonasiya  konturunun  öz  aralarında  akustik-artikul-yator  xüsusiyyətləri  fərqlənən  və 
cərgənin  neytral  üzvilə  əvəzlənə  bilən  intonasiya  tiplərini  əmələ  gətirir.  İntonasiya  konturunun  variativliyi 
danışığın rəngarəngliyini təmin edir.       
Tabeli  mürəkkəb  cümlə  əsas  sintaqmlara-baş  və  budaq  cümlələrə  üzvlənir.  Sadalama,  tutuş-durma, 
izah  etmələrlə  mürəkkəbləşməmiş  güzəşt  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  baş  və  budaq  cümlə 
komponentləri sabit sintaqmlara üzvlənməsilə xarakterizə olunur.   
Melodik  parametri  təhlil  olunan  cümlələrin  ümumi  əlaməti  onlarda  başlanğıc  (proqrediyent) 
sintaqmların  terminal  sintaqmlarla  müqayisədə  yüksək  göstəricilərə  malik  olmalarıdır.  Digər  bir  ümumi 
əlamət, maksimum ton tezliyinin sintaqmların başlanğıcına təsadüf etməsidir.  
Müsair ingilis  və  Azərbaycan  dillərindən  eksperimentə  cəlb eilmiş  cümlələrin müqayisəsindən aşkar 
olunmuşdur  ki,  budaq  cümlə  komponentinin  prepozisiyada  reallaşdığı  mürəkkəb  konstruk-siyalarda 
intonasiya  konturunun  hərəkəti  postpozisiyada  reallaşan  ekvilentlərindən  kəskin  fərqlən-mir.  Hər  üç 
parametrin akustik göstəricilərinin təhlili göstərmişdir ki, təhlil olunan cümlələrdə pro-qrediyent sintaqmlar 
terminal  sintaqmlarla  müqayisədə  daha  yüksək  melodikliklə  tələffüz  olunurlar. Bu  fakt  sübut  edir  ki, istər 
proqrediyent,  istərsə  də  terminal  sintaqmlarda  bitkinlik  intonasiyası  real-laşmışdır.  Sintaqmın  sonunda 
akustik parametrlərin zəifləməsini tələb edən kadensiya qanunu təd-qiq olunan nümunələrdə öz əksini tapır. 
Terminal  sintaqmın  sonuncu  hecası  proqrediyent  sintaqmın  sonuncu  hecasına  münasibətdə  dəqiq  mövqe 
tutur  və  əsas  tonun  maksimum  zəifləməsi  məhz  bu  he-cada  qeydə  alınır.  Güzəşt  budaq  cümləli  tabeli 
mürəkkəb cümlənin tərkibində melodikliyin mini-mal qiyməti, adətən, terminal sintaqmın sonuncu hecasında 
qeydə  alınır.  Proqrediyent  sintaqmın  sonuncu  hecası  bütöv  cümlənin  melodik  strukturda  nisbətən  də  olsa, 
yüksək mövqe tutur. 
Terminal və proqrediyent sintaqmların sonluqlarının qarşılaşdırılması göstərir ki, terminal sin-taqmın 
sonunda melodiklik xeyli aşağı olduğu halda, proqrediyent sintaqmda bu parametr ümumi cümlənin əsas ton 
tezliyinə  yaxındır.  Proqrediyent  sintaqmların  sonunda  əsas  ton  tezliyi  terminal  sintaqmın  başlanğıcına 
münasibətdə  dəyişkəndir,  yəni  o  yüksək,  bərabər  və  ya  aşağı  ola  bilər.  Ter-minal  sintaqmlar  sonda  tonun 
maksimum  enməsilə  səciyyələnir.  Proqrediyent  sintaqmların  mütləq  sonluğunda  əsas  ton  tezliyi  nisbətən 
yüksəkdir, yəni o ya orta nisbi qiymətə yaxın, ya da orta nisbi qiymətdən yüksəkdir. 
Hər iki dildə güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya xüsusiyyətlərini araşdırarkən 
məlum  olur:  intonasiya  müəyyən  avtonomluğa  malikdir,  yəni  onun  təzahürü,  reallaş-ması  konkret  leksik 
materialdan  və  müəyyən  sintaktik  strukturdan,  mürəkkəb  sintaktik  bütövün  tər-kibində  komponentlərin 
yerindən asılı deyildir. Məhz intonasiyanın avtonomluğu eyni bir intonasi-ya konturunun müxtəlif sintaktik 
konstruksiyalarda və cümlə tiplərində çıxış etməsinə imkan verir. 
Sözün  tələffüz  sürəti,  hər  şeydən  əvvəl,  cümlənin  növündən,  söyləmin  konkret  məzmunundan,  dilin 
yuxarı səviyyələri vahidlərinin: sintaqm, söyləm və s. tələffüz tempindən birbaşa asılıdır. Bütün səviyyələrdə 
temp  intonasiya  vahidinin  tərkibinə  daxil  olan  əvvəlki  səviyyələrin  vahidlərinin  sayından  asılıdır.  Sözün 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
157 
 
 
tempi  ondakı  hecaların  sayından,  sintaqmın  tempi  fonetik  sözlərin  ritmi  və  sayından,  söyləmin  tempi  isə 
sintaqmların həcmi və sayından asılıdır.  
Hər  iki  dildə  üçsintaqmlı  cümlələrdə  budaq  cümlədən  təşkil  olunmuş  sintaqm  ortada  reallaşır. 
Eksperimentə  görə,  çoxsintaqmlı  mürəkkəb  konstruksiyalarda  terminal  sintaqmlarda  tələffüz  tempi-nin 
nisbətən  zəiflədiyini  üzə  çıxarır.  Terminal  sintaqm  sonunda  ton  və  intensivliyin  maksimum  zə-iflədiyi, 
tempin  ləngiməsi,  ondan  sonra  terminal  fasilənin  yarandığı,  bitkinlik  intonasiyasının  real-laşdığı  yeganə 
sintaqmdır.   
Danışıq tempinin ləngiməsi iki və üçsintaqmlı nəqli cümlələr üçün səciyyəvi haldır. Saitlərin sintaqm 
daxilindəki  yerləşməsinə  əsaslanan  sintaqmatik  təhlildən  məlum  olur  ki,  terminal  sintaqm-larda  tempin 
ləngiməsi  nəqli  cümlələrin  kommunikativ  təyinatına  tam  uyğundur.  İki  və  daha  artıq  sintaqmlı  cümlələrin 
temporal  təhlili  proqrediyent  sintaqmların  sonu  ilə  müqayisədə  terminal  sinta-qmların  sonunda  səslərin 
tələffüz  tempi  xeyli  ləngiyir.  Terminal  sintaqmların  sonunda  saitlərin  orta  tələffüz  sürəti  proqrediyent 
sintaqmların orta tələffüz tempindən yüksəkdir.  
Təhlil  edilmiş  ingilis  və  Azərbaycan  dillərinə  aid  güzəşt  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələ-rin 
intonasiyasının  zaman  parametrinin  təhlili  göstərir  ki,  intonasiyanın  zaman  parametri  də  bir  sıra  variativ 
xüsusiyyətlərə  malikdir.  Zaman  parametrinin  sonda  orta  səviyyədə  olması,  cümlədə  rema  mərkəzinin 
üzərində ciddi şəkildə artması, terminal sintaqmın sonunda isə tədricən zəifləməsilə xarakterizə olunur. 
Cümlənin  intonasiya  strukturunun  təhlilində  intonasiyanın  əsas  komponentlərini  –  melodik,  dinamik 
və  temporal  ayrılıqda  nəzərdən  keçirtmək  lazımdır.  İntonasiyanın  hər  bir  komponenti  cüm-lənin  sintaktik 
strukturunun bu və ya digər xüsusiyyətləri ilə bağlıdır.  
İntensivlik  dil  səslərini  bir-birindən  fərqləndirən  akustik  parametrlərindən  biridir.  Saitin  inten-sivliyi 
bütövlükdə  danışığın  intensivliyindən,  həmçinin  onun  söz  və  ya  söyləm  vurğusuna  münasi-bətdə  tutduğu 
mövqedən asılıdır. Dinamik səciyyəli vurğuda vurğulu sait vurğusuz saitdən intensiv olacaqdır və ya əksinə.  
İkisintaqmlı  mürəkkəb  sintaktik  bütövün  intensivlik  xüsusiyyətlərinin  öyrənilməsində  vacib  amil 
sintaqmların  melodik  əyrilərinin  bir-birinə  olan  münasibətidir.  Eksperimentə  cəlb  edilmiş  hər  iki  dilə  xas 
olan nəqli intonasiyalı cümlələrdə proqrediyent sintaqmda dinamiklik əksər hallarda enir (bəzən isə davam-
edici intonasiya da reallaşa bilir), terminal sintaqmlarda isə intensivlik maksimum həddə zəifləyir ki, bu da 
həmin sintaqmlarda bitkinlik intonasiyasının reallaşması ilə əlaqəlidir.   
Hər  iki  dildə  iki  və  daha  artıq  sintaqmlı  güzəşt  budaq  cümlələrinin  dinamik  variativliyini  nəzərdən 
keçirdikdə  məlum  olur  ki,  terminal  sintaqmın  dinamik  strukturunun  təhlili  ümumilikdə  intensivliyi  sonda 
enən  istiqamətli  olmasını  əks  etdirir.  İntensivlik  zirvəsi  təhlil  olunan  cümlə  tiplərindəki  proqrediyent  və 
terminal sintaqmların başlanğıcında qeydə alınmır.  
 
 
TOROSLARIN KÖKÇÜLERĠ 
Himmet Cansız 
Türkiyə, antropolog-Yazar 
  
           ―Kök köklemek‖,  veya ‖Kök sökmek‖. Yazımıza bu iki deyimle girelim. ‖Kök köklemek‖, bu daha 
çok  yerel,   bize  özgü  (  Serik  kırsalında  kullanılır  )  bir  deyim.Torosların  dağ  köyleri‘nde;yakın  zamana 
kadar,‖Kökçülük‖ ve ―Kök köklemek‖ yaygındı. Evet, ben bile  bu zorlu uğraşı yapanlardandım. Yaşamak 
ve karnımızı doyurabilmek için, kamuya ait olan ormanları kökler tarla yapardık. Kentli, uygar çevreci bir 
insanın,  ilk bakış da tepkisine neden olabilecek bir durum bu. Ama; bu dağlarda yavaştan yerleşime geçen 
insanın ilk gayesi: Yaşamak!‖ Olmak veya olmamak gibi bir şey‖!  
Konuyu  tüm  yönleriyle  açmadan  önce,‖kök‖  sözcüğüyle  ilgili  dilimizdeki  deyimleri  anımsamakta 
yarar var. ‖Kök söktürmek‖, ―Ayrık otu gibi kök salmak‖, ―Kök salmak‖, ―kökünü kazımak‖,  ―Kökleşmek‖, 
‖köksökmek‖, ―Kökü kurumak‖, ―Köküne kibrit suyu dökmek‖, ‖Zıkkımın kökünü (dibini) ye‖, Kökünden 
halletmek‖,  ―Otu  çek  köküne  bak‖,  ‖Her  ağaç  kökünden  çürür‖,  ―Kavun  kökeninde  büyür‖…v.b. İlk 
aklımıza gelenler. 
Torosların eteklerinde, koyaklarında yaşayan orman köylüleri, geçmişte konar-göçer kültürden gelen 
Yörük topluluğudur. Geçim kaynağı kıl keçisi olan bu kesim için orman, en değerli varlıktır. Çünkü; keçiler 
ormanlar, makilik ağaçlarla yayılıp, beslenir. Koyun ise otla beslenir. Zamanla yerleşime geçince, tarımsal 
üretim  için  toprak,  tarla  gerekiyor  haliyle.  Doğru  dürüst  tarla  olmayınca,  ormanları  açıp  tarlaya 
dönüştürüyor. Çok çocuklu bir aile için, bu zorunlu bir ihtiyaç. Artık, ―Kök köklüyor‖, yani ―Kök söküyor‖. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
158 
 
 
Amaç,  ormanları  yok  etmekten  öte,  çorunun  çocuğunun  karnını  doyurmak  için,  istemeyerek  yaptığı  bir 
eylem. 
Biz  de  8  çocuklu  bir  aileydik.  O   dönemler  de  bu  yöredeki  her  aile  çok  çocuklu  zaten.  Demek  ki 
tarlamız  yeterli  değildi  ki, rahmetli  babam  iki  tane  kökçü  tutmuştu.  Bunlar; Dana  Bey (  Rahmetli Mustafa 
Aslan  )  ve Kara  Tekin  (Tekin  Erman  )  di.  Her  ikisi  de,  güçlü  kuvvetli  adamlardı.  Zaten  ;  zayıf,  çelimsiz, 
güçsüs  bakımsız adam  kökçü olamaz. Zor zanaattır bu iş.  İyi beslenmek, bolca enerji, protein almak lazım. 
Karağan,  Geven,  Püren.  Bunlar  çalı  şeklinde  küçük  ormanlardır,  köklemesi  çok  kolay  ve  zevkli  olur 
haliyle…Hayıt  ,  Cıllık,  Çilbirti,  Mersin.  Bu  ağaçları  sökmen  biraz  daha  zordur  diyebiliriz.  Kesme,  Delice 
Zeytin  (  İyi  cinsse adam  olacaksa  bırakılır  aşılanmak  üzere  )   bu ağaçları sökmek  iyiden  zorlaşır.  Peki  ya 
Pıynar? Mümkün mü bunu sökmek? En namlı kökçüleri  bile illalah dedirir bu Pıynar. Kim bilir belki de, bu 
toprağın has çocuğu benim, beni kimse söküp atamaz demek istiyordur. Sağlam, dayanıklı bir kökçü dışında, 
Pıynarı kolay kolay kimse sökemez pek. Üçretle tutulan kökçüler, işveren  kişiye: Yerinde Pıynar çok mu? 
Diye  sorar ki, Pıynar çoksa, sökümü oldukça zor olduğu için, yevmiyesi (Günlük alacağı para) için sert bir 
pazarlık  yapacaktır.  Pıynar  ağacının  kökünü  sökmen,  her  baba  yiğitin  haddi  değildir  çünkü. 
       Kanımca  ―Kök  sökmek‖  deyiminin  geldisi,  öyküsü  burada  gizlidir.  Kökçülerin  yemeğini  de  iş  sahibi 
verir. O dönemin kökçüleri biraz nazlıdır, alttan alır işi. Öyle ki had safhada geçim sıkıntısı çekmeyen birisi 
kökçülük yapmaz. Zanatların en zoru . Peki, gariban ya yoksulsa? Fakirliğin gözü kör olsun! Çoluk çocuğun, 
ekmeği, aşı, için ne yapılmaz ki… 
Ben hatırlamam ama, bizim oralara daha yoksul yörelerden ―karın tokluğuna‖ kökçüler gelirmiş. Hem 
de nerden? Beyşehir Göğnem Köyü‘nden. Bizim oralara gelir üç öğün yemek karşılığı hiç para almadan kök 
sökermiş bu fakirler. Geliş dönü paralarını iş sahibi verirmiş elbet.  Şimdi artık ne kökçü kaldı, nede orman 
söküp,  kökleten.  Ulu  Toros!  Mecburduk…  Mecburlardı…Ama  bizler;  talan  için  yağma  için  yapmadık 
ki…Yaşayabilmekti   müşkülümüz  sadece.  Buna  rağmen  affet  bizi  kutlu Toros! Kimsenin  kök  sökmediği, 
kimsenin  kimseye  kök  söktürmediği,  kökünü  kazımadığı,  tüm  güzelliklerin  kökleştiği,  namus  ve  erdemin 
kök saldığı bir yaşam dileğiyle…Dostlukla kalın. Dipçe:Yayınlanmış bir yazımdır. 
 
 
ĠNGĠLĠS DĠLĠNDƏKĠ ALINMALAR 
Xanlarova  A.Ş. 
Sumqayıt  Dövlət Universiteti  
 
İngilis  dili  Hind  –  Avropa  dilləri  ailəsinin  ən  böyük  qruplarından  biri  olan  german  dilləri  qrupuna 
aiddir.  Bu  dil  V  əsrin  ortalarından  etibarən  tədricən  Britaniyanı  ələ  keçirən  german  tayfalarının  dili  kimi 
qeyd olunur. Britaniyadan bu dil əvvəlcə İrlandiya ərazisinə, daha sonralar isə müstəmləkələşdirmə dövründə 
Britaniya imperiyasının bütün müstəmləkələrinə yayılmışdı. Bir qayda olaraq ingilis dilinin tarixi inkişafını 3 
dövrə bölürlər: 
1)  Qədim ingilis dili dövrü (V–XI əsr)   
 
2)  Orta ingilis dili dövrü (XII–XV əsr)   
3)  Yeni ingilis dili dövrü (XVI–XVIII əsr) 
 
       Qədim dövr ingilis dilinin lüğət tərkibində bir–birindən mənşəyinə, xarakterinə və həcminə görə əsaslı 
şəkildə fərqlənən iki təbəqə mövcuddur: 
 
1)   german mənşəli sözlər 
2)   alınma sözlər 
 
 Bu dövrdə  ingilis dilinin lüğət tərkibində alınma sözlər sonrakı dövrlərə nisbətən xeyli azdır və alınmaların 
miqdarı cəmi 10.000 söz təşkil edir. Qədim dövrün alınmaları  əsas iki mənbədən: latın və kelt dillərindən 
mənimsənilmişdir. 
 
Ümumiyyətlə, kelt dilləri ingilis dilinin lüğət tərkibinə çox zəif təsir göstərmişdir. Bu  təsirin zəifliyi 
onunla izah olunur ki, görünür, qələbə çalan anqlosakslar məğlub olmuş keltlərin dillərindən xeyli miqdarda 
söz götürməmişlər. 
Keltlərdən alınmış sözlər sırasına həm xalis kelt sözləri, həm də keltlər tərəfindən mənimsənilmiş latın 
sözləri daxildir. Bu sözlərə aşağıdakıları aid etmək olar:  –  "dūn"  (müasir  ingilis  dilində  down)  –  təpə;  (ōf 
dūne "təpədən" birləşməsinin əsasında "down" – aşağı, aşağıya, aşağıda zərfləri yaranıb); 
 
 
–   "dun" – qonur, boz;   
 
–   "binn" (müasir ingilis dilində bin) – 1.Yeşik . 2.Körpələr evi. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
159 
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin